Bu günlərdə Gürcüstanın
Kvemo Kartli - Borçalı
quberniyasının mərkəzi
Rustavi şəhərində
Maya xanım Rəcəbovanın
rəhbərliyi ilə
"Salam" Mədəni
Xeyriyyə Cəmiyyəti
yaradılmış və
fəaliyyətə başlamışdır.
Bu münasibətlə
Rustavi şəhərində
təntənəli tədbir
keçirilmişdir.
Tədbirdə bir çox qonaqlar
iştirak etmişlər.
Tanınmış tədqiqatçı-alim,
hörmətli professor
Mahmud Hacıxəlilov,
Gürcüstan Aşıqlar
Birliyinin sədri, tanınmış şair
Dərviş Osman Əhmədoğlu,
Qardabani rayon bələdiyyə
sədrinin müavini Rəfi Orucov,
Gürcüstan Bəstəkarlar İttifaqının
Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi,
bəstəkar Manana Alpaidze,
Rustavi Mədəniyyət Mərkəzinin sədri
Xaləddin Yolçuyev,
AYB-nin Gürcüstan bölməsinin
rəhbəri Rafiq Hümmət,
jurnalist Elman Kələyev,
tarixçi-araşdırmaçı
Mirzə Məmmədoğlu,
"Şərqin səsi" qəzetinin
baş redaktor müavini,
şair-jurnalist
Güllü Tomarlı,
şairlərdən Şövkət Dağlarqızı,
Zərgər Musa və başqaları
çıxış edərək
"Salam" Mədəni
Xeyriyyə Cəmiyyətinin
fəaliyyətə başlamasını alqışlayaraq
uğurlar arzulamışlar.
Cəmiyyətin açılışına
həsr olunan tədbirdə
Azərbaycanlıların Mədəniyyət
Mərkəzində fəaliyyət göstərən
Cəmilə xanımın
"Sarvan"
folklor ansamblı da
müxtəlif Azərbaycan və
gürcü rəqslərini nümayiş etdirmiş
və həzin mahnılarla
tədbirə xüsusi rəng
qatmışdır.
Tədbirdə Borçalı aşıqlarından
Aşıq Elşad Əfəndiyev, Aşıq Şahbaz,
Aşıq Nargilə xanım və
Aşıq Kamandar Başkeçidli
aşıq havalarını səsləndiriblər.
Gənc Aşıq Məsim Rəcəbov isə
Maya xanıma həsr etdiyi
möhtəşəm şeiri ilə
konülləri fəth etmişdir.
"Salam" Xeyriyyə
Cəmiyyətinin sədri
Maya xanım Rəcəbova
bütün tədbir iştirakçılarına
öz dərin
minnətdarlığını bildirmiş,
15 mindən çox
azərbaycanlı yaşayan
Rustavi şəhərində
xeyriyyə məqsədli
bir ictimai təşkilatın
çoxdan qeydiyyatdan keçməsinə
ehtiyac olduğunu söyləmişdir:
"Bir qrup şəhər sakini və
dostlarımız olan
mədəni insanlar bizə
məqsədimizə çatmaq üçün
yaxından dəstək oldular.
Bu günlərdə biz
dövlət qeydiyyatından
keçdik və bu gün
rəsmi şəkildə
təqdimatımızı keçirdik.
Artıq biz bundan sonra
Gürcüstanda rəsmi şəkildə
xeyriyyəçi təşkilat kimi
fəaliyyətimizi daha da
genişləndirəcəyik.
Məqsədimiz yalnız
xeyriyyəçilik etməkdir".
Biz də
fürsətdən
istifadə edərək,
ZiM.Az-ın
yaradıcı heyəti adından
Rustavidə yeni
fəaliyyətə başlamış
ictimai təşkilata -
"Salam" Mədəni
Xeyriyyə Cəmiyyətinə və
Maya xanım Rəcəbova
başda olmaqla
Cəmiyyətin
bütün üzvlərinə
xeyirxah işlərində
uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
Kvemo Kartli - Borçalı
quberniyasının mərkəzi
Rustavi şəhərində
Maya xanım Rəcəbovanın
rəhbərliyi ilə
"Salam" Mədəni
Xeyriyyə Cəmiyyəti
yaradılmış və
fəaliyyətə başlamışdır.
Bu münasibətlə
Rustavi şəhərində
təntənəli tədbir
keçirilmişdir.
Tədbirdə bir çox qonaqlar
iştirak etmişlər.
Tanınmış tədqiqatçı-alim,
hörmətli professor
Mahmud Hacıxəlilov,
Gürcüstan Aşıqlar
Birliyinin sədri, tanınmış şair
Dərviş Osman Əhmədoğlu,
Qardabani rayon bələdiyyə
sədrinin müavini Rəfi Orucov,
Gürcüstan Bəstəkarlar İttifaqının
Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi,
bəstəkar Manana Alpaidze,
Rustavi Mədəniyyət Mərkəzinin sədri
Xaləddin Yolçuyev,
AYB-nin Gürcüstan bölməsinin
rəhbəri Rafiq Hümmət,
jurnalist Elman Kələyev,
tarixçi-araşdırmaçı
Mirzə Məmmədoğlu,
"Şərqin səsi" qəzetinin
baş redaktor müavini,
şair-jurnalist
Güllü Tomarlı,
şairlərdən Şövkət Dağlarqızı,
Zərgər Musa və başqaları
çıxış edərək
"Salam" Mədəni
Xeyriyyə Cəmiyyətinin
fəaliyyətə başlamasını alqışlayaraq
uğurlar arzulamışlar.
Cəmiyyətin açılışına
həsr olunan tədbirdə
Azərbaycanlıların Mədəniyyət
Mərkəzində fəaliyyət göstərən
Cəmilə xanımın
"Sarvan"
folklor ansamblı da
müxtəlif Azərbaycan və
gürcü rəqslərini nümayiş etdirmiş
və həzin mahnılarla
tədbirə xüsusi rəng
qatmışdır.
Tədbirdə Borçalı aşıqlarından
Aşıq Elşad Əfəndiyev, Aşıq Şahbaz,
Aşıq Nargilə xanım və
Aşıq Kamandar Başkeçidli
aşıq havalarını səsləndiriblər.
Gənc Aşıq Məsim Rəcəbov isə
Maya xanıma həsr etdiyi
möhtəşəm şeiri ilə
konülləri fəth etmişdir.
"Salam" Xeyriyyə
Cəmiyyətinin sədri
Maya xanım Rəcəbova
bütün tədbir iştirakçılarına
öz dərin
minnətdarlığını bildirmiş,
15 mindən çox
azərbaycanlı yaşayan
Rustavi şəhərində
xeyriyyə məqsədli
bir ictimai təşkilatın
çoxdan qeydiyyatdan keçməsinə
ehtiyac olduğunu söyləmişdir:
"Bir qrup şəhər sakini və
dostlarımız olan
mədəni insanlar bizə
məqsədimizə çatmaq üçün
yaxından dəstək oldular.
Bu günlərdə biz
dövlət qeydiyyatından
keçdik və bu gün
rəsmi şəkildə
təqdimatımızı keçirdik.
Artıq biz bundan sonra
Gürcüstanda rəsmi şəkildə
xeyriyyəçi təşkilat kimi
fəaliyyətimizi daha da
genişləndirəcəyik.
Məqsədimiz yalnız
xeyriyyəçilik etməkdir".
Biz də
fürsətdən
istifadə edərək,
ZiM.Az-ın
yaradıcı heyəti adından
Rustavidə yeni
fəaliyyətə başlamış
ictimai təşkilata -
"Salam" Mədəni
Xeyriyyə Cəmiyyətinə və
Maya xanım Rəcəbova
başda olmaqla
Cəmiyyətin
bütün üzvlərinə
xeyirxah işlərində
uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.