Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

TƏBRİK EDİRİK!..

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dəyərli ziyalımız, tanınmış alim, istedadlı yazıçı və təcrübəli jurnalist, Azərbaycan Texniki Universitetində “Ziya” qəzetinin, həmçinin “ZiM.Az”, "Ziya.İnfo.Az" və "Elm.İnfo.Az" saytlarının Baş redaktoru, Azər­baycan Yazıçılar Birliyinin (1997), Azərbaycan Jur­na­list­lər Birliyinin (1998) və Yeni Azərbaycan Parti­ya­sı­nın (2017) üzvü, filolo­gi­ya üzrə fəl­sə­fə doktoru (2016), Prezident tə­qaüd­çüsü (2024), “Ab­dulla Şaiq”, “Nəri­man Nə­ri­manov”, “Həsənbəy Zərdabi”, “Ö.F.Nemanzadə”, “Zirvə”, “Zəfər”, "Qızıl Qələm" (iki dəfə ) və s. mükafatların laureatı MÜŞFİQ BORÇALIya təbrik məktubu ünvanlayıb.

“ZiM.Az” xəbər verir ki, tanınmış alim-yazıçı-jurnalist və ictimai xadim Müşfiq Borçalının (Müşfiq Mədəd oğlu Çobanovun) 55 illik yubileyi ilə bağlı yazılan məktubda, onun elmi, ictimai fəaliyyətinin ən ümdə məqamlarına toxunulub. Məktubda deyilir:


Azərbaycan Jurnalistlər Birliyinin,
Azərbaycan Yazıçılar Birliyinin,
AzTU Həmkarlar İttifaqı Komitəsinin üzvü,
filologiya üzrə fəlsəfə doktoru
Müşfiq BORÇALIYA


Hörmətli Müşfiq müəllim!

Sizi fəal ictimai mövqeyi və məhsuldar elmi, ədəbi yaradıcılığı ilə seçilən aydınımızı 55 illik əlamətdar yubileyiniz münasibətilə təbrik edirəm!


Çox şadam ki, bu ilki yubileyinizi respublikamızın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması, "Böyük Qayıdış" proqramının uğurla həyata keçirilməsi kimi tarixi hadisələrin sevinci, qüruru içində keçirirsiniz. Siz öz yaradıcılığınızda, ictimai fəaliyyətinizdə vətənpərvərliyi, milli-mənəvi dəyərləri təbliğ və tərənnüm edir, gənc istedadların üzə çıxarılması, onların ictimai və yaradıcı fəaliyyətə cəlb olunmasına dəstək durursunuz.

Yaradıcılığınızda tarixiliklə yanaşı, Vətən sevgisini yaşadır, maarifçilik ənənələrinə, habelə "Unutsaq - unudularıq!" devizinə sadiqliyinizlə seçilirsiniz.

"Ağır elli Borçalı", "Borçalı toponimləri", "Çağdaş Borçalı ədəbi məktəbi", "M.P.Vaqif və Gürcüstan", "Azərbaycan şəxs adları", "Borçalı şəhidləri", "Gürcüstanda Azərbaycan mətbuatı", "Dədə Qorqud dünyasına səyahətdən parçalar", "Borçalıda Dədə Qorqud izləri", "Aşıq Hüseyn Saraçlı və onun yaylaq səfəri", "Mədəd Coşqunun poeziya yaradıcılığında özünəməxsusluq" və b. çoxsaylı kitablarınız gün üzü görüb.

Yaradıcılığınız haqqında görkəmli alimlər akademikler K.Talıbzadə, İ.Həbibbəyli. N.Cəfərov, professorlar Ş.Qurbanov, A.Hacıyev, N.Xudiyev, Ə.Ağayev, Ə.Saraclı, Ş.Məmmədli, Y.Seyidov, M.Həkimov, V.Osmanlı, V.Arzumanlı, B.Xəlilov, Xalq şairi Z.Yaqub, Əməkdar incəsənət xadimi İ.Ömərov, Əməkdar jurnalistler H.Vəliyev, Ə.Amaşov və b müsbət rəylər, məqalələr yazıb.

Siz Azərbaycan Prezidenti Xüsusi Təqaüd Fondunun təqaüdçüsü (2024-2025) olmuş, "Abdulla Şaiq", "Ömər Faiq Nemanzadə" və b. ictimai ödüllərlə təltif edilmisiniz.

Sizi 55 illik yubileyiniz, ictimai, elmi, ədəbi yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!


Hörmətlə,

Komitə sədri: Fazil MUSTAFA




REDAKSİYADAN:
Biz də Redaksiya Heyətimiz adından, dəyərli həmkarımızı, sevimli Baş redaktorumuzu, çox hörmətli Müşfiq müəllimi 55 illik Yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, elmi-ictimai fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: