Ağdam rayonunda dünyaya göz açıb.
1984-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
(indiki ADPU-nun) tarix fakültəsində təhsil alıb.
Uzun müddət Yevlax rayonunun Aran qəsəbəsindəki
1 saylı orta məktəbdə müəllim işləyib.
Hələ gənclik illərindən poeziya aşiqidir.
Şeirləri müxtəlif mətbuat orqanlarında
və ədəbi məcmuələrdə çap olunub.
Bir neçə dəfə Fəxri fərman, mükafat
və diplomlarla təltif olunub.
Biz də İldırım müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Firəngiz İBADOVA,
"Borçalı" nəşriyyatının redaktoru
ZiM.Az
ALİ BAŞ KOMANDANIMIZA
Sən ustadsan, ordun sənin tələbən,
Ədalətdən rişə alıb qələbən,
Tərifinə söz tapmıram, hələ mən,
Ürəyimdə nə vaxt aldın yer, kişi-
A "nöqtə"ni NİDA edən nər kişi ?!
Üstümüzdə ağa idi qalınəl,
Soyub bizi eləmişdi yalın əl,
Dedin ,ərlik döyüşlərdə bilinər,
Qanla yazdıq: "Bu dünyada var kişi !"
A "nöqtə"ni NİDA edən nər kişi !
Bu "hayeslik" insanlığa mirgənə,
Hara qonsa,dönüb olur bir gənə,
Yumruq vurdun,Vartanlara ,Qurgenə,
Diş göstərməz sənə daha bir kişi-
A "nöqtə"ni NİDA edən nər kişi!
O,arxalı köpək oldu,qurd basdı,
Anaların ürəyindən dərd asdı,
Zopa yeyib quyruğunu bərk qısdı,
Dünyasını etdin ona dar,kişi,-
A "nöqtə"ni NİDA edən nər kişi !
Çağrışına Türk ellərim hay verib,
Şanlı ordum day Şuşadan boy verib,
Düşmənimə bombalardan "pay" verib,
O yerlərdə qazdın ona gor, kişi-
A "nöqtə"ni NİDA edən nər kişi !
Uğrumuza can qoyub hər yurddaşım,
Bir ürəyik,hamsı bacım qardaşım,
And yeridir bu Vətəndə hər daşım,
Bu birliyə Tanrı olub yar ,kişi-
A "nöqtə"ni NİDA edən nər kişi !
Tənə gördün.için yandı,dinmədin,
Kimlər səni "suçlu" sandı,dinmədin,
Ulu Öndər çığırından dönmədin,
Vallah, bunu bacarmazdı hər kişi,
A "nöqtə"ni NİDA edən nər kişi!
10.11.2020.
KİMLİYİMDƏN BƏZİ QEYDLƏR
Kimliyimlə heç öymədim özümü,
Min yaxşılıq ünvanıma olsa, nam.
Bircə şüar götürmüşəm özümə:
"Unutmayım: İNSAN oğlu İNSANam !"
Minilliklər arxasından boy verdim,
Düşmənlərin ürəyinə bıçağam.
Türk oğluyam, nə gizlədim, nə danım
Kəngərliyəm, dədə-baba qıpçağam.
Bilmədim ki, nə vaxt çaldı qəlbimi,
Balalarım həyat gördü o qızdan.
Para idim gileyliydim dünyadan,
Bütövləşdim, yarım gəldi oğuzdan!
Tülkülüyə kafa tutub əzəldən,
Çaqqalları doğrayıbdı qılıncım.
Disrəyimə söykək olub dağlarım,
Qayaları başım altda balıncım.
Ayaqlarım toxunan yer gül açıb,
Xeyir əkib çağrılmışam bağçıvan.
Əllərimdən naxış alıb bəzənən,
İlk yuvamdır Nəqşi-cahan-Naxçıvan.
Söz mülkünə bayraq sancıb Arazım,
Dönüb olub hər könüldə ulduzum.
Od yurdumun alovundan od alıb,
Fırçasıyla tarix yazıb Bəhruzum.
Göz açandan bu torpağın oğluyam,
Neçə igid xalq olubdur yurddaşım.
Tikə bölləm Talışıyla, Kürdüylə,
Dar günümdə onlar bacım, qardaşım!
İçimizdə çörək dostu da varmış,
Sızıldayıb məndən çoxlu pay aldı.
Ayağımı yalayanda erməni,
Dirçələndə dönüb qansız hay oldu...
Namərd əllər şaqqalayıb bölsə də,
Bilirəm ki,iki tayda bir canam.
Bu dilimi kəssələr də kökündən,
Deyəcəyəm: "Bütöv Azər baycanam!"
07.02.2021
XOŞ GƏLDİN!..
Özbəkistanın məşhur şairəsi dəyərli insan Gulzira Hoshimjonovna Sharipovaya
(Qələbəmizə həsr etdiyi şeirinə görə.)
Dərdimə qara geyindin,
Düşmənlərimə deyindin,
Qələbəmizə öyündün,
Xoş gəldin qəlbimə, bacım!
Özgə qapı seçənim var,
Yada qucaq açanım var,
Yəqin səndə öz qanım var,
Xoş vəldin qəlbimə bacım!
Qardaşlıqdı,zərim, xaram,
Ölərəm,xain olmaram.
Sən Daşkəndim, Sən Buxaram,
Xoş gəldin qəlbimə, bacım!
Görsəm,arsızı, dağalı ,
Ollam dünyanın cığalı,
Dost sözü ruhun sığalı,
Xoş gəldın qəlbimə, bacım!
Xeyir tutub ünvanını,
Sözdən biçibdi donunu,
Sevdim adını, sanını,
Xoş gəldin qəlbimə, bacım!
Xoş gəldin!.
DÖNSƏ...
Sığala gələrmi görən saçların,
Əllərim orada darağa dönsə!
Oxuya bilərsən, bəlkə,qəlbimi,
Ürəyim qarşında varağa dönsə!
Üzür xəyalımda güman gəmisi ,
Susan hissillərim dinir hamısı!
Tellərin üzündə ümid zəmisi,
Biçər dodaqlarım orağa dönsə!
Görsənmir baxışın, bəndəmi düşüb?
Dilin acı dadmır qəndəmi düşüb ?
Yenə aramıza bəndəmi düşüb?
Ölərəm bu sevgim sorağa dönsə!
Təkləndin,İldırım, yenə bir anlıq,
Çəkir,öz köçünü,çəkir cavanllıq .
Çökməz gözllərinə ala-qaranlıq
Sevdiyin ,könlündə çırağa dönsə!
BU ŞƏHƏR...
İtirdim qoynunda neçə yazımı,
Saldı qarışığa ayaq izimi,
Tanıda bilmədim ona özümü,
Nəyimi zevəcək bu şəhər mənim ?
Lağa qoyulmuşam sözlərim üstə,
Adam var, saxlayır gözləri üstə,
Qoyub ümidimi dizlərim üstə ,
Nəuimi sevəcək bu şəhər mənim?
İçimdə hərlənən öz yarımdısa,
Ata bilmədiyim dərd varımdısa,
Dəyişən bir ancaq paltarımdısa,
Nəyimi sevəcək bu şəhər mənim?
Gözüm küçəsındə dağ arıyırsa,
Yolmu gözləyən qız qarıyırsa,
Könlümü kənd yeli qurdalayırsa,
Nəyimi sevəcək bu şəhər mənim?
Mənim bu dünyayla vuruşum ayrı,
Dartılmış kamanam,kirişim ayrı
Yerişim ayrıdı,örüşüm ayrı,
Nəyimi sevəcək bu şəhər mənim?..
Üstü qalaylanıb,altı paxırsa,
Dəmir qapıları məni boğursa,
Gözəli qəlbə yox, cibə baxırsa.
Nəyimi sevəcək bu şəhər mənim?..
SƏNSİZ ÜRƏYİM
Bir yayı elədim köynək özümə,
Günəşi qor kimi yığdım gözümə.
Buz dağına dönüb, baxmır sözümə-
Yaman üşüyürmüş...sənsiz ürəyim!
Bahar bezib məndən ,çıxmır tuşuma,
Qış məskən eləyib, qonub başıma.
Dayanmır dişlərim,dəyir dişimə-
Yaman üşüyürmüş...sənsiz ürəyim!
Tufansız ötməyir,sakit havam da,
Bitmir həsrətinlə olan davam da.
Payız köçün salıb isti yuvamda -
Yaman üşüyürmüş ... sənsiz ürəyim!
Hicranın at çapır bəxtimdən qara,
Vüsalın məhkumdu, çəkilib dara.
Bu sazaq içimdə gedəcək gora-
Yaman üşüyürmüş ... sənsiz ürəyim!
Qaralıbdı dünyam-gözünə möhtac,
Başım qurbanlıqdı-dizinə möhtac,
İldırım bir ilıq sözünə möhtac-
Yaman üşüyürmüş... sənsiz ürəyim!
BİLMİRƏM...
Çiçəyə sevgin gözəl,
Küləyə segin gözəl.
Səni gözəl yaradıb
Fələyə sevgin gözəl-
Mənə necə?
Bilmirəm!
Dağın çəmənə açıq,
Dərən dumana açıq.
Nəğmə olub dinirsən
Ruhun kamana açıq-
Mənə necə?
Bilmirəm!
Dodağndakı xalldı,
Gözüm yaxanda qaldı.
Dilin şəkər deyilmiş,
Gördüm, hamıya baldı-
Mənə necə?
Bilmirəm!
Dəniiz çəkir, gülürsən,
Dalğa keçir bölürsən.
Yuxum belə bəxtəvər,
Tez-tez ora gəlirsən-
Mənə necə ?
Bilmirəm!
Mənə necə ?Bilmirəm...
BİR AZ DA SEVGİ
Görən durnalarmı gətirir xəbər,
Yoxsa küləklərmi yayır qoxunu?
Duyğular sehirli xalçaya dönür,
Ayağın altına sərəcəm onu.
Danıb gizləyirdim özümdən belə,
Bu sevda sirrimin qıfılın qırıb.
Dönübdü qəlbimi didən yaraya,
Etiraf istəyir üzümə durur...
Yaxşı ki,çıxmırsan yuxularımdan,
Sənsiz adlamayır bircə anım da.
Deyirlər yuxular gerçəyə dönmür,
Olsun,görürəm ki, səni yanımda.
Üzün Günəş olub doğur içimə,
Könlümdə ayrılıq buzu əriyir.
Sənin yoxluğundan doğan hönkürtüm,
Kiriyir, ay gülüm,Vallah, kiriyir.
Yıxır yolumuzdan sədləri bir-bir,
Bu ,bəlkə,taleyin xoş ovqatıdır?
Ya da ayırmaqdan bezən Tanrımın,
Bizim sevgimizə... mükafatıdır ?!..
15.11.2000.
ÇAĞIR BARIŞAQ...
Göynədir ovcumu səndən qalan iz,
Kəsilir nəğməmiz,ölür gecəmiz ,
Bizsiz yetim qalıb sanki küçəmiz,
Çağır görüşünə, çağır barışaq...
Yaslıdı güllərim,çoxusu gülmür ,
Onlardan sevgimin qoxusu gəlmir,
Gülümsə gözümə,yuxusu gəlmir,
Çağır görüşünə, çağır barışaq...
Dərdim gözlərinin rəngində imiş,
Küsənlər hamısı mən gündə imiş,
Ümidim bir telefon zəngində imiş,
Çağır görüşünə, çağır barışaq...
Ayrılsaq,sevgimiz yaşaya bilməz,
Kimsə bizi biztək oxşaya bilməz,
Bu yükü bir ürək daşıya bilməz,
Çağır görüşünə, çağır barışaq...
Sevgi dəlisiyəm, səhvimə dinmə,
Dönmə,o ağrılı günümə, dönmə,
Sən Allah, inadın atını minmə,
Çağır görüşünə, çağır barışaq!..
ZiM.Az
Bağışla məni, AĞDAMIM...
Dağılmış evlərinin
altında qalıb gənclyim.
Qanla yuyulub
Sevgim hopub qalan görüş yerim...
Çətin
bu yad təpiyiylə
murdarlanmış küçələrə
hesabat verim...
Üşüyə-üşüyə şütüyən Qarqar belə
üzümə baxmır,
Bu çay
Fredimin, Allahverdi bəyimin
Xəyallarını daşıyır, axmır...
Bu adlarını unutmuş,
yolları pozulmuş küçələr
daşlarını
başıma çalır,
Mənə-mən fərsiz oğula
göz yaşlarını
Bu yaralı,
Bu qolları kəsilmış şəhərə
tökmək qalır...
7.01.2021.
Bizəmi bənzəyir bu külək?..
Bu külək nə gündüz, nə gecə bilir,
Bunun dincəlməyə yaytağımı yox?
Elə qapı güdür, pəncərə döyür,
Başıni soxmağa otağımı yox?
Baxmır nə əkmisən,atır mitilin,
Üzür boğazını fağır şitilin,
Tanrım nədən qoyub ğücün, fitilin,
Buna "dur" deyəsi hodağımı yox?
Yoxsa,biz insanlar kəsib ətini,
Seçmir nə yaxşını, nə də kütünü.
Hirslə,çığırtıyla çalır fitini,
Həzin nəğmələrə dodağımı yox?
Sudan bezənlərə yağış ötürür,
Xeyirli buludu qovub ititir,
Sevən ağaclara vüsal gətirir,
Dualar eşidən qulağımı yox?
Haqqını tapdayıb yeyəni də var,
Hərdənbir öyəni,söyəni də var,
"Adla külək gəlsin" deyəni də var,
Tükü tükdən seçən dalağımı yox?
Dənizdən,qurudan tutur yükünü,
Bircə uca dağlar çəkir ipini,
Bölgəni bəyənmir, seçir Bakını,
"Qəlbi kürsülərə" yolağımı var?
09.06.2021.
***
Sevinc özgə meşəsinə,
Qəm mənim talama gəldi.
Ümidim elə doğrandı,
Göz yaşım salama gəldi...
Taleyimi biçən kimdi?
Sevgi verib, vüsal kəmdi,
Bir də gördüm,ömür təndi,
Qalan yol dolama gəldi.
İldırım, bu nə qəhətlik?
Ceyran belindədir mərdlik,
Məndən yan keçir xoşəxtlik,
Bəlkə, o, balama gəldi?
Digah
Dağları qayasız, meşəsizdilər,
Quşları "avara", "peşəsizdilər,
Demə, sakinləri nəşəsizdilər,
Dodaqlarındakı fiti "Segah"dı-
Bura Digahdı.
Yolunun bəzəyi şamdı,çinardı,
Zeytunun yazmasam,məni qınardı,
Xəzrisi buz kimi,dağı Yanardı ,
Nəslimiz daş qoyan yerdi-gorgahdı-
Bura Digahdı.
Evləri baş-başa, çiyin-çiyinə,
Küçələr darısqal,düşür düyünə,
Tərs çixıb şəhərin boş hay-küyünə,
Əzəldən dincliyə, nura qonaxdı-
Bura Digahdı.
Nə yaxşılıq əksən burda bitəndi,
Pisliyə sipərdi, dərdə çətəndi,
Oğulları bilir, öncə Vətəndi,
Hərb vaxtı hər evi bir ordugahdı-
Bura Digahdı.
Kəsib düşmən əlin,nə vaxt uzandı,
Şəhidi xalqına tarix yazandı,
Ən gözəl,ən uca səsi azandı,
Tanrıya sevgisi bizə agahdı-
Bura Digahdı !
Bura... Digahdı!!!
16.04.2021.
YOXDU Kİ...
Dağlarım qəmlisə orda,
Gəzməyə üzüm yoxdu ki...
Dərdə dərman bir otun da
Əzməyə üzüm yoxdu ki...
Utannam Arazdan, Kürdən,
Keçirlər keçilməz yerdən,
Nakam ŞƏHİDİN qəbrindən,
Yazmağa üzüm yoxdu ki...
Günahlar içimi yeyir,
Şər dinir, kiriyir xeyir.
Əzrail günümü sayır,.
Pozmsğa üzüm yoxdu ki...
Talandı, yurdum talandı,
Gorum odlara qalandı.
Yolumun sonu dalandı,
Yozmağa üzüm yoxdu ki...
İndi balam silahdadı,
Bilir çox işim saxtadı.
Yaxşı ki ÜMİD taxtdadı
Üzməyə... üzüm, yoxdu ki !
Üzməyə... üzüm yoxdu ki...
23.05. 2016.
"Son zəng"
Bu zəngdə qəlbimin kədər yükləri,
Sevincli notları ilişıb qalıb.
Bu səsin iziylə on bir il öncə,
Ürəyim bu evə bir cığır salıb.
İllərim dolaşmış ilmələr kimi,
Dağılıb otaqlar,siniflər boyu.
Könlü səksəkəli kiçik bir uşaq,
Böyüyüb buğdalar, iynələr boyu.
Sığal da görmüşəm, danlaq da burda,
Olub ki,yolumu azmışam hərdən.
Özüm elədiyim dəcəllikləri,
Özgənin adına yazmışam hərdən.
Divlə "vuruşmuşam" cırtdanlar kimi,
"Qırmızıpapaqlar" saçımı yolub.
Bir "Ağ atlı oğlan" olmağım üçün,
Ağsaçlı müəllimlər ustadım olub.
***
Bir ovuc darıtək səpildik bura,
Hər küncdə, bucaqda dəcəllik bitdi.
Əlimiz gəncliyə salam verməmiş,
Bilmədik, uşaqlıq hayana getdi...
Bir az asta çalın bu zəngi hələ,
Şəhid məzunların ruhu yatmayır.
Onsuz da eşitmir dərdli Kəlbəcər,
Onsuz da Laçına bu səs çatmayır.
Divlər xorna çəkir quyu dibində,
Orda Qarabağın alması qalıb.
Son zəngin yerinə bir cəngi çalın,
Hamnın Koroğlu olması qalıb.
Görürəm anamın gözləri dolub,
Qoy gedim başımı əyim önündə.
Son zəngi çaldıran müəllimlərin də,
Səcdəsinə durum, öpüm əlindən!
22.05.2001.
Qoşma...
Ömrümün üstündən saldığın yolda,
Deyəsən, mənim bir izim qalmayıb.
Baxışın yönünü dəyişdirəndən,
Qəlbimi oxşayan yazım qalmayıb.
Səndə duyğuların ayarımı yox,
Daşdırmı ürəyin,duyarımı yox,
İnssfa çağıran uyarımı yox,
Cəlladsan,danmağa lüzum qalmayıb.
Özün yönəltmişdin əlini mənə,
Dərdirdin sevginin gülünü mənə,
Göstər ayrılığın yolunu mənə,
Məndə axtarmağa dözüm qalmayıb.
Hara çevrilirəm,gözün üstümdə,
Bayğın ədaların ,nazın üstümdə,
Ətrin,istiliyin,izin üstümdə,
Ocaqdım,söndürdün, közüm qalmayıb.
Ağrının,acınının özəli məndə,
Yığılıb dərdlərin gözəli məndə,
Bu sevda alındı məzəli məndə,
Yazmağa, İldırım, sözüm qalmayıb...
27.04.2021.
QƏZƏL
Sevirəm, bil, səni mən canımın öz canı kimi,
Axırsan damarımda,qəlbimin al qanı kimi.
De haradan almış idin,boylə gücün sevdanın ,
Dağıdır bu köksümü nəhr burulğanı kimi.
Nə vaxt ki,al yanağın üstə toxunur dodağım,
Dinir o, məhəbbətin kamanı, arqanı kimi...
Eşitdim,qorxudursan, eşqinə düçar olanı,
Olublar dünyanın ən fərqli qırılqanı kimi.
Bəlkə, bir "qatil" imiş,hər baxışın canlar alıb,
Köksünün altı olub,sevənlər kurqanı kimi.
İnciməz, qəmzən oxu min yol dələ İldırımı,
Biləcəklər ki, gedib, məhəbbət qurbanı kimi!..
BORÇALILARA...
Sənəmi, Tellisi, Butası varsa,
Bitməz Borçalının sədası, Vallah!
Bassan qapı zəngin, "Sarıtel" çalar,
Yurd deyil, "Ozanlar odası", Vallah!
Ordan ərənlərin xəyalı baxır,
Alazan, Dəli Kür içimə axır.
Kimdi bu Darvazlı, ürəklər yaxır
Dolur gözlərimin didəsi, Vallah.
Sözdən biçilibdi, bu elin donu,
Bir mizrab vurulsa, coşacaq qanı,
Vaxtsız koç eyləyən Zəlimxan hanı?
Ölüb şerimizin Dədəsi, Vallah.
Qəlbimdə taxt qurub Saraclı Hüseyn,
Məni ağlatmasın, Dursuna deyin.
Adını çəkməsəm, Qəzənfər bəyin,
Olar İldırımın xatası, Vallah!
16.06.2018.
Şair dostum Qəzənfər Məsimoğluna...
Bu nə səfər idi Borçalı səmtə,
Səni ələ verən iz qoymamısan.
Getdin bu havalar yaman qarışdı,
Bəlkə, addımını düz qoymamısan?
Adam var, gözündən oxundu şübhə,
Adam var,dönmüşdü çəkilməz tipə.
Adam var,yuxusu qalmışdı sübhə,
Kiminsə kefinə duz qoymamısan?
Bilirəm,odlayır səni tər sinə,
Hələ ortasında bir az tər sinə,
Orada küləklər əsir tərsinə,
Uman ürəklərə buz qoymamısan?
Bağrına basdımı səni o ellər?
Nağıl söylədimi sevdiyin güllər?
Dolub boşaldımı yenə o dilbər?
Arxanca ağlayan göz qoymamısan?
İldırım aşiqdi dağlarda yaza,
Zirvəyə söykənə,meşədə aza,
Bir möhür vurmusan şeirə,saza,
Bizə əsir düşən söz qoymamısan!..
05.08.2017.
Qəzənfər Məsimoğlunun cavabı:
Ş E İ R İ N
Şair dostum İldırım Qəhrəmanova...
Ay özü İldırım, sözü ildırım,
Gücünü Tanrıdan aldı şeirin.
Xəbərin yoxdursa deyim, bildirim,
Pətəkdən süzülən baldı şeirin.
Bəmdə sızlayırdım, zilə gətirdi,
Təşnə arıları gülə gətirdi,
Mənimtək dinməzi dilə gətirdi,
Sən elə bilmə ki, laldı şeirin.
İncə sığalını çəkib öz əlin,
Beyti axırındı, bəndi əzəlin.
Dodaqları püstə olan gözəlin
Yanağında qara xaldı şeirin.
Bu nə ucalıqdı, bu nə boy-biçim?
Misra- misra coşub qaynadı içim.
İstədim ötəri oxuyum, keçim,
Qəlbimdə ömürlük qaldı şeirin.
Ucalar ulduzlar çıxan yerədək,
Şimşək gürüldayıb çaxan yerədək.
Şair İldırımdan Qəzənfərədək
Möhtəşəm bir körpü saldı şeirin.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.