ÖLMƏZ SƏNƏTKARIN MƏNALI ÖMÜR YOLU - teatr rəssamı MƏMMƏD QASIMOV

ÖLMƏZ SƏNƏTKARIN  MƏNALI ÖMÜR YOLU - teatr rəssamı MƏMMƏD QASIMOV MƏMMƏD QASIMOV
teatr rəssamı
(1925-1987)

Tiflis Rəssаmlıq Аkа­dеmiyаsın­dа (1943-1947) və Əzim Əzim­zadə adına Azər­baycan Dövlət Rəs­samlıq Məktə­bin­də təhsil almış­dır (1947-1952). Nax­çı­­van Mux­tar Res­publi­kanın Əmək­dar in­cəsə­nət xa­dimi (1967) fəx­ri adına layiq gö­rül­müş, SSRİ Rəssamlar İt­ti­faqının üz­­vü olmuş (1970), Azərbay­can Rəs­­­sam­lar İt­ti­faqı Nax­çıvan Təşki­la­tının ilk səd­ri (1971) se­çil­miş, ömrünün so­nuna kimi Nax­­çı­van Döv­­lət Dram Teat­rının baş rəssamı vəzifəsində ça­lış­mışdır (1952-1987).


Məmməd Ələkbər oğlu Qasımov 1925-ci il yanvar ayının 5-də Tiflis şəhərində mömin Mə­şədi Ələkbərin (Ələk­bər Məm­məd oğlu Qasımov) ailəsində dünyaya göz açıb.
Atası Məşədi Ələkbər Naxçıvanda sovet hakimiyyəti qurul­duqdan sonra şəhər mərkəzindəki onbirotaqlı mali­kanəsində ya­şamasına icazə verilmədiyə və əvəzində onlara ikiotaqlı mənzil tək­lif edildiyinə görə, hökumətin bu münasibətindən sarsılmış və öz malikənəsini hö­kumətə təhvil verərək Gürcüstana köç­müş və Tiflisdə uzun müd­dət tacirliklə məşğul olmuşdur. Hə­min vaxtlar Məmmədin atası təzəcə ailə qurmuşdu. Ömür­ləri­nin 20 ilini Tiflisdə keçirən Məşədi Ələk­bər və həyat yoldaşı Xədicə xanımın 5 övladı dünyaya gəlmişdir.
Hələ uşaqlıq vaxtlarından rəssamlığa böyük maraq göstərən və vaxtaşırı imkan tapıb Tiflis Dövlət Azərbay­can Dram Teat­rının tamaşalarına baxan Məmməd Qasımov artıq 15 yaşında ikən öz hə­yat yolunu və sənət taleyini qəti müəyyən etmiş, teatr rəssamı olmaq qərarına gəlmişdir!
Məmməd Qasımov uşaqlıq və erkən gəncliyini Tiflisdə ke­çirmiş, ali təhsilinin ilk illərini də orada almışdır. Belə ki, 1943-cü ilin payızından Tbilisi Rəssamlıq Akademiyasında təh­sil alan M.Qasımov burada dünyaşöhrətli, o zamankı gənclər üçün əlçatmaz sayılan İ.Y.Repinin tələbəsi olan, məşhur rəssam M.İ.Toidzedən və digər görkəmli fırça ustalarından bu sənətin sirlərini mənimsəyir. Gözlənilmədən Tbilisi Rəssamlıq Akade­miyasında Azərbaycan bölməsinin bağlanması səbəbin­dən ali təhsili yarımçıq qalan M.Qasımov 1947-ci ildə dədə-baba yur­du Naxçıvana gəlmişdir.
Ömrünün son aylarında qələmə aldığı “Mənim sənət yolum” adlı xatiratında o, teatr aləmilə ilk tanışlığını belə yada salırdı:
“Mən 1925-ci ildə Tiflisdə anadan olmuşam, məktəb illə­rini də orada başa vurmuşam. Bizim evimizdən bir küçə sağda (paralel küçədə) Tiflis Azərbaycan Dövlət Musiqili Dram Teat­rı­nın binası yerləşirdi.
1930-cu ildə - yaşım beş olardı - qonşumuz Xalacan adlı qa­dın (o, Türkiyədən idi və biz onu “nənə” deyə çağırardıq) bir gün dedi ki, bu axşam teatr var. Həmin dəqiqə qərara gəldim ki, teatra mən də getməliyəm. Məni başa salmaq istədilər ki, məq­sə­dim baş tutmayacaq. Sonra əlavə etdilər ki, teatra uşaq bu­rax­mırlar. Özümü ora-bura çırpdım. Uşaq ədası ilə ağlamsın­dım və təkidlə dedim: mən teatra gedəcəm!
Arvadlar götür-qoy etdilər və dedilər ki, bu, mümkün olan iş deyil. Mən ümidimi üzmüşdüm. Birdən Xalacan-nənə mənə ba­xaraq dedi: “Mən oğlumu aparacam.” Onun çox qətiyyətlə de­diyi sözə mən yarı arxayınlaşıb sakitləşdim və işin sonunu izlə­məli oldum.
Tamaşa vaxtı çatdı. Qulağım səsdə idi ki, nənə indi məni ça­ğıracaq. Bu arada anam məni geyindirib bəzəndirdiyi üçün tam arxayın olmuşdum. Nənənin məni səsləməsi mənim üçün bir aləm oldu...
...Nənənin yeri düz birinci sırada idi. Bəlkə də bunu mənə görə etmişdi. Nəhayət gözlənilən an gəlib çatdı. Mən hiss etdim ki, bütün işıqlar sönüb. Musiqi səsləndi və nənə mənim baxma­ğım üçün lazımi şəraiti yaratdı. Mənim ilk gördüyüm səhnədəki (o zaman onun adını bilmirdim) çox böyük pərdələr oldu. Onun üzərində rəngbərəng işıqlar var idi. Musiqi sədaları altında pər­dələr yavaş-yavaş açıldı. Böyük səhnədə tam fərqli bir aləm gördüm. Elə bil nağıllar dünyasına düşmüşdüm.
Küçədə “öz yerimdən” çıxıb dərindən nəfəs aldım. Bu, həm də arzumun yerinə yetməsi üçün aldığım rahat, razılıq nəfəsi idi. Yatağımda səhərə qədər teatrda gördüklərimi gözlərim önün­­­də tək­rarən canlandırır, sanki hələ də özümü orada hiss edir­­dim. Mənim bütün ömrümü bağladığım teatrla ilk tanış­lı­ğım və əbədi dostluğumun tarixçəsi belədir.”
Məşhur alman alimi Albert Eynşteyn demişdir ki, bilik məh­dud, yaradıcılıq isə sonsuzdur. Bu həqiqətən də belədir. Çox nadir insanlar olur ki, onların yaradıcılıq qabiliyyəti sərhəd ta­nımır. Belə insanlardan biri də sənəti kimi, həyat hekayəsi də olduqca ma­raq­lı və mənalı olan, insanlığı ilə özünə sağlığın­day­kən əbədi ölməzlik qazanmış bö­yük sənətkar, görkəmli teatr rəs­samı Məmməd Ələkbər oğ­lu Qasımovdur.
Məmməd Qasımov Tiflisdə M.F.Axundov adına 97 №-li (in­diki 73 №-li) orta məktəbin 9-cu sinfini biti­rdikdən sonra təh­­silini Naxçıvan şəhər 1 №-li orta mək­təbdə davam etdir­miş­dir. Həmin məktəbi 1943-cü ildə xalis əla qiymətlərlə başa vur­duğu üçün sovet hökumətinin müvafiq qərarına (1935-ci il) əsa­sən ölkənin istənilən ali məktəbinə imtahansız daxil olmaq hü­ququ əldə etməsinə bax­mayaraq, M.Qasımov hələ uşaq yaşla­rın­dan arzuladığı teatr rəssamlığını seçmişdir. Heç şübhəsiz, əgər baş­qa ali təhsil dalınca getsəydi belə, yenə də onun seçdiyi istə­ni­lən sahədə yüksək nailiyyətlər əldə edə biləcəyi də danıl­maz­dır.
Tale elə gətirir ki, orta məktəbin son sinfində təhsil alarkən tez-tez Naxçıvan Dövlət Dram Teatrının tamaşalarına gələn M. Qasımov bir tə­sadüf nəticəsində teatrın görkəmli aktyoru və rejissoru Səməd Mövləvilə yaxından tanış olur. Növbəti görüş­lərin birində həvəskar rəssam böyük sənətkarın rəyini öyrən­mək məqsədilə ona hələ məktəbdə oxuyarkən Tiflis Döv­lət Azər­­­baycan Dram Teatrının tamaşalarından təəs­sürat­lanaraq özü üçün müxtəlif pyeslərə çəkdiyi onlarla dekorasiya və geyim eskizlərindən ibarət olan bir qovluq təqdim edir. Bu qovluqdakı bir-birindən maraqlı olan müxtəlif dekorasiya və geyim es­kiz­lə­rinə baxaraq hey­ranlığını gizlətməyən S. Mövləvi gənc is­te­dadı yüksək qiymətləndirir və elə oradaca həmin il (1943) Cəlil Məmməd­qu­lu­zadənin “Ölülər” əsəri əsasında hazırla­ya­cağı ta­ma­şası­nın rəs­sam işini bütövlüklə gənc Məmmədə etibar edir. Bu ilk sınaq­dan böyük müvəffəqiyyətlə çıxan M. Qasımov az sonra bu teatrda icraçı rəssam kimi qəbul edilir və S. Möv­ləvinin hazır­ladığı daha bir əsərin - Üzeyir Hacı­bəyovun “Ər və arvad” operet­tasının da rəssamı olur.
Beləcə, Məmməd Qasımovun həyat və yaradıcılığında yeni səhifə açılır.
Elə həmin ilin payızından Tif­lis Rəssamlıq Akademiyasının Azər­bay­can bölməsinində təh­sil alan M. Qa­sımov burada dün­ya­şöhrətli İ. Re­pinin tələ­bəsi, məşhur rəssam M. Toidzedən və digər görkəmli fırça usta­larından bu sənətin sirlərini mə­nim­sə­yir.
Akademiyada təhsil aldığı illərdə də müntəzəm olaraq M. F. Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının bütün tamaşalarına bax­maqla bərabər yaradıcı heyətlə sıx əlaqə sax­la­mışdır ki, bunun da nəticəsi olaraq ona, bu sənət ocağının səh­nəsində hazırlanan iki ta­maşaya bədii quruluş vermək müyəssər olub. Bunlardan bi­rin­cisi A. Məşədi­bəyovun “Toy kimindir?”, ikin­cisisə F. Əmi­rovun “Ürəkça­lan­lar” musiqili komediyaları idi. Hər iki ta­ma­­şa­­nın premyerası bö­­yük maraqla qarşılan­mış­dır. Rəssamın Tiflisdəki yaradıcılıq uğu­ru onu daha da ruhlan­dırır. Bu ruh yük­səkliyi Məmməd Qasımovun ailəsinə də yaxşı mə­na­da böyük təsir göstərir. Həmin il təkcə yaradıcılıq uğuru ilə deyil, həmçinin, şəxsi həyatında da yaddaqalan illərdən biri olur.
Artıq İkinci Dünya Müharibəsi də başa çat­mışdı. Həyat daha da gözəlləşmişdi... Amma gözlənilmədən Tiflis Rəssamlıq Aka­­­­demiyasında Azərbay­can bölmə­sinin heç bir səbəb göstəril­mədən birdən-birə bağlanması M. Qasımovu çox məyus edir. Ali təhsilini başa çatdıra bilməyən, bütün varlığı ilə Nax­çıvana, xüsusilə Naxçıvan Dövlət Dram Teatrına bağlı olan M. Qası­mov ata yurduna qayıdaraq Naxçıvan Teat­rında yara­dıcı fəaliy­yətini davam etdirmək qərarına gəlir. Fikrini atası Məşədi Ələk­bər kişiyə dedikdə, o, oğlunun fikrinə böyük hörmətlə ya­na­şır, ailəsini də götürüb Naxçıvana qayıdır. Naxçıvanda 7 nə­fər­lik külfət onbirotaqlı evin əvəzinə ikiotaqlı mənzilə sığı­nır. Ailəsinin onunla birlikdə Naxşı­vana geri dönməsi və onun yanında yaşaması Məmməd Qasımovu yenidən ruhlan­dırır, mad­di sıxıntıları azalır. O, ailə­sinin maddi və mənəvi dəs­təyilə 1947-ci ildə Azər­baycan Dövlət Rəssamlıq Mək­tə­bində ixtisas təhsilini davam etdirmək qərarına gəlir. Özünün "ikinci evi" saydığı Naxçıvan Teatrından müvəqqəti ayrı düşür.
1947-1952-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktə­bin­­də ixtisas təhsilini davam etdirir. Amma onu da qeyd edək ki, gənc rəssam Bakıda ol­du­ğu illərdə də Naxçıvan Dövlət Dram Teatrı ilə yaradıcılıq əlaqələrini kəsmir. Əksinə, qocaman sənət ocağında hazırlanan bir neçə tamaşanın rəssamı rəssamı təyin olunur və ard-arda uğurlu yaradıcılıq nəticələri əldə edir.
Məmməd Qasımov 1952-ci ildə ali təhsilini bitirdikdən son­ra ixtisaslı kadr kimi doğma Naxçıvana qayıdır və həmin ildən Naxçıvan Teatrının baş rəssamı kimi yaradıcılığının yeni mər­hələsinə qədəm qoyur. Elə o illərdən də gənc olma­sına baxma­yaraq, Məmməd Qasımov muxtar respublikanın ən istedadlı rəs­­samların­dan biri kimi ta­nı­nır.
Məmməd Qa­sımov həmin vəzifədə yorulmaq bilmədən öm­rü­nün son günlərinədək - tam 35 il fasiləsiz olaraq məh­suldar, yaradıcı və təşkilati, səviyyəli və səmərəli fəaliyyət gös­tərib. Rəssamın bədii quruluş verdiyi 100-dən artıq tamaşanın, hər biri öz orijinallığı, yüksək səviyyəli bədii keyfiyyəti ilə diqqəti cəlb edib. Təkcə bu illər ərzində o, Naxçıvan Teatrında 93, Gən­cə Dövlət Dram Teatrında 1, İrəvan Dövlət Azərbaycan Dram Teat­rında 3 tamaşanın quruluşçu rəssamı olub. Həmin səhnə­lərdəki zəngin, məzmunlu və möhtəşəm dekorasiyalar, əlbə­sələr, dövrəuyğun, rəngarəng geyimlər və qrimlər ədəbi və teatr tənqidinin müsbət rəyinə, geniş tamaşaçı kütləsinin isə böyük marağına və rəğbətinə səbəb olur.
"Vaqif", "Almaz", "Evlənmə", "Bir gəncin manifesti", "Sehrli küpə", "1905-ci ildə", "Pəri cadu", "Hacı Qara", "Solğun çiçəklər", "Sevilya ulduzu", "Hacı Qənbər", "Arşın malalan", "Çiçəkli dağ", "Məlikməmməd", "Aqil və Sərvinaz", "Atayevlər ailəsində", "Şeyx Sənan", "Eşq və intiqam", "Dur­na", "Cinayətin izilə", "Qayınana", "Qatır Məmməd", "Vicdan əzabı", "Ulduz", "Qaçaq Nəbi", "Qanlı səhra", "Sahil əməliy­yatı", "Ədalət", "Vətən" və sair rəssamın Naxçıvan Teatrında qu­ruluş verdiyi tamaşalarıdır. O, quruluş verdiyi tamaşalara cər­rah dəqiqliyi, ana qayğısı, uşaq sevinci ilə ya­naşırdı. Ərsəyə gətirdiyi hər bir tamaşaya həssaslıqla yanaşar, yeri gələrsə, bəl­kə də mənasız görünən adi bir detalın düzgün ərsəyə gətiril­mə­məsinə üsyan edər, inadkarlıqla tələb edərdi ki, mütləq hər bir detal onun verdiyi eskizə uyğun olsun, hətta aktyorun əy­nin­də olan əlbisənin düyməsinə kimi. Yeni fikir, yeni yanaşma, bə­dii zənginlik, dəqiqlik rəssamın yara­dı­cı­lığının xarakterik xüsu­siyyətləridir desək, yanıl­marıq. Məm­məd Qası­mov Azər­bay­can Teatr tarixində adı ən öndə gələ bilən rəs­samlardan biridir.
Məmməd Qası­mov Naxçıvan Teatrının səhnəsində: Cəlil Məmmədquluza­dənin “Ölülər” (1943, 1944, 1950, 1951, 1961), Üzeyir Hacı­bə­yovun “Ər və arvad” (1943, 1955), “Arşın mal alan” (1943, 1945, 1955), “Məşədi İbad” (”O olmasın, bu olsun”) (1963, 1985), “Əsli və Kərəm” (1968); “Anamın kitabı” (1965, 1984); Reinhold Moiseyeviç Qliyerin “Şah­sənəm” (1944); Məmməd Səid Ordubadinin “Ürəkça­lanlar” (1945, 1956); Ağası Məşədibəyovun “Toy kimindir” (1945); Suleiman Sani Axundovun “Eşq və intiqam” (1947, 1955, 1957, 1958); Səməd Vurğunun “Fərhad və Şirin” (1947, 1956, 195, 1960), “Vaqif” (1950, 1951, 1956, 1957, 1958, 1968), “Komsomol poeması (1962)”; Karlo Qoldoninin “İki ağanın bir nökəri” (1947), “Mehmanxana sahibəsi” (1968, 1970); Şəid Rüstəmovun “Durna” (1948, 1957); Ənvər Məmmədxanlının “Od içində” (1948, 1954); Cəfər Cabbarlının “Almas” (1948), “Sevil” (1949, 1963), “Aydın” (1950, 1956, 1957), “1905-ci ildə” (1952), “Od gəlini” (1953, 1954), “Sol­ğun çiçəklər” (1954, 1956), “Yaşar” (1958, 1967), “Nəsrəddin şah” (1960, 1961); Mirzə İbrahimovun “Həyat” (1948, 1954), “Yaxşı adam” (1966); İslam Səfərlinin “Xeyir və şər” (1948, 1950), “Göz həkimi” (1955, 1956, 1957), “Ana ürəyi” (1960); İlyas Əfəndiyevin “Bahar Suları” (1948, 1949, 1950); Sabit Rəh­manın “Toy” (1949, 1951, 1953, 1954, 1977), “Nişanlı qız” (1954, 1955, 1956, 1960), “Ulduz” (1958, 1959), “Əliqulu ev­lənir” (1960, 1961), “Xoşbəxtlər” (1964); Zeynal Xəlilin “Qatır Məmməd” (1949, 1950, 1956, 1958); Aleksandr Arbu­zo­vun “Altı sevimli dost” (1949); Vilyam Şekspirn “Onikinci gecə” (1949, 1951). “Qış nağılı” (1960); Mirzə Fətəli Axun­dovun “Ha­cı Qara” (1949, 1954), “Lənkəran xanının vəziri” (1962); Aleksandr Şirvanzadənin “Namus” (1950, 1955, 1960); Mir Cə­lal Paşayevin “Bir gəncin manifesti” (1950, 1952); Mal­ya­rovskinin “Sehirli küpə” (1951); Əbdürrəhim bəy Haq­ver­di­yevin “Pəri cadu” (1953, 1954, 1955, 1957); Vadim Sob­konun “İkinci cəbhə” (1953); Lope de Veqa “Sevilya ulduzu” (1954, 1955, 1956, 1960); İlyas Əfəndiyevin “Atayevlər ailəsi” (1954, 1955), “Sərhədçilər” (1958), “Sən həmişə mənimləsən” (1965), “Məhv olmuş gündəliklər” (1973); Nəcəf bəy Vəziro­vun “Yağışdan çıxdıq, yağmur düşdük” (1955), “Hacı Qəmbər” (1955); Süleyman Rüstəmin “Qaçaq Nəbi” (1955, 1956, 1958, 1960); Abdulla Şaiqin “Vətən” (1955, 1958, 1959); Əyyub Ab­basovun “Məlik Məmməd” (1955, 1956, 1972), “Aqil və Sər­vi­naz” (1956); Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” (1956), “Bahar” (1958); Vasili Şkvarkinin “Özgə uşağı” (1956); Georgi Midivaninin “Vətən namusu” (1956, 1958, 1959), “Konsulu oğurladılar” (1966); Asəhməd Tokayevin “Adax­lılar” (1957); Hüseyn Cavidin “Şeyx Sənan” (1957, 1962), “Səyavuş” (1962), “Şeyda” (1981), “Azər” (1983); Oq­tay Xəlilovun “Cinayətin izi ilə” (1957); Məcid Şamxalovun “Qa­yı­nana” (1957, 1958); Rabindranat Taqorun “Qanq qızı” (1958); Nəriman Nərimanovun “Nadir şah” (1958, 1964); Meh­di Hüseynin “Cavanşir” (1958); Biçarinin “Xəyanət” (1958); Əliyar Yusiflinin “Vicdan əzabı” (1958, 1959, 1964), “Siz xoş­bəxt yaşayın!” (1981); Bəxtiyar Vahabzadənin “Ədalət” (1958, 1959), “Yağışdan sonra” (1972); Baqdasarovun “Qanlı səhər” (1959); Cəmşid Əmirovun “Sahil əməliyyatı” (1959, 1960); Səttar Axundovun “Məzəlizadələr” (1960); Süleyman Əliyevin “İki ananın bir oğlu” (1960) “Canlı heykəl” (1978); Q. Məm­mədovun “Dan yeri sökülərkən” (1960); Firudin Axun­dovun “Qanlı çinar” (1961); Van Şin-Fu “Dağıdılmış piyalə” (1961); Məhərrəm Əlizadənin “Toy kimindir” (1961, 1962); Məm­mədəli Tarverdiyevin “Kölgəli dağ” (1962); Qaragin Besin “Kərpic adam” (1962, 1963); Hüseyn Razinin “Odlu diyar” (1963, 1964, 1965), “Günəş” (1968), “Arxalı dağlar” (1971); Süleyman Ələsgərovun “Özümüz bilərik” (1963), “Hardasan, ay subaylıq?” (1963); Əbil Yusifovun “Çiçəklənən arzular” (1964); Adil Babayevin “Ürək çağırır” (1964); Kəmalə Ağa­yevanın “Məhsəti” (1964, 1976), “İsmət” (1972), “Mənim tan­rım gözəllikdir, sevgidir” (1982). “Apardı sellər Saranı” (1985); Aleksandr Ostrovskinin “Cehizsiz qız” (1964, 1966) “Gü­nahsız müqəssirlər” (1984); Gilberto Fiqeyredunun “Ezop” (1965, 1966); Əliheydər Qəmbərovun “İlan yuvasında fırtına” (1966); Süleyman Rəşidinin “Mən onu axtarıram” (1967); Hü­seyn İbrahimovun “İtirilən sağlıq” (1967); Şıxəli Qurba­novun “Sənsiz” (1967); Boris Lavrenyovun “Hücum” (1967); Əbil Yusifovun “Məhəbbət abidəsi” (1969); Fridrix Şillərin “Məkr və məhəbbət” (1969); Georgi Xudayev “Arvadımın əri” (1971); Andrey Makayonok “Tribunal” (1972); Konstantin Si­monov “Dördüncü” (“Onlar dörd nəfərdilər”) (1975); Panço Pançev “Dörd ekiz haqqında nağıl” (1975); Nodar Dumbadze “Da­rın­ma ana!” (1976); Vsevolod İvanov “Zirehli qatar 14-69” (1977, 1980); Ramiq Nağıyev “Əgər sevirsənsə...” (1977); Rüstəm İbrahimbəyov “Yaşıl qapı arxasında qapı” (1978); Qralxan Bokayev “Dayça” (“Yetkinlər”) (1978, 1979); Salam Qədirzadə “Şirinbala bal yığır” (1979); Nazim Hikmət “Bay­ramın birinci günü” (1980); Şota Rokovanın “Yaşıl papaq” (1982); Nidayət Orucov “Məni qınamayın” (1983); Əkrəm Əylisli “Qiymətli qafiyələr” (1985) və s. bu kimi 123 аddа klаs­­sik və müаsir əsər­lə­rə səhnə tərtibatı vermiş, geyim es­kizləri çəkmiş, müxtəlif dekorlar və pannolar hazırlamışdır. 40 ildən аrtıq bir müddətdə tеаtrın bаş rəssаmı vəzifəsində çаlış­mışdır. Əsərləri rəssamın oğlu tanınmış teatrşünas alim, sənət­şünaslıq üzrə fəlsəfə dok­toru, dosent Ələkbər Qasımovun şəxsi kolleksiyasında qorunub saxlanılır.
Rəssamların dünyaya baxışları fərqli olur. AMEA Nax­çıvan Bölməsi İncəsənət, Dil və Ədəbiy­yat İnstitutu təsviri və de­ko­rativ-tətbiqi sənətlər şöbəsinin mü­diri Fizzə Quliyeva mər­hum rəssam Məmməd Qasımo­vun 95 illiyinə həsr etdiyi və “525-ci qəzet”nin 5 fevral 2020-ci il tarixli sayında çap etdir­diyi “Üç yaxşıdan biri” sərlövhəli mə­qaləsində qeyd etmişdir ki, Məm­məd Qa­sı­mov həm bir insan kimi, həm də öz işinin böyük us­tası kimi dünyaya fərqli baxan insanlardan­dır. Rəs­samın üstün cəhətlə­rindən biri, yara­dıcılıq uğuru fantaziyanı reallığa tabe et­məsi­dir. O, öz yara­dıcı­lığını məhz dekorativ reallıq üzərində in­kişaf etdirmişdi. Rəs­samın yaradıcılığını analiz etdikdə görərik ki, onun üçün əsas prinsip dekorativ reallıqdır. Də­qiqlik, elmi əsaslar, dünyəvilik, incəlik rəssamın əsas yara­dı­cılıq prinsip­lərin­dəndir. Və bu deyilən məqamları, xüsusilə dekorativ real­lığı rəssamın quruluş verdiyi "Hücum" tama­şasının səhnə həl­lində görürük. Əsərdə tarixi "Avrora" gə­mi­sində inqilab ərə­fəsindəki son bir neçə gündə baş verən ha­disələr ümumiləş­diril­miş bir şəkildə qələmə alınmış­dı. Pyes­də şərti olaraq "Avrora" gəmisi "Zarya" adlandırıl­mışdı. "Zarya"da baş verən təlatüm, çaxnaşma ikitirəlik, xəyanət, həyəcan və gərginlik, eyni za­man­da, onun kapitanı Bersenyevin evində, onun ailəsində də əks olunmuşdur. Əlamətdar günə həsr olun­muş tamaşaya əla­hiddə qonaqlar da təklif buyurmuşdu. Həmin vaxt Leninqrad Dövlət Akademik Dram Teatrının iki nəfər əməkdaşı Nax­çı­vana gəl­miş və həmin tamaşaya baxdıqdan sonra onun yaradıcı heyətini - quruluşçu rejissor Baxşı Qələn­dərlini, aktyor heyətini təbrik edərək quruluşçu rəssam Məm­məd Qasımovun səhnə həllindən vəcdə gəldiklərini gizlətmə­mişlər. Səhnədəki dekora­siyaların, geyim və qrimlərin onları valeh etdiyini bildirmiş, etiraf et­miş­lər ki, Azəbaycanın bir əyalət teatrından bu məşhur əsərin çox yük­sək səviyyəli bir tamaşa kimi təqdim olunacağını göz­lə­mir­dik.
Leninqraddakı Dövlət Akademik Dram Teatrında gör­kəmli rejissor və məşhur teatr rəssamı Nikolay Akimov bu ta­ma­şanı Naxçıvanda gördüyümüz səviyyədə təqdim edə bil­mə­mişdir. Ta­maşanın rəssam işi - səhnədə sanki həqiqi bir gə­mi­nin gö­rünməsi xüsusilə onları xeyli təəccübləndirib, məmnun etdiyin­dən söyləmişlər ki, sizlər xoşbəxtsiniz, teatrı­nızda belə bir geniş dünyagörüşlü, yüksək erudisiyalı, istedadlı bir rəssam vardır. Bu tamaşa rəssamın yaradıcı hə­yatında dönüş yaradaraq onu sə­nət zirvəsinə qaldırmışdır. Məhz bu tamaşadan sonra həmin il Məmməd Qasımov (1967-ci il 21 noyabr tarixli Fər­manla) muxtar respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

ÖLMƏZ SƏNƏTKARIN  MƏNALI ÖMÜR YOLU - teatr rəssamı MƏMMƏD QASIMOV Məmməd Qasımov daim uğurlar əldə edən rəssam olub. Onun uğurlarının əsas səbəbi fədakarlığı, çalışqanlığı, əzm­kar­lığı, iradəsi, dözümü, tükənməz səbr sahibi olması idi. Doğru­dan da, rəssamın ümümilikdə yaradıcı fəaliyyətini gözdən ke­çirəndə bir insanın nə qədər səbirli olmasını sözlə ifadə edə bil­mir­sən. Elə insanlar var ki, onların yaradıcılıq im­kanlarını ifadə etməyə söz yetmir. Məmməd Qasımov məhz o cür böyük sənət­karlardandır. Onun haqqında ailəsinin, onu tanıyan in­san­ların dilindən ancaq xoş sözlər, ağız dolusu təriflər eşidə bilir­sən. Rəssamın əməyi sağlığında yüksək dəyər­lən­dirilərək Nax­çı­van MSSR Ali Soveti Rəyasət Heyətinin və Bakı Şə­hər So­vetinin Fəxri fərmanları, “Əməkdə fərqlənməyə görə” me­dalı, SSRİ Mədəniyyət Nazirliyinin “Əlaçı mədəniy­yət işçi­si” döş nişanı ilə təltif olunan Məmməd Qasımov 1967-ci ildə (Nax­çı­van MSSR Ali Soveti Rəyasət He­yətinin 21 noyabr tarixli Fər­manı ilə) muxtar respublikanın Əməkdar in­cəsənət xadimi fəxri adı­na layiq görülüb. O, dəfə­lərlə Azər­bay­can rəssamla­rı­nın və teatr xadimlərinin qurultay­larına nüma­yəndə seçilib.
Uzun illər Azərbaycan Teatr Cəmiyyətinin - indiki Teatr Xa­dimləri İttifaqının üzvü olan və 1970-ci ildə SSRİ Rəssamlar İt­ti­faqının üzvlüyünə qəbul olunan M. Qasımov bir il sonra Nax­çı­vanda rəssamlar təşkilatının yaradılması təşəbbüsünü irəli sürür. 1971-ci ilin iyun ayında respublikanın rəhbəri Heydər Əli­­yevin bilavasitə dəstəyilə yaradılan Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatına məhz ulu öndərin tövsiyəsilə gənc­­lik illərindən yaxşı tanıdığı Məmməd Qasımov ilk sədr se­çilib. Bu təşkilatın qurulmasında və formalaşmasında, Naxçı­vanda Azərbaycanın və muxtar respublikada yaşayan tanın­mış rəssamların fərdi sərgilərinin təşkilində, gənc istedadların isti­qa­mətləndirilməsi və həvəsləndirilməsində onun danılmaz xid­mətləri olub.
Bundan başqa M. Qasımov uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub, Naxçıvan şəhərində internat-məktəb açıldığı gün­dən (1961) əvvəl burada, daha sonralar isə 4 №-li orta mək­təb­də rəsm və rəsmxət müəllimi işləyib, şəhərdə ilk dəfə, Pionerlər Evində özünün təşkil etdiyi rəssamlıq studiyasına 1950-60-cı illər ərzində rəhbərlik edib. Həmin studiyadan pər­vaz­lanan gənc­­­lərdən 30 nəfərdən artığı sonralar respublika­mızın və SSRİ-nin müxtəlif ali və orta ixtisas məktəblərində təhsillərini davam etdirərək tanınmış rəssamlar kimi məşhur­laşıb, onlardan 5 nəfəri SSRİ Rəssamlar İttifaqının üzvü olub.
Bir teatr rəssamı kimi tanınan M. Qasımov portret, mənzərə, qrafika və plakat janrında da dəyərli əsərlər yaradıb, bir sıra karikaturaları dəfələrlə “Kirpi” jurnalında və müxtəlif qəzet sə­hifələrində dərc olunub. Qeyd etmək yerinə düşər ki, Məmməd Qasımov muxtar respublikanın ilk karikaturaçı rəssamı kimi də tanınmaqdadır. O, həmçinin müntəzəm olaraq əlamətdar və bay­­ram günlərində Naxçıvan şəhərinin küçə və meydanlarının bədii tərtibatında özünün müxtəlif plakat və portretlərilə yaxın­dan iştirak etməklə müntəzəm olaraq bu işlərə də rəhbərlik edib.
Məmməd Qasımov ədəbi və publisistik yaradıcılığa da meyl edib. Onun teatr rəssamlığına, səhnəqrafiyaya, görkəmli rəs­sam­ların həyat və yaradıcılığına həsr olunmuş onlarla məqaləsi dövri mətbuatda dərc olunub.
100-dən artıq rübai müəllifi olan M. Qasımov həmçinin Y.V. Çəmənzəminlinin “Qızlar bulağı” romanını səhnələş­dirə­rək qədim tariximizə dair çox maraqlı bir pyes də ərsəyə gəti­rib. O, yerli şair və yazıçıların Naxçıvanda çap olunan bir sıra ki­tablarının da bədii tərtibatını verib.
Malisəf, həyat təzadlarla doludur.
1987-ci il - Məmməd Qasımov ömrünün son səhifəsidir. Hə­min il yanvar ayının 28-də o, Naxçıvan şə­hərində vəfat edib, bö­yük sənət­kar əbədi olaraq biziləri cismən tərk edib. Ömrünün ikinci baharını yaşadığı 62 yaşında əbədiyyətə qovuşan sənət­karın ailəsi, xüsusilə onu sevən həyat yoldaşı, şairə - Kəmalə xanım Ağayeva, övladları - Ələkbər, Könül, Ələd­din, onun ikin­ci evi Naxçıvan Teatrında uzun illər birgə işlədiyi dostları, yoldaşları onu tanıyan hər kəs üçün bu itki çox ağır olub...
1987-ci il - həm də Naxçıvan Teatrının tarixi üçün əla­mət­dar illərdən biridir. Həmin ilin iyun ayında Naxçıvan Döv­lət Mu­siqili Dram Teatrının gecikmiş 100 illik yubiley təntənəsi keçi­rilib. Həmin tədbirdə M.Qasımov böyük hörmət və ehti­ramla xatırlanıb. Qeyd olunub ki, 44 illik teatr fəaliyyəti döv­ründə 107 tamaşanın quruluşçu rəssamı olmuş M. Qasımov istər klas­sik və müasir Azərbaycan dramaturgiyasının, istərsə də müx­tə­lif dövrləri əhatə edən xarici dramaturgiyanın nəbzini çox gözəl duyan, üzərində çalışdığı hər bir əsərin ideyasını və ana xəttini düzgün qavrayan, pyesin bəhs etdiyi dövrü dərindən öyrənən və ən əsası səhnədən öz sözünü deyə bilən, bununla da müəllif fikrinin, rejissor yozu­munun tamaşaçıya çatdırılmasına vasitə­çilik edən bir rəssam olmaqla Azərbaycanın üç ən gör­kəmli teatr rəssamlarından biri kimi tanınıb.
Təsadüfi deyil ki, 1987-ci ildə Naxçıvan Teatrının 100 illik yubiley təntə­nəsində çıxış edən sənətşünaslıq doktoru, profes­sor Kərim Kə­rimov bu barədə fikrini belə ifadə etmişdir:
“...Mən tez-tez işlətdiyim ifadəni bu gün burada teatrın bu­günkü 100 illik təntənəsində bir daha təkrarlamaq istəyirəm ki, Azərbaycanda səhnədən söz deyə bilən, adı böyük hərflərlə yazılası üç teatr rəssamı tanıyıram. Onlardan ikisi Bakıda - Nüs­­rət Fətullayev və Elçin Aslanov, üçüncüsü Naxçıvanda - bir neçə ay əvvəl dünyasını dəyişmiş Məmməd Qasımovdur.
17 yaşından öm­rünü bu teatra bağlayan və son 35 ildə Nax­çıvan Teatrının baş rəssamı kimi yorulmaz fəaliyyət gös­tərən, bu ilin əvvəlində qəf­lətən dünyasını dəyişmiş iste­dadlı teatr rəs­samı, Muxtar Respublikanın Əməkdar İncəsənət xadimi Məm­məd Qasımov təkcə Naxçıvan Teatrında 100-dən artıq ta­ma­şaya bir-birindən artıq maraqlı bədii quruluş vermiş­dir.”
Quruluşçu rəssamı olduğu tamaşalar haqqında mütəmadi olaraq mərkəzi və yerli mətbuatda dərc olunan resenziyalarda Məmməd Qasımovun işi görkəmli teatrşünaslar və ədəbiyyat­şünaslar tərəfindən həmişə müsbət rəylə yüksək qiymətlən­diri­lib. Bir sıra alimlərin, teatr tədqiqatçılarının elmi əsərlərində - dis­sertasiya, monoqrafiya və məqalələrində görkəmli səhnə rəs­samının yaradıcılığı da geniş işıqlandırılıb.
Müxtəlif illərdə M. Qasımovun həyatı və çoxşaxəli yara­dı­cı­lığı haqqında dəfələrlə “Qobustan” jurnalında, “Ədəbiyyat və incəsənət”, “Şərq qapısı”, “Sovet Naxçıvanı”, “Nuh yurdu” qə­zet­lərində, Naxçıvan Regional Elmi Mərkəzinin və Naxçıvan Dövlət Universitetinin konfrans materiallarında maraqlı mə­qa­lə­lər verilib.
Anadan olmasının 90 illiyi münasibətilə 2016-cı il martın 10-da - Milli Teatr Günündə Naxçıvan Muxtar Respublikası Rəs­­samlar Birliyinin B. Kəngərli adına sərgi salonunda kon­frans-sərgi təşkil olunub. Burada məşhur səhnə ustaları - xalq artistləri və M. Qasımovun yetirmələri - tanınmış rəssamlar ürək sözlərini, xatirələrini söyləyib, sonra konfrans iştirakçıları görkəmli sənətkarın maraqlı sərgisilə tanış olublar. Sərgidə onun tamaşalara çəkdiyi dekor, geyim və qrim eskizlərin, özü­nün hazırladığı maketlər, quruluşçu rəssamı olduğu tamaşaların afişaları və haqqında sovet dövründə və müstəqillik illərində yazılmış məqalələrin dərc olunduğu qəzet və jurnallar nümayiş olunub. Həmin ərəfədə “Qobustan”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” və Nax­çıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalları sənətka­rın 90 illiyinə həsr olunmuş xüsusi məqalələr dərc edib.
2020-ci ildə isə Azərbaycanın görkəmli teatr rəssam­la­rın­dan biri, muxtar respublikanın əməkdar incəsənət xadimi, Nax­çıvan Rəssamlar Birliyinin ilk sədri olmuş Məmməd Qası­movun ana­dan olmasının 95 illiyi qeyd olunub. AMEA Nax­çıvan Bölməsi İncəsənət, Dil və Ədəbiy­yat İnstitutu təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin mü­diri Fizzə Quliyeva mər­­hum rəssam Məmməd Qasımo­vun 95 illiyinə “Üç yaxşıdan biri” sərlövhəli məqalə həsr etmiş “525-ci qəzet”də çap etdir­mişdir.
Bəli, Məmməd Qasımovun istər həyatı, istərsə də ya­radıcılığı bütünlükdə, xüsusilə gənc nəslin dünyagörüşünün for­malaş­masında tərbiyəvi əhəmiyyətə malikdir. Hər kəs Məm­məd Qa­sı­movun həyat və yaradıcılıq fəaliyyətində əxlaqi də­yər­ləri, Vətənə, ailəyə, işlədiyi yerə bağlılığı, dostları sev­məyi, yaşın­dan, vəzifəsindən asılı olmayaraq hər kəsə hörmətlə ya­naş­ma­ğın necə olduğunu görə bilər. Sənətkarın zəngin bədii ir­sinin tədqiqi, öyrənilməsi, öyrədilməsi olduqca mühüm əhə­miy­yətə malikdir.
Məmməd Qasımov yaradıcı insan əzmkarlığının böyük si­ma­sıdır. O, fə­dakar, sənətə bağlı, insanları sevən, yaşından, kim­­liyindən asılı olmayaraq hər kəsə yüksək hörmətlə yanaşan, hamını öz dilində danışdırmağı baca­ran sənətkar idi. Az və ya­xud çox qa­bi­liyyəti olan insanlar sənətkarlıq zir­vəsinə qalxa bilər, amma hərtərəfli sə­nətkar olmaq hər kəsə nəsib olmur. M.Qasımov məhz belələrindəndir. Rəs­samın titanik yaradıcılı­ğında bir sərnişin olub, onun "sənət okeanına" bir anlıq səyahət edəndə bu sözləri deməmək müm­kün deyil. Onun sənət əsərləri hər kəsi öz dilində dindirir, da­nışdırır. Uşaq olsun, ya böyük sə­nətkarın yaratdıqları qarşı­sında heyranlığını gizlədə bilmir. Duyduqlarını ifadə etmək üçün sözlər adiləşdiyindən sadəcə su­sursan. Ən əsa­sı da, insan səb­rinin, əzmkarlığının, fədakar­lığı­nın, sevgisinin ən yüksək mə­qa­mını bu sənətkarın yaradıcı­lığın­da müşahidə edirsən.

Çox doğdu deyiblər ki, sənətkarı ya­şadan xalqdır! Bu, hə­qiqətən də be­lədir. Xalqının layiqli sənət­karlarından olan - Nax­çı­­van Mux­tar Res­publi­kanın Əmək­dar in­cəsə­nət xa­dimi, SSRİ Rəssamlar İt­ti­faqının üz­­vü olmuş, Azərbay­can Rəs­­­sam­lar İt­ti­faqı Nax­çıvan Təşki­la­tının ilk səd­ri, düz 35 il - ömrünün so­nuna kimi Nax­­çı­van Döv­­lət Dram Teat­rının baş rəssamı vəzifəsində ça­lış­mış Məm­məd Qasımovu da elə öz xal­­qı yaşadır. Əminik ki, onun qurub, yarat­dığı zən­gin bədii irsi uzun illər, qərinələr keçməsinə bax­ma­yaraq, daim yaşaya­caq və bu yaradıcılıq kolleksiyası sənətdə kövrək addımlarını atan gələcək sənətkarlar, teatrsevərlər üçün bir ma­yak olacaq.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: