Almaz Alıqızı Ağdamlı (1957)

Almaz Alıqızı Ağdamlı (1957) Almaz Alı qızı Allahverdiyeva - 01 oktyabr 1957-ci ildə Ağdam rayonundakı Çəmənli sovetliyinin Sarıcalı kəndində anadan olub.
1972-ci ildə doğma Sarıcalı kəndindəki 8-illik məktəbi bitirib.
Sonra isə təhsilini Çəmənli kənd orta məktəbində davam etdirib.
1974-cü ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub.
1976-1980-ci illərdə Gəncə Politexnik İnstitutunda (indiki Azər­bay­can Texnologiya Universitetində) ali təhsil alıb.
İxti­sasca mühəndisdir.
Əmək fəaliyyətinə Bakıda Mənzil Komunal Təsərrüfatı Na­zir­li­­yindən başlayıb.
1985-ci ildə ailə həyatı qurduqdan sonra Ağdam şəhərində ya­şa­yıb və 8 il Ağdam statistika idarəsində işləyib.
Məlum birinci Qarabağ Müharibəsi minlərlə soydaşımız kimi, ailəliklə onları da qaçqın həyatı yaşamağa məcbur edib. 1993-cü ildən Gəncədə, 2000-ci ildən isə Bakıda məskunlaşıblar.
Ailəlidir, bir oğlu, bir qızı, bir nəvəsi var.

Almaz Alıqızı hələ orta məktəbdə oxuduğu illərdən bədii yara­dıcılığa başlayıb. 1973-1974-cü illərdə Ağdamda çıxan “Lenin yo­lu” qəzetində ştatdankənar müxbir kimi çalışıb. Qəzetdə müx­təlif mövzularda qələmə aldığı məqalələri və öz fanta­zi­yasına uy­ğun yazdığı bir sıra xırda şeirləri dərc olunub. Ailə həyatı qurandan sonra, qısqanclıq hissi ilə bir sıra şerlərini məhv edib,
2013-cü il oktyabr ayının 23-də “Qəlbimdə fikrimdə vətən dola­şır” adlı ilk şeilər kitabı işıqüzü görüb. Kitabda Vətən həs­rətli şeir­ləri, bayatıları və “Nişan üzüyü” poeması yer alıb.
2018-ci ildə Milli Qəhrəman Mübariz İbrahimovun Doğum gü­nünün 30 illiyi ərəfəsində “Əsgər andı” adlı ikinci kitabı işıq­üzü görüb. Kitabda M.İbrahimovun qəhrəmanliğindan, şü­caə­tindən bəhs olunur.
Şeirləri 20-dən çox müxtəlif poeziya antalogiyalarında, o cümlədən, "Zirvə", "Canım Azərbaycanım", "Poeziya çələngi" və "Buta" ədəbi məcmuələrində, müx­təlif mətbuat orqanlarında dərc olunub.
Hazırda iki şerlər kitabı çapa hazırlanır.
Milli Qəhrəman Əlif Ha­cıyevin hayatı və qəhrəmanlığı haq­qın­da yazdığım “Qan Gölü” romanını tamamlamaq üzrədir.

Almaz Alıqızı həm də fəali ictimaiyyətçi kimi tanınır. Hazırda Ağdam ədəbi məclisinin rəhbəridir.
Eyni zamanda, “Borçalı” nəşriyyatının və “YURD” jurnalının əmək­daşıdır.
AJB-nin, Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin, əsa­sı mər­hum şairimiz Söhrab Tahir tərəfindən qoyulan və hazırda Böyük Yazar Çingiz Abdullayevin rəhbərlik et­diyi Dünya Azər­bay­can­lı­ları Mədəniyyət Mərkə­zinin, Sivas Yazarlar Birliyinin və Kərkük-Türkmən Yazarlar Birliyinin üzvüdür.
Bir sira təşəkkürnamələr və fəxri diplomlarla təltif olunub.
“Abdulla Şaiq”, “Zirvə”, “XXI Əsrin ziyalısı”“Qızıl Qələm” müka­fatları laureatıdır.
Müta­madı olaraq Hərbi hissələrdə keçirilən tədbirlərdə və bay­ram şənliklərində əsgər və zabitlərimiz qarşısında öz şerlərilə çı­xışlar edir. Həmin çıxışlara görə təltif olunduğu mükafatları təltif olunduğu ən qiymətli mükafatlar hesab edir.

Almaz Alıqızı indi də gənclik eşqi ilə yazıb-yaradır. Biz də ona uzun ömür, möhkəm cancağlığı, şəxsi həyatında və bədii yara­dıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Firəngiz İBADOVA,
ZiM.Az



Almaz Alıqızı Ağdamlı (1957)DOSTLAR SİZƏ SALAM OLSUN!

Yaz gününün, sabahından
Nərgizlərin qoxusundan,
Göy gölümün, sonasından
Dostlar sizə, Salam olsun!

Açılan hər səhərlərdən,
Yaz nəfəsli, düzənlərdən
Azərbaycan ellərindən
Dostlar sizə, Salam olsun!

Dost soraqlı, könüllərdən,
Gülər üzlü, gözəllərdən,
Mavi gözlü, Xəzərimdən
Dostlar sizə, Salam olsun!

Xoş müjdəli, Qarabağdan
Həm şimaldan, həm cənubdan,
Ölkəmizin, dörd yanından
Dostlar sizə, Salam olsun!
27.02.2021


YURDUMA BAHAR GƏLİR!

Kol dibində, tər-bənövşə
Bələnidbi, şux gülüşə
Deyir çalın, telli sazı
Ömrümüzə, sevinc düşə
Qalibiyyət soraqlıdı,
Bu il gələn, baharımız!
Mübarəkdi, bayrarımız!

Bül- büllərin cəh-cəhiylə
Açılıbdır sabahımız,
İlhamladır, ilhamımız.
Xoş olacaq, bundan belə,
Hər ilimiz, hər ayımız
Qalibiyyət soraqlıdır!
Bu il gələn, baharımız!

Allah verən nemətlərdən,
Düzün bahar süfrənizə,
Yağı düşmən, qibtə edir.
Bizim zəfər sevgimizə!
Umu-küsü, dərdlər gedir...
Qalibiyyət, sorağıyla,
Bahar gəlir, ömrümüzə!

Bu bahar o,bahar deyil
Qalibiyyət soraqlıdır,
Tamam başqa, abı-hava
Tamam başqa bir bahardır!
Tonqalları gur yandırın,
Yağı düşmən qoy görsün ki,
Xalqım necə baxtiyardır!
16.03.2021


SƏN AZADSAN, AZAD ŞUŞAM!

Qarabağın zümrüd qaşı,
Əzəl gündən,sənsən Şuşam!
Dumansızdır, dağın başı.
Mən hüsnünə, vurulmuşam!
Sən azadsan, azad Şuşam!

Kəbə evim, Mədinəmsən,
Üzeyirin Vətənisən,
Natavanın söz yurdusan!
Mədəniyyət Paytaxtısan!
Sən azadsan, azad Şuşam!

Seyid, Cabbar, Bülbül kimi,
Sənətkarlar yaşatmısan!
Pənah Xanın şah tacısan.
Mədəniyyət Paytaxtısan!
Sən azadsan, azad Şuşam!
11.02.2021


DÖNÜN YENƏ VƏTƏNƏ!

Vətənimdən ayrı düşdüm,
Deyən nərgız, inci gülüm
Qəm-həsrəti,boynun bükən,
Tər bənövşəm, dönün yenə
Siz vətənə, siz Ağdama,
Qarabağda, yaşamağa!
Həsrət bitdi, yağı düşmən.
Məğlub oldu, məhv edildi.
Daha Vətən sizlərindi...
Bizimkidir, bizlərindi!
Qatarlanın ey durnalar,
Üzü cənnət, Qarabağa.
Laçın, Ağdam, Kəlbəcərə
Köksün altı, sarı bülbül,
Gül budağı, sənin yerin
Cəh-cəhini gözləyibdi
Gör nə vaxtdı, sənin elin?
Ey didərgin, Xarıbülbül
Şuşa sənin məskənindir!
Suşa sənsiz, çox kövrəkdir
Gəl sil onun, göz yaşını
Gəl sevindir, öz yurdunun
Torpağını, hər daşını.
Dönün yenə siz Vətənə.
Yurd libasın, çiçəklərdən
Gözəllikdən, biçsin yenə!
16.02.2021


XOCALIMDAN NİŞANƏYƏM!

Xocalımız səfalıydı,
İnsanları vəfalıydı.
Gülər üzlü, Mələk qızda
Qarabağlı - Xocalıydı.

Mələk adlı, bu qızcığaz
Kədəri çox, sevinci az…
Anasının ilki idi,
Sevinciydi, fərəhiydi.

Bağçaların narı idi,
Çiçəklərin barı idi.
Atalıydı, analıydın,
Gözəllərin, gözəliydi.

Arzuları, tükənməzdi
Taleyindən, xəbərsizdi.
Bir gün yetim qalacaqdı,
Üzü gül tək, solacaqdı.

Bir şaxtalı,qarlı qışda,
Buz bağladı, donub-qaldı.
Göz yaşları, yanağında,
Xocalıdan ayrılanda.

Dolu kimi,mərmi yağdı,
Körpələrin, ah-fəryadı
Yeri-göyü yandırıdı,
Düşmən qana, sustamışdı!

Şəhid oldu, atam-anam.
Şəhid oldu, qoca nənəm.
Tək qalmışam, biçarəyəm
Xocalımdan - Nişanəyəm!
27.02.2021


QADIN

Zərif söylərilər qadın adına
Zəriflik yaraşır, sənin halına.
Zərif çiçərləri, gülləri qadın,
Xalı tək sərərdim, ayaqlarına!

Bu zərif bədəndə, zərif çiyində,
Dünyanın yükünü, daşıyan bəndə.
Ayağın altını, min yol öpsəmdə
Haqqını ödəməz, bir kərə qadın!

Evin xanımsan, həm də anasan
Şairsən, rəssamsan, həm bəstəkarsan.
Düyanı qəlbində sən yaşadırsan...
Dünyanın özünə, anasan qadın!

Peyğənbər qiymətin, dəyərin bilmiş
Ayağın altına, cənnət söyləmiş!!!
Dünyaya peyğənbər, sultanlar vermiş...
Dahilər yetirmiş, anasan qadın!

Almazam qüdrətim olsaydı əgər.
Günəşdən ömrünə, nur istəyərdim.
Yığıb qucağıma, mən ulduzları
Ayağın altlna səpələyərdim!
21.03.2021


DƏYMƏYİN, ANA QƏLBİNƏ!

Qırma ana qəlbin, çox kövrək olur,
İncisə sözündən, gözləri dolur.
Yaşa dolan ana, uşaq tək olur!
Hər zaman gərəkdi, bil ana sənə.
İncidib-dəyməyin, ana qəlbinə!

Dəyər-qiymətindir, ana həyatda
Can deyər sözünə, hər çağıranda...
Onsuz tək qalarsan, inan dünyada.
Onun tək yetişməz, hayına kimsə
İncidib-dəyməyin ana qəlbinə!

Anasız bircə gün, üzünüz gülməz
Onun tək bir kimsə, dəyərin bilməz.
Anasız evində, qəmdən isinməz.
Hər gün dua dilər, Allahdan sənə
İncidib-dəyməyin ana qəlbinə!

Qiymətini bilin, nə qədər sağdır!
Sizlərə hər zaman, arxa-dayaqdır.
Ana yer üzündə, özü bir Haqdır!
Tanrı əzab verər, dünyada sənə
İncidib-dəyməyin ana qəlbinə!

Qocalıbsan demə, qəlbinə dəyər...
Gözəl gözlərini, kədər bürüyər.
Quruca varlığı, dünyaya dəyər!
Hər sığal çəkəndə, sənin telinə....
İncidib-dəyməyin ana qəlbinə!

Şairə Almazam, mən anasızam...
Sızlayan kamanam, yanıqlı sazam!
Yazıda, yayıda, ömrü sazağam....
İsti qucağına, möhtacam hələ!
İncidib-dəyməyin, ana qəlbinə!
27.01.2021


ÖVLADLARIM!

Dizlərim üstündə, yazmışam sizi
Kədərdən-nisgildən doğulanlarım.
Mənim şer adlı, oğul- qızlarım.
Ruhumdan doğulan şer övladlarım!

Allaha ağahdı, gizli deyil ki,
Sizi yaşatmağa yerim olmayıb.
Beynimdə, köksümdə gəzdirib sizi,
Üstünə yazmağa, dəftər olmayıb.

Nə isti evimiz, nədə kürsümüz,
Sizdə mənim ilə, kədər görmüsüz.
Kədərdə, sevdən doğulanlarım,
Mənim şer adlı, oğul-qızlarım!

Allahın fərmanı, Allah vergisi,
Ruhumdan dünyaya, doğulanlarım!
Kimlərsə bəyənib, sevməsə sizi,
Siz mənim varımsız, şer övladlarım!

Almazam sizləri satmaram yada,
Bu yoxsulluq məni,atsada oda.
Sizinlə yaşaram, yalnız dünyada
Dizlərim üstündə, doğulanlarım
A şer övladlarım, söz övladlarım!
02.03.2021


Eşqimizə Ay Şahiddir!
(Sevgisini dananlara)


Dildə dastan idi, bizim sevgimiz,
Şır-şır bulaq idi, görüş yerimiz.

Tez-tez görüşırdik, söhbət edərdik,
Bəzən bulaq dinər, biz dinləyərdik.

Başımız üstündə, ay şəfəq saçar,
Könüldə arzular,sanki, dil açar.

Sevirəm demişdin, mənə o, axşam...
Ay da şahidimdir, sanki, sərxoşam!

Aradan həftələr, aylar keçmişdi.
Şır-şır bulaq bizi, çox gözləmişdi.

Yenə görüşürdük, bulaq başında,
Kədər-qüssə vardı, yaz baxışında.

Dedin başqasına, könül vermişəm,
Ay da sevginizə, şahid demişəm!

Başımız üstündə, şəfəqin salan..
Qara buludlara, daldalandı ay!

Bu saxta sevginə, saxta eşqinə
Qorxdu... ay şahidim, deyərsən yenə!!!
26.01.2021


Dərdimdi mənim!

Öz halıma ağlamıram, dostlarım!
Qəlbimdə sağalmaz yaralarım var..
Arzusu,istəyi hayatda yarım,
Şəhid oğullarım, balalarım var!
Bu haqsız zamandan, şikayətim var!

Öz halıma ağlamıram,dostlarım,
Qəlbimdə sağalmaz, mənim yaram var.
Sabahdan axşama,hey yol gözləyən,
Şəhidin yarı var, balaları var!
Bu acı taledən, şikayətim var!

Öz halıma ağlamıram, dostlarım
Qor düşüb qəlbimə, odlanır bağrım.
Ehtiyac içində, qüruru sınan.
Vətənin ər-igid qaziləri var!
Bu zalim zamandan, şikayətim var!

Öz halıma ağlamıram dostlarım,
İztirab içində, soyuq daxmada.
Ümidsiz, çarəsiz çox insanların..
Dərdləri-dərdimdi, mənim dünyada!
Dərdlərin özündən, şikayətim var

Öz halıma ağlamıram, dostlarım,
Xainlər-naqislər yaşar villada...
Qeyrətli oğullar, uçuq daxmada.
Ədalət yoxdursa, qoca dünyada
Dünyanın özündən şikayətim var!
05.02.2021


DÜNYANIN SAHİBİ VAR!

Bu dünyanın günahı nə?
Bu dünyaya, yalan deyən.
İnsanlara zülm eyləyən
Haram yeyən, sən ey nadan!
Nə korona, nə yarasa?
Bular sizin əməliniz,
Bu dünyanı, zəhərləyib
İnsanlara dərd verirsiz..
İnsanları, məhv edirsiz!
Axı niyyə, nə haqla siz?
Haqq yaradan, insanları,
Öldürürsüz, siz qatilsiz!
Etdiyiniz əməllərin,
Cəzasını çəkəcəksiz!

Baksin satıb, ölkələrə...
Var toplayıb, varlanırsız?
Bir qarışqa, yaratmısız?
Dünyamıza yaramısız?
Dünyamızı talamısız!
Bu dünyanın,günahı nə?
Dünyamızın sahibi var
Sahibinin, qəzəbi var
Bu dünyanın, o üzü var!
Cənəhhəmi, cəmnəti var!
Yetməyəcək harayıza,
Yığdığınız,sərvətiniz...
Cəhənnəmdə yanacaqsız!

Bu dünyanı Yaradan var!
İnsanlara ömür yazan.
Həyat vermiş, Ulu tanrı,
Bu dünyanın, sahibi var!
O, dünyanın, mizanı var!
Əməlini bir gün, səndən,
Sorğulayan, mələyi var
Dünyamızı,Yaradanın
Ədaləti, nizamı var!
Bu nizamı pozanların!
Axirətdə cəzası var!
20.03.2021

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: