İsrayıl Baxşeş (1988)

İsrayıl Baxşeş (1988) İsrayıl Baxşeş (İsrayıl Fərhad oglu İsrəfilov) - 16 mart 1988-ci ildə Böyük Dahilər torpagı olan, Şamaxı şəhərində anadan olub.
1994-cü ildə, Soltan Məcid Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbin 1-ci sinifinə gedib.
1996-cı ildə sağ təpə gicgah nahiyyəsindən cərrahi əməliyyat olunduğu üçün, sonradan təhsilini Məmməd Kərim Veyisov adına Şamaxı şəhər 6 saylı məktəbdə davam etdirib. 2006-cı ildə məzun olub.
O, eyni zamanda 1997-ci ildən Şamaxılı Böyük tarızan Hacı Alməmmədov adına 2 saylı uşaq musiqi məktəbində xanəndəlik üzrə səs ixtisası üzrə təhsil alıb.
2004-cü ildə həmin musiqi məktəbini əla qiymətlərlə bitirib.
2010-cu ildə ailə həyatı qurub. 2 qız, 1 oğul evladı var.
2010-2012-ci illərdə 2 şeirlər kitabı işıq üzü görüb.
Mətbuat sahəsindəki çıxışlarına görə, "Əsrin ziyallısı", "İlin şairi" Fəxri Diplomuna, "Qızıl Qələm" media mükafatına layiq görülüb.
Bir çox qəzet və jurnallarda, bir neçə kitabda, o cümlədən də, 2 antalogiyada şeirləri dərc olunub.

Biz də İsrayıl Baxşeyşəşə yeni-yenə yaradıcılıq uğurları arzulayır və aşağa onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!

Solmaz ŞİRVANLI,
"ZiM.Az" və "Zirve.info" saytlarının,
"Zirvə" ədəbi-bədii, elmi-publisistik məcmuəsinin
Şirvan bölgəsi üzrə nümayəndəliyinin rəhbəri


ZiM.Az



ŞAMAXIYA

Deyirəm ilin hər çağında,
Gəlir millət Şamaxıya.
Nanəli qırx bulağında,
Düşür söhbət Şamaxıya.

Avaxıl, Dəmirçi, Zarat,
Pirquluda yazıb yarat,
Talışnuru bir kainat,
Şəxsən cənnət Şamaxıya.

Pirsaat cayı yuxarı,
Qonaqkənd sevir qonağı,
Bu yerlərin üzüm bağı,
Verir sərvət Şamaxıya.

Əngəxaran, Qaya daşı,
Məlhəm Çuxuryurd qardaşı,
Nagaraxana silahdaşı,
Vallah ziynət Şamaxıya.

Həmyə, Çaylı, var Cabanı,
Ərcimanı, Qızmeydanı,
Pirbəhlini gəzib tanı,
Edir ləzzət Şamaxıya.

Cır təklədir axan qanım,
Göylər, Carhan, Quşcu canım,
Adnalı, Məlikcobanım
Et səyahət Şamaxıya.

Xəqani, Nəsimi, Sabir,
Aşiq Şərbət, Mahmud, Şakir,
Seyid Əzm, Hadini bil,
Olub şöhrət Şamaxıya.

Bu torpaq muğam ocağım,
Ləhcəsidir qadoy alım.
Alim, Zabit, Mələkxanım,
Qoyub qiymət Şamaxıya.

Var Mahmud aga sarayı,
Hər yerdən gəlir harayı,
qQzlarında kəlağayı,
Budur ismət Şamaxıya.

Bu torpağın tayı yoxdur!
Camaatı gözü toxdur.
Yazılası sözlər çoxdur,
Min bərəkət Şamaxıya.

Elnarədə xoş avazdır,
Əvəzxanda, telli sazdır.
İsrayıl Baxşeş, bu azdır,
Yaz, şeriyyat Şamaxıya.


UTANMIR

Ay ellər bilmirəm nədəndi niyə?
Güclülər gücsüzü yıxır, utanmır
Haramla özünə bina quranlar,
Yenədə doymayır tıxır, utanmır.

deməyin bu Şair,dəlidir yazır.
haqlılar taptanıb haq yolda azır
İstər deputat olsun, istərsə nazir,
Yuxardan aşagı baxır, utanmır!

Kimisi kişidi dul hesabına
Məmur saray qurur, qul hesabına
Əruzu bilməyən pul hesabına,
Gündə bir efirə,çıxır utanmır!

Ay Baxşeş,gözləri qəm eyləyənlər,
Birgün məhf olacaq nəm eyləyənlər
Dünən mənə gülüb agız əyənlər,
Bugün əllərimi sıxır, utanmır!


AĞILLI OL

Məni tanımaga, məni bilməyə.
Eyləyə bilməzsən, zən agıllı ol!
Çoxda bel baglama vara, dövlətə
Alar başın üstün, çən agıllı ol.

Eldə hörmət qazan seçil qabagda.
Əməl dəftərində bəy ol varagda
Nə qədər kef çəkib olsan damagda,
düşəcək saçına dən agıllı ol.

Ay, Dostum,Tülküdən olarmı dogru?
Mollalıq eyləyir rüşvətxor, ogru.
Mən, düzə dogruyam çaşma, el oglu
Əgər lazımdırsa, sən agıllı ol.

hər bir kəs tanınır bir olan üzdə
dagda öz daglıgın bildirir düzdə
Siyasi axılda, siyasi sözdə!
Olmazsan Baxşeşə, tən agıllı ol!


EYLƏYİR

Qohumun itirib, yadın bilməyən
Özun alim bilib adın bilməyən
Almanın, heyvanın dadın bilməyən
Söyüdü badama calaq eyləyir.

Halal bağçasında haram bitirən
Bicliklə dünyaya övlad gətirən
Özü doğduğunu özü itirən,
Çıxıb Xoşqədəmdə soraq eyləyir.

Ay Baxşeş sözlərin od alov saçır
Arif əhsən deyir, nadanlar qaçır
Kişinin qapısın kişilər açır,
Oğraşlar oğraşı qonağ eyləyir!


DEMİRƏM

Nadana,namərdə qədir bilməzə
Xeyir söyləmirəm, bəli demirəm.
Hər zaman sözünün düzün deyənə
Axmaq düşünmürəm, dəli demirəm.

Vurdum, əyilmədim heç vaxt minnətə
Yazdığım həqiqət gəldi diqqətə.
Uzağı bir ilə, itən ziynətə.
Tarixin incisi ləli demirəm.

Yetimi incidib haqqın əzənə.
Adın şair qoyub, yad söz düzənə
Gündüz namaz qılıb, gecə gəzənə.
Baxşeşəm, nə imam Əli demirəm.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: