Burada, yeri gəlmişkən, klassiklərimizdən Bəhmənyarın, H.B.Zərdabinin, N.Vəzirovun və Dünyaşöhrətli xalq şairimiz S.Vurğunun elm və kitabların həyati əhəmiyyəti haqqında söylədikləri ədəbiyaşar alimlərimizin əbədilik şöhrəti qazanmış mülahizələrini qeyd etmək də yerinə düşərdi...
Ə.H.Bəhmənyar: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”.
H.Zərdabi: “Kitab qiymətli xəzinədir”.
N.Vəzirov: “Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir”.
S.Vurğun: “Şairin sözü insan qüvvəsinin sərkərdəsidir”.
Yuxarıda qeyd olunan mülahizələrin ümumi məzmunu ölkəmizdə “Kitabxana” yaradılmasına, bir növ”, rəvac vermişdir... Azərbaycanda XIII əsrdə Nəsrəddin Tusinin Marağa rəsədxanası - Kitabxanası, XVI əsrdə Şah İsmayıl Xətainin Saray Kitabxanası məşhur olub. XIX əsrdə A.Bakıxanovun və M.F.Axundzadənin zəngin “Ev kitabxana”sı olub... Onu da qeyd etmək lazımdır ki, Azərbaycan da ilk “Kütləvi Kitabxana” N.Nərimanov tərəfindən 1894-cü ildə Bakıda yaradılmışdır...
Sabiq Azərbaycan SSR-də 4 minə qədər Kitabxana fəaliyyət göstərmişdir... Azərbaycanın müstəqilliyi dövründə isə ölkəmizdə kitabxana şəbəkəsi daha da genişlənmişdir... Beləcə də, Humanitar elmlər sahəsinə yeni bir elm sahəsi - Kitabxanaşünaslıq daxil olmuşdur... Bu sahədə prof. A.Xələfovun, prof. T.Kərimovun, Ə.İsmayılovun və başqalarının əməyini, xüsusilə, qeyd etmək olar...
Bu yaxınlarda Azərbaycan Milli Kitabxanasında işlədiyim günlərin birində AMK-nın Xidmət İşləri üzrə direktor müavini, Əməkdar Mədəniyyət işçisi Ədibə xanım İsmayılova və onun yenicə işıq üzü görmüş - “Oxuculara xidmətin əsas istiqamətləri, inovativ yeniliklərin tətbiqi təcrübəsi” (Bakı, 2016) kitabı ilə yaxından tanış olduq.
Kitabxana işçilərinin gündəlik fəaliyyəti üçün “hava və su” kimi vacib olan bu kitabı Əməkdar mədəniyyət işçisi, prof. K.Tahirov redaktə etmiş, kitaba əməkdar mədəniyyət işçisi G.Səfərəliyeva Rəy yazmışdır.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan kitabxanaşünaslığı sahəsində ilk təcrübə kimi yazılmış bu əsər müəllifin uzun illər Azərbaycan Milli Kitabxanasında çalışdığı iş təcrübəsi əsasında ərsəyə gəlmişdir. Odur ki, müəllif geniş geniş oxucu kütləsinə xidmətin əsas istiqamətlərini və bu sahədə qazandığı təcrübənin əsas yeniliklərini çox müvəffəqiyyətlə oxuculara çadıra bilmişdir...
Müəllif müasir həyatımızın vacib bir sahəsinə həsr etdiyi bu kitabın əvvəlində “Giriş” və ya “Ön söz”, “Ön söz əvəzi” verməsə də, elə kitabın ilk səhifələrindən aydın olur ki, “Ölkəmizdə kitabxana sahəsinin inkişafına Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xüsusi diqqəti olmuşdur... Azərbayca ikinci dəfə rəhbərlik etdiyi 10 il müddətində Milli Kitabxanaya 4 dəfə səfər edən Ulu Öndər bu tipli mənəviyyat məbədinin inkişafını daim diqqət mərkəzində saxlamışdır... Onu da qeyd etmək yerinə düşər ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasi, mədəni və mənəvi yetirməsi olan Hörmətli Prezidentimiz İlham Əliyev də Milli Kitabxananı daim diqqət mərkəzində saxlayır. O, bu münasibətlə 2004, 2005, 2007, 2008-ci illərdə verdiyi sərəncamlarla “Azərbaycan Respublikasında Kitabxana-İnformasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı”nda isə bu sahədə əsaslı islahatların aparılması nəzərdə tutulmuşdur...
Onu da qeyd edək ki, rəy yazdığımız bu əsərdə “Dövlət proqramında” nəzərdə tutulmuş bütün problemlər, demək olar ki, məhrələ-mərhələ ətraflı şərh olunmuşdur. Əlbəttə, bu da müəllifin zəngin elmi araşdırma təcrübəsinə malik olmasından xəbər verir... Oxuculara xidmətin əsas istiqamətini və bu sahədəki yeniliklərin tətbiqi tərcüməsini müəllif aşağıdakı ardıcılıqla şərh etmiş və oxucularına çatdırmağa nail ola bilmişdir:
-Milli Kitabxana haqqında “Dövlət proqramı”nın mərhələ-mərhələ şərh edilməsi;
-Milli Kitabxanada oxuculara xidmətin ayrı-ayrı sahələrinin sistemli şərh edilməsi,
-Milli Kitabxananın iş təcrübəsinin məntiqi ardıcılıqla şərh edilməsi.
-Milli Kitabxananın quruluş sisteminin şərh edilməsi;
-Dövri mətbuatın və dövri xarakter daşıyan elmi əsərlərin, elmi xəbərlərin elektron variantının hazırlanması və işdə tətbiq edilməsi;
-Mikrofilmlərin mətninin xüsusi komputer yaddaşına köçürülməsi;
-Kitab, qəzet və jurnalların elektrik versiyaları ilə yanaşı, Milli Kitabxananın Fondunda olan Musiqi ədəbiyyatının notlarının elektron versiyasının oxucuların istifadəsinə verilməsi.
-Azərbaycan Respublikasında Kitabxana-İnformasiya sahəsinin 2008-2013-cü illərdə inkişaf üzrə “Dövlət proqramı”nın həyata keçirilməsi;
-Beynəlxalq musiqi saytı olan “Petruçi Musiqi Kitabxanası”nda Azərbaycan xalıq motivləri və bəstəkarlarımızın 300-dən çox musiqi əsərinin notları habelə, Azərbaycan korifey ifaçılarının səs yazıları mp.3 formatında yerləşdirilməsi;
-Diyarşünaslıq elmi biblioqrafiyasının elektron versiyasının yaradılması.
-Oxucular, eləcə də, Dünya miqyasında Azərbaycanla maraqlananlar Milli kitabxananın saytı və elektron kataloqu vasitəsilə istədikləri əsərlərlə tanış ola bilmməsi imkanlarının yaradılması,
-Milli Kitabxanada Elektron Dissertasiya Fondunun təşkili və ondan istifadə edilməsi.
-Milli kitabxananın ümumi Fondunda olmayan ədəbiyyatı Rusiya Dövlət Kitabxanasından və digər Dünya kitabxanalarında istifadə etmənin təşkil edilməsi;
-Milli kitabxananın ölkəmizin bütün kitabxanalarına, eləcə də, bütün oxuculara xidmət etmək imkanlarının yaradılması və s. geniş şərh olunmuşdur.
Kitabda Milli kitabxananın oxucu zalları haqqında da geniş məlumat verilmişdir...
Bizim mülahizəmizə görə, “Oxuculara xidmətin əsas istiqamətləri, innovativ yeniliklərin tətbiqi təcrübəsi” adlanan bu kitab-yalnız Milli Kitabxanada çalışan kitabxanaçılar üçün yox, ümumiliklə, ölkəmizin bütün kitabxanalarında çalışan kitabxanaçılar üçün də faydalı ola biləcəyini nəzərə alaraq, ölkəmizin digər şəhərlərində və rayonlarında fəaliyyət göstərən Mərkəzi kitabxanalarının rəhbər işçilərinin Respublika müşavirəsində müzakirə edilməsi və təcrübə mübadiləsi edilməsi də öz bəhrəsini verərdi...
M.N.ÇOBANOV,
professor
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.