AzTU-dan bildirilib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 27, II qrup üzrə 6 ixtisas təqdim olunur.
AzTU-ya qəbul olunan abituriyentlər müvafiq ixtisaslar üzrə “Nəqliyyat və logistika”, “Energetika, elektrotexnika və avtomatika”, “Metallurgiya və materialşünaslıq”, “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları” və “Xüsusi texnika və texnologiya” fakültələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil alacaq.
Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında I və ya II ixtisas qrupunu seçən abituriyentlərə aşağıdakı ixtisaslar təqdim olunur:
I qrup üzrə
Kompüter elmləri;
Cihaz mühəndisliyi;
Ekologiya mühəndisliyi;
Elektrik və elektronika mühəndisliyi;
Energetika mühəndisliyi;
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi;
İnformasiya təhlükəsizliyi;
İnformasiya texnologiyaları;
Kimya mühəndisliyi;
Kompüter mühəndisliyi;
Sənaye mühəndisliyi;
Hərbi kompozisiya materialları mühəndisliyi;
Hərbi rabitə materialları mühəndisliyi;
Optotexnika mühəndisliyi;
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi;
Pirotexniki və partladıcı vasitələr mühəndisliyi;
Silah və silah sistemləri mühəndisliyi;
Mexatronika və robototexnika mühəndisliyi;
Maşın mühəndisliyi;
Materiallar mühəndisliyi;
Mədən mühəndisliyi;
Metallurgiya mühəndisliyi;
Mexanika mühəndisliyi;
Mühəndis fizikası;
Nəqliyyat mühəndisliyi;
Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
Radiotexnika və telekommunikasiya mühəndisliyi;
II qrup üzrə
Beynəlxalq ticarət və logistika;
İqtisadiyyat;
Marketinq;
Menecment;
Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə);
Qeyd edək ki, AzTU Azərbaycanda müdafiə sənayesi sahəsi üçün kadr hazırlayan yeganə universitetdir.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.