NOVRUZ BAYRAMI

NOVRUZ BAYRAMI Hər il mart ayının 20-si Azərbaycanda Novruz bayramı qeyd edilir. Təbiətin və həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bu bayramı çox təntənəli şəkildə dörd həftə əvvəldən qeyd etməyə başlayır. Həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Novruz yazın gəlişinin simvolu hesab olunur və mənası “Yeni gün” deməkdir. Novruz xalqımızın milli dəyərlərini və adət-ənənələrini özündə birləşdirən bayramdır.
Azərbaycanda Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı gündə, yəni gecə və gündüzün bərabərliyi günündə qeyd olunur.
Milli bayramımız olan Novruz 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahıya daxil edilmişdir. 2010-cu il fevralın 23-də BMT tərəfindən mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən bu il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə təxminən saat 19:33-də daxil olacaq.
Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri hesab olunur. Nazirlər Kabinetinin qərarına əsasən 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilmişdir. Buna görə də 25 mart qeyri-iş günü olacaq. Martın 19, 26 və 27-si tarixləri də şənbə gününə təsadüf etdiyinə görə Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl olaraq (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Nuranə Muxtarova,
Masallı Gənclər Evinin metodisti

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: