Sevgül Səfərli - qədim Başkeçid rayonunda doğulub. Hələ gənc yaşlarından bədii yaradıcılıqla məşqul olur.
Bir müddət “Borçalı” qəzetində çalışıb.
Bir neçə kitab müəllifidir.
2008-ci ildə Bakıdakı “Dan Ulduzu” nəşriyyatında “Qəriblik ömür üzən şeydir” adlı kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
Aşağıda Sevgul Səfərlinin həmin kitabından bir neçə səhifəni dərc edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Təbib təbiətimiz, loğman yurdumuz...
Belə şeylər çox olurdu. Bəzən bir qrup xəstəliklərin qarşısında aciz qalanda Tiflis həkimləri təbiətə üz tutardılar.
O təbiətə ki, Allahın bir "Ol" kəlməsi ilə yaranıb. O təbiətə ki, Allahın şəfası insanlara onun vasitəsilə ötürülür.
Bu ötürücülərin ən əsası təbiətin füsunkar zənginliyi, dağ sularının saflığı, dağ havasının təmizliyi, bir də insanların xeyirxahlığıdır.
Elmin gücü çatmayan xəstəlikləri sağaltmaq üçün həkimlər təbiətin gücünə güvənirdilər. Bir də görürdün kəndimizə qücağı qundaqlı bir "şəhərli" gəldi.
Ozü gəlməyib daha doğrusu həkim göndərib. "Bu uşağı müntəzəm olaraq səhər tezdən dağ çayının kənarında gəzdirin"-deyib.
Bir başqa xəstəyə həkim "şehli-şehli may çiçəklərinin üstündə ayağı yalın gəzmək" - buyurub.
Digərinə "quşların "Çahargah" oxuduğu vədə şam meşələrində dolaşmağı" - buyurub.
Bir özgəsinə "ac qarına bulaq suyu iç, özü də düz mənbəyindən" - deyib.
Bizim təbibimiz də, loğmanımız da öz təbiətimiz olub, dədə-babadan.
Təbiət bizə təmənnasız loğmanlıq edib. Təbiətlə baş-başa verib Başkeçidlilərin sağlamlığı keşiyində duran həkimlərimizə hörmət olaraq bir qrupunun adını çəkmək istəyirəm.
Onlardan Asya xanım, Mənzər xanım, Zərifə xanım, Zamirə xanım, doktor Şamil, doktor İstanbul, doktor İfrat, doktor Mirsayad, doktor Teymur, doktor Yunus, doktor İlham.
Yaşayanlara can sağlığı, dünyasını dəyişənlərə Allahdan cənnət diləyirəm.
SAĞLAM OLMAQ İSTƏYƏN HƏR BİR KƏS
AĞRISIZ CAN İSTƏYİRSƏ ÖNCƏ CANI ÜÇÜN SAĞLAM ŞƏRAİT YARATSIN,
HƏZRƏT PEYĞƏMBƏR KİMİ QİDALANSIN…
Milli münasibətlərin kəskinləşən vaxtı "yarım Allah" dediyimiz həkimlərə açıq və gizli təzyiq göstərdilər. Müxtəlif şəkildə, müxtəlif zərbələrlə onları sənətindən, yurdundan ayırdılar. Təkcə doktor Şamilə və doktor İstanbula toxunmadılar. Şamil Başkeçidin ən güclü terapevti, İstanbul isə ən güclü cərrahı idi. Düşmən, düşmən də olsa, ağıllı idi. Etnik təmizləmə proqramını həyata keçirərkən onlar terapevt Şamilin canlı diaqnostika mərkəzi olduğunu unutmadılar. Bunu rayonda dost da bilirdi, düşmən də. Doktor Şamil xəstəni sağaltmaqla bərabər, onun son nəfəsini, ayını gününü də təyin edə bilir. Deməli düşmən öz sağlamlığını düşünərək iki kamil həkimi Şamil və İstanbulu yerindən tərpətmədi.
Fəlsəfi düşüncələr ustadı Bəхtiyar Vahabzadənin "Təklik" şeirinə diqqəi yetirək:
Yarpağı tez solar tək ağacın da,
Daldası yoxdusa necə solmasın.
Meşələr sultanı, meşələr şahı,
Aslanın özü də yalqız olmasın.
Öz elində, öz yurdunda təklənmişdi, xalqımız. Bütün mənalarda təklənən, tənhalaşan, yaralanan seyrələn xalqın əlindən doktor Şamili və doktor İstanbulu almadığına görə düşmənə öz minnətdarlığımı bildirirəm. Maddi vəziyyəti ağır olan xalq başı yerə gələnə qədər həkimdən uzaq olur.
Dərd ona güc gələncə: - "Gedin Şəmili gətirin", - deyir.
Doktor Şamilin düzgün təyin etdiyi müalicə prosedurasını xəstə ev şəraitində qəbul edir. Müalicə olunanların qayğısını el qızımız, iki kəndin bacarıqlı tibb bacısı Nuray bacımız yerinə yetirir.
Başkeçidlilərin ən ağır xəstəsini hər zaman "yarım Allah" dedikləri doktor Şamilə etibar edirdilər.
Çünki doktor Şamilin dediklərini Tbilisi, Moskva, Leninqrad professorları təsdiqləyərdi.
Asya xanım, cərrah İstanbul, doktor Şamil peşəkar sənətkar kimi Başkeçiddə, bütün kəndlərdə tanınmışlar idilər.
Onların özlərinə məxsus xüsusi müalijə metodları var idi.
İnsan gərək unutmasın ki, taleyini yazan Allah, sağlamlığını qoruyan özü, xəstəliyini sağaldan və daha doğrusu qarşısını alan həkimdir.
* * *
“Borçalı” qəzetinin nəşri böyük Vətənimizin iqtisadi durumunun olduqca ağır olduğu bir vaxtda söz xiridarları, qələm sahibləri üçün göydən gələn mükafat olmuşdur. Zamanın yaratdığı problemlər hamı kimi bizdən də yan keçməmiş, maddiyyatımıza öz təsirini göstərmişdi. Belə bir anda "Borçalı"nın var olması bütün problemlərin üzərinə sanki NUR pərdəsi örtmüşdü. Borçalı adının ƏZƏMƏTİ + TİLSİM + NURU çatan-çaтmayan gündəlik tələbatın mənəvi deformasiyalardan müdafiə edirdi. Elə bil "Borçalı"nın hər bir nömrəsi bizim üçün dünyaya bir yeni Borçalı gətirdi.
1998-ci ildən bəri qəzetimizin bütün saylarını toplayıb "Borçalı"nın arxivini yaratmaq eşqinə düşdüm.
Topladım. Sonra geri döndüm 1996-cı ildə işıqlanan "Borçalı"nı əldə etdim. Sonra dərin-dərin düşündüm:
- Heç ola bilməz ki, Azərbaycan müstəqil dövlət olandan bəri "Borçalı" nəşr olunmamış olsun, - dedim.
Xeyli axtarışdan sonra xəbərsiz olduğum daha bir «Borçalı» yeniliyinin izinə düşdüm.
Əlimə payız yarpağı tək sapsarı saralmış qəzetlər keçdi.
Sanki ürəyimə dammışdı ki, Borçalı ziyalısı müstəqilliyimizdən sonra bu qədər gecikməzdi.
1993-cü ilin "Borçalı"sının Baş redaktoru Müşfiq Çobanlının müjdələrlə dolu müraciətini mən oxudum.
İndi də o yazını sizin üçün oxuyuram.
«- Sabahınız xeyriliyə açılsın, möhtərəm oxucular!
- Xoş gördük, əzizlərimiz!
- Əziz yurddaşlarımız! Borçalının qeyrəti, vətənpərvər və imkanlı övladları! Hörmətli BORÇALISEVƏRLƏR! Səsimizə səs verməyinizi xahiş edirik...!»
Bu haray Azərbaycan mətbuatının çağdaş yazarı, 1990-cı ildə çap olunmuş «Ağır elli Borçalı», 1994-cü ildə çap olunmuş «Çağdaş Borçalı ədəbi məktəbi» kitablarının müəllifi, çağdaş oxucuların Müşfiq Mədəd oğlu Çobanlı imzasıyla tanıdıqları bir Borçalı ziyalısının müjdəsiydi.
1993 iyun. Qəzetin ilk sayı. "Borçalı toponimləri" - "Sərbəst düşüncə" qəzetinin tərkibində işıqüzü görür.
1993 iyul, ikinci say - "Vətənin sağ gözü Borçalı" - "Ziya" qəzetinin tərkibində.
1993 avqust, üçüncü say - "Borçalının qeyrətli övladı Rza Qurbanov" - "Yeni Dünya" qəzetində.
1993 oktyabr, dördüncü say - "Vətənin yurdsevər övladı Hidayət Borçalı"- «Təhsil» qəzetinin hesabına.
1994 yanvar beşinci say - "Qədim saz- söz yurdu Borçalı"(“Borzalı ədəbi məktəbi”) - «Təhsil» qəzetinin hesabına.
1994 март, altıncı say «Ulu Yurdumuz Borçalı» - «Təhsil» qəzetinin hesabına.
1994 sentyabr, yeddinci say - “Ozan dünyamız - Borçalı aşıqları” - «Təhsil» qəzetinin hesabına.
Deməli, müxtəlif mətbu mənbələrdə molekul daşıyıcısı kimi özünü göstərən, yavaş-yavaş səsini çıxardan hüceyrələşən, pərvazlanan sırf Borçalı ideyasının bünövrəsi yaradılmışdır.
1994-cü ilin martında bu ideya bədii molekul şəklində deyil, özünə layiq olan böyük hərflərlə "BORÇALI" adı ilə dərgi formasında zühur etmişdir.
Bundan sonra Аğır elli Borçalının "Borçalı"sının işıqlandırılması üçün ona maddi dayaq olanlar da tapılmış, ona üç mənbədən yardım olunmuşdur.
1. «Təhsil» qəzetindən;
2. "Hidbor" şirkətinin prezidenti Hidayət Məmmədovdan;
3. "Yelmar dirçəliş mükafatına layiq görülmüş jurnalist İsmayıl Ömərovdan.
Bu "Üçlük"lər ittifaqının "Borçalı"ya yardımı nə qədər çəkəcəkdi Allah bilirdi. Vətəndaş üçün önəmli olan o idi ki, Vətən Borçalının adını işıqlandıran bir mətbуu orqan yaranmışdır. Bu orqan adı bəлli səbəbdən fəaliyyətini dayandırılmış olsa da, bundan sonra qorxmağa lüzum yoxuydu. Çünki "Su axan yerdən bir də axar" - demiş Dədələr. Qəzetimiz fəaliyyətinə fasilə vermiş olarsa bir gün üzünə bahar gələcək... Yenə yarpaqlanacaq... Yenə çiçəklənəcək...
Bu həmin dövran idi ki, qələm sahiblərinin, jurnalistlərin həyatına maddi cəhətdən qaranlıqlar çökdürmüşdü. Böyük Xalqımızın böyük əksəriyyəti Kapitalizmə, Mülkiyyətçiliyə, Ağalığa meyl etdiyi bir zamanda onlar qələmlərinin, təfəkürlərinin işığına sığınmışdılar. Belə olmasaydı Borçalının ziyalı oğlu jurnalist İsmayıl Ömərov zehni-əmək mükafatını ailəsinə xərcləyərdi. Vətən sevgisi ona beyin məhsulunun mükafatından yenicə fəaliyyətə başlamış "Borçalı" qəzeti üçün xüsusi hesab açdırmışdı.
Haşiyə: Çox yəqin ki, İsmayıl Ömərovun ailə daxilində bu mükafatla həllini tapa biləcək o qədər dərdi azarı vardı ki. Amma gördüyümüz kimi vətənpərvər jurnalist tərəfindən Vətən eşqi önə çəkilmişdir.
1993-cü ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitunun dissertantı Müşfiq Çobanlı tərəfindən bünövrəsi yaradılan, 1996-cı ildə Borçalının Böyük Oğlu, Hüquqşünas-jurnalist Kazım Qaçağanlı tərəfindən çiçəkləndirilən "Borçalı" qəzeti və "Borçalı" jurnalı düşünülmüş şəkildə ilkin yaradıcıları tərəfindən 1998-ci ildə Ə. Əliyev adına Az. DHTİ-nda II terapiya kafedrasında fəaliyyət göstərən "Səhər" qəzetinin şöbə müdiri vəzifəsini daşıyan Həkim-Jurnalist Azadə-Taleh Abbasqızına etibar edilir. Onlar Azərbaycan Qadınının Ocaq-Çıraq rəmzi olduğunu bilərəkdən "Borçalı" qəzetinin taleyini bu yükü daşıya biləcək bir qadına, Azadə xanıma tapşırmışlar.
Qadın - ocağının isti və hərarətli olması üçün fədakarlıqlar yapan bir VARLIQDIR.
Bəli! O - gün, bu- gün "Borçalı" qəzeti Azadə xanımın və o elin şair Oğlu Knyaz Aslanın canfəşaqlığı bir də bir qrup sadiq yaradıcı kollektivinin əməyi nəticəsində geniş tiracla nəşr edilir. Nəinki Azərbaycanda, nəinki Borçalıda, dünyanın 30-dan çox ölkələrində yayımlanır.
Eşq olsun! Borçalısevərlərə!..
«Şərqin səsi» qəzeti, N: 04 (216), Yanvar, 2009-cu il.
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid",
III cild, Bakı, 2015, səh.672-677).
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.