Fəxrəddin YUSİFOV (1956)

TƏBRİK EDİRİK!..
YUBİLEYİNİZ MÜBARƏK, FƏXRƏDDİN MÜƏLLİM!..


Fəxrəddin YUSİFOV (1956) Bu gün dəyərli ziyalımız,
tanınmış alim, ədəbiyyatşünas və pedaqoq, pedaqoji elmlər namizədi, ADPU-nun dosenti Fəxrəddin Yusifovun
Ad Günüdür.
Daha doğrusu anadan olmasının 60 illik Yubileyidir.

Biz də hörmətli soydaşımız Fəxrəddin müəllimi Ad Günü və 60 illik Yubileyi münasibətilə ürəkdən rəbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.

Fəxrəddin Allahverdi oğlu Yusifov 1956-cı il fevralən 23-də Ulu Borçalı mahalının qədim Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Muğanlı kəndində anadan olmuşdur.

İlk təhsilini doğma Muğanlı kənd orta məktəbində almış və oranı 1973-ci ildə əla qiymətlərlə bitirmişdir. Həmin ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Sonra təyinatla Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.

1980-ci ildə istehsalatdan ayrılmaqla APİ-nin (indiki ADPU-nun) aspiranturasında təhsil almış, sonra ədəbiyyat və onun tədrisi metodikası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.

1988-ci ildə "Folklorun tədrisi prosesində şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi yolları(V-VII siniflər)" adlı namizədlik dissertasiyamı müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1990-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində ədəbiyyat və onun tədrisi metodikası kafedrasında müəllim kimi fəaliyyətə başlamış, sonralar həmin kafedrada baş müəllim, dosent vəzifələrini tutmuşdur. Hal-hazırda "Müasir təlim texnologiyaları təlim və resurs mərkəzi" kabinetinin rəhbərikafedranın dosenti kimi fəaliyyət göstərir.

1998-ci ildən bəri müasir təlim texnologiyalarına dair müxtəlif treninqlərdə - "Addım-addım", "Tənqidi Təfəkkürün İnkişafında Mütaliə və Yazı", "Kurikulum və fəal/interaktiv təlim" treninqlərində iştirak etmiş və müvafiq sertifikatlar almışdır.
2006-cı ildən bu günə kimi respublikanın bir sıra ali və orta təhsil müəssisələrində məktəb müəllimləri üçün təşkil olunan treninqlərdə təlimçi kimi fəaliyyət göstərmişdir.

2010-cu ildə respublika üzrə keçirilən elektron təhsil müsabiqəsində "Ədəbiyyat müəllimi - sən bir günəşsən" adlı şəxsi saytı mükafata və diploma layiq görülmüşdür.

Bu günə qədər 20-yə qədər elmi-metodik məqalənin, 3 proqram və 9 dərslik və dərs vəsaitinin müəllifidir.

Dosent Fəxrəddin Yusifovun əsas elmi əsərləri:

1. Orta məktəbdə S. Ə. Şirvani əsərlərinin dilinin öyrədilməsi, metodik vəsaiti, Bakı, ADPU, 2001

2. Orta məktəbdə “Dastani-Əhməd Hərami”nin məzmununun öyrədilməsi, metodik vəsait, Bakı, ADPU, 2003

3. Məktəbdə ədəbiyyat dərslərinin təşkili, metodik göstəriş, Bakı, ADPU, 2003

4. Məktəbdə Nəsimi əsərlərinin məzmununun öyrədilməsi, dərs vəsaiti, Bakı, ADPU, 2004

5. Ədəbiyyatın tədrisi metodikası (testlər), tədris vəsaiti, Bakı, ADPU, 2010

6. İfadəli oxu (testlər), tədris vəsaiti, Bakı, ADPU, 2010

7. İfadəli oxu, ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün dərslik, Bakı, ADPU, 2012

8. İfadəli oxu, ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün proqram, Bakı, ADPU, 2012

9. Ədəbiyyatın tədrisi metodikası, dərslik, ADPU, Bakı, 2012

10. Ədəbiyyatın tədrisi metodikası, ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün proqram, ADPU, Bakı, 2012

11. Ədəbiyyat dərslərində müasir təlim texnologiyalarından istifadə, ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün dərslik, Bakı, ADPU, 2012

12. Ədəbiyyat dərslərində müasir təlim texnologiyalarından istifadə(seçmə fənn), ali məktəblərin bakalavriat təhsil səviyyəsi üçün proqram, Bakı, ADPU, 2012

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: