İlk dəhsilini doğma Abastumani kəndindəki
8 illik məktəbdə alıb.
Sonra təhsilini Zuqdidi şəhərindəki
Akaki Sereteli adına 1 saylı orta məktəbdə
davam etdiirib.
1986-cı ildə Tbilisi Dövlət Universitetinin
jurnalistika fakultəsini, 1998-ci ildə isə
Diplomatoiya Akademiyasını bitirib.
Müxtılif qəzet və jurnalların redaksiyalarına işləyib.
Hazırda “Xalq təhsili” qəzetinin redaksiya kollegiyasının sədri, “Zenaari” nəşriyyatının təsisçisi və direktorudur.
Dövrü mətbuatda müntəzəm olaraq
publisistik yazıları və hekayələri dərc olunur.
Əsərləri müxtəlif dillərə tərcümə olunub.
Zurab Kobaliya hekayələrini Azərbaycan dilinə ilk dəfə Tiflisdə yaşayıb yaradan tanınmış araşdırmaçı-yazar Mirzə Məmmədoğlu tərcümə edib və Azərbaycanda ilk dəfə ZiM.Az-da dərc olunur.
Biz də müəllifə və tərcüməçiyə yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
BALIQÇI
Bütün günü yatmadım, sabah uşaqlara nə yedirdəcəyimi düşünürdüm.
Günəş hələ çıxmamışdı. Yerimdən qalxanda tilovları götürdüm və sübh tezdən yavaş addımlarla çaya doğru yoluma davam etdim.
Mənim əzizlərim, mən balıqçı deyiləm, heç kimə və heç nəyə inanan deyiləm. Lakin həyat səni çox hallarda nəyi xoşlamırsan, onu etməyə məcbur edir. İstəmirsən... Amma məcbur olursan.
Başqaları insanları tuturlar. Onların elə bir işi vardır. İnsanı bədbəxt etməkdən yenə balıq ovlamaq mənim üçün daha sərfəlidir.
Başqa bir şey də ki, fikirləşə bilmədim.
Mənim balıqları aldatmağıma nisbətən insanları tutanların daha güclü yaraq-yasağı vardır.
Bir vaxtlar mən də o sistemə qulluq etdim, lakin günahsız insanı tutmağa rədd cavabı verəndə (və bu bir neçə dəfə təkrarlandı) oradan məni bayıra atdılar və bir loxma çörəkdən məhrum oldum.
Nəyə əl atmadım, nələr düşünmədim, nələrə risk etmədim, lakin gündəliyə yetərlidən artıq ruzini heç bir zaman tapa bilmədim.
Anladım ki, təbiətin öz qanunları vardır və Tanrı heç bir vaxt yanız buraxmaz. Tanrının izni ilə doqquz uşağım var: Beş oğlan və dörd qız.
Yenə anladım ki, insandan başqa heç bir canlı işə getmir, lakin hamısı başını dolandırır və ailəsini də saxlayırlar. Mən də qərara gəldim ki, Tanrı mənə nəyi rəva görürsə, onu alım.
Aldım da.
Gözəl günlərin birində, əgər ona gözəl gün demək mümkünsə, idarə rəisi məni yanına çağırdı:
-Çxomariya, öz əlinlə ərizəni yaz, burdan get! Həm də onu da yaz ki, öz istəyin ilə gedirsən!
Rəisin sözü həmişə mənim üçün qanun idi və mən də dönərək otağıma daxil oldum, yazı masasının arxasında əyləşdim və ərizəmi yazdım. Rəisin buyurduğu kimi öz istəyimlə getdiyimi yazdım.
Təxminən həftənin başında, başqa iş axtarmaq üçün özümü ora-bura vuranda yad maşın məni saxladı və eləcə də yad adamlar həmin maşına oturmağmı xahiş etdilər. Mən də bir söz demədən oturdum. İşini itirən bir insanın daha itiriləsi nəyi vardı:
-Kvişor müəlim!- Qara köynəkli qara eynəkli gənc mənə müraciət etdi,- dövlətə niyə itaət etmirsən?
-Nə buyurursunuz, nə zaman itaət etmirəm?- tamamilə heyrətləndim.- Dedilər, get, mən də getdim.
- Onu ki, demirik, atasından bixəbər!- ikincisi, mənim yanımda oturan hiddətləndi- Sən özün daha yaxşı bilirsən, kim tutulasıdır, kim yox?!
Çənəmin bir tərəfinə şapalaq dəydi, o biri tərəfinə isə tapançanın qundağı dəydi ki, bu da huşumu başımdan aldı.
O biri gün səhərisi huşa gələndə gördüm ki, əvvəllər çay plantityasının olduğu sahədə qazılan yerdə sərilmişəm.
Bilmirəm mənə nə qədər və haramdan vurdular, o var ki, bədənimi yerdən üzə bilmədim. Beli qırılmış sürünənlər kimi əyilib-büzülürdüm və sürünə-sürünə, çabalaya-çabalaya bir təhər şosse yola çıxdım ki, burda da yenə də huşumu itidim.
Sonra artıq xəstəxanada özümə gəldim.
Bu dünya mərhəmətli insanlardan xali deyil və onlardan biri məni lazaretə aparıb. Bu qalmağaldan mənə ikinci qrup əlillik nəsib oldu.
Işə məni kim götürərdi. Hələ sağlam olanda heç yerdə məni yaxına buraxmadılar.
Onbir nəfərlik ailəm var saxlanılası. Onbir nəfərlik futbol komandasını saxlamaq üçün onlarla və yüzlərlə milyonluq büdcə yetmir və mən 70 larilik pensiya ilə nəsə görərdim?!
Balıqçılıqdan yapışdım. Mənim durumumda olan insanlar üçün boyuna biçilmiş işdir. Tilovu atmağı və çıxartmağı bacarıram. Başqa işi görə bilmərəm, halbuki, yer belləməkdən də, toxa döyməkdən də geri durmuram. Lakin çətinlik çəkirdim, sağlamlığıma da asan başa gəlmirdi.
İki tilovum var, keçmiş əməkdaşımın hədiyyə etdiyi. Güc-bəla vahimədən çıxdığım bir vaxta onu mənə baş çəkən zaman hədiyyə etdi. Həm də mənə dedi ki, balıq gətirmək istəyirdi, lakin tilovları seçdi, çünki, hardasa oxumuşdu ki, əgər bir insana kömək etmək istəyirsənsə, balıq bağışlamaq deyil, balıq tutmağı öyrət.
İki çubuğu mən özüm tapdım: Biri bambukdan, o biri də nar ağacından. Hər ikisi tilovu atıb, çıxartmaqda yaxşıca hoyuma yetir.
Beləcə balıq ovuna gedirəm. Tilovlar üçün soğulcan-çörək qırığı tədarükünü görürəm. Və demək olar ki, səhərdən axşama qədər balıq tutmaqla məşğulam , gah tale üzümə gülür, gah yox. Doğrudur, qızıl balıq tuta bilmədim, halbuki, hələlik ümidimi itirmirəm. Bir qızıl balığı tutum, nəyi xahiş etməyi, nəyi istəməyi mən özüm bilirəm!
Tale üzümə gülsə, vedrəni balıqla doldursam, sənə can sağlığı, ailə məmnun və şəndir! Qonşuları da yoluxarıq və onlar da mənə qarşı mərhəmətlidirlər. Balıqçılıqdan başqa onlardan da razıyam və bəzən kimsə pay gətirəndə onunla da özümüzü yola veririk.
Qarnı doydurmaq üçün bir xırda balığın da tilova düşmədiyi gün də olub.
Həm gün də Canistsxalinin sahilinə getmişdim ki, hər iki tilovu düzüb quraşdırıb çaya atmışdım. Canım sizə desin, balıqlar ona yaxın gəlmədilər.
Günortadan sonra əsəbləşməyə başladım. Əsəblənmiş balıqçının isə balıq qarmağına yaxın gəlmir, deyirlər. Bilirdim bunu, lakin onsuz da mən əlilləşmişin və acizləşmişin əsəbləri cilovlamaq qabiliyyətini kim pozdu.
Məndən yüz metr belə olar uzaqlıqda BMV-markalı, X-5 deyilən cip dayananda şər qarışırdı. Oradan təxminən məni yaşda xoşsifət, idman formasında olan bir kişi mənə tərəf gəldi.
O, bir spininqi, sonra ciqspineri çözələdi və hər ikisini çaya tulladı. Beş-altı dəqiqəyə hər ikisini tək-tək çəkib çıxartdı. Bə ondan artıq balığı şappıltı ilə vedrəyə tulladı.
Bu, bir neçə dəfə təkrar oldu və demək olar ki, yarım saat ərzində vedrə ağzına kimi doldu.
Ağzımı ayırmış halda oturmuşdum və gah öz tilovlarıma baxırdım, gah da bu naməlum balıqçıya doğru gözlərimi zilləyirdim.
Mən uğurlu balıq ovum olanda, bol balıq tutanda öz ruzumdan başqaları ilə də bölüşmüşəm.
- Salam, bərəkətli olsun!- Səmimiliklə onu salamladım.
Var olun! Sizə də Tanrı bərəkət versin,-deyə mənə cavab verdi.
-Mərhəmətli, insan görünürsünüz... Bu gün mənim bəxtim gətirmədi.
-Zərər yoxdur. Gah belədir, gah elə!
- Bəlkə mənə bir-iki balıq pay verəsiniz! Əliboş evə getmək istəmirəm,- yalbarış qarışıq, it baxışları ilə ona dedim.
-Nə bir-iki, rəhmətliyin oğlu, hamısını apar!- gülümsəyərək dedi, -mən onları tutmağı sevirəm. Proses xoşuma gəlir, yoxsa onu yeyən kimdir?
Balıq dolu verdəni mənə tərəf uzatdı. Əvvəlcə imtina etdim, çəkindim, bütün onun hamısını necə aparım, dedim. Lakin axırda onu zorla mənə verdi.
- Oldu, çox sağ olun!- Təəccüblənmiş və sevincək halda ona dedim, –vedrəni indicə boşaldaram.
-Olsun, olsun!- məni dayandırdı, gəl otur, elə mən də getmək istəyirəm, evə kimi səni apararam, harda yaşayırsan?
-Yuxarıdakı küçədə, məktəbin yanında.
-Hə də, elə mənim də yolum o tərəfədir.
Maşına oturduq və yola düşdük. Yolda bir azca bir-birimizlə tanış ola bildik.
-Mən Oçoyam, Pintreva-dedi o.
-Mən, əzizim, Kvişoram, Çxomariya.
-Hə, güman ki, əcdadlarınız da balıqçı olarmış, Kvişor müəllim.
-Niyə, əzizim, məndə belə ki, başqa heç bir şey alınmadı, çalışıram ki, bununla ailəmi dolandırım.
-Ailəsini dolandırmaq üçün hamı çalışır. Nə iş görsək də, Istər balaca iş olsun, istər böyük iş olsun. Ən başlıcası, insanın borcu ailəsini saxlamaqdır- Cənab Oço fəlsəfi mühakimə yürütməyə başladı, – Milyon da qazansaq, ən öncə, ailənin ehtiyacları üçün xərcləməliyik, sonra isə, qalanlarını...Bu an evimə yaxınlaşdıq.
-Budur, bax, bu darvaza yaxınlığında saxlayın.- Rəngi solmuş, nə vaxtsa da mavi rəngə boyadılmış və onun boyunca da nə vaxtsa da salınmış və indi isə əyiş-üyüş olmuş, pəyələri kök ataraq qol -budaq atmış hasarın uzandığı darvazanı işarə etdim.
Darvaza önündə dayanan maşını mənim və qonşunun uşaqları dövrəyə aldılar. Böyük oğlum Murtca balıqla dolu verəni əlimdən aldı.
-Vaa! Atam nə qədər balıq tutub,- deyə qışqırdı və evə doğru götürüldü. Qalanları da onun dalınca.
-Nə qədər uşağın var?- Oço düşüncəli olaraq soruşdu.
-Doqquz, mənim əzizim, - deyə ona cavab verdim.
Oço artıq dərin fikirlərə daldı. Görünür, nəsə demək istəyirdi, lakin nəyi demək istədiyini qərara ala bilmirdi. Nəhayət, qərara gəldi və üzünü mənə doğru çevirdi.
-Kvişor!.. bilirsən, sənə nə demək istəyirəm?
-Yox, əzizim! Buyurun. Sizi eşidirəm!- Onun ağzına diqqət kəsildim.
- Bilirsən..., halbuki, hardan bilə bilərsən? ..- Qəmgin-qəmgin deməyə başladı,- mən və mənim həyat yoldaşım on yeddi ildir ki, birgə yaşayırıq... Bir-birimizi çox sevirik... Allahın köməyi ilə hər şeyimiz vardır. ... Lakin övladımız olmadı ki, olmadı...
-Ooo, bu çox pisdir!- Səmimi qəlbdən narahat oldum.
-Biz, mən və mənim həyat yoldaşım, Matsili,- davam edərək,- qərara gəldik ki, övladlığa uşaq götürək.
-Düzgün qərar qəbul edibsiniz!- Oçonun niyyətini bəyəndim.
-Məsələ ondadır ki, bu heç də asan həll olunası məsələ deyildir... – Oço sanki pıçıltıya keçdi, - həm də riskli... Nə bilirsən, valideynləri kimdir... Necə bir ruha, soya məxsusdurlar.
-Doğru buyurursunuz,- onunla razılaşdım.
- Bax, siz ... Nəcib insan görünürsünüz... Tərəddüd etdi, udqundu. - Əgər siz bir uşağınızı mənə güzəştə getsəniz... Sizə söz verirəm, o uşağı sizə və sizin ailənizə layiq olaraq elə böyüdəcəyəm... Həyatda da narahat olunası, dərd çəkiləsi heç nəyi olmayacaq... Birinin də kirvəsi olaram... Əgər sizin istəyiniz olarsa. Sözsüs ki!..
-Birini yox ki, doqquzunu da aparın, mənim əzizim, əgər istəyirsinizsə, -Gülümsəyərək ona cavab verdim,- Mən uşaqları dünyaya gətirməyi sevirəm, Bu prosesi sevirəm, yoxsa da ki, onları saxlamağa qadir deyiləm, siz də yaxşı adam görürsünüz...
Günəş qüruba enirdi. Hər ikimiz hardasa uzaqlarda sonsuz üfüqə diqqət kəsilmişdik və ünvansız olaraq susmuşduq.
Oço nə bir uşağın, nə də doqquz uşağın güzəştə gedəsi olmadığımı anladı. Mən də onun nə bir uşağı, illah da ki, nə də doqquz uşağı aparası olmadığını anladım. Bir-birimizin gözümüzə baxdıq. Bir müddət sükuta qərq olduq. Sonra gülümsədik və... Rahatca uşaqıların qopardığı haray-həşirli həyətə daxil oldum.
Maşın döngədə yoxa çəkildi.
Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.