Arıxlı İcma Mərkəzində müdavimlərə sertifikatlar təqdim olunub

Arıxlı İcma Mərkəzində müdavimlərə sertifikatlar təqdim olunub

Gürcüstanda soydaşlarımızın kompakt halda yaşadıqları Bolnisi bələdiyyəsindəki Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Arıxlı İcma Mərkəzində cari tədris ilinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə mərkəzin təsisçisi Rezo Həsənov çıxış edərək məktəbliləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb. O, gənclərin savadlı, elmi biliklərə sahib olmaları üçün daim çalışmalı və ictimai fəallıq göstərməli olduqlarını vurğulayıb.

Mərkəzin Azərbaycan dili müəllimi Fəridə Seyidova da çıxış edərək müdavimləri təbrik edib, ana dilimizi öyrənməyin və düzgün istifadə etməyin vacibliyindən bəhs edib. O, dilin milli kimliyin əsas ünsürlərindən biri olduğunu qeyd edərək, gəncləri dilimizi sevərək öyrənməyə çağırıb.

Sonda kursu uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunub.

Biz də Arıxlı İcma Mərkəzinin müdavimlərini ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az


Arıxlı İcma Mərkəzində müdavimlərə sertifikatlar təqdim olunub Arıxlı İcma Mərkəzində müdavimlərə sertifikatlar təqdim olunub Arıxlı İcma Mərkəzində müdavimlərə sertifikatlar təqdim olunub Arıxlı İcma Mərkəzində müdavimlərə sertifikatlar təqdim olunub


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: