GÜRCÜSTANDAN OLAN QƏRİBƏ VƏ MÖCÜZƏLİ NAĞILÇI

GÜRCÜSTANDAN OLAN QƏRİBƏ VƏ MÖCÜZƏLİ NAĞILÇI Naro Kolxeli (Nariman Yaşağaşvili) 1957-ci il dekabrın 3-də Gürcüstanın Oçamçire şəhərində anadan olub.
Oçamçire 1 saylı orta məktəbini və Tbilisi Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.
«Tanrıların kədəri» silsiləsindən nağıllar, hekayələr, kinossenarilər və romanlar nəşr etdirib. Bəşəriyyətin ulu dilinin izahlı lüğətinin tərtibi üzərində işləyir.
Əlahiddə münsiflər heyəti tərəfindən verilən müasir mövzularda romanların və hekayələrin sürətlə yazılışında (7 roman və 17 hekayə ) rekordçudur.
Münsiflər heyəti onun bütün romanlarını müsbət dəyərləndirib, Naro Kolxeli indi eləcə də İtaliyada və ABŞ-da də rekord vaxtda iki romanı yazmaq niyyətindədir.
Naro Kolxeli uaşqları çox sevir, onlar üçün nağıllar da yazır. Onun təşəbbüsü ilə Gürcüstanda «Günəş bayrağı» Dünya Uşaqlarının Dostluq Mərkəzi yaradılıb.
Onun bir neçə nağılı Azərbaycan dilli mətbuatda dərc olunub və maraqla qarşılanıb. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, mənim tərcüməmdə onun nağıllar kitabı nəşrə hazırdır.

* * *
YAZIÇI İLƏ MÜSAHİBƏ


- Cənab Nəriman, nağılları necə yazırsınınz, ilham gəlir, yoxsa, özünüz süjetləri quraşdırırsınız?
- İlham pəriləri və süjetlər birgə uçurlar, lakin mən bir az qəribə yazıram. Beyinə informasiya ötürürəm, ona nağıl yazmaq barədə danışıram. Məsələn: kirpi və ya zürafə barədə. İlham pərisini gözləyən bu məlumat beyində saxlanılır. Mənim uşaqlıq şəklim divaradan asılıb. Gözəl axşamların birində ilham pəriləri məni narahat edən kimi oyanıram, işığı yandırıram, bir müddət uşaqlıq şəklimə diqqət kəsilirəm, sonra yazmağa başlayıram. Səhərə kimi nağıl hazırdır.
- Sizin uşaqlıq şəkliniz güman ki, sizə nədəsə kömək edir.
- O işdə kömək edir ki, mən onun dilində, uşaq dilində yazıram, həm də uşaqlığımı xatırlayıram.
- Uşaq dilində yazılan nağılı, aydındır ki, uşaqlar çox sevir.
- Onu da deyim ki, mənim nağılımı oxuyan və yaxud başqasından eşidən uşaq eyni zamanda cizgi filmini görür.
- Bunu necə anlayaq?
- Yazmamışdan öncə təsviri divardakı cizgi filminə baxıram. Cizgi filmi sona yetən kimi, onu şparqalkadan köçürürəm.
-Şparqalka hardadır?
- Beynimdə.
- Yaxşı, sənin bütün nağılların bu cür yazılır?
-Bəli!
Nə qədər nağıl yazıbsınız?
- Təxminən iki yüzə qədər. Onu da qeyd edim ki, məşhur adamlar barəsində də nağıllar yazıram, daha doğrusu, onlara nağıllar həsr edirəm.
- Çox maraqlıdır, belə bir şeyi ilk dəfədir ki, eşidirəm. nağılları hər halda kimə həsr edirsiniz?
-Şahmatçı Maya Çiburdanidzeyə «Kraliça Maya» nağılını, aktrisa Leyla Abaşidzeyə «Çox dəcəl qızcığaz», «Mziuri» ansamblının xanımlarına «Günəşin qızları», velosipedlə dünyanı səyahət edən Cumber Lejavaya «Cuba babanın sərcüzəşti» nağılını və sairi həsr etdim və bu cür təxminən 50-ə qədər yazılmış nağılım olacaq.
- Onların hamısı gürcülərdir, əcnəbi ünlü insanlara da nağıllar həsr edibsinizmi?
- Hələlik yox, lakin bunun niyyətindəyəm. Azərbaycanın prezidenti İlham Əliyeyə «Ağıllı İlham» adlı nağılı əsr etmək istəyirəm. Müğənni Bülbüloğluna «Polad bülbül» nağılını. Bu sözlər Azərbaycan dilində olduğu kimi, gürcü dilində də eyni məna daşıyır. İllah da ki, bülbül nəğməkar quşdur. Bülbüloğlu isə müğənni. Düşünürəm ki, gözəl nağıl alınacaq. İstənilən insan barədə nağıl yaza bilərəm, amma onun tərcümeyi halını bilməliyəm. Sonra problem yoxdur, oturub dostları, ilham pərilərini çağıracağam, olanları üşaq dilində yazacağam.
-Gürcüstanda siz «Günəşin bayrağı» Dünya Uşaqlarının Dostluq Mərkəzini yaradıbsınız. Bu təşkilatın məqsədi nədir?
- Sualının cavabı elə onun adındadır. Sözsüz ki, uşaqların dostluğu. Gələcəkdə «Günəşin bayrağı» Dünya Uşaqlarının Dostluq jurnalı nəşr etdirməliyik ki, bu da həftəlik olacaq və dünyada böyük tirajla yayılacaq. Bu jurnal dünya uşaqlarının dostluğuna imkanlar yaradacaq. Dünya uşaqların dostluq şəhərinin inşa edilməsi planınımızda vardır. Bunun da layihəsi hazırdır. Onu da qeyd edim ki, bunun barəsində sizin tərcümə edərək «Qaarapapaqlar» elmi-ədəbi jurnalında dərc olunan və müxtəlif saytlarda verilən «Ay və ilham pəriləri» nağılında vardır.
- Yadımdadır, dünyanın bütün ölkələrindən gələn həmin şəhərin necə nağılvari və möcüzəli olacağını təsəvvür edirəm. Onlar mahnılar oxuyacaq, rəqs edəcək və deyib-güləcəklər... «Günəşin bayrağı» Dünya Uşaqlarının Dostluq jurnalı nəşr edilənə və sonra şəhər inşa olunana kimi, əgər yanılmıramsa, siz iki dildə Azərbaycan və gürcü uşaqlarının dostluq jurnalı olan «Günəş» jurnalını nəşr etdirmək niyyətindəsinz.
- Azərbaycanlı və gürcü uşaqları ilə birgə onu mütləq nəşr etdirəcəyik.

Müsahibəni apardı: Mirzə Məmmədoğlu

P.S. : Onun Azərbaycan dilinə tərcümə olunan «Balacalara oxuyun” adlı nağıllar toplusu nəşrə hazırdır.
Bu toplunun belə bir şüarı var: “Uşaqlara xeyirxahlıq öyrədək». Yuxarıda qeyd edildiyi kimi, cənab Naro Kolxeli roman və nağılların sürətlə yazılışında rekordçudur. Türkiyədə yazılıan «Yağışın göz yaşları» romanının bir hissəsi, Azərbaycanlı qadına aid fəsilləri Mirzə Məmmədoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. İndi həmin hissəsi ZİM. AZ saytının oxucularına təqdim edirik.




Naro Kolxeli (Nariman Yaşağaşvili)

YAĞIŞIN GÖZ YAŞLARI
(Blitz- roman)
Bir hissə


Tbilisi dəmiryolu vağzalında camaat bir-birinə qarışmışdı, ağız deyəni qulaq eşitmirdi:
- Ölkə satıldı.
- Namuz satıldı.
- Tanrı da satıldı.
- Belə bir ölkədə yaşamağın bir mənası yoxdur.
Qatar gəlib dayandı. Kote Tsiranı vaqona çıxartdı.
- Bax, bu sənin kupendir, aşağı yerdir, səhər orada olacaqsan, belə, saat on iki radələrində. O qadının adı Tatyanadır, Tatyana Vasiliyevna, hündür boy, sarışın qadındır. Vağzalda səni qarşılaycaq. Vaqonun nömrəsini bilir.
Tsira hönkürməyə başladı.
- Özünü ələ al, - Kote ah çəkdi, - Bundan da betəri baş verir. İndi mən elə bir əhvalatı nəql edəcəyəm, sənə ümid verəcək, sevinəcəksən.
- Mənim heç nəyə ümidim yoxdur, Kote əmi, nəyə sevinə bilərəm.
- Eh, tale kim bilir, kimə nəyi hazırlayır. Onda mən tələbə idim... Sənin başına ki, gəldi, təxminən, eləcə həmin qızın da başına gəldi.
Tsira ağlayırdı.
- Siz də mənə inanmırsınız, Kote əmi.
-Xeyir, a bala, necə sənə inanmıram, o qıza da böhtan atdılar. Kənddə yaşayırdı. Şəhərdən kəndə bir oğlan gəlmişdi, o oğlan tələbə idi. Təcrübə keçirdi. Bir-birilərini sevdilər.
- Sonra?
- Sonrası da, elə oldu ki, qonşular onları bərabər gördülər.
- Harda?
- Çay yarpağı yığırdılar.
- Sonra elə nə oldu ki?
- Axı, nə bilim, onlar arasında heç nə baş verməyib, şaiyə yaydılar.
Sonra o oğlan şəhərə qayıtdı.
Eh, onu almadı?
- Alsa idi, elə günə düşməzdi... Qardaşları onu evdən qovdular. Həmişəlik onu itirdilər. Rostova getdi, doxturluq öyrəndi, təhsili başa vurdu, təkcə institutu deyil, aspiranturanı da bitirdi, bir professora ərə getdi. İllər keçdi və qonaq gəldi...Yox, vəziyyətdən halı olmaq üçün əvvəlcə ərini göndərdi, -Bir gör, mənim ailə üzvlərin necədirlər, -deyib. Anası yorğan -döşəyə düşmüşdü. Onun əri qadını sağaltdı. Sonra birgə gəldildər. Hamı utanırdı, ələlxüsus, qardaşları. Barışdılar və günahlarını etiraf etdilər. Bağışlayn,- dedilər.
-Eh, Kote əmi, nə gözəl nağıl danışdınız.
- Yox, mənim əzizim, bu, nağıl deyil, həyatda hər şey olur. Heç kim bilmir başına nə gələcək. Hardasa, qatar tərpənəcək, di, sən bilirsən, qoçaq ol, özünü ələ al.
- Nənəmə fikir verin, Kote əmi.
- Fikir verəcəyəm, bəs nə edəcəyəm. Ola bilsin ki, yanıma aparım.
- Badiyaya fikir verin, mənim topuş-mopuşuma, riyaziyyatdan çətinlik çəkir.
- Fikir verəcəyəm, mütləq fikir verəcəyəm.
- Güman ki, ağlayır.
- Həə.
- Tsirarının gözləri yaşla doldu.
- Qoçaya da fikir verin, yazıqdır.
- Hə, Qoçaya da fikir verəcəyəm.
Kupeyə əllərində çanta iki dolğun bədənili azərbaycanlı qadın daxil oldu.
- Salam.
-Əleykümə salam.
- Haraya gedirsiniz?
- Bakıya.
- Bu qızcığaz sizinlə birlikdə yol yoldaşı olacaq, Volqoqrada gedir...
- Di, salamat qalın, - alnından öpərək, - Sən bilirsən.
Qatardan düşdü və ona əl eylədi.
- Salamat qal, Kote əmi!
- Sabah sənə zəng edəcəyəm. Yayda gələcəyəm, səni görəcəyəm. Darıxma, hər şey yaxşı olacaq.
- Çox sağ olun, Kote əmi.
Qatar tərpəndi. Tsira alnını pəncərənin şüşəsinə dirədi. Qəflətən platformada Qoçanı gördü. Şüşəni aşağı endirdi, özünü saxlaya bilmədi və onu çağırdı:
- Qoça! Qoça! Niyə məni məhv etdin, Qoça mən ki, sənin yeganə bacınam! Bir ananın döşündən süd əmmişik. Niyə məni məhv etdin, Qoça?!
Kövrəldi
Uzun müddət pəncərənin yanında qaldı. Əsəbdən barmaqlarını gəmirirdi.
Qoça da yerində donub qalmışdı. Kote onun çiyinlərinə vuraraq ayıltdı:
- Dözə bilmədin, gəldin?
- Dözə bilmədim, Kote əmi,- Onun qarşısında diz çökdü, üzünü əlləri ilə örtərək ağlamağa başladı.

VI FƏSİL
ZEYNƏB BİBİ

Azərbaycanlı qadınlar çantalarını yerbəyer etdilər, döşəkləri sərdilər və əlüstü kiçik bir süfrə açdılar. Tsira bu zaman vaqonun çıxışında oturmuşdu və hönkür-hönkür ağlayırdı.
- Ay qız, bəri gəl,- deyə onu çağırdılar.
Tsira kupeyə daxil oldu və çəkinə-çəkinə oturdu.
Qadınlar ona nəzər yetirdilər.
- Bir loxma götürün, - Onlardan birisi əli ilə süfrəyə işarə etdi.
- Sağ olun,- Qızcığaz şirin çörəkdən bir tikə kəsdi.
- O sizin atanız idi?
- Xeyr, əmim.
- Mənim adım Zeynəbdir, bu, mənim kiçik bacımdır, Leyladır, sizin adınız?
-Tsira.
_Tələbəsənmi?
-Xeyr...- Hönkür-hönkür ağlamağa başladı.
Qadınlar bir-birilərinə təəccüblə baxdılar. Nəhayət, ondan soruşdular:
- Sənin dərdin nədir, qadan alım, bəlkə sənə kömək edə bilərik.
Qızcığaz öz dərdini ətraflı onlara nəql etdi. Söhbət zamanı göz yaşlarını silir və barmaqlarını gəmirirdi.
Qadınlar onu sakitləşdirməyə çalışırdılar.
Yatmaq vaxtı gəldi.
Onlar yataqlarına uzandılar.
Qadınlar yuxuya getdi, Tsira isə pəncərədən bayıra baxaraq fikrə getmişdi, keçmişi, uşaqlığı yadına salırdı. Sentyabrın 1-də anası onu birinci və axırıncı dəfə məktəbə apardı. Karuselə mindirdiyi vaxtlar atasını da xatırladı. Onda ilk dəfə karuseldə otururdu və qorxurdu. Onu böyüdən nənəsi Qoça və Baduriya, topuş-mopuşunu necə qıdıqladığı, qırmızı yanaqlarından öpüb-dişlədiyi, necə ağlatdığı hey gözünün önündə dururdu.
Gözləri yaşla dolurdu. İçin-için ağlayırdı.
Sübhə yaxın yuxuya getdi.
Zeynəb, Leyla döşəkləri yığışdırdılar və çay hazırladılar.
Tsira oyandı.
Onu çaya dəvət etdilər.
Bir müddət çayı sakitcə içirdilər, hərdən bir şirn çörəkdən loğma edirdilər, nəhayət, Zeynəb bacısına baxdı və Tsiraya dedi:
-Mənim balam, çəkinir, hər halda sənə deyirəm. Sən öz işini özün yaxşı bilirsən. Sənə kömək etmək istəyirəm, dünən bütün günü sənin barədə düşünürdüm. Mənə yaxın gəl.
-Tsira başını qaldırdı və kədərli halda ondan soruşdu:
- Hara, Zeynəb bibi?
- Marneulili qadınam, Azəraycanda və Türkiyədə kiçik bir biznesim var. Əsasən sitrus meyvələri ilə alver edirəm. Öz mağazam var, mənimlə işlə.
-Nə etməliyəm, Zeynəb bibi?
- Qutaları sayarsan, otaqları yığışdırarsan, işçilərə yemək hazırlayarsan.
- Yaxşı, Zeynəb bibi, mən sizinlə gələrəm, mən hər şeyi bacarıram, yemək hazırlamağa, fiziki əməklə məşğul olmağa da ərinmirəm, toxumaq da bilirəm.
- Xalça da toxuya bilirsən?
- Öyrənərəm, Zeyəb bibi.
- Bizim sayağı yeməklər hazırlamağı da öyrənərsən?
- Sözsüz ki, Zeynəb bibi.
- Belə yaxşıdır, mənim əzizim, Rusiya ilə əlaqə tədricən kəskinləşir, çətinə düşəcəyik. Heç kim bilmir sabah nə olacaq. Sonra ola bilsin ki, gec ola.
- Mən də elə fikirləşirəm, Zeynəb bibi.
Gözləri yaşla dolmuşdu, üzünə qəm çökmüşdü.

* * *
Tsira elə ilk gündən işdə özünü doğrultdu. Sitrus meyvələrinin qutularını sayaraq yığır, otaqlara düzürdü, işçilərə yemək hazırlayırdı.
Anbarın yanında ona kiçik bir otaq ayırdılar. Orada yaşayırdı. Otaqda bir çarpayı, kiçik bir stol və rəf dururdu. Otaq həmişə par-par parıldayırdı.
Bir dəfə Türkiyədən Zeynəbin qonağı gəldi, hündür boy qəşəng bir kişi.
-Zeynəb Tsiranı ona tanış etdi.
- Bu qızcığazı balam kimi sevirəm, çox halaldır, namuslu, etibarlı və ağıllıdır. Mahmud bəy, əgər istəyiniz varsa, sizinlə işləyər, sizin firmanızda.
- Türkcə bilir?
- Azərbaycanca artıq başa düşür, türkcə də tezliklə öyrənər.
- Yaxşı.
- Qoçaq qızdır, yaxşı evdardır, toxumaq da bilir.
- Qonaq bir müddət fikrə getdi, nəhayət, dedi:
- Uşaqlara baxa bilərmi? Yox, çətin deyildir, məktəbə aparacaq və gətirəcək, yemək hazırlayacaq, evi yığışdıracaq, çiçəkləri sulayacaq. Qızalar böyükdürlər Suməya və Səlma, Suməya altıncı sinifdədir, Səlma dördüncü. Yaxşı qızdırlar. Anaları xəstədir.

- Dərdi nədir?- Zeynəb ondan soruşdu.
- Məgər, nə başa düşəcəksən, cərrahiyə əməliyyatından sonra bir neçə ay istirahət etməlidir, əgər yaxşı olsa, təkrar əməliyyat lazımdır. Qısası, yorğan-döşəyə düşüb.
-Onun həyat yoldaşı?
- İrfan bəy mənim yaxıq dostumdur, gürcüləri çox sevir, kürəkəni, bacısının əri gürcüdür, daha doğrusu, lazdır.
- Zeynəb Tsiranın üzünə baxdı.
Qızcığaz başını əydi.
- Türkiyədə harda yaşayırlar?- yenə qonaqdan soruşdu.
-Kocaeli vilayətində, İzmitin yaxınlığında, dəniz sahilində, gözəl bir villada. İrfan bəy məşhur adamdır. Ən başlıcası, zəngindir, yaxşıca ödəyəcək.
- Xəstəyə də qulluq etməlidir?
- Güman ki. Xanım Ayişə mərhəmətli insandır, xeyriyyəçi, bir çox ehtiyacı olanlara əl tutub, hamı xanım Ayişəni sevir.
Zeynəb yenə də Tsiranın üzünə baxdı.
- Anlayırsanmı, Mahmud bəy nə söyləyir?
- Anladım, Zeynəb bibi.
- Gedərsənmi?
- İxtiyar sizindir, Zeynəb bibi.
- Mən də gələcəyəm, birgə gedərik.

VII FƏSİL
BƏDBƏXTLƏRİN QİSMƏTİ


Tutqun, üsyankar üzlər... Qaçqınlar karvanı gedirdi.
-Bizim uşaqların ahı tutsun onları !
- Vətəni satdılar!
- Camaatı masxaraya qoydular! Bizi yiyəsiz qoydular!
B izi bir loğma çörəksiz, evsiz-eşikçiz qoydular!
Onların giley-güzarını, qarğışlarını eşitmək dəhşətli idi. Dəmir yolu və avtomobil vağzalları camaatla dolu idi.
Tutqun üzlər.
- Ölümə məhkum etdilər bizi!
- Vicdanımıza tüpürdülər!
- Bizim axırımız nə olacaq!
Qırmızı Xaç Aypara cəmiyyətinin qadınları qaçqınlara bir dəfələik yardım: makaron, düyü, şəkər, çörək, sabun... paylayırdılar.
- Bu nə bəladır bizim başımıza gəldi.
- Biz buna layiq deyildik.
- Aman allah, sən kömək ol!
- Nənə və Baduriya torbanın üstündə oturub ağlayırdılar. Qoça hər ikisini sakitləşdirirdi.
- Ağlamaqla iş düzəlməz. Siyahıya yazılmışıq, bir balaca otaq verəcəklər, bir təhər başımızı dolandırarıq, bizdən də pis gündə olanlar vardır. Bəzilərinə heç qəbir də qismət olmayıb.
- Vay, vay!- Nənə üzünü çırırdı,- Bu qoca vaxtımda nələri gördüm? Aman allah, aman Allah!
- Sakit ol, nənə, sakit,- Baduriya nənəsinin qoynuna qısıldı, - saktit ol, hər şey yaxşı olacaq.
Meqafonda kişi səsi eşidildi. Qaçqınlara yaşayış yerləri təklif edirdilər: Kiməsə fermanın ümumi yataqxanasında, kiməsə uçub-dağılmış fabrikdə ya da zavodda, mehmanxanada, turist bazasında, kiməsə uşaq baxçasında, xəstəxanada, boş –boşuna buraxılmış vaqonlarda...
Bir ah-vay başladı.
Çağırışlar- ona cavablar
Qarğış- lənətlər.
- Prezidenti tövləyə salın, prezidenti!
- Özünün quldurları ilə birlikdə!
- Ağzı qanlı iblis!
- Öz ailəsi ilə birlikdə !
- Kupelidirmi sizin iyli-qoxulu vaqonlar, yoxsa plaskartdırmı?
Hə də, plaskarlaşdırarıq, yağış bizə heç nə edə bilməz.
- Namussuzlar!
Bizim körpələrin ahı tutusun sizi!
Qan içənlər!
- İblislər!
- Yaramazlar!
- Alçaqlar!
Qəflətən Baduriyanın gözünə camaat arasında tanış əsgər sataşdı və gözləri bərəldi.
- Nənə, nənə, bir bax, tanıdınmı?
- Nənə başını qaldırdı.
- Kimdir, nənən sənə qurban.
Baduriya əlini camaata tərəf uzatdı.
- Bax, o, nənə, o əsgər.
- Hansı, görə bilmirəm, hansı əsgər, orda çoxlu əsgər var.
Əlində əsa kı, var, axsayır, tanıya bilmədin, nənə?
Nənə yaxşıca diqqət yetirdi.
- Məncə odur, a bala.
- Odur, nənə, Tsira onun ayağına corab geydirdi, bizim evə ki, gəlmişdi.
- Adı yadımda deyil.
- Mənim də yadımda deyil... Mən qaçdım, nənə!
- Baduriya qaçdı, əsgərin şinelindən yapışaraq onu geriyə döndərdi.
Bir-birlərinə diqqət kəsildilər.
- Məni tanıya bilməlin, əmi, - soruşdu Baduriya
Əsgər əvvəlcə ona diqqət yetirdi, yerində donuq qalmışdı, nəhayət, gülümsədi və oğlanı bağrına basdı.
- Baduriya deyilsənmi?
- Hə, Baduriyayam, Baduriya!
- Nənə necədir?
- Burdadır, - əli ilə göstərərək,- odur ey, torbanın üstündə oturub.
Əsgər qocanın önündə diz çökdü.
- Sizə ki, deyirdmi, ay ana, biz batmışıq.
- Sənin qadan alım, ay bala, - nənə əsgərin başını əlləri ilə sığalladı, - səni görməyimə necə də sevindim. Şükür Allaha, sağ-salamatsan. Sənin dostun hardadır?
- Sağdır, anacan, sağdır.
- Sən ey böyük Tanrı, - nənə əlini başına və sinəsinə aparaq xaç çəkdi.
- Elə bu zaman Qoça da gəldi, əlində nəsə kağız tutmuşdu: Bir boş-boşuna buraxılmış, yarı uçuq fabrikin ərazisində yer verdilər, bilmirəm, vaqondur, otaqdlır, yoxsa tamamilə çadırdır.
- Qoça, bu sizsinizmi?- Əsgər ona əl uzatdı.
-Bəli.
- Qiyabi olaraq sizi tanıyram.
Əl tutuaraq bir-birinin gözlərinə nəzər yetirdilər.
- Tsira hardadır? Mənim balaca bacım, mərhəmətli Tsira, nə yaxşı qızdır, yaralı idim, ayaqlarımı yudu, yaramı bağladı, ayaqlarıma corab geyindirdi, xeyirxah Tsira, indi də onun toxuduğu corabları geyinmişəm. Mən və mənim dostlarım düşmənin əlindən qaçdıq. Tanrı belə buyurdu və sizin nəcib ailənizə düşdük. Sizin Tsira olmasa idi, bəlkə bu gün biz heç də sağ deyildik. Bizə yol öyrətdi... İndi Tsira hardadır?
Nənə ağlamağa başladı. Baduriya da. Qoçanın sifəti allandı və başını aşağı tikdi.

VIII FƏSİL
İRFAN BƏYİN GÜLÜSTANI


Ala-bəzək evlər, gözəl yaradılmış teraslar və bağlar, günəşin bərq vurduğu dağlar və qayalar. Göy qübbəsindən asılan tünd qırmızı günəş sahili işıqlandırır... İrfan bəyin möhtəşəm villası dənizin sahilində yerləşir. Girəcəkdə böyük hərflərlə yazılıb: «Gəş gəldiniz».
Mahmud bəy avtomobili girəcəkdə saxladı.
Həyətə daxil olan kimi, gözlər önündlə gözəl mənzərə açıldı, yaşıllığa qərq olmuş çəməndə tovuş quşları süzürdülər. Quyruqlarını geniş açır və işıldadırdılar. Elə orada olan hovuzda qu quşları üzürdülər. Hovuzun yanında balaca şəlalə ona yaraşıq verirdi... Tropik ağaclar, kollar, cürbəcür çiçəklər, uşaq meydançası.
- Bax, bu İrfan bəyin gülüstanıdır, biz dostalar onu kiçik nəbatat bağı adlandırırıq, - Mahmud bəy Zeynəbə və Tsiraya dedi,- bunun arxasında müxtəlif ağac və bitkilərdir, zeytun ağacı, qoz, fındıq, kokos, manqo, portoğal, limon. Həqiqi gülüstandır.

- Gülüstan nə deməkdir?- Tsira Zeynəbdən soruşdu.
- Bağ-bağat deməkdir.
- Doğrudan da bağ-bağatdır, Adəmin bağı, cənnət bağıdır, nə qəribədir?! Belə bir şeyi kinoda da görməmişəm, burada yaşamalıyam?
- Hə, mənim əzizim.
- O evdə,- Tsira günəşin şüalarının bərq vurduğu naxışlı evə tərəf uzatdı.
- Bəli, o gözəl evdə.
Evin böyük kümbəzi bar idi, hər tərəfində gümüşdən tökülmüş minarələr ucalmışdı, hər dörd divar barelyeflərlə bəzədilmişdi.
Tsira mat-məətəl ətrafına boylanırdı.
- Burada nə etməliyəm?
- Evə, qapıya, bacaya baxmalısan.
- Burda baxmalı nə var ki?
Mahmud bəy əllərini hər ikisinin çiyinlərinə qoyaraq dedi:
- Tezliklə evin sahibi gələcək, ona kimi sizə maraqlı bir əhvalat danışacağam, əvvəlcə sizə sual verəcəyəm, cavab verin.
- Oldu.
- Hər ikisi fikrə getdi.
- Həyacanlanmayın, düşünməyə vaxtınız vardır. Heç yerdə görməyibsinizmi bunun bənzəri olan binanı?
- Məncə hardasa görmüşəm, kitabda ya da televizorda,- Tsira deyərək Zeynəbə baxdı.
- Bu kiçik Tac-Mahaldır. Tac- Mahalı isə bilirsinizmi kim inşa etdirib və niyə?
- Tac-Mahalı bilmirəm,- utancaqlıqla Tsira cavab verdi.
- Mən də bilmirəm, ayıb oldu,- Zeynəb dedi.
- Bu məhəbbət məbədidir, böyük məhəbbət məbədi. Tac- Mahal Hindlistanda yerləşir. İndi onun kədərli tarixini sizə söyləyəcəyəm və sonra İrfan bəyin kiçik Tac-Mahalı öz yurdunda niyə tikdirdiyini anlayacaqsınız
- Bizi çox maraqlandırır.
- Moğol hökmdarı Cahan şahın M ümtaz Mahal Banu bəyim adlı gözəl həyat yoldaşı var idi. O, otuz səkkiz yaşında dünyasını dəyişib. Cahan şah öz həyat yoldaşını çox sevirdi və onun qəbri üzərində belə bir mavzoleyi tikdirib. Amma bundan olduqca çox böyük. Ər-arvad birlikdə bu mavzoleydə uyurlar.
Tsiranın gözləri yaşla doldu və dərindən bir ah çəkdi:
Eh, aydındır, güman ki, İrfan bəy əmi də şah kimi düşünür, oz həyat yoldaşını çox sevir.
- Doğrusan, mənim əzizim, ilk dəfə mənə dedi, mənə vəsiyyət edib.
- Necə?- Zeynəb soruşdu.
- Mən və mənim həyat yoldaşım dünyadan köçəndə bizi birlikdə mənim bu kiçik Tac-Mahalımda dəfn etdirin, -deyib.
- Məətəl qalınası şeydir.
- Bir şeyi də sizə deyəcəyəm, İrfan bəy Cahan şah kimi düşünür, lakin ondan fərqli olaraq nəcib bir insandır.
- Cahan şah məgər pis insan olub? Belə düşünmürəm ki, bu cür alovlu məhəbətlə öz həyat yoldaşını sevə idi. – Tsira ona izah etdi.
- Mən deyə bilmərəm, lakin tarixdə yazılıb. Özünüz mühakimə edin və özünüz nəticə çıxardın. Şah inşa olunmuş məbədi görəndə, o qədər onun xoşuna gəlib ki, o qədər xoşuna gəlib ki, memarın başını vurdurub.
- Ona görə ki, bu cür məbədi başqa yerdə inşa edə bilmə idi.
- Nə qəddarlıqdır.. Bilmirəm... Heç nə deyə bilmərəm...
- Bənnaların isə əllərini kəsdirib.
Ortaya bir müddət sükut çökdü, nəhayət, Mahmud bəy İrfan bəyin Tac-Mahalına işarə edərək dedi:
- Tac-Mahalın böyüklüyü ondadır ki, səhər günəş çıxanda tünd qırmızı rəngdə olur. Günorta vaxtı qızıl rəngində, günəş rəngində. Axşam üstü kül rəngində, ay işığında isə ağ rəngdə parıldayır. Gendən, səmadan əgər baxsan, elə düşünərsən ki, iri bir brilyant işıq saçır.
- Məətəl qalınasıdır.
Elə bu zaman darvazaya bahalı bir maşın yaxınlaşdı. Darvaza özü açıldı. Avtomobil həyətə daxil oldu.
- Budur, İrfan bəy də gəldi.
Ucaboy, qarabığlı kişi ani olaraq Tsiraya və Zeynəbə diqqət yetirdi.
Kişilər türk qaydası olaraq bir –birilə iki dəfə öpüşərək salamlaşdılar. Sonra Mahmud bəy ev sahibinə qonaqları təqdlim etdi.
- Bu, həmin qızcığazdır, bu da xanım Zeynəbdir, sizin barənizdə çox şey danışmışam. heyrətə gəliblər, ələxüsus, sizin gülüstan ilə və Tac-Mahal ilə.
- Təkcə bununla?- İrfan bəy gülümsəyərək hər ikisinin üzünə baxdı.
- Xeyr, sizin xeyirxahlığınızdan da.
- Ahaa. Xeyirxahlıq...
Sizin həyat yoldaşınızın xeyrixahlığından da.
İrfan bəyin üzü güldü.
- Mənim həyat yoldaşım tamamilə başqadır.
Ev sahibi qonaqları evə apardı. Qəbul salonunda müxtəlif rəngli, nağışlı şəlalə durudu. Şəlalənin başında qızıl suyuna çəkilmiş öz kiçik minarələri ilə kiçik Tac-Mahal var idi. Kümbəzdən aypara işıq saçırdı. Şəlalənin hər iki tərəfində, eləcə də üz, həqiqi Tac-Mahalda olduğu kimi, naxışşlanmış türbələr hafızrlanmışdı, şah Cahan Pəhləvanın və Mümtaz Mahalın qəbirləri kimi.
Tsira demək olar ki, qorxunu dəf etdi. bədəni gərginləşdi, lakin hiss etmədi.
İrfan bəy onun üzünə gülümsəyərək soruşdu:
- Sənin adın nədir?
- Tsira.
- Nə gözəl addır, Görəsən nə məna verir?
- Səma mənasını verir, günəş mənasını da verir. Günəş və səma bir yerdə.
- Çoz gözə! Günəş və səma. Haralısan?
Gürcüstandan.
- Bunu bilirəm. Hansı guşəsindən?
-Tsira bir ah çəkdi:
-Orada müharibədir.
- Abxaziya, Meqreliya.
- Başını yırğaladı.
- Meqrel deyilsənki?
- Bəli, meqreləm, Abxaziyanın kəndlərinin birindən.
- Mənim laz kürəkənim vardır, mənim bacım oğlu İsmət lazdır, laz dilinini yaxşı bilir, Sakarya universitetini bitirib, biznesmendir, lazlar və meqrellər birdirlər, bir dilləri vardır bir camaatdırlar. Səhər səni onunla tanış edəcəyəm, çox gözəl oğlandır.
Tsira utandığından əllərini üzünə tutdu.
İrfan bəy əlini onun çiyninə qoydu.
- İndi otaqları gözdən keçirək. Burada üç otaq vardır, orada mətbəxdir, burada mənim həyat yoldaqşım olur, orada uşaqlar. Sənin otağın onun yanında olacaq, yaxşı, günəşli otaqdır. Mənim həyat yoldaşımın adı Ayişədir. Ayişə rahat- hüzur isində yaşayan deəkdir. Səninlə rahat olacaqdır,- deyə gülümsündü.
- Nə yaxşıdır, Tsiranın gözlərinə işıq gəldi.
İrfan bəy gülümsündü və razılıq əlaməti olaraq başını yırğaladı.
İnsanlar bir-birilərinə bənzəyirlər.
Bizim hamımızın bir günəşimiz və ayımız vardır.
- Gözəl sözdərdir.
- Ulduzlarımız da
Onu da qeyd etmək istəyirəm ki, mənim qızlarımın da adları ulduz adlarıdır, Suməyya və Selma. Yaxşı oxuyurlar, lakin bir az «apacan» və şıltaqdırlar.
- Şıltaq və ağıllı uşaqları sevirəm.
- Mütləq sevəcəksiniz və onlar da səni sevəcəklər. Onların ürəyi təmizdir.... İndi mən gedəcəyəm, açarları sənə verəcəyəm, burada qalın, bax, bu sizin otağınız, mətbəx, tualet oradadır. Soyuducuda hər şey var, səhər gələcəyik və Ayişəni, Suməyyanı və Səlmanı sizinlə tanış edəcəyik .O oğlan ilə də, mənim bacım oğlu ilə də səni tanış edəcəyəm.
Tsira yenə əlləri ilə üzünü tutdu.
Çox sağ olun.
- Xanım Zeynəb də qalsın, -Zeynəbə baxdı, - Qalacaqsınız, yoxmu, xanım?
- Tamam, əfəndim, qalacağam.

IX FƏSİL
YUXUSUZ GECƏ


Şam yeməyi hazırlayaraq süfrə arxasında əyləşdilər.
- Mən elə başa düşürüəm ki, sənin əzab-əziyyətin sona yetdi, mənim qızım, indən belə yeni həyata, xoşbəxt həyata başlayacaqsan,- Zeynəb Tsiraya qəhvə süzərək,- iç, falına baxacağam,-dedi.
Tsiranın gözləri doldu.
- Bilmirəm minnətdarlığımı sənə necə bildirim, Zeynəb bibi. Mənim anam yoxdur, qardaşım dünyaya gələndə, anam həlak olanda altı yaşında idim.
- Bilirəm, onda ki, mənə dedin, elə həyəcanlı idin ki, yadında deyil. Doğum zamanı baş verib. Ya ana sağ qalmalı idi, ya da uşaq.
- Mən sizi anam kimi sevirəm, Zenyəb bibi.
Zeynəb gülümsəyərək onu qucaqladı.
- Taleyin yazısıdır, bala, biz başqa-başqa millətdənik, başqa-başqa adamlarıq. Bir kitab oxusmuşam, yadımda deyil, kim yazıb, pis millətlər yoxdur, yalnız pis insanlar vardır, deyir. Və bir də pis millətlərin mövcud olmadığı kimi, eləcə də pis Tanrılar mövcud deyildir. Bütün insanlar Tanrının övladlarıdır. Günəş hamını bir cür isidir.
- Mən belə düşünürəm ki, qəlbim hiss edir ki, sən xoşbəxt olacaqsan.
Tsira dərindən bir ah çəkdi.
- Mənim ailəm, nənəm, qardaşlarım.
- Sənin qardaşın, eh, gərək ona inanmayaydin, səni çox aldadırdı.
-Mənim yaxşı qardaşım var, onu mən böyütmüşəm.
- İllah da ki, sən onu böyütdüyündən, belə hərəkət etməməli idi.
- Bu da taleyin yazısıdır, əlbət, belə baş verməli idi.
- Həə, bala, aydındır.
- Rusiyaya hər halda getməzdim... Yox, gedəcəkdim, əgər siz mənə rast gəlməsə idiniz. Lakin hər halda qayıdacaqdım, monastrda yaşayacaqdım, Tanrının məramına etibar edəcəkdim, mənən istirahət edəcəkdim, sonra bilmirəm. Tanrının buyurduğu kimi elə hərəkət edəcəkdim. Tale məni bu tərəflərə gətirdi, sizlərə doğru və necə də xoşbəxtəm.
- Mən də xoşbəxtəm, sən ki, mənim balam oldun.
Tsira yaşlı gözlərinə barmağını çəkdi.
- Bilirsiniz, balaca qardaşım neçə könlümə düşüb, mənim əzizim. Onun xaşal qarnını çimdiləyib və qıtdıqladığımı, al yanaqlarını öpməyi necə istəyirəm? Mənim böyütdüyümdür, mənim əzizim, zavallı topuş-mopuşum.
- Görüşərik.
Tsira ah çəkdi.
- Aman Allah.
- İç,- qəhvəyə işarə edərək,- fincanı ağzı üstə çevir,-dedi.
- Maraqlıdır, nə olacaq, başıma nələr gələcək... Yoxsa da fala baxmaq olarmı?
- Bu fala baxmaq deyildir, fərziyyə ilə nəyisə hiss edirəm və görürüəm. Hamı məmnundur. Fala baxanlar vardır, şarlatanlar, camaatı ki, aldadırdlar, onların hissiyatı ilə oynayırlar, tezcə müştərinin xarakterini tuturlar. Onlar da məmnundurlar. Pul barədə, mənzil barədə, iş barədə, məhəbbət barədə deyirlər... Problemləriniz yoxdur ki,- deyə soruşurlar. Problemlər kimin yoxudur. Yaxşı yaşayış isə hamıya lazımdır.
Tsira fincanı tərsinə çevirdi.
- Quruyana kimi, sənə bir neçə kart açacağam, sonra müqayisə edəcəyəm. Sənin adın dörd hərfdən ibarətdir, yoxmu?
- Bəli, sonra?
- Üç kartı say və dördüncünü o biri üzünə çevir. Mənə göstərmə, əlində tut.
- Saydım.
- Görürsən ki, hansı kartı əlində tutduğunu?
- Görürəm.
- Qırmızı kartdır.
Əgər tuzdursa, fərqi yoxdur, kərpiç olsun, istərsə də ürək.
- Doğrudan da qırmızı tuzdur, nə deməkdir?
- Toy deməkdir.
Tsira kartı tulladı.
- Ürək tuzdur.
- Bax, görürsən ki, ürək, həm də tuz, belə ki, bəxtin açılacaq və hər şey yaxşı olacaq, mənim əzizim. Qara tuz da ola bilərdi.
- Güman ki, qara.
- Hə, qara.
-İndi nə edək, səninlə tanış olmağım, Zeynəb bibi, məni çox açdı.
-Nə edək, sənin ailə üzvlərinə kart çıxardaq, sonra hamısını bir yerdə, hesablayacağam.
- Nənədən başlayaq.
- Çox yaşı, nənədən başlayaq. Sənin nənənin adı neçə hərfdən ibarətdir?
- Onun da adı dörd hərfdən ibarətdir.
- Bilirsəni ki, nə etməliyik?
- Bilirəm.
- Əvvəlcə kartı yaxşı-yaxşı qarışdır.
- Qarışdırdım.
- İndi dördüncünü say.
- Saydım.
- Qara kart olacaq.
- Doğrudan da qara kartdır.
- Qadındır, yoxsa, kişi?
- Kraldır.
- Qaradır?
Yox, xaç kraldır.
- Aha, aydındır, xaç kral Tanrıdır, nənə sağdır, amma...
- Nəə, amma, Zeynəb bibi, bəlkə sağ deyil?- Tsira ağladı,- mənim bədbəxtliyimə dözə bilmədi.
- Sakit ol, əri ki, vəfat edib.
- Hə, amma...
- Məhz o deməkdir ki, duldur. Xaç qadın olsa idi və ya da qara qadın, onda bilmirəm. Sənin qardaşların kartlarını çıxardaq.
Tsira barmaqları ilə göz yaşlarını sildi:
- Qoça.
- Dördüncünü çevir.
Çevirdi və ağlamağa başladı.
- Sonra nə olsun ki, qara kartdır, qara kart həmişə pis demək deyidir ki, məsələn, xac tuz, onluq və doqquzluq yol deməkdir, müxtəlif vaxtlar da pul da, burda isə doqquzluqdur.
Tsira başını yırğaladı.
-Sonra? Zeynəb bibi?
-Səkkizlik xaç olsa idi, onda pis olardı, bu isə yol deməkdir.
- Doğru olacaq,- qaçqınlar güman ki, yoldadırlar, onların yolu tükənməzdir, görəsən, hardadırlar, o cəhənnəmdən sağ çıxa bildilərmi, yoxsa yoxmu?
- Tanrının köməyi ilə çıxa bildilər. Belə bir vaxtda Tanrını xatırlayanda, çoxu bunu küfr kimi düşünür, Tanrı hara, şeytan hara. Kart, gadukərlik, şeytanın uydurmasıdır, yalandır, yalan. Sözsüz ki, şeytanın uydurmasıdır, lakin baxır yalana, yaramaz yalan da mövcuddur, xayirxah yalan da.
Yaramaz yalan necədir?
- Sənə ki, böhtan atdılar...Bundan artıq yaramazlıq nə ola bilər? Axı, böhtan böyük günahdır, Sizin Tanrı kitabında məncə yazılıbdır ki, heç kimə böhtan atmamalısan.
- Hardan bilirsən?
- Müsəlman qadınam, xristian ölkəsində yaşayıram, bilməliyəm, bizim din də xeyrixahlığı vəz edir, sadəcə olaraq insanlar bir-birilərini başa düşə bilmirlər...
- Tanrını da başa düşə bilmirlər, Zenəb bibi.
- Tanrıyı da başa düşə bilmirlər. Yaramaz yalan insanı yaramazlaşdıra, dəli edə, özünü intihar etmək dərəcəsinə çatdıra bilər. Məhz yaramaz yalan sənin qardaşını o dərəcəyə çatdırdı ki... Səni necə məhv etdi. Sənin böyütdüyün qardaşın.
Tsira ağlayırdı.
- Sakit ol, mənim qızcığazım, hər şey yaxşı olacaq.
Tsira yenə gözlərindən yaşı sildi.
- Xeyirxah yalan nə cürdür?
-Ağır xəstəyə həkim desə ki, heç bir şeyin yoxdur, onu fərəhləndirəcək. Çox hallar bilirəm, bu cür xəstələr həyata qayıdıblar. Təsəvvür et ki, xərçəng xəstəliyi olan da. Mən çoxlu xeyirxah yalan bilirəm, mənim yalanlarımın vasitəsi ilə bir çox adamı xilas etmişəm. Narkomana narkomaniyadan əl çəkdirmişəm, oğruya oğurluqdan, fahişəni fahişəlikdən. Çoxu bu həyatdan əlini üzmüşdü, heç bir şeyə ümidi yox idi. Onları fərəhləndirdim. İnamın böyük əhəmiyyəti vardır. Əgər inamın varsa, xilas olacaqsan. Belə ki, xeyirxah yalan ilahidir, yaramaz isə şeytanidir.
- Mənim ürək tuzum xeyirxah yalandır?
- Sən ki, öz əlinlə çıxartdın o tuzu?
- Sonra?
- Niyə qara ürək tuz çıxartmadın?
- Əgər çıxartsa idim?
- Yox hansı lazım idisə, onu çıxartdın.
Tsira bir ah çəkdi.
- Mənim qardaşım barədə nə deyə bilərsən?
- Axı, dedim ki, yoldadır.
- İndi balaca qardaşıma görə yalnız qorxuram.
- Qorxulu heç nə yoxdur.
- Badri, beş hərf.
- Say və beşinci kartı çevir.
- Çıxartdım.
Ürək olacaq.
Tsiranın gözlərinə işıq gəldi.
Hə, ürəkdir, siz cadukərsiniz, Zenynəb bibi!
- Cadukərlər də cürbəcür olurlar.
- Siz xeyirxah cadukərsiniz.
- Bilirəm...
Valet ürəkdir, görəsən nə deməkdir?
- Xoşbəxtlik deməkdir, mənim əzizim, yeni həyatı başlamaq deməkdir.
- Tsira dodağını büzdü.
- Eh, on bir yaşlı uşaq nə cür yeni həyata başlamalıdır. Başqa məktəbə aparacaqlar.
- Bu da ki, yenilikdir... Siz ki, dedininz, bir neçə kartı bir gə açacağam?
-Hə, hə, həm də gecdir.
- Saat on iki olur.
- Çıxart yeddi kartı, onluqlardan yuxarı olmalıdır.
- Anlamadım.
-Təkcə valetlər, qadınlar, krallar və tuzlar, qalanlarını qırağa qoy.
Tsira kartları düzdü.
- İndi nə edim?
-Yeddi kart çıxart.
- Valet, kral, yenə kral, qadın, tuz, yenə tuz və yenə tuz.
- Yeddidirmi?
- Hə.
Valet ikilikdir, karal dördlükdür, qadın üçlükdür və tuz birlikdir, ümumi hesabda nə qədər olacaq?
- Anlaya bilmədim, Zeynəb bibi.
- Rəqəmləri topla.
Aydındır, on altı, nə deməkdir?
- Bu rəqəm heç nə demir?
- Bilmirəm, mən on yeddi yaşındayam, iki aya on səkkiz yaşında olacağam.
- Hansı ayda?
- İyulda
- İyul hansı aydır?
- Altıncı.
- İyulun neçəsində doğulmuşsan?
Tsira təəccübdən ağzı ayırıq qaldı.
- On altısında anadan olmuşam.
- Bax, görürsən ki!.. İndi qəhvə stəkanında baxacağam və gedərik yatmağa.- Fincana baxdı. Mdaa, çox yaxşı, on altı da olur, altılıqdan, burada məncə altılığı görürəm,- əsnəyərək,- daha çox səkkizliyə oxşayır... Aydındır, altılıq səkkizliyə döndü, bu da ki, yaxşıdır. Çeçələ barmaqla ürəyini çıxart.
- Necə?
- Qəhvədə heç bir zaman falına baxdırmayıbsan?
- Elə bilirəm, lakin cəhd etməmişəm. Bizim kəndin qızları baxdırırdılar və bir-birlərini aldadırdılar, mən inanmırdım.
- Mənə ki, inanırsan?
- Sizin hər bir şeyinizə inanıram, Zeynəb bibi, ələxüsus, xeyirhxah yalanınıza.
- Çox yaxşı.
Çeçələ barmağımı fincana saldım, indi nə edim?
- Hərlə.
- Hərlədim.
- Baxaq, nə çıxacaq, -Zeyrnəb fincanı gözlərinə yaxın apardı, - üçlükdür, atdır, nəsə quşdur, yuxarı baxır. Bəxtin açılması və böyük sevinc deməkdir. Təsəvvür edə bilməzsən, mənim əzizim, səni nə qədər sevinc gözləyir, özü də çox tez, maksimum bir -iki ilə. Sənin tale yolun yuxarı qalxır, səmaya doğru, müqəddəs, təmiz yoldur. fincanın arxa tərəfi tutqundur, bu sənin keçmişindir... Gələcəyin parlaqdır, məhəbbətdir. Ona kimi isə dərddir... Xəstə qadına görə əsəbiləşəcəksən, balaca uşaqlar görürüəm, bant sayağı nəsə çəkilib, qızlar olacaq.
- Aydındır, Zeynəb bibi, bu xəstə qadın Ayişə bibi olacaq, sözsüz ki, əsəbiləşəcəyəm, uşaqlar isə onun qızlarıdır.
- Hə, elədir... – Başını qaldıraraq gülümsədi,- istər inan, istərsə də yox, doğrudan ha fala baxmıram, nəsə qüvvə mənə kömək edir. Hündür boy gənc sarışın kişi görürüəm, mavi gözlüdür...
- Nə bilirsiniz ki, mavi gözlüdür, Zeynəb bibi, qəhvənin çöküntüsü ki, qaradır?-Ucadan güldü.
- Belə ki, mənə inanmırsan, onda getdim yatmağa.
- Yoz, Zeynəb bibi, inanıram.
- Hündürdür,-dedim,- mavi gözlü, qəşəng. Məncə sənin qismətin olmalıdır.
Tsira əzilib-büzülərək gülümsədi.
- Qurtardı?
- Yenə də nəsə deycəyəm, vəssalam. Sən mütləq qardaşlarınla, nənən ilə, qohumların ilə görüşəcəksən... Bax, görəcəksən.
- Nə yaxşısan, Zeynəb bibi, ah çəkdi.
Zeynəb qalxdı.
- Getdim yatmağa, sən də yat, səhər tezdən qalxmalıyıq, sabahkı günün sənin üçün böyük əhəmiyyəti vardır. Gecən xeyrə qalsın,- deyərək mətbəxtdən çıxdı.
-Gecən xeyrə qalsın, Zeynəb bibi.
Zeynəb yuxuya getdi.
Tsira uzun müddət yorğan- döşəkdə çabaladı, yata bilmirdi. Qalxdı və televizoru qoşdu. Televizorda Abxaziya xəbərlərini verirdilər. Bir az ona baxdı, sonra söndürdü, həyətə çıxdı, bağın skamyasında oturaraq hönkür-hönkür ağlamağa başladı:
- Görəsən, hardadırlar? Kim bilir hansı çətinliklərə düşüblər. Mənim topuş-mopuşum, bir onun yanaqlarından dişləsə idim, dişləyəcəyəm və qırmızı yanaqlarından öpəcəyəm. İrfan bəy əmiyə böyük ümidim vardır, hiss edirəm ki, mənə gömək edər. Təsəvvür edə bilməzdim ki, belə xeyirxah insanlara rast gələcəkdim... Zeynəb bibi irəlicədən xəbər verir,- göz yaşlarını sildi,- Axı, Kote əmi də mənə xeyirxah nağıl söylədi ki... Xeyirxah yalan? Bilmirəm. Təki mənimkilər yaxşı olsun və artıq heç nə istəmirəm. Qoçanın dərdini çox çəkirəm. Platformada ki, dururdu, uzaqdan onun ürəyinin döyüntüsünü duyurdum, onun qarışıq, yuxusuzluqdan və dərddən tutqunlaşmış gözləri və rəngi qaçmış sifəti daim gözümün önündə durur.

Gürcü dilindən tərcümə edəni:
Mirzə Məmmədoğlu



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: