Əziz Abbasov (1951)

Əziz Abbasov - 1951-ci il noyabrın 2-də Gürcüstanın Telavi rayo­nundakı Qaracalar kəndində anadan olub. 1958-1968-ci illərdə Qaracalar kənd orta məktəbində oxu­yub. 1969-cu ildə Y.Qoqebaşvili adına Telavi Dövlət Pedaqoji İns­titu­tunun tarix fakultəsinə daxil olub və 1973-cü ildə həmin fakultəni uğurla bitirib. 1973-1974-cü dərs ilindən pe­daqoji fəaliyyətə başlayıb. Telavi şəhərindəki 52 saylı texniki-peşə məktəbində ictimaiy­yətdən dərs de­yib. 1974-cü il noyabrın 1-dən 1975-ci il oktya­brın15-ə kimi Qaracalar kənd mədə­niyyət evinin müdiri və­zifəsində ça­lışıb. 1975-ci il ok­tyabrın 15-dən 1985-ci ilin 25 sent­ya­brına kimi Qa­ra­calar kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildən hal-ha­zıra qədər dərs hissə müdiridir.
Ə.Abbasov doğma kəndinin tarixini, gürcü və Azər­bay­can xalqlarının keçmiş və müasir dostluq müna­sibət­lərini araş­dırmaqla məşğul olur.
Ailəlidir, 3 övladı və 8 nə­və­­si var.

2008-ci ildə Əziz Abbasovun «QARACALAR KƏND MƏK­TƏBİNİN TARİXİ. (1886-2006-CI İLLƏR)» adlı kitabı işıq­üzü görüb.
"Borçalı" NPM-də nəfis şəkildə çap olunmuş kitabın naşiri, spinsoru və redaktoru Müşfiq Borçalıdır.
Müəllifin «Sevimli müəllimim Kəliymət Aşı­ro­vanın və unudulmaz şagirdim Raul Usubovun əziz xati­rəsinə ithaf edirəm» epiqrafı ilə açılan kitaba Y.Qoqevaşvili adına Telavi Dövlət Uni­versitetinin Po­litolo­giya kafedra­sının müdiri, tarix elmləri dok­toru, pro­fessor Elquca Mamu­kelaşvili belə bir «ÖN SÖZ» yaz­mışdır:

«Əlimizdə Əziz Abbasovun kitabının - «Qaracalar kənd mək­tə­bi­nin tarixi (1886-2006-cı illər)» əlyazması vardı. Əlyaz­ma­nın diq­qətlə oxunması mənə göstərdi ki, Kaxeti bölgə­sinin Telavi ra­yonuna daxil olan Qaracalar kəndi əhalisinin timsalında ən qədim xalqların nümayəndələri Gürcüstanda olduqca maraqlı həyat yolu keçmişlər.
Qaracalar Alazan çayının sağ sahilində yerləşir və böyük kənddir. Kəndin ilkin sakinləri Gür­cüstanda çox erkən əsr­lərdə məskunlaşıbdır. Kaxetiyada məskunlaşan qaraça­larlılar özlə­rinin milli xüsusiyyətlərini, dilini, dinini və mə­də­niyyətini bu günə kimi qoruyub saxlamışlar. Onlar Gür­cüstan torpa­ğında məs­kunlaşdılar və bu diyarın həyat tərzinə uyğunlaş­dılar. On­lar yerli əhali ilə qaynayıb qarış­madılar, assimili­yasiya edilmə­dilər.
Assimiliyasiya qaracalarlıların gələcək nəsillərinə də to­xun­madı. Bu böyük işdə kənd məktəbi və gürcü xalqının təmən­nasız yardımı və dostluğu həlledici rol oynadı.
Qaracalar məktəbinin tarixi - nəsillərin təlim-tərbiyəsi, sa­vad­lı cəmiyyətin təşkili, kənd sakinlərinin yüksək mənə­viy­yatı­nın for­malaşması tarixidir.
Əlimizdəki kitab müəllifin - Əziz Abbasovun böyük yara­dı­cılıq istedadının bəhrəsidir. Kitabda əks etdirilən bir kənd mək­­təbinin həyatının təhlili ilə Gürcü və Azərbaycan xalqla­rının dost­­luq münasibətləri, onlarla maarif fədaisinin xid­mətləri öz əksini tapmışdır.
2006-cı il fevralın 8 - də məktəbin 120 yaşı tamam oldu.
Kitabda məktəbin 120 illik tarixi ilə bağlı sənədli və ma­raqlı materiallar da oxucuya çatdırılır.
Kitab maraqla oxu­nur. Diq­qətlə oxüyün!
Müəllifə - Əziz Abbasova davamlı yaradıcılıq uğur­ları ar­zu­­layırıq!..»

Biz də pro­fessor Elquca Mamu­kelaşvilinin bu səmimi arzu­larına qoşulur, Əziz müəllimə uzun ömür, möşkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni nai­liyyət­lər arzulayırıq!..

Müşfiq BORÇALI,
«Şərqin səsi» qəzeti,
dekabr, 2008-ci il.



ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: