Rauf TAHİROĞLU: Ey dünya, kədərim az olmayıbdı!..

Rauf TAHİROĞLU: Ey dünya, kədərim az olmayıbdı!.. Rauf Tahir oğlu Teyibov - 1997-ci ildə
Bakı şəhərində doğulub.
Əslən İsmayıllı rayonunun Kürtmaşı kəndindəndir.
2015-ci ildə Bakının Hövsan qəsəbəsindəki
280 saylı orta məktəbi bitirib.
AzTU-nun "Elektrotexnika və energetika" fakültəsinin 1-ci kurs tələbəsidir.
Şeirləri ilk dəfədir ki, dərc olunur.


Anam

Bu həyatı mənə duyduran,
Lay-lay çalaraq yatızdıran,
Mənə ürəyini yandıran,
Anam niyə qocaldı, Allah!
***
Xəstə olanda ah çəkdiyim,
Ovcun açaraq su içdiyim,
Dizlərində gecələdiyim,
Anam niyə qocaldı, Allah!
***
Sevinci kədəri mənlə bölən,
Balam deyib, gözümdən öpən,
Can deyərək, can eşidən,
Anam niyə qocaldı, Allah!
***
Anamın dadına çatıram,
Xoş nəfəsilə yatıram,
İndi tez anama baxıram,
Anam niyə qocaldı, Allah!
***
Məhəbbətnə vəfa edirəm,
Camalına səfa edirəm,
Hər gecələr dua edirəm,
Anam niyə qocaldı, Allah!
***
Hər an gözlərim yumulur,
Anamın laylası duyulur,
Bu dərd ürəyimdə durulur,
Anam niyə qocaldı, Allah!

Gedirsən!

Ürəymə vuraraq sevgilim yarə,
Sən mənim həyatmı etmisən qarə.
Cavan arzularmı qoyub məzarə,
Məndən uzaqlara harə gedirsən?
***
Silirəm qəlbimdən qəmli dünyavı,
İtirdin gözümdən sən də mənavı.
Qoyaraq bu eşqə vaxtsız imzavı,
Vuraraq qəlbimə yarə gedirsən!
***
Sevib-sevilməyi zaman deyibdir,
Salaraq əhdinə güman deyibdir.
Sevgilim sevgimə yalan deyibdir,
Hazırlaş, ey sevgim darə gedirsən!

Göz yaşı!

Gözünün yaşıyla badə də dolsun,
Gözləmə mənimlə həyatın solsun,
Təki ürəyində məhəbbət olsun
Sevirəm deyəndə utanmayasan!
***
Sevgidən dərd qəmi atmağ istəsən
Sən mənim gözümə baxmağ istəsən
Mənim ürəyimi almaq istəsən
Çalış öz sevginlə yubanmayasan!
***
Qəlbində saxlama, kin də gümandır,
Əzab çəkmə sən vaxtsız zamandır,
Sevginən, sevgi ürəyə qalandır
Qorxma saf sevginlə qocalmayasan!


Qardaşdı Qardaş!

Şairin sözünün dövranı olmur,
Necəki lal qızın oğlanı olmur,
Dostun ki, sıxılır imkanı olmur,
Hələm kölgəsiylə qardaşdı qardaş!
***
Şairin sözünü çoxdu görənlər,
Pulun arxasında onu güdənlər,
Pulun olanda qardaş deyənlər,
İndi özgəsiylə qardaşdı qardaş!
***
Bu yerdə sözümün qoyuram sonun,
Sən pulunla yemi olursan onun,
Geyinsən əynivə qızıldan donun,
Şirin nəğməsilə qardaşdı qardaş!

Solan sevgim!

Ey dünya, kədərim az olmayıbdı!
Dərdlərin qəlbimdə heç solmayıbdı!
Eşqimə xətt çəkmə o donmayıbdı!
O yarın gözləyir ahuzardadır.
***
Sözümü deyirəm qulağ as yəni,
Şairin sevgidə olmayıb təni,
O deyir mən heç vaxt sevmərəm səni,
Çün eşqim yoldadır,intizardadır
***
Bağıvın xəzanı vaxtsız solanda,
Gözlərin kədərdən yaşla dolanda,
Vaxt çatar səndəki peşman olanda,
Deyərsən görmürəm yarım hardadır!
***
Gizlicə ağla sən mən görməyəndə,
Sevgini qəlbində gen görməyəndə,
Vaxt çatar yarıvı sən görməyəndə,
Bilginən dərdinlə dörd divardadır!


Xoşbəxtlik!

Bu nə cür xoşbəxt olmaqdı, qardaş?
Xoşbəxt olasan inanmayasan.
Sevgi fikirlərdə qalmağdı, qardaş,
Gərək sevəndə də yubanmayasan.
***
Gözlə, sən xəyalım, nitqim donubdu,
Qaytar, nolar, qaytar qəlbimi mənə.
Sənsiz ürəyimin barı solubdur,
Çünki sən layiqsən mənsiz əhsənə.
***
Gedərək tək qoydun, yenə məni sən,
Niyə getməyini bilmədim amma.
Gedirsənsə, bil ki, öləcəyəm mən,
Cır şəkillərmi də, şəklimə baxma.
***
Baxma şəkillərmə, utan sən bir az
Utan ki, qəlbivin nuru açılsın.
Bu sevgi yolunda dayan sən bir az,
Dayan ki, sevgimiz canə yayılsın!


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: