SEVİNC AĞAXƏLİLQIZInın YENİ ŞEİRLƏRİ

SEVİNC AĞAXƏLİLQIZInın YENİ ŞEİRLƏRİ

Sevinc Ağaxəlil qızı - 1968-ci ildə Bakı şəhərində anadan olub. 1975-1985-ci illərdə Yasamal rayonundakı 21 saylı orta məktəbdə təhsil alıb. 1986-cı ildə BDU-nun Biologiya fakültəsinə daxil olub, 1991-ci ildə həmin fakültəni bitirib. İxtisasca fizioloqdur. 1991-ci ildən Kənd təssərüfatı Aqro-ekologiya mərkəzində, 1992-ci ildən isə Azərbaycan Səhiyyə nazirliyi M.Topçubaşov adına Eksperimental cərahiyyə mərkəzində elmi işçi vəzifəsində çalışıb.
2013-cü ildən məqalələri "Bütöv Azərbaycan", "Yeni təfəkkür", "Vışka" qəzetlərində dərc olu-nub.
100-dən çox publisistik yazıların, əfsanələrin, təmsillərin müəllifidir.
2015-ci ildə "Anamın gülüstanı" adlı ilk kitabi işiq üzü görüb. Sonra ard-arda "Məryəm" romanı, "Qarabağ əfsanələri" (Azərbaycan, rus və ingilis dillərində), "Əlvida söyləmədən" (sabiq dövlət katibi, mərhum akademik Tofiq İsmayılov barədə povest), "Könül səhifəm" (Qarabağ zəfərinə dair), "Cinayətin izi ilə" detektiv romani işiq üzü görüb. 2024-cü il yanvarin 13-də "Zəfər mənimdir" kitabı işıq üzü görüb. 11-ci kitabı "Ön cəbhə əfsanələri" çapa hazırlanır.
2021-ci ildə M.Ş.Vazeh adına kitabxanada Azərbaycan və rus dillərində yaradılan 1000 səhfəlik "Uşaqlar tanrının səltənətidir" adlı elektron antologiyanın ideya müəllifidir.
Müəllifin təşəbbüsü ilə keçirilən kitabxana layihəsi əsasinda yazdığı "Bu dünyanin fidanlari" (Azərbaycan, rus dilində) kitabdakı hekayələr MDB ölkələri üzrə müsabiqədə yer tutub.
2021-ci ildə “Ən məhsuldar yazıçı” Fəxri adına layiq görülüb. 2022-ci ildə M.Ş.Vazeh adına kitabxananın Fəxri fərmanı ilə və "Türk dünyası-info" ictimai birliyinin "Ədəbiyyatda türk dünya-sına verdiyi töhfələrə görə" diplomu ilə, 2024-cü ildə isə vətənpərvər yazıçı və şair kimi "Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Fəxri fərmanı ilə təltif olunub.
Sevinc Ağaxəlil qızının şeirləri, əfsanələri bir sira antologiyalarda yer alib.

Biz də Sevinc xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



ŞAİRLƏR SEVƏNDƏ HƏSRƏTDƏN YAZIR!

Həsrətin şairi deyirsən mənə.
Bəs kimə söyləyim, kimə hay qırım?
Şairlər sevəndə həsrətdən yazır.
Şaf, pak, bir sevgini heç zaman danmır.

Məcnun örnək oldu, bil aşiqlərə.
Varlığı bürüdü qüssə, qəm, kədər.
Ağlını azdırdı, yarın sevdası,
Eşqi dastan oldu, dillərə əzbər.

Dedin səndən ayrı halım necədir???
Səni səndən almaq ürəyincədir???
Səndən ayrı məntək olmasın heç kəs.
Şairlər sevəndə həsrətdən yazır.

Ürəyim hüsnünə salmışdır həvəs.
Qoy səni sevməsin başqa bir kəs....
Qəlbimə məlhəmdir,eşqin bir nəfəs.
Şairlər sevəndə həsrətdən yazır!
9.08.2025


UŞAQ OLMAQ İSTƏYİRƏM, AY ANA


Bax, bu an hər şeydən uzaqlaşıb mən,
Dönmək istəyirəm uşaqlığıma.
Yenə əvvəlki tək səninlə birgə
Qayıtmaq istəyirəm gənclik çağıma.

Saçımı hörməyin, sığal çəkməyin,
Bəzən yıxılanda çox kövrəlməyin,
Yaramı saranda kədərlənməyin,
O günlər çatardı kaş ki, dadıma.

Qoxunu alıram yuxularımda,
Qayğıma qalarsan qəmli olanda.
Başımı dizinin üstə qoyanda,
Cənnəti yenidən yaşayıram mən.

İmanlı olmağı öyrədin mənə,
Sığındım həmişə sənin kölgənə.
İnandım Allahın mərhəmətinə,
Sən mənim səcdəmsən, Qibləmsən Ana.

Ömür sınağında müəllimimsən,
Həyat yollarımda tək bələdçimsən.
Bu gün də, sabah da hey gərəyimsən,
Ana qaytar məni uşaqlığıma.
10.09.2025

SEVİNC AĞAXƏLİL QIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: