
Belə ki, Cəlil Komradlının dördüncü kitabı - redaktoru Rüstəm Kamal olan “Ana dili”, Mirhəsən Mirzəbəylinin üçüncü kitabı - redaktoru Fəxrəddin Babayev olan “O,mənim anam deyil” və Elçin Dönməzin ilk kitabi - redaktoru Emin Baratoğlu olan “Qəbələ - dünyanın möcüzəsidir” adlı kitablarının təqdimatı ”Qəbələnin səsi” İctimai Birliyinin sədri Şəhla Bayramovanın təşəbbüsü ilə keçirildi.

Tədbiri aparmaq “Qəbələnin səsi” İctimai birliyinin sədri Şəhla Bayramovanın təklifi ilə Emin Baratoğluya həvalə olundu.
Emin Baratoğlu hər üç şairin yaradıcılığından və yeni kitablarından məlumat verdi.
Sonra çıxışlar başlandı.
İlk çıxış üçün söz Sədaqət xanıma verildi. O,əvvəlcə onu təqdimata dəvət edənlərə ehtiramını bildirdi. Yeni yaranmış cəmiyyətə öz xeyir-duasını verdi. Çox sevindirici haldır ki, bizim də rayonda belə bir cəmiyyət yarandı deyə iştirsakşçıların nəzərinə çatdırdı. Çünki rayonda yazarlarımız çoxdu, əminəm ki, ziyalılarımızı, gənclərimizi bir yerə yığıb onlara öz süzünüzü deyəcək, istiqamət verəcəksiniz. İstərdim ki, yazarlarımız ən əsası səmimi olsun, bir-birilə sıx ünsiyyət qursun, hamı bir-birinin hörmətini saxlasın, kənardan baxanlar da ibrət götürsünlər. Yəni “El bir olsa, dağ oynadar yerindən“ belə bir atalar sözünü nümunə gətirdi. Gənc yazarlara daha çox üstünlük verilməsini tövsiyə etdi. Sədaqət xanım belə tədbirin əhəmiyyətindən,şairlərin yaradıcılığından söz açdı. Daha sonra vurğuladı ki, rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş Emin Baratoğlunun böyük uğurları var və bu işdə yazarlarımıza,xüsusilə gənclərimizə öz köməkliyini əsirgəməyəcəklərini söylədi. Yazarlarımızın qələmləri iti olsun,zəkaları açıq olsun, yazsınlar, yaratsınlar, axar-baxarlı, xeyirli–uğurlu olsun mükəmməl çıxışını beləcə xoş sözlərlə bitirdi. Sonda Sədaqət xanım hər kəsə öz təşəkkürünü bildirdi.

Qəbələ yazarları arasında, onlarla bir olmaq şəxsən məni sevindirir, mənə qol-qanad verir. Bu üç şairi sanki üç parlaq ulduza bənzətdim və tədbirə gələrək yolda yazdığım üç qardaş şeirini söylədim:
Bu gün yığışmışıq təqdimatına,
Gözəl Qəbələnin saf diyarına.
Bir deyil, iki deyil, üç şair birdən,
Təqdim edirlər öz kitablarını...
Atalar üç deyib, üçü də birdən,
Parlaq ulduz kimi yan-yana durub.
Sevinirəm baxanda cöhrənizə,
Cəlil Komradlı, Elçinlə Mirhəsən.
Özümü duyuram üçtəpəmizdə,
Üç parlaq ulduzum parlayır burda.
Döndərirlər hər gecəni gündüzə.
Oyadır yatmışları əsərlərilə...
Alqışlar deyirik sizə üç qardaş,
Mirhəsən, Cəlil Komradlı və Elçin,
Yolunuz açıqdır, dönməsin gerı,
İrəli-irəli, yalnız irəli....
Hər üç şairin yeni kitabının əhəmiyyətini, şairlərin bizə çatdırmaq istədikləri duyğuları, onların şeirlərinə əsasən bildirdi. Şeirlərdən bir neçəsini: Cəlil Komradlının “OLSUN” və “ÇOX”, Mirhəsən Mirzəbəylinin “Burda qalandır”, “Ata”, “Mat-məəttəl qalmışam”, “Ana dilim”, Elçin Dönməzin “Qəbələ qızı”, ”İlk məhəbbətim”, ”Gözlər”, “Bu gözəl”, Sən” və “Qəbələ dünyanın möcüzəsidir” poemasından “Yelin olmadığı balaca yarpaq” adlı son hissəsini oxudu və şairlərin nə demək istədiklərini açıqladı. Çıxışının sonunda hər üç şairə yaradıcılıq uğurları arzuladı...
Çıxış üçün növbəti iştirakçı Əməkdar müəllim və jurnalist Fərman Əzizliyə verildi. Fərman müəllim də hər üç şairə - Cəlil Komradlı, Mirhəsən Mirzəbəyli və Elçin Dönməzə Qəbələ rayon ağsaqqalları və ziyalıları adından onları alqışladı və təbriklərini çatdırdı. Bizim şairlərimizin ,yazarlarımızın kitablarının yeni işıq üzünü görməsi çox sevindirici haldır. Mən dəfələrlə demişəm,şeiri hər kəs yazmaq ixtiyarında deyil, şeir yazmaq, şeir Allahın çıxışıdır. O adamlar şeir yazır ki, o pıçıltı gəlib onlara çatır və onu şeirə çevrilir, böyük istedada çevrilir və bu istedad da bu günkü gün kimi təqdimatı olan yüksək səviyyəli kitablara çevrilir. Təqdim olunan kitabların müəlliflərinin yaradıcılığı haqqında öz fikirlərini, xoş sözlərini bildirdi. Fərman müəllim vurğuladı ki, Şərif Tahirlinin bütün məclislərdə adı çəkilməlidir. O, Azərbaycanın ikinci Mirzə Ələkbəridir, böyük dahidir. Çalışmaq lazımdır onun qələmini qiymətləndirməyi bacaraq. Sonra Fərman müəllim şairlərlə bağlı xoş xatirələrini xatırlatdı.
Şərif Tahirlidən soruşdum ki, Qəbələ yazarlarından bəs kimləri tanıyırsınız?:

Mən hər üç dəyərli şairə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Mirhəsən müəllimin “O MƏNİM ANAM DEYİL” kitabını yəqin ki hamınız oxumusunuz. Kitabın həm də redaktoruyam. Burda ön söz də yazmışam. Bu onun üçüncü kitabıdır. Mirhəsən müəllimdə də hərtərəflilik var.
O, həm müəllimdir, həm də şair. Mirhəsən müəllim “Yavaş-yavaş qocalıram”,” İndi gedəmmirik biz Qarabağa” şeirlərini oxudu. Fərman müəllim demişkən, qocalıq bir dərd olmasın. Bu yolu hamımız gedəcəyik. Amma Qarabağa getməyəcəyimiz dəhşətli bir faciədir. Allaha dua edək. Həm də bir balaca mətinləşək ki, burda deyib Qarabağımızı geri qaytaraq. Yoxsa bu millət millət kimi formalaşa bilməz... Bir də həyatımızın mənfilikləri də çoxdur, müsbətlikləri də. Mirhəsən müəllim yaxşı ki, məsəlçün Fəxrəddin müəllimin görə bilmədiyi mənfilikləri görüb gözəl bir şeir yazıb:
Bu gün səhvlər etdim yenə,
Çox qəribə gəlir mənə.
Şalvarına baxıb sənə,
Qız da deməyə utanıram...
və yaxud da
Dərdimiz-sərimiz yoxdur,
İnan gözümüz də toxdur.
Varım dövlətim də çoxdur,
Amma aqız deməyə utanıram.
Mirhəsən müəllim burda “Babamın çömçə bulağı” adlı gözəl bir hekayə deyib... Bilirsiniz, tarixi yerlərin çoxu şəxsiyyət adları ilə bağlı olur. Onu axtarmaq, tapmaq, üzə çıxarmaq, oxucuya tədim eləmək mənə elə gəlir ki, böyük bir gücdür.
Elçin Dönməzin kitabını oxumamışam ona görə də oxumamış kitab haqqında fikir söyləmək istəməzdim, ayıb olardı. SİZƏ UĞURLAR ARZULAYIRAM, BİR DƏ ALLAHIN VERDİYİ CAN SAĞLIĞI ARZULAYIRAM, XOŞBƏXTLİK ARZULAYIRAM !

Ağ özü də ləkəlidir, qaraların içində... yəni hamı qaradırsa sən isə təmiz ol, sən pak ol. Şeir tapıntıdir, Allahın bəxşişidir, mən uğurlar diləyirəm yazarlara.
Söz Əhəd həkimə verildi. Mən bə bir qonaq kimi gəlmişəm. Bu yazarların şeirləri o qədər axarlı, o qədər məzmunludur ki, Cəlilin şeirlərini Səməd Vurğunun şeirləri ilə müqayisə edirəm. Cəlil müəllimin kitabını indi almışam. Mirhəsəm və Elçin müəllimin kitablarını oxumuşam. İndi başa düşürəm ki, hekayə yazmaq şeir yazmaqdan çətin imiş. O cümlədən Mirhəsən müəllimin hekayələri çox məzmunlu yazıb. ”O, MƏNİM ANAM DEYİL” nəticə, məna və özüm-özümə də demişəm ki, bunu da uzatmaq olar. Mirhəsən müəllim bu fikirləri qısa yazıb, qısa şəkildə oxucunu yormadan çatdirib.
Elçinin də kitabında şeirlər çox mənalı, çox məzmunlu verilib. Həm vətən haqqında, həm ana haqqında, həm sevgi -məhəbbət haqqında çoxlu-çoxlu şeirləri var. Mən sizin hər üçünüzü təbrik edirəm. Can sağlığı arzulayıram...

Mirhəsən müəllimin kitabında fikirlərin ifadəsində tələskənlik hiss olunur. Redaktor ciddi işləməlidir. Kitab buraxırıqsa bu kitabı bız tarixə salırıq. Bu Qəbələnin adından tarixdə qalır. Bu sözləri hamınıza deyirəm, mənim özümə də aiddir. Ona görə redaktə məsələsindən qaçmayın. Hər birinizə kitab çıxartmaq sevincini duymaq nəsib olsun və kitab buraxanların da növbəti kitabları da daha uğurlu, daha yaxşı olsun. HƏR KİTAB BURAXILIŞINI QƏBƏLƏNİN adına olan bir bayram kimi qəbul edə bilək.
Söz təcrübəli xanım şairəmiz ŞƏHLA xanıma verildi. Gözəl sözləri bizdən böyüklərimiz dedilər. Fəxrəddin müəllim çox gözəl təhlil elədi. Ənvər müəllim qəşəng şeirlər oxudu və həmim şeirlər haqqında öz fikrini bildirdi.Solmaz xanımın təbriklərini çatdırdı. Sizlərə uğurlar diləyirəm. Sizin arxanızca gedirik, siz böyüklər bizə yol göstərirsiniz, səhvimiz olanda səhvi üzə deyib yol göstərin ki, bu belə normaldır və biz onları qəbul edirik. Həmişə səmimi, mehriban olaq. Bir-birimizin məclislərində belə iştirak edək ki, qoy desinlər: QƏBƏLƏDƏ gör nə gözəl məclislər,tədbirlər keçirilir. SİZLƏRƏ UĞURLAR OLSUN. TƏBRİK EDİRƏM SİZİ.

Azəri torpağı vətənim, elim,
Bu gözəl torpağın əskəriyəm mən.
Bu torpaq uğrunda canımı verdim,
Mən şəhid ruhuyam, ay ana yurdum.
Mən şəhid olmuşam, sağ olsun vətən,
İğid şəhidlərdən biriyəm mən də.
Vətən yolunda canımdan keçən,
Şəhidlər ölməyir, diriyəm mən də.
Bilin ki, şəhidlər ölməyir əsla,
Onlar cənnətdədir, Tanrı gahında.
Biz sorğu-sualsız cənnət əhliyik,
Alnımız açıqdı hər kəs qanında...
Söz MİRZƏBALA müəllimə verildi. Bütün deyilən təbriklərə mən də qoşuluram. Elçin Dönməz gözün aydın olsun, ilk balan dünyaya gəldi. Demək olar ki, övlad insanın var-sayıdı, ən şirin payıdır. Kitab da həmçinin. Bu mənəvi sərvətdir. Deyilənə görə bizim müqəddəs kitabımızda insana aid – insanı heyvandan ayırmaq üçün iki cür qida var: əvvəlcə təun, sonra kənan... kənan mənəvi sərvətimizə insanı insandan ayırmaq üçün lazım olur. Şairlik sənət deyil, o ilahi bir vergidir. Həqiqətən də Cəlil müəllimin şeirlərini oxuyanda onda yüksək fəhm olduğunu duymaq olur. Götürək Mirhəsən müəllimi - Mirhəsən müəllim məsələn, sən özgəsinin xeyirindən sevinən adamsan.
...Mirhəsən müəllimi BELƏ BİLİRƏM Kİ, özgəsinin xeyirindən sevinən şairdir. Mən kitabı oxuyanda burda yaxşı bir şeir gördüm, həqiqətən bu nəcabət əlamətidi,nəciblikdi,nəciblərlə bərabər təzadlı dünyada nanəciblər də var. Bütöv-kəm, zil-bəm, sevinc-qəm bunlar nədir? Azərbaycan dilində təzadlı sözlərdir. Amma gör buna məna verəndə necə gözəl alınır:
Bütöv seçilməzdi kəm olmasaydı,
Zil heç duyulmazdı bəm olmasaydı,
Nəşənin qədirini bilməzdi insan,
Qüssə olmasaydı, qəm olmasaydı.
Demək olar ki, bu seçimlə həqiqətən də seçilmək var, gəlin bunu reallıq kimi qəbul edək. Bəzən iradlardan da qaçmayaq..Güc və qüdrətdən danışdı. Bunlar bir ana bətnində dünyaya gələn əkiz qardaşlardır, amma birinin fəziləti o birindən üstündür. Bəxtiyar müəllim demişkən özgələrin gözlərini taxaydım gözlərimə, özgələrin gözü ilə baxa biləydim öz-özümə... onda mən əsil mən olardım, ayıblarıma özüm düşmən olardım. Bəli insanın özgəsi onu gördüyü kimi özünün-özünü görməyi mümkün olan şeydir... Mən bu yazarların üçünün də yeni kitabların ərsəyə gəlməsi münasıbətilə bir daha təbrik edirəm, yaradıcılıqlarında uğurlar arzulayıram!
Bu ara Şamaxıdan təbrik üçün zəng gəldi. Bu zəngi şairə xanım “QIZIL QƏLƏM“ media mükafatı laureatı, AAB-nin, AYB-nın, İraq-Türkmən yazarlar birliyinin üzvü, “YURD” ədəbi-bədii jurnalının xüsusi əməkdaşı Solmaz Şirvanlı etdi: Sizi bu günkü gününüzdə təzə kitablarınızın araya-ərsəyə gəlməyinə görə təbrik edirəm. Sizə uğurlar, can sağlığı arzu edirəm. Daha da axarlı olsun, bundan daha da gözəl–gözəl kitabların çapını arzu edirəm. Arzu edirəm ki, həmişə qələminiz iti, canınız sağlam olsun. Hər üç qardaşımın üçünü də təbrik edirəm, uğurları bol olsun, gözəl günlər, şairlik adınızı bütün dünyada ucaldasınız.Həmişə gözəl məclislərdə olasınız.Solmaz xanım, bütün şairlərə yaradıcılıq uğurları arzuladı.
Söz gənc şair ÖMƏRə verildi.
Ömər birinci olaraq hər üç şairə uğurlar dilədi və dedi ki, mən də bir böyük kimi, bir ağsaqqal kimi sizin şeirlərinizi oxuyub, dinləyib özümə bir ibrət götürürəm.

Rəciyyə xanım da hər üç şairə öz ürək sözlərini söylədi:
- Sağ olsunlar, axarlı olsun, ürəkləri istədiyi qədər sizə Allah güc versin, imkan versin, daha çox kitabları çıxsın.
Bu, bizim üçün - Biz Qəbələ yazarları üçün fəxrdir.
ALLAHA ƏMANƏT!
Qüdrət dayı da hamını salamladı:
Hamınıza can sağlığı, uzun ömür arzulayıram. Mirhəsən müəllim, Cəlil Komradlı və Elçin Dönməz sizi kitabınızı üşıq üzü görməsi münasibətilə təbrik edirəm.
Allahdan arzu edirəm ki. bundan sonra da qələmləri iti olsun.
Canları sağ, kitabları davamlı olsun.
Hamınıza uzun ömür can sağlığı arzulayıram.


Yəni biz yazarlar bu yolu özümüzə seçməliyik ki, bizim qiymətimizi oxucularımız verir.
Bir daha hər birinizə mən təşəkkür edirəm. Səhv eləmirəmsə, 2007-ci ildə özümə aid elədiyim bir şeir yazmışdım, ikinci kitaba da vermişəm, yadımda qalıbsa burda o şeiri səsləndirəcəm.
Tanrı dərgahında sığınmışam mən,
Qalmaz gözlərimdə arzum inşallah.
Nə qədər ömrüm var gen düşməz məndən,
Çörəyim inşallah,duzum inşallah.
Ruzigar xoş gələr, xoş keçər günüm,
Fələk xoş günümə kəsilməz qənim.
Zəhmətim üzümü ağ edər mənim,
Bərəkətli olar ruzum inşallah.
Bəxtim də gülümsər bir gün üzümə,
Ağrılar,acılar düşməz izimə.
Baxıb xoşlanaram özüm-özümə,
Əriyər ürəkdə buzum inşallah.
Çəksə də dost-tanış min yol sınağa,
Məni xoş əməllər çəkər qabağa.
Adım çəkiləndə durar ayağa,
İki balam, oğlum, qızım inşallah.
Komratlı arzuna-əhdinə çatar,
Yazdığın ellərin qəlbinə yatar.
El-oba içində hörmətin artar,
Yaşayar tarixdə izim inşallah,
Qalar ürəklərdə sözüm inşallah.
Bu gün bir dinləyicinin, bir oxucunun, bir insanın qəlbində bir sözüm yaşayırsa, yazar kimi həyatımı hədər yaşamaram. Mən bir daha hər birinizə can sağlığı arzulayıram. Biz yaşadığımız bu sevinci qələm dostlarımın hər birinə arzulayıram.
Bəli, bayaq gözəl fikirlər söyləndi ki, bəli hər bir yazarın nəinki kitabı o şeiri onun mənəvi balasıdı. Yəni ilk şeir dünyaya gəlib hardasa bir mətbuatda çap olunub öz sevincinə nə qədər sevinirsə, ilk kitabında da o qədər sevinir. Bax, Elçin qardaşımız ilk kitabında mən bilirəm o, nə qədər sevinir, mən də, Mirhəsən müəllim də o sevinci yaşamışıq. Mən bütün qələm dostlarıma, xüsusən bizim gənc yazarlarımıza o sevinci arzulayıram. Allah bizi qələmlə sınamasın və elimizin sevgisi, məhəbbətilə Allah sınamasın. Biz Səbuhi müəllimə də dərin təşəkkürümüzü bildiririk. O,məkanının qapılarını bizim üzümüzə sevgi-məhəbbətlə açıb və açmaqdadır. Solmaz xanım bizi təbrik etdi, ona da burdan xəyali salamlarımızı göndəririk. Bizim dərnəyin sədrinə təşəkkürümüzü bildiririk ki,o,da bizim yolumuzun işıqlanmasında qadın zəhmətindən, yəni bacarığından həqiqətən istifadə edir. Qərib müəllim də çox gözəl toxundu bir məqama iki olsun,üç olsun, saf rəqabət olsun. Bir –birimizi rəqabət eləməyə, irad tutmağa, paxıllıq etməyə haqqımız yoxdur. Çünki bu yazarlar bu yolu tutsa, onların arxasınca gələnlər nə yolu tutar... Saf rəqabət olsun, ortaya nəyi isə çıxarda bilək. Qəbələ üçün bir fayda verəcək işlər görək.Fəxrəddin müəllimə də xüsusi təşəkkürümü bildirirəm. Siz orada böyük bir vaxt sərf etdiniz. Yenə də hər birinizə öz təşəkkürümü bildirirəm.

Elçin Dönməz də hamıya təşəkkürünü bildirdi. Burda oturanlar, Allah sizə dayaq olsun. CƏLİL MÜƏLLİM DƏ, MİRHƏSƏN MÜƏLLİM DƏ ƏSAS ODUR Kİ, əsərlərini yığcam, zərif çatdıra bilib. Cəlil müəllimin şeirləri mənimçün də dillər əzbəridir. Sonra özünün “ŞAİR, BELƏ TEZ QOCALMA” adlı seirini söylədi və alqışlarla qarşılandı. Allah sizdən razı olsun.

SƏBUHİ MÜƏLLİM ÜRƏK SÖZLƏRİNİ BELƏ ÇATDIRDI: Biz sizinlə neçənci tədbirdi ki,toplaşırıq,bəzi yoldaşlarla ilk dəfədir ki,görüşürük.Bu yazarlar ,bu cəmiyyət o qədər doğma,o qədər xoş gəlir mənə,yəni bu tədbirdə saatlarla dinləyə bilər,qulaq asanda insan yorulmur .Mən sizə yorulmaz işinizdə uğurlar arzulayıram.Arzu edirəm ki,səsiniz nəinki Qəbələdən,hətta ən yüksək zirvələrdən gəlsin.Yəni Azərbaycan Respublikasında bir neçə yüksək ad var,bunlardan biri də Xalq şairi adıdı.Mən sizə Xalqın şairi olmağınızı arzulayıram.Təbii ki bura toplaşmağınızın məqsədi üç nəfər ziyalının kitab təqdimatıdı.Elçin Dönməz,Mirhəsən Mirzəbəyli və Cəlil Komradlını ürəkdən təbrik edirəm.Uğurlarınızın davamlı olmasını arzulayıram. Mirhəsən müəllimi Türk yazıçılar birliyinə üzv seçilməsi münasibətilə təbrik edirəm.Qəbələ yazarlarının uğuru sizin uğurunuzdur.O ki qaldı təşkilatımızın fəaliyyətinə bizim təşkilatımız 2001 -ci ildən fəaliyyət göstərir.Qəbələ Regional Qeyri Hökumət Təşkilatlarının Resurs Təlim mərkəzidir.Bildiyiniz kimi QHT burada özləri müəyyən ictimai bilriklərdi.Bu ictimai birliklər kimlərdi?Məsələn: hər hansı bir qrup özlərinə bir təşkilat yaradır,yazıçılar birliyi ola bilər ,ağsaqqallar birliyi ola bilər ,qızıl aypara cəmiyyəti qeyri hökümət təşkilatıdı və bu cür müəyyən QHT ad altında birləşir və bu da olur ictimai birlik və (QHT)Qeyri-Hökümət Təşkilatıdır.Bizim işimiz sırf sizlərlə,həmin QHT fəaliyyətinə dəstək göstərmək müəyyən köməkliklər etməkdi.Sizin burda toplaşmağınızı sırf bizim işiminiz hesab edirəm və nə vaxt hansı işiniz olarsa, sizə dəstək olmağımıza hazıram. Çox sağ olun,hər birinizə təşəkkürümü bildirirəm.

Bu gün bir qürur hissi keçirdim ki, Emin müəllim təklifimi qəbul etdi. Hər yerdə deyirəm ki, Mirhəsən müəllim də demişdi ustadımızsan. EMİN MÜƏLLİM mənim də ustadımdır,mənim bir şeirimi redaktə edəndə çağırdı, mən onu tanımırdım, o da məni tanımırdı,çəkdi qabağa,həmişə dəstək oldu. Mənim ilk kitabımın da redaktoru məhz Emin müəllim oldu. Çox sağ olsun. Həmin vaxt məclisin aparıcısı da Qərib müəllim olmuşdu. Çox sağ olun. Hamınıza mən öz dərin təşəkkürümü bildirirəm. Biz nə istəyirik?!...
Biz birlik istəyirik. Qərib müəllim də bir gözəl söz dedi. Məclis məclisdir. Siz öz məclisinizə çağırarsınız biz də cannan-başnan gələrik. Siz də bura gəlin. Həmişə belə mehribançılıq olsun, səmimiyyət olsun. YENƏ DƏ ÇOX SAĞ OLUN, DEYİRƏM...
Tədbirdə iştirak edənlərin hamısına çıxış etmək imkanı verildi və tədbirin sonunda QHT sədri Səbuhi müəllim tədbir haqqında öz geniş mülahizələrini irəli sürdü.
Yekun sözü şair Emin Baratoğlu söylədi və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi, şairılərə yaradıcılıq uğurları arzuladı. Təqdimatın rəsmi hissəsi sona çatdı. Sonra qonaqların şərəfinə dağların qoynunda Həmzəli dağının ətəyində “çay dəstgahı” quruldu, yemək süfrəsi açıldı. Çox maraqlı müzakirələr, söhbətlər edildi. Burada sinədəftər, dahi bir yazar diqqətimi daha çox cəlb etdi... Ensiklopedik biliyə malik olan Mirzəbala müəllim. Tədbir yüksək səviyyədə keçirildi, şəxsən mənim çox xoşuma gəldi. Qəbələnin qürurlu, dəyanətli şairləri bir arada olmaq bəxtiyarlıqdır.
Mənə xoş anlar yaşatmış təqdimat mərasimindən xoş təəssüratlarla qayıtdım. Uğurlarınız bol olsun,dəyərlıi qələm, söz ustaları! Hər birinizə sağlam ömür, yaradıcılığınızda tükənməz, yeni-yeni uğurlar arzulayıram!..
Qələmə aldı:
Ənvər Durucalı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.