tanınmış professor,
bir çox kitabın müəllifi
və krallar həyatının
tədqiqatçısı - Tekola Xakos
yeni tarixi kitab
üzərində işləyir.
Kitab həbəş əlifbasına,
onun yaranması və
inkişaf tarixinə həsr olunur.
Professor Xakosun fikrincə,
həbəş əlifbası bizim dövrə qədər gəlib çıxan ən qədim əlifbalardan birini təşkil edir.
Tekola Xaqos özünün yeni kitabının bəzi məqamları barədə o öz fikrini AzQlobus. Net İnformasiya-Analitik Pottalının jurnalisti ilə bölüşüb.
Həmin müsahibəni biz də ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.
Şərhi oxucuların
öz ixtiyarına buraxırıq.
Bizim tərəfimizdən isə
bir tövsiyəni əlavə etmək istərdik:
Zaman əbədiyyətin, həqiqətin və xeyirxahlığın parlaq güzgüsüdür ki, bu da qaranlıqları,
zamanın gedişi ilə tıxaclanmanı dağıdır.
Rubrika: Faktların izi ilə
Erməni əlifbası - Həbəş əlifbasının bəhrəsi
Tekola XAKOS: “Ermənilərin bizim əlifbanı mənimsədiyini eşidəndə şoka düşdüm”.
-Cənab Xaqos, ermənilərin həbəş əlifbasını mənimsədiyini nə zaman duydunuz?
-Bunun barəsində ilk dəfə olaraq 2010-ci ildə, Türkiyəyə gedəndə duydum. Məzuniyyətimi keçirmək və elə bu zaman bu gözəl, qədim və sirli ölkənin görkəmli yerləri ilə tanış olmaq ora üçün yollandım. Yeniyetməlik çağından Kiçik Asiyada yerləşən bu ölkələrin tarixi məni maraqlandırırdı. Troya, Sparta, Bizans, Səlcuqlar sultanlığı barədə və nəhayət, mən deyərdim ki, bəşəriyyət tarixində ən güclü və əzəmətli imperiya barəsində çoxlu kitablar oxumuşam. Bu imperiya və türk xalqı dünya tarixində, onun hadisələrinə kəskin dəyişikliklər daxil etməklə çox böyük xidmət göstərmişdir; Konstantinopolu almaqla- mətanətli mübarizə ilə və sultan Mehmedin əla döyüş planı ilə. Sözün qısası, bu ölkəyə valeh olmuşam.
- Bəs, “Erməni məsələsi” barədə necə məlumat aldınız?
- Dostum ilə, Əddis-Əbəbə Universitetinin alimi, tarixçisi ilə birlikdə İstanbulda bütün muzeylərə baş çəkdik, Topqapıdan başlamış, müasir Hərbu muzey də daxil olmaqla. İstanbulun bütün kitabxanalarında oldum. Istanbul Universitetinin kitabxanasında bir kitaba rast gəldim ki, orada da 1915-si ilin olayları: Osmanlı imperiyasının dağlması, Türkiyənin daxili mübarizələri və bu nəhəng imperiya ətrafında o dövr bir çox düşmən tərəfindən işgəncə verilən geocoğrafi proseslər müfəssəl şəkildə təsfir edilmişdi. Nəhayət, məhz elə bu kitab məni arxivlərə apardı. Bütün əlçatan materialları öyrənirdim, bütün ədəbiyyatla ingilis dilində tanış olurdum. Sonra, internetdə alternativ informasiyanı axtarırdım, ermənilərə məxsus coxlu resursla rastlaşdım. Bir sözlə, bu işi öyrənmək üçün heç də az vaxt itirmədim. Bütün sənədlərlə, erməni ədəbiyyatı ilə, üzdəniraq “erməni soyqırımı” ilə tanış oldum. İstanbul arxivi rəhbərliyinin icazəsi ilə üzünü çıxartdığım bəzi sənədlərin öyrənilməsini davam etdirdim və Türkiyədən qayıdandan sonra, sadəcə olaraq, ermənilərin belə məharətlə, abır-həya olmadan, sinizm ilə və namussuzluqla tarixi faktları eybəcərləşdirməsi məni heyrətləndirdi. İlk dəfə olaraq erməni dilində yazılan hansısa kitabı əlimə alanda sadəcə olaraq şoka düşmüşdüm. Əvvəlcə, elə fikirləşdim ki, bu həbəş dilində olan kitab idi, çünki, hərflər bizim qədim əlifbadan götürülmüşdü. Çaş-baş halda mənim üçün anlaşılmaz dildə tərtib edilmiş bu kitabı vərəqləyirdim və mənim gözlərim önündə Yer üzündə ən qədim əlifbalardan biri ilan həbəş əlifbasının qədim nümunələri canlandı. Bu, bizim əcdadlarımızım min illərlə əvvəl yazdıqları hərflərimizin surəti idi. Təəccübdən az qala bağırmaq istədim, bu hərfi işarələri öz dostuma, Əddis-Əbəbə Universitetindən olan tarixçiyə göstərdim. O gülümsündü və mənə dedi: “Məgər, sən doğrudan da bilmirdin? Bizim hərflər ilə yazmağı dayandırana kimi, ermənilər bütün dünyaya onu erməni əlifbası kimi təqdim etdilər. Şəxsən mən universitetdə bu mövzuya bir neçə məruzə həsr etdim. Dünya elmi isə, bilir ki, bu həbəş əlifbasıdır, lakin, budur, ermənilər onu özlərininki kimi təbliğ edirlər” - Dostum mənə cavab verdi.
-Məhz elə bu fakt sizi həbəş əlifbası barədə yeni kitab yazmağa vadar etdi?
-Bəli, bizim milli əlifbamızın məhz elə bu ədəbsiz oğurluğu, məndə yeni tədqiqatları aparmaq və əlavə faktları axtarmaq istəyini qaldırdı. Ermənilərin sırtıqlığınin, görünür,həddi-hüdudu yoxdur. Mən özümün yeni kitabımda bu yalanı saf su ilə təmizləyəcəyəm və bütün dünya erməni tarixçilərinin başqa xalqların elmi və mədəni irsini mənimsəmək üçün bu xəyanətkar cəhdini biləcək. Kitab kifayət qədər rəngarəng olacaq. Ona Osmanl imperiyasında baş verən olayları əlavə edəcəyəm; Mənim kitabımda özlərinin vətəndaşları da olduqları dövlətlərin əleyhinə ermənilərin ayaqaltı eşmək fəaliyyəti, şübhəsiz, öz əksini tapacaqdır.
Həbəşistanın himni
Bizim Həbəşistanda vətəndaşlıq böyük hörmətə malikdir.
Diyardan diyara millət naminə
Sülh naminə, ədalət naminə, xalqlar dostluğu naminə qürur bərq vurur.
Bərabərlikdə və sevgidə biz birgəyik.
Biz təməli möhkəm olanlar, insanlığa xəyanət etmərik.
Biz zəhmətlə yaşayan xalqıq.
Möcüzəli ənənənin yeri, qürur veruci irsin sahibiyik.
Bizim anamız təbiətən şəfqətlidir, sarsılmaz xalqın anasıdır.
Biz sizi daim müdafiə edəcəyik, bu, bizim borcumuzdur.
Yaşa bizim Həbəşistan, sizinlə fəxr etməyə icazə ver!
-Sizə nailiyyətlər, dünya tarixi elmi üçün bu böyük həsəd aparıcı işdə böyük əzmkarlıq arzulayırıq. Ümidvarıq ki, sizin kitabınız bəşəriyyət tarixinin çoxlarının görmədiyi və ya da səhv məlumatlandırıldlığı qaranlıq tərəfləri aydınlaşdıracaqdır.
-Çox sağ olun ki, məni axtardınız, mənimlə söhbət etməyə vaxt ayırdınız və bir də ona görə ki, sizin oxucu kütləsini bütün dünyanın bilməli olduğu faktlarla tanış edirsiniz. Ümidvaram ki, nəşrindən sonra bu kitab üzdəniraq erməni tarixçilərinin bir dəfəlik maskasını açacaq və bütün dünya onun gerçək məğzini biləcək.
"Literatutruli qəzeta”("Ədəbi Gürcüstan” qəzeti), Tiflis, 11 noyabr 2016-ci il.
Tərcümə edən: Mirzə Məmmədoğlu.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.