Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi

Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi Mayın 24-də Azərbaycan Texniki Universitetində (AzTU-da) Azərbaycanın xalq şairi, Əməkdar İncəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş təntənəli ədəb-bədii-musiqili gecə keçirilib.
Yubileydə şairin ailə üzvləri, tanınmış ictimai şəxslər, elm adamları və incəsənət nümayəndələri iştirak ediblər.
AzTU-dan "Ziya" qəzetinin Baş redaktoru
Müşfiq Borçalı
"ZiM.Az"-a bildirmişdir ki, yubiley tədbirini giriş sözü ilə S.Rüstəmin ədəbi irsinin tədqiqatçısı, tanınmış ədəbiyyatşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, «Tərəqqi» medalçısı Qafar Əsgərzadə açıb, Azərbaycan Sovet poeziyasının banisi, sağlığında Azərbaycan ədəbiyyatının canlı klassiki və milli şeirimizin patriarxı olmuş, görkəmli şair, nasir, tərcüməçi, dramaturq və ictimai xadim S.Rüstəmin şərəfli ömür yolu haqqında ətraflı məlumat verib.

Sonra Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, filologiya üzrə elmləri doktoru, professor Aqşin Babayev, Azərbaycan Təhsil Şurasının sədri, pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayev, teatrşünas Atababa İsmayıloğlu, "Qızıl qələm" mükafatı laureatı, şair Oqtay Rza və b. çıxış edərək, Xalq şairi Süleyman Rüstəmlə bağlı öz xatirələrini söyləyiblər, ölməz şairin yaradıcılığının ədəbiyatımıza, poeziyamıza verdiyi töhfələrdən danışıblar.
Çıxış edənlər şairin sovet dövründə ədəbi mühitin formalaşdırılmasında, dirçəlməsində göstərdiyi xidmətlərdən söz açıblar.
Bildirilib ki, şairin Cənub həsrətindən yoğurulan şeirləri, poemaları, qəzəlləri ədəbiyyatımızda xüsusi rol oynayır.

AzTU-nun rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədov çıxışında müasir dövr poeziyasını yaradanlardan biri olan xalq şairi Süleyman Rüstəmin Vətənə, xalqa olan məhəbbətindən danışıb və qeyd edib ki, şairin yaradıcılığına bugünkü gənclər də xüsusi həssaslıqla yanaşır.

Sonra Azərbaycan Könüllü Kitabxana Birliyi tərəfindən AzTU-nun rektoru, professor Havar Məmmədova Fəxri fərman təqdim olunub.

Yubiley tədbiri Süleyman Rüstəmin sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam etdirilib.

Tədbirin sonunda şairin oğlu Azad Rüstəmzadə tədbirin təşkilatçılarına, şəxsən AzTU-nun rektoru, professor Havar Məmmədova, eləcə də atası haqqında deyilən xoş sözlərə görə çıxış edənlərə və tədbirin bütün iştirakçılarına öz təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, tanınmış tədqiqatçısı-ədəbiyyatşünas Qafar Əsgərzadə özünün gərgin əməyi sayəsində araya-ərsəyə gələn, xalq şairi Süleyman Rüstəmin anadan olmasının 110 illik yubileyi ərəfəsində ədibin şeirlərinə yazılmış mahnılardan bəhs edən və elə bu günlərdə işıq üzü görmüş «Nəğmələrdə döyünən ürək» adlı kitabı da elə həmin gün tədbir iştirakçılarına təqdim edib.

268 səhifədən ibarət nəfis hazırlanmış kitab tam yeni formatda, ilk dəfə olaraq özəlliyi ilə fərqlənən tərzdə oxucuların ixtiyarına verilən, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» və «İstiqlal» ordenli, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın xeyir-duası ilə işıq üzü görən kitaba ədibin yaradıcılığının məhsulu olan müxtəlif bəstəkarlar tərəfindən bəstələnən altmış səkkiz (68) mahnı, muğamla ifa olunan qəzəllər, eləcə də bir çox şeir və qəzəlləri daxil edilmişdir. Görkəmli dövlət və sənət adamlarının S.Rüstəm haqqında fikirləri, nadir fotoşəkillər, şairin milli radionun fonotekasında saxlanılan mahnılarının, romanslarının tam siyahısı da kitabda yer alıb. Bununla yanaşı, dillər əzbəri olan mahnılarının not və mətn şəklində işıq üzü görməsi də, xanəndələr, müğənnilər, bəstəkarlar, musiqişünaslar, müəllim və tələbələr, şeirsevərlər, eləcə də geniş oxucu kütləsi üçün böyük maraq kəsb edəcəkdir.

Uzun müddət gərgin əmək və zəhmət bahasına ərsəyə gələn kitaba pedaqoji elmlər doktorları, professorlar Vidadi XəlilovJalə Qədimova rəy vermişlər.

Kitabın ərsəyə gəlməsində təbii ki, redaktorların − Əməkdar jurnalist Cavanşir Cahangirovun, bəstəkar-jurnalist Rauf Məmmədovun, jurnalist Rövşən Ramazanlının da xüsusi əməyi olmuşdur.

Zənnimizcə, bu kitab müəllif tərəfindən Süleyman Rüstəmin anadan olmasının 110 illiyinə ən böyük və dəyərli töhfədir .
Ədibi yad edərək:

«…Bilirsən ki, musiqi məclisi şeirsiz keçməz
Çağırın məclisə hörmətlə Süleyman gəlsin».




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: