“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir

“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda tədbir 2016-cı il dekabr ayının 6-da ADPU-nun Filologiya fakültəsində fakültə dekanlığının və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda professor-müəllim heyətinin, tələbələrin və mütəxəssislərin iştirakı ilə tədbir keçirildi.
Tədbiri Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov açdı.

Giriş sözündə professor H.Qasımov müstəqillik dövründə ictimai-siyasi, mənəvi-əxlaqi və pedaqoji sahələrdə ölkəmizin qazandığı böyük uğurlardan danışdı. Müstəqillik dövründə dövlətçiliyimizin təməlində duran vətəndaşlıq düşüncəsinin formalaşmasında ədəbiyyatın müstəsna rolunu vurğuladı, “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda keçirilən tədbirin bu mənada son dərəcə aktual və müasir olduğunu qeyd etdi.

Himalay müəllim müəyyənləşdirilmiş mövzu ilə bağlı kafedranın professoru Təyyar Salamoğlunun məruzə edəcəyini bildirdi. O, professor T.Salamoğlunun respublikamızda nüfuzlu ədəbiyyatşünas və tənqidçi kimi tanındığını, mövzu ilə bağlı tədbir iştirakçılarına əhatəli məlumat verəcəyinə əminliyini ifadə etdi.

Professor T.Salamoğlu mövzu ilə bağlı məruzəsində Azərbaycan ədəbiyyatının öyrənilməsi, tədqiqi ilə bağlı ədəbiyyatşünaslığın qarşısında duran vəzifələrdən söhbət açdı. Professor T.Salamoğlu məruzəsində XX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi ilə bağlı problemlərə aydınlıq gətirdi. Məqsədini elmi şəkildə gerçəkləşdirmək üçün o, XX əsrin əvvəlləri və Sovet dövrü ədəbiyyatına elmi-nəzəri və metodoloji münasibətin əsas konturlarını ümumiləşdirdi və qarşıda duran vəzifələrdən danışdı. Professor T.Salamoğlu həm XX əsrin əvvəlləri, həm də Sovet dövrü ədəbiyyatına yeni ədəbiyyatşünaslıq düşüncəsi ilə yanaşmağı zəruri hesab edərək, bu düşüncəni gerçəkləşdirən konsepsiyasının mahiyyətini açıqladı. Məruzəçi hər bir bədii mətnə “yenidən oxu və dərk et” prinsipi ilə yanaşmağı və həmin mətnləri, postmodernist estetikada deyildiyi kimi, “bitib-tükənməz məna potensialı” prizmasından dərk və izah etməyi əsas elmi yol kimi təqdim etdi. M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Mir Cəlalın, M.Hüseynin, İ.Şıxlının və digər sənətkarların yaradıcılığından nümunələr əsasında “yenidən oxu və dərk et” konsepsiyasının sözügedən dövrün ədəbiyyatında mətnlərin alt qatlarında, gizli laylarında əks olunan milli düşüncə sisteminin və bəşəri dəyərlərin ifadəsini aşkarlamağın mümkünlüyünü sübut etdi.

Məruzədən sonra Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, şair-publisist Əli Rza Xələfli, professor Seyfəddin Rzasoy, professor Əzizxan Tanrıverdi, İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva, folklorşünas alim Qalib Sayılov məruzə ətrafında çıxış etdilər və bu tipli tədbirlərin gələcəkdə də davam etdirilməsini arzuladılar.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: