

Milli Kitabxanada
kitabxanaların pulsuz
məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması ilə əlaqədar nəşriyyat və poliqrafiya müəssisələrinin, qəzet və jurnal redaktorlarının iştirakı ilə Respublika Müşavirəsi keçirilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi,
Milli Kitabxana,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu
və Azərbaycan
Mətbuat Şurası
tərəfindən təşkil edilib.
ZiM.Az xəbər verir ki,
tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb.
O, müşavirənin mətbu nəşr və materiallarının Milli Arxiv Fondunun yaradılması üçün keçirildiyini bildirib.

“Müşavirədə bununla bağlı mexanizm müzakirə olunur. Milli Kitabxananın nəzdində Milli Arxiv Fondu formalaşmalıdır. Azərbaycandakı bütün nəşriyyatlar tərəfindən buraxılan nəşr məhsulunun nüsxələri təmənnasız olaraq bu fonda təqdim edilməlidir. Əsas məqsəd Milli Kitabxanada mətbu orqanların tarixinin və silsiləsinin yaradılmasından ibarətdir. Bu, bir xəzinə olmalıdır və bu xəzinəyə hər bir buraxılan nəşr daxil edilməlidir. Bu mətbu orqanların tarixi tədqiqatlar, araşdırmalar, gələcək nəsillərə çatdırılması üçün əhəmiyyət kəsb edən məsələdir. Konkret olaraq özəl və ya dövlət nəzdində olan və ya digər formada fəaliyyət göstərən hər bir nəşriyyat hər hansı bir məhsulun bir nüsxəsini mütləq şəkildə, qanun çərçivəsində təqdim etməlidir”, - deyə Ə.Qarayev vurğulayıb.
Nazir bildirib ki, nüsxələri təqdim etməyənlər barədə inzibati xətalar haqqında müvafiq cərimələr tətbiq ediləcək. Birinci dəfə üçün maddi cərimələr olacaq. İkinci dəfədən isə həmin nəşriyyata qarşı daha ciddi tədbirlər görüləcək.
Ə.Qarayev nazirlik tərəfindən xüsusi komissiya yaradıldığını və komissiyanın nüsxələrin təqdim edilməsinə nəzarət etdiyini söyləyib.
Bildirilib ki, bu prosesdə mətbu orqanlar və nəşriyyatlar özləri maraqlı olmalıdır, məsuliyyəti dərk etməlidirlər.
Ə.Qarayev nazirlik və Milli Kitabxananın həyata keçirdiyi bərpa-nəşr layihəsi barədə məlumat verib. Bildirib ki, bu layihəyə əsasən ölkədə və xaricdə az sayda olan kitablar yenidən bərpa edilərək çap olunacaq. Nazir, həmçinin Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) barədə də söz açıb.
Hər il ölkəmizin bir sıra beynəlxalq kitab sərgilərində iştirak etdiyini, ən yaxşı kitabların bu sərgilərdə təqdim edildiyini söyləyən nazir, sentyabrda Bakıda keçiriləcək V Beynəlxalq kitab sərgisinə də diqqət çəkib.
Çıxışının sonunda nazir kitabların nüsxələri ilə bərabər elektron formada da təqdim edilməsi təklifini irəli sürüb.


Milli Məclisin deputatı
Əflatun Amaşov bildirib ki, Azərbaycanda çıxan bütün mətbu orqanların Milli Arxiv Fondunda toplanılmasına çalışılmalıdır.
O, bir sıra ölkələrin arxivlərində olan Azərbaycana məxsus
mətbu nəşrlərin
nüsxələrinin ölkəmizə
gətirilməsini təklif edib.


təhvil verilməsi təkliflərini
irəli sürüb.


Müşavirə müzakirələrlə davam edib. Tədbir iştirakçıları tariximizi qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək məqsədilə hamını Qanunlara əməl etməyə çağıraraq, bu işin daha da təkmilləşdirilməsi üçün öz təkliflərini veriblər.
Respublika müşavirəsində
ZiM.Az-ın Baş redaktoru
Müşfiq Borçalı da iştirak edib və o, eyni zamanda rəhbərlik etdiyi "Borçalı" nəşriyyatını, "Ziya" və "Şərqin səsi" qəzetlərini təmsil edib.
Aytac MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.