1959-cu ildə Yuxarı Qarabulaq səkkizillik məktəbinin I sinfina gedib. 1961-ci ildən təhsilini Marneuli internat məktəbində davam etdirib. 1970-ci ildə həmin məktəbi bitirib və H.K.Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunun mədəni-maarif şöbəsinə qəbul olub. 1978-cü ildə texnikumu müvəffəqiyyətlə bitirib.
1974-1975-ci illərdə Yuxarı Qarabulaq klubunun müdiri, 1976-1986-cı illərdə Yuxarı Qarabulaq orta məktəbində bədii dərnək¬lərin rəhbəri, 1986-cı ildən Gürcüstan futbol federasiyasında futbol hakimi vəzifələrində çalışıb. Müstəqillik dövründə ticarətlə məşğul olub.
Hazırda təqaüdçüdür.
Bədii yaradıcılıqla məşqul olur.
Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.
"Yadına salarmı, o dağlar məni" adlı şeirlər kitabının müəllifidir.
“Abdulla Şaiq”, “Zirvə” və “Qızıl qələm” mükafatları laureatıdır.
Biz də Möhübbət müəllimə yeni-yeni uğurlar arzulayırıq!
Məlahət SAHİBQIZI,
"Borçalı" nəşriyyatının şöbə müdiri,
AYB-nin və AJB-nin üzvü
SEVİNİR, ALLAH
Hər yerdə ucalır Qələbə səsi,
Hər dildə, dodaqda səslənir, Allah!
Qarabağ kədərim yox olur artıq,
Sevinir Vətənim, sevinir, Allah!
Gülərək sevinir Pənah xan orda,
Natəvan gülüşü dodaqlarında.
Şikəstə çalınır Qurban tarında,
Nə gözəl çalınır, çalınır, Allah!
Məsciddə yüksəlir azanın səsi,
Cıdır düzündədir Xanın dəstəsi.
Üzlərdəki sevinc, yaşam həvəsi,
İnsana nə gözəl yaraşır, Allah!
Bu gündən lazımdır qurub-yaradan,
O uca dağların seyrinə dalan.
Bu torpaq sevməyir böhtan, şər, yalan,
Burda sevinc, şadlıq dolaşır, Allah!
Möhübbət heyrandı uca dağlara,
Sərin bulaqlara, coşqun çaylara.
Gözəl Qarabağa gedən yollara,
Səmadan ulduzlar nur saçır, Allah!
SƏS VER TÜRKÜN HARAYINA
Qazax qardaş,dur ayağa,yatma sən,
Səs ver Türkün harayına,hayına.
Min köhləni al əlinə bayrağı,
Girməginən xaçpərəstin oynuna.
Özbək əkə,nə durmusan, tərpənsən,
Qoy bayrağın al günəşdən od saçsın.
Səs ver Türkün Turan deyən hayına,
Turan deyən o dillərin var olsun.
Qırğız-dinim,dilim,əziz qardaşım,
Yetiş səndə bu cərgədə dayan,dur.
Biz birlikdə düz dayanıb,düz dursaq,
Bil, gücümüz,qüvvətimiz ordadır.
Türkmən eli,sən öyünmə qazınla,
Aç gözünü bax,rus salar oyuna.
Səndə götür bayrağını əlinə,
Qoşul bizə,gedək üzü Turana.
Azərbaycan od-alovlar diyarı,
Satqınları at özündən kənara.
Müstəqillik bayrağını uca tut,
Uca tut ki,qarışasan Turana.
Ey Türkiyəm, öndə dayan,öndə dur,
Qoy arxanca Oğuz, Qıpçaq yerisin.
Al bayrağı uca qaldır,uca tut,
Çağır Türkü, bayraq altda birləşsin.
HƏKİM
Həkim İlqar Yusibova
Mən sənin şəninə nə tərif deyim,
Qələmdə sözləri yazammır həkim.
Özündə tərifin o qədər çox ki,
Mən deyən təriflər az olur həkim.
İbni Sinayamı bənzədim səni,
Sənki tibb elmində dərin dəryasan,
Hippokrat andını içəndən bəri,
Heç kimin xətrinə sən dəyməmişsən.
Unudur bir anlıq xəstəliyini,
Xəstə şəfa tapır xoş söhbətindən.
O qədər nurludur üzün-gözün ki,
İlahi nurudur yağır üzündən.
Xəstəyə məlhəmdir hər bir söhbətin,
Yüz dərmanın belə olmaz təsiri.
Necə şəfalıdır həkim əllərin,
Dardan qurtarırsan daim bizləri.
Allahım qıymasın bircə telinə,
Xoş günlər ömründən əskik olmasın,
Min alqış deyirəm o əllərinə,
Arzun ürəyində heç vaxt qalmasın.
A QARDAŞ
Yolların açılmasını şair dostum
Məsim Göyüşovla dərdləşdik.
Möhübbət.
Dərd məni boğubdur öz beşiyində,
Çarəsiz qalmışam burda ay Məsim.
Çarə axtarıram göylərdə,yerdə,
Qalmışam nə vaxtdır darda ay Məsim.
Məsim.
Vətənin həsrəti donub gözümdə,
Dözmək çox çətindir dərdə a qardaş.
Nahaq axtarırsan çarəni göydə,
Çarəmiz yerdədir,yerdə a qardaş.
Möhübbət.
Dedilər hazırlaş yollar açılır,
Borçalı səsləyir səni çağırır,
Bulaqlar çağlayır, dağlar haylayır,
Qovuşacam dedim yurda ay Məsim.
Məsim.
Haraya baxıram gül-çiçək dolu,
Oğlun həsrətini çəkir Borçalı,
Üç başlı əjdaha kəsibdir yolu,
Çətin qovuşarıq birdə a qardaş.
Möhübbət.
Bilmədim nanəcib,naxələfi var,
Bunların yüz yumaq,yüz kələfi var,
Bir tərəfi yox ki,on tərəfi var,
Dərdə çarə tapım harda ay Məsim.
Məsim.
Sanma ki,bunların bir düz sözü var,
Kişi bir sifətli,bir üzlü olar,
Namərdin iki yox,lap min üzü var,
Çətindir dolanmaq burda a qardaş.
Möhübbət.
"Təbib"Möhübbəti hey çəkir dara,
Ürəyimə vurub sağalmaz yara,
Bəlkə sən tapasan dərdimə çarə,
Yaman tuş gəlmişəm dərdə ay Məsim.
Məsim.
Şairin dərdinin çarəsi sözdür,
Bir"Mansırı"çalıb ağladan sazdır,
Özünü üzməyin xeyri çox azdır,
Döz,gedərik bir gün yurda,a qardaş.
TƏK DAŞIMIŞAM
Ömrüm boyu pul dalınca qaçmadım,
Çox istədim sağlam ömür yaşayam.
Şeytani sifət insanlardan qaçdım,
Çox istədim mərd adını daşıyam.
Gecələri rahat yatdım kasıbdım,
Oğrulardan qorxum,hürküm olmadı.
Qapım açıq,heç qıfılda asmadım,
Ürəyimdə şəkki şübhəm olmadı.
Bir arxam var,bir dayağım var dedim,
Hər bir zaman Allahıma güvəndim,
Başım üstə hey Quranın ayəsi,
Ona görə mən sağlam dayandım.
Yaşamadım ürəkdə kin-küdurət,
Gözüm olmayıbdır heç şan-şöhrətdə,
Bir qismət çörəyi halal qazandım,
Ürəyim sızladı haram görəndə.
Yetim adıylada yaşasamda mən,
Heç zaman,heç kəsə əl açmamışam,
Qərq oldum dərd,kədər sularında mən,
Bu ağır yüküdə tək daşımışam.
AY MƏNİM İTƏN EŞQİM
Ömür keçdi bir anda,
Qocalıq durub öndə,
De hardasan,de harda,
Ay mənim itən eşqim.
Neçə ili yaşadım,
Elə qəmlər daşıdım,
Mən hey gəzdim, aradım,
Ay mənim itən eşqim.
Küləklər kimi əsdim,
Dağda cığırda gəzdim,
Tapmadım xoş nəfəslim,
Ay mənim itən eşqim.
Artıq gəlib qocalıq,
Sonuna gəlib çatdıq,
Lazım deyilsən artıq,
Ay mənim itən eşqim.
SEVDASINDAYAM
Yenə dan ağarır, səhər açılır,
Mən bir xoş xəbərin müjdəsindəyəm.
İrəli şığıyan igid əsgərin,
Yanında olmağın həsrətindəyəm.
Qəlbləri oxşayan bu səhər çağı,
Gəzib də, dolaşım mən Qarabağı.
Deyirlər, məlhəmdi "İsa bulağı",
Sərin bulaqların sevdasındayam.
De, harda var belə səfalı dağlar,
Birisi Laçındı, biri Kəlbəcər.
Keytinin döşündə ucalan səslər,
Mən belə səslərin sədasındayam.
Üçrəngli bayrağım bəzədi yurdu,
Qələbə çalaraq, bax, dönür ordu.
Yetim Möhübbət də sevincək oldu,
Şadlığın, sevincin gur səsindəyəm.
HAYDI, İGİDLƏRİM, HAYDI
Vətən səslər vətəndaşı,
Haydı, igidlərim, haydı.
Leş üstünə yığaq leşi,
Haydı, igidlərim, haydı.
Q_{12} -gəlinlər əsarətdə,
Ata-ana qalıb dərddə.
Qisası qoymayaq yerdə,
Haydı, igidlərim, haydı.
Qarabağım - qan yaddaşım,
Zəngəzurum - dərd sirdaşım.
Göyçə mənim dərdli başım,
Haydı, igidlərim, haydı.
Vuraq qurudan, havadan,
Düşmənləri qovaq yurddan.
Qurtaraq Vətəni dardan,
Haydı, igidlərim, haydı.
QARDAŞXAN
Şəhid Əhmədli Qardaşxana ithaf edirəm.
Gülə-gülə dayanmışsan şəkildə,
Gülə-gülə tarix yazdın Qardaşxan.
Vətən deyib keşiyində dayandın,
Sən özünü qurban verdin Qardaşxan.
Qorxutmadı düşmən sənin gözünü,
Mərdlik ilə dedin ona sözünü,
Bu yolda sən şəhid verdin özünü,
Şəhadətə sən ucaldın Qardaşxan.
Üzünü görmədin körpə balanın,
Başın uca etdin ata-ananın,
Sən uca tutdun adını vətənin,
Şəhadət şərbətin içdin Qardaşxan.
Tarixə yazıldı,tarixə adın,
Əzizi oldun doğmanın, yadın,
Ey şəhid övladı doğma vətənin,
Güllənin üstünə getdin Qardaşxan.
Gülə-gülə dayanmışsan şəkildə,
Cismin torpaqdasa, ruhun göylərdə,
Qərar tutmuşsan yüksək məqamda,
Ölümsüz adına çatdın Qardaşxan.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.