Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı çap olunub

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı çap olunub
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” (Xatirələr, manifestlər, konsepsiyalar) adlı yeni kitabı çap olunub.
Dərs vəsaiti kimi təqdim olunan kitabın redaktoru Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova, rəyçiləri isə professorlar Qorxmaz Quliyev və Şirindil Alışanovdur.

Kitabda XX əsrin son dərəchə rəngarəng, dinamik və mürəkkəb ədəbi düşüncələr tarixinə nəzər salınıb, XX əsr ədəbi prosesini səciyyələndirən ədəbi cərəyanlara aid manifestlər, konsepsiyalar, xatirələr haqqında oçerklər və onların tərcüməsi təqdim edilib. Müxtəlif cərəyanlar üzrə qruplaşdırılmış bu mətnlərə əlavə olaraq hər bir cərəyan haqqında şərh və qeydlər də verilib.

Dərs vəsaitində həmçinin dünyanın görkəmli şəxsiyyətləri - İlya Erenburq, Nikolay Trubetskoy, Nikolay Qumilyov, Salvador Dali, Umberto Eko, Jan Pol Sartr, Tomas Eliot və bu kimi alim, filosof, yazıçı və ədəbiyyatşünasların məqalələrindən tərcümələr də yer alıb. Təqdim olunan mətnlərin əsas dəyəri ədəbi cərəyanların yarandığı şəraitin, sənətkarlar çevrəsinin təbiətini ifadə etmələrində, estetik meyarların və bədii axtarışların mahiyyətini, onların zamanın hökmündən törədiyini və ictimai şüurla bağlılığını aşkarlamalarında, bədii mətnlərin dolğun dərkinə zəmin yaratmasındadır.

340 səhifədən ibarət olan dərs vəsaiti filoloq tələbələr, müəllimlər, tədqiqatçılar və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.

Biz də dəyərli alimimiz, çox hörmətli professor Asif Hacıyevi bu yeni uğuru - "XX əsr ədəbi düşüncələr tarıxı" adlı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: