Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib

Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib Azərbaycan Yazıçılar Birliyinin üzvü, "ZiM.Az" "Dünya.Az" saytlarının xüsusi muxbiri, istedadlı qələm dostumuz, tanınmış şair, çox hörmətli xanım Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü Mayın 3-də Türkiyənin İzmit şəhərində, Kocaeli Bələdiyyəsinin akt zalında baş tutub.

Tədbirdə Türkiyənin tanınmış yazar və şairləri, həmçinin ədəbiyyatsevərlər iştirak ediblər. Tədbirin aparıcısı yazar ədəbiyyat araşdırmacısı Mehmet Asıf İşık sözün yükündən, şairin duyğulu baxış bucağından bəhs edib və tədbir boyunca müəllifin şeirlərini səsləndirib.

Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib Çıxış edən qonaqlar Azərbaycanlı şairlə görüşdən məmnunluqlarını ifadə edərək, iki qardaş ölkənin ədəbiyyat sahəsindəki yaxın əlaqələrinin qürurverici olduğunu bildiriblər.

Kitabın nəşrini təmənnasız şəkildə həyata keçirən Dünya Sanatçılar Dərnəyinin başqanı və "Liz Yayınları"nın rəhbəri, şair Ramazan Seydaoğlu da çıxış edərək kitabın ərsəyə gəlmə prosesindən və sözün dəyərindən danışıb.

Leyla Mətin tədbirin sonunda təşkilatçılara və iştirakçılara təşəkkür edib, öz şeirlərindən nümunələr səsləndirib.

Ənənəyə uyğun olaraq, sonda kitablar imzalanıb və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, "Sevgi mövsümü" müəllifin sayca üçüncü kitabıdır.

Biz də redaksiya heyətimiz adından, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Leyla Mətini "Sevgi mövsümü" adlı yeni kitabının işıqüzü görməsi və Türkiyənin İzmit şəhərində imza günü keçirilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Eyni zamanda, bütün oxucular adından, Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının nəşrini təmənnasız şəkildə həyata keçirən Dünya Sanatçılar Dərnəyinin başqanı və "Liz Yayınları"nın rəhbəri, şair Ramazan Seydaoğluna təşəkkür edirik.


Müşfiq BORÇALI,
ZiM.Az


.
Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib

Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib Leyla Mətinin "Sevgi mövsümü" adlı yeni kitabının imza günü İzmitdə keçirilib


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: