Bankir: “10 və 20 qəpik yoxdu”
Satıcı: “10 və 20 qəpik yoxdu”
Sürücü: “10 və 20 qəpik yoxdu”
“İmdad” deyib, üz tütürsan diləncilərə ki, bəlkə onlarda qəpik olar. Dilənçi də adından bəlidi deyir sən də var mənə ver. Amma bir məsələ də var ki, mənə həqiqi ləzzət etdi piyada gəzdiyim günlərdə. Dilənçilərimiz belə xırda pullarla gəzmir bu şəhərdə. Yəqin ki, peşəmdən irəli gələn məsələdi piyada gəzəndə qarşıma hansı dilənçi çıxsa işimi unudub, onunla söhbətləşirəm və bu da yəqin ki, peşəmdən irəli gəlir söhbətləşdiyim kəsləri mənimlə səmimi olmağa vadar edə bilirəm. İki sualdan sonra dilənçi bir xanım mənə manatlar və 50 qəpikliklər dolu olan pul kisəsini göstərdi və dedi: “10 və 20 qəpik yoxdu”. Dilənçidən də mənə yar olmadı. Kor-peşman dayanıb əlimdəki androyid telfonun gözünü basıb ordan mərkəzi bankın nömrəsini çıxarmağa başladım. www.cbar.az saytına daxil oldub Milli valyuta üzrə: +994 12 493 11 22 müraciətlər üçün olan nömrəni əldə edib, zəng etdim. Dedilər ki, ölkədə qəpik üzürə qıtlıq yoxdu. 10 və 20 qəpiklər də hər bir vətəndaşa verilir.
Bankdan mənə verilən cavabların biri də “yəqin ki,” ilə başlandı və deyildi: “Kimlər isə xırda qaytarmaq istəmədiyindən də ola bilər”. Bir sözlə “10 və 20 qəpiklərə etiyacınız varsa siz də mənim kimi gedin Mərkəzi Banka.
Günay Novruz,
ZiM.Az
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.