Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunubTəhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub TƏBRİK EDİRİK!..

Təhsil nazirinin əmri ilə
texnika elmləri doktoru, professor Nurəli Adil oğlu Yusifbəyli
AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub.


Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunan Nurəli Yusifbəyli 2021-ci ilin yanvarın 21-də kollektivə təqdim olunub.

Prorektoru kollektivə təqdim edən rektor Vilayət Vəliyev bildirib ki, professor Nurəli Yusifbəylinin Tədris işləri üzrə prorektor təyin olunması AzTU-da tədqiqatların, elmi əməkdaşlığın, universitet-sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Rektor qeyd edib ki, Nurəli Yusifbəyli bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq daimi olaraq yüksək səviyyədə elmi-tədqiqatlar aparmaqla yanaşı, həm də 1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, 2003-cü ildən AzTU-nun Avtomatika və idarəetmə kafedrasının professorudur. Rektor yeni prorektora uğurlar arzu edib, həmçinin əvvəlki prorektor Xaliq Yahudova fəaliyyətinə görə təşəkkür edib.

Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun ona doğma olduğunu qeyd edib və göstərilən bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub.

* * *

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub Nurəli Adil oğlu Yusifbəyli - 28 mart 1963-cü ildə Azərbaycan Respublikasında anadan olub.
1980-cı ildə Kiyev Politexnik İnstitutunun (indiki Kiyev Texniki Akademiyası) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu “Elektrik Sistemlərinin Kibernetikası” ixtisası üzrə bitirib.
1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi, 1989–1993-cü illərdə “Azərenerji” Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb.
1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini, 2001–2002-ci illərdə “Azərenerji” ASC “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifələrində çalışıb.
2002–2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərenerji” ASC “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrini icra edib.
Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri” ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olub.

2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.

2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib.

MDB üzv ölkələri Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə “MDB-nin Əməkdar energetiki” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar Mühəndisi” fəxri adına layiq görülüb.

Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə “Qızıl Buta” mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi ilə birgə təşkil olunan innovasiya müsabiqəsində II yerə layiq görülüb. FAO-nun qiymətləndirməsinə əsasən I yerə layiq görülüb.

1990-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun aspiranturasını bitirib. 1997-ci ildə “Mürəkkəb EES-də TAT qurğusunun qoyuluş qiymətlərinin tənzimlənməsi” mövzusunda namizədlik, 2004-cü ildə isə “Dispetçer İdarəçiliyinin yeni şəraitdə fəaliyyətinin nəzəri-metodik əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Texnika elmləri doktoru, professordur, 6 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 2 patent, 3 Azərbaycan Standartı və 140-dan çox elmi əsərin müəllifidir.

“ELECTRO-energetics-tecnnics-mechanics+control” Beynəlxalq Elmi-İstesalat jurnalının baş redaktorudur.

Azərbaycan Respublikası Prezidenti yanında AAK-da qeydiyyat nömrəsi ED 2.04 olan Dissertasiya Şurasının sədridir.

Azərbaycan MEA Energetika üzrə problem Şuranının sədr müavini və beynəlxalq “IEEE”(Institute of Electrical and Electronics Engineers) Cəmiyyətinin, "Проблемы энергетики" və “Applied Mathematics” jurnallarının redaksiya heyətinin və bir sıra elmi tədqiqat institutları elmi şuralarının üzvüdür.

1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur, 2003-cü ildən ATU-nun “İdarəetmə və Avtomatika” və 2016-cı ildən ADNSU “Elektoenergetika” kafedrasının professoru və "İstilik energetikası" kafedrasının müdiridir. ADNSU nəzdində D.02.142 Dissertasiya Şurasının sədr müavinidir.

Təhsil nazirinin əmri ilə 2021-ci ilin yanvar ayından AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub.

Ailəlidir, iki övladı var.

***

Biz də tanınmış alim, Azərbaycan Respublikasının Əməkdar Mühəndisi, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Nurəli Adil oğlu Yusifbəylini AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: