
Azərbaycan Dövləti və dövlətçiliyi illərin tarix yaddaşından üzübəri gələrkən çox keşməkeşli məqamlar, təzadlı hadisələr və münaqişələr şahidi olub.Müstəqillik hislərimiz zaman-zaman boğulub məhv edilməyə məhkum olunub.
Azərbaycan Cumhuriyyəti öz müstəqil ideya və düşüncələrini ancaq 1918-ci ilin may ayında həyata keçirməyə nail olub. Belə ki Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq hərəkatı müstəqil dövlətin formalaşması ilə nəticələndi.Bu türk və müsəlman dünyasında yaradılmış ilk dünyəvi və parlament respublikası idi.Paytaxtı öncə Gəncə sonra isə Bakı şəhəri olmuşdur.Və çox-çox təssüflər olsun ki,bu dövrdə müstəqil dövlətin yaranması qürurverici olduğu qədər də burda baş verən tarixi ədalətsizliklər sonrakı tarixi faciələrimizin səbəbinə çevrilmişdi .Beləliklə əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan deyilən mənfur düşmən torpaqları yaranmışdı. Və belə tarixi səhvlərin olması da sonralar Azərbaycan xalqının tarixinə sağalmaz yara olan faciələrin baş verməsinə səbəb oldu...
Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi və Azərbaycan xalqının milli ruhunun və müstəqil olmaq duyğusunun möhtəşəmliyi hissinin təzahürü idi. Vətənpərvər, ziyalı insanların səyi və mübarizəsi nəticəsində ərsəyə gəlmiş və inamla addımlayan Azərbaycan Cumhuriyyəti vacib qərarlar qəbul etmiş və uğurlu nəticələr əldə etmişdi. M.Ə.Rəsulzadə və onun ətrafında olan həmkarları o dövrdə çox əzmli idilər, inamlı idilər. Onlar Azərbaycan Respublikasının müstəqillik ruhunu bütün dünyaya qanuni bir şəkildə sübut etmək əzmində idilər.O dövrdə Milli Şura seçilmiş və onun da sədri M.Ə.Rəsulzadə təyin olunmuşdu.
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyətini elan etdi və İSTİQLALİYYƏT BƏYYANNAMƏSİ imzalandı. Altı müddəadan ibarət olan bu bəyyannamə dövlətin məqsəd və məramını özündə ifadə edirdi:
1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür ediyor.
3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-Həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi ğözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vatəniyyə təmin elər.
5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün ğeniş meydan buraxır.
6.Məclisi-müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyə qarşı məsul höküməti-müvəqqəti durur.
Və çox təəssüflər olsun 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan azərbaycan yalnız 23 ay müstəqil ola bildi.
Bu gün Şükürlər olsun Azərbaycan Respublikası tarixin çətin sınaqlarından keçərək öz birlik və bərabərliyini bütün dünya ictimaiyyətinə layiqli bir şəkildə təqdim edib.
Azərbaycan Respublikası öz müstəqillik yolunda şərəflə, inamla,qürurla addımlayır.Keçmişini xatırlayaraq bu günümüzün qurucusu çevrilən Azərbaycan xalqına və dövlətinə eşq olsun!
Yaşasın, Müstəqil Azərbaycan dövləti!
EY VƏTƏN
Ey vətən, bəlalar çox çəkdi başın,
Od aldı səngərin,torpağın, daşın,
Haqq-ədalət idi daim savaşın,
İgid qəhrəmanlar yetirdi yurdum,
Yüksək zirvələrdə qürurla durdun.
Poladtək əyilməz, mübariz əsgər
Özün torpaq üçün o, edər sipər,
O,məğrur dayanar, məğrur, səfərbər
Söyləyər, ey Vətən,qalibdir ordun
Yüksək zirvələrdə qürurla durdun
Vətəndir insanın ruhunda canı,
Vətəndir damarda çağlayan qanı,
Rəbbim hifz eləsin Azərbaycanı!
Ey Xalqım, düşmənin belini qırdın,
Yüksək zirvələrdə qürurla durdun!

ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.