- 1969-cu il fevralın 9-da
Qərbi Azərbaycanda,
indiki Ermənistanın Masis rayonundakı
Dostluq kəndində anadan olub.
Zəngibasar rayonundakı
C.Məmmədquluzadə adına
Uluxanlı orta məktəbini bitirib.
Hazırda Bakıda yaşayır.
Aysel və Ləman adlı iki qızı,
Məryəm və Mədinə adlı iki nəvəsi var.
Hələ gənclik illərindən şeirlər yazır.
Biz də Həcər xanıma yeni-yeni uğurlar arzulayır
və aşağda onun bir neçə şeirini dəyərli oxucularımıza
təqdim edirik.
Məlahət QULİYEVA,
ZiM.Az
QƏRİB QIZAM
Vətən həsrətilə alışıb yanan,
Alınmaz bir yurdun qərib qızıyam.
Torpağına həsrət, suyuna həsrət,
Ayına həsrət, gününə həsrət,
Əl çatmaz bir yurdun qərib qızıyam.
Yatsam yuxuma girməzdi belə,
Qayıda bilmərəm bir də o yerə.
Didərgin saldılar eldən - obadan,
Elimə, obama həsrət qalaram,
Elinə həsrət qərib bir qızam.
Uşaqlıq illərim keçmişdi orda,
Var ordan nə qədər xatirələrim.
Elə bil yatmışam indi yuxudan,
Oyanıb görəcəmöz yurdumdayam.
Yurduna həsrət qərib bir qızam.
Yağılar əlində qalıbdı yurdum,
Alınmaz qalaya dönübdü yurdum.
Yalnız yuxumda qalıbdı yurdum,
Yuxudan oyanmaq istəmirəm mən,
Yurdunu yuxuda görən qızam mən.
Qaçqınam, köçkünəm, didərginəm mən,
Vətən həsrətilə köçəcəyəm mən.
Qiyamət günündə gedəcəyəm mən,
Mən onda torpağıma qovuşacağam ,
Torpağına həsrət qərib qızam.
AZƏRBAYCAN ƏSGƏRİ
Addımla sən irəli,
Qoyma nəfəsin çəksin.
Yağı düşmən içəri,
Azərbaycan əsgəri.
Vətən səni çağırır,
Düşməndən qurtar məni.
Gözü yolda qalıbdır,
Axı gözləyir səni,
Azərbaycan əsgəri.
Qisas almaq vaxtıdı,
Kəlbəcərinn, Laçının,
Qanı yerdə qalmasın,
İnciməsin Xocalın,
Azərbaycan əsgəri.
Sənə arxalanıbdı,
Xalqın, millətin sənin.
Qorusun yalnız səni,
Səni yaradan Rəbbin.
Azərbaycan əsgərin.
Yumruq kimi birləşib,
Arxanda dayanmışıq.
Sağ, salamat qayıt gəl,
Kəsilsin qurbanların,
Azərbaycan əsgəri.
Bir əlində bayrağın,
Bir əlində silahın.
Səninlə qürur duyur,
Ali Baş komandanın.
Azərbaycan əsgəri.
* * *
Büdrəməsin ayağın,
Əsməsin heç vaxt əlin.
Bayrağınla irəli,
Zəfər sənə yaraşır,
Azərbaycan əsgər.
Yaraşır sənə yalnız,
Üç rəngli bayrağın.
Düşmən bağrın yarasan,
Zirvələrə sancasan.
Azərbaycan əsgəri.
Üç rəngli bayrağını,
Dalğalandır Şuşada.
Qəhrəmanlıq adını al,
Tarixə sal adını,
Azərbaycan əsgəri.
Köçmədi başqa yerə,
Xarı bülbülün sənin.
Əhdinə vəfa çıxdı,
Gözləyir orda səni.
Azərbaycan əsgəri.
Bir qarış torpağında,
Qalmasın yağılara.
Səninlə fəxr eləsin,
Xan qızı Nətavanda.
Azərbaycan əsgəri.
Qarşılasın qoy səni,
Xanın, Bülbülün səsi.
Oxusun Qarabağda,
Qarabağ şikəstəsi.
Azərbaycan əsgəri.
ANA
Bir deyim var, deyilir indi,
Cənnət anaların ayağı altında.
Ona əlavə edirəm ki, mən,
Hər kəsin anası varsa həyatda,
Cənnətin özündə yaşayır o da.
Analı qızlar məni eşidin,
Ananın qədrini vaxtında bilin.
Ananız dünyadan köçəndən sonra,
Gəzməyin cənnəti ayaqlar altında.
Mən də itirmişəm anamı vaxtsız,
Olmuşam onunla həmişəə bir dost.
Ondan başqa dostum olmadı mənim,
Çünki başqa dosta yoxdur güvənim.
Ən yaxın dostum olsada belə,
Bir gün sirrimi açacaq elə.
Eşidin məni sizdə ay qızlar,
Qızın yaxın dostu anası olar.
QIZIM
Görürəm məndən incimisən sən,
Ay mənim gözümün işığı qızım.
Mənim canımım cananısan sən,
Nə olar məndən incimə qızım.
Bil ki, olmuşuq həm ana-bala,
Bala inciyərmi heç anasından.
Sən mənim balamsan can bala,
Nə olar anandan incimə qızım.
RÜQƏYYƏ
Balaca çiçəyim, balaca gülüm,
Xoş gəldin cahana, xoş gəldin gülüm.
Bürüyüb hər yanı sənin gül ətrin,
Mənim gözəl qızım, Rüqəyyə qızım.
Sən necə şirinsən, necə gözəlsən,
Maşallah sənə, Maşallah qızım.
Yaradan mənim üçün yaradıb səni,
Şirin, şəkərim Rüqəyyə qızım.
Sənin doğum günün mübarək olsun.
Nənənin ürəyi, babanın canı,
Qara gözlərinin olum qurbanı.
Balaca çiçəyim, uğur böcəyim,
Adına qurbqnam Rüqəyyə qızım.
Nə gözəl bəzəyib gör anan səni,
Elə bil bahar qız bahara gəlib.
Gözəlliyin edib hamını dəli,
Gözəlim, göyçəyim, Rüqəyyə qızım.
Sənin doğum günün mübarək olsun.
Sən mənim balamın şirin payısan,
Evinin nəşəsi, gülüsən canım.
Qorusun Allahım, qorusun səni,
Bədnəzər gözündən Rüqəyyə qızım.
Sənin doğum günün mübarək olsun.
NECƏ GÜLƏSƏN
Gülmək deyirlər ömür uzadır,
Əgər ürəkdən gülərsənsə sən.
Ürəkdə varsa nisgil bir acı,
De görüm ürəkdən necə güləsən?
Gülərsən, yalnızca qaçar dodağın,
O gülüş gəlməz sənin içindən.
Necə ki, q1əlbimdə varınsa acı,
De görüm ürəkdən necə güləsən?
Gülmək yaxşıdı qoy gülsün hamı,
Sönməsin heç kimin bir dənə şamı.
Əgər yanmırsa evində şamı,
De görüm ürəkdən necə güləsən?
Güldür anaları, güldür ya Rəbbim,
Heç ana çəkməsin balanın dağın.
Bir ana baladan nigarandırsa,
De görüm ürəkdən necə güləsən?
Allahım əlimi açıram sənə,
Nə olar boş qaytarma mənə.
Bütün cavanları çatdır kamına,
Gülsün ürəkdən, qoy gülsün hamı.
ALLAHIM
Necə gözəl yaraşır bir-birinə,
Bu iki cavan mənim Allahım.
Nə olar ayırma bir-birindən,
Qoy gülsün gözləri daim Allahım.
Zamanının leylisi, Məcnunu bunlar,
Örnək götürün indiki dostlar.
Baxın ey cavannlar, baxın ay dostlar,
Görün necə sevgi yaşayanlar var.
Bacımın yarı, sevdiyi oğlan,
Tut əlindən bərk-bərk sən onun.
Buraxma əlini bacımın heç vaxt,
Sevənlər görsün necə sevən var.
Sizin sevginiz düşsün tarixə,
Sevənlət etsinlər qoy bizə qibtə.
Əsirlər keçsədə qalın siz qəlbdə,
Sevən belə sevsin mənim Allahım.
Sizin sevginiz düşsün dastana,
Üz-gözünüz ddülsün daima.
Mən də kənardan qoy baxım sizə,
Deyim çox şükür, şükür Allahım.
Sevinc gözlərinizdən əskik olmasın,
Həyatın pis günü arxada qalsın.
Sağlam, firavan ömür yaşasın,
Xoşbəxt olun, xoşbəxtt, xoşbəxt yaşayın.
BULUD
Yaman kövrəlmişəm yamanca ana,
Bürüyüb qəlbimi kövrək bir duyğu.
Bilmirəm hayana hara gedim mən,
Boşaldım gözümdə olan buladu.
Bir yer axtarıram sıxam bukudu,
Bir damla suyu qalmasın belə.
Elə bir yerə ataram onu,
Ana gözlərindən axmasın belə.
O bulud gözümün içində durur,
Yumsam gözlərimi yağacaq leysan.
Mənim əlimdə olsaydı bulud,
Çıxarıb kökündən atardım inan.
İstəmirəm ay bulud, istəmirəm mən,
Dolasan ana gözlərinə sən.
Deyirəm ay bulud insaf edəsən,
Dağlara,dağlara bəlkə köçəsən.
İnan ki, həmən qurban kəsərəm,
Dadına, duzuna baxmaram belə.
Deyirəm ay bulud bəlkə mənimlə,
Nə olar bir döə sən görüşməyəsən.
Öpərəm ay bulud öpərəmm səndən,
AAxıb gələn o damla yaşı.
Bircə xahişim budur ki, bulud,
Ana gözlərindən axmayasan sən.
İNDİ
Orucluq bayramıdı deyirəm qardaş,
Uzaq səfərə çıxmısan indi.
Deyirəm bəlkə qayıdasan sən,
Mənim də bayramım olardı indi.
Bayramdı ay qardaş bayyramdı axı,
Hər kəsin gəlir qardaşı indi.
Mənim də gözüm yoldda qalıbdı,
Deyirəm bəlgə gələsən indi.
Yoxluğun çatmayır hələ də mənə,
Elə bil qapımdan girəsən indi,
Qolunu salıb mənim boynuma,
Bayramın mübarək deyəsən indi.
Bayram namazını qılmışam qardaş,
Dualar qəbul olunur indi.
Səninçün dualar etmişəm ardaş,
Məkanın cənnət olsun indi.
XOCALI
Gəzirsən sən bütün dillərdə,
Didərgin saldılar səni Xocalı.
Talan etdilər, va-dövlətini,
Düşdün tarixə sən ay Xocalı.
Dönmüşdü üzü təbiətində,
Bua kəsirdi hər yanı Xocalı.
Günahsız insanlar, körpə uşaqlar,
Buza döndülər yaman Xocalı.
Qışın soyuğunda, qarda, boranda,
Saldılar düzlərə səni Xocalı.
Ana balasını basıb bağrına,
Qorudu elini boğddu Xocalı.
Meşənin içində hay-haray düşdü,
Boğmuşdu körpəsini ana Xocalı.
Qız-gəlini qorumaq üçün,
Ana-balasına qıydı Xocalı.
Qisasın sənin alınacaqdı,
Qalmaz qiyamətə inan Xocalı.
Ananın fəryadı qalxıb göylərə,
Tezliklə enəcək yerə Xocalı.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.