
Bu günlərdə
dəyərli həmkarımız,
təcrübəli maarif işçisi,
çox hörməti
Sədi Hacıyev
"Borçalı" nəşriyyatının
və "Borçalı" qəzetinin
redaktoru
təyin olunub.
Hacıyev Sədi Qəhrəman oğlu - 1951-ci il iyulun 29-da qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisı rayonundakı Darbaz kəndində anadan olub. 1969-cu ildə Darbaz kənd orta məktəbini bitirib. 1970-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub. 15 iyun 1971-ci ildə hərbi xidmətə gedib, 1973-cü ildə hərbi xidmətimi başa vurub və ali təhsilini davam etdirib. 1977-ci ildə Həsən Bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1981-ci ildə Gürcüstan Təhsil Nazirliyinin əmri ilə, Bolnis rayonunun Darbaz kənd orta məktəbinə İbtidai sinif müəllimi təyin edilib. 1992-ci ilə qədər Darbaz kənd orta məktəbində müəllim işləyib. 1992-ci ildə Gürcüstanın Tiblisi şəhərində “SADI 777 LTD MMC” nin üzvü olub. Bir neçə il Tblisdə işləyib. 1998-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb, Bakı şəhərində yaşayır.
2025-ci il aprelin 20-də tanınmış şair-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Borçalı" nəşriyyatının Baş redaktoru Məlahət Xanım Sahibqızının əmri ilə dəyərli həmkarımız, təcrübəli maarif işçisi, çox hörməti Sədi Hacıyev "Borçalı" nəşriyyatının və "Borçalı" qəzetinin redaktoru təyin olunub.
Bu münasibətlə çox hörmətli Sədi müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fıaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.