Bohema yalnız Tiflisdə ola bilər.
Gürcüstanın hüdudları daxilində Tiflis bohemaya müvafiq sahənin ayrıldığı yeganə şəhərdir.
Hər bir dövrün öz poeziyası vardır, amma bu poeziya həmişə ədəbiyyatla yayılmır. Tiflis aşıqları və sazandarlar mahnılar ilə və şifahi nitqlə öz poeziyalarını yayırdılar.
Şatobrian (Fransız yazıçısı Fransua Rene de Şatobrian - M.M.) söyləyir:
“Hələ mahnı oxuyurlar, sonra yazırlar”.
Bizim aşıqlar isə bir-ikisini çıxmaqla, heç bir zaman yazmırdılar. Onlar özlərinin şüur valında şifahi olaraq bütün əsrin zehni xəzinəsini daşıyırdılar və bu tükənməz material mahnı şəklində bizə qədər gəlib çatırdı. Köhnə vaxtlar Tiflisin küçələrində ovsunlanmış gəlib keçənlərin nəfəsini qısmış halda dinlədiyi mahnı eşidilirdi.
“Açıq havada təşkil olunmuş konsertlər yerli əhalinin musiqi istedadını aşkarlayırdı. Bu konsertlər adi olaraq gündəlik zəhmətdən yorulub evə qayıdan dükançılar, sənətkarlar və başqa əmək adamları tərəfindən keçirilirdi” (Kavkaz”, 1894-cü il, №52).
Mahnı şifahi ədəbiyatın yayılmasında ən güclü vasitədir. Mahnı təkcə insana deyil, eləcə də zəhərli ilanlara da təsir göstərir. Musiqini eşidəndə bu ilanlar bəzən rəqs edirlər və sakitləşirlər. Budur, Şota da deyir: ”Şirin dil ilə ilanı da yuvasından çıxarmaq olar”. Kəndi, istərsə də qəsəbə-şəhərləri dolaşan, el şənliklərində, qəhvəxanalarda mahnının vasitəsi ilə xalq poeziyasının nümunələrini yayan “şirin dillilər” bizim aşıqlar idilər.
Akademik N.Marr yazır:” gürcü ədəbiyyatının populyarlaşmasına kilsə bayramları güclü yardım göstərirdi... Gürcüstanın bütün guşələrindən ən yaxşı müğənnilər və xalq nəğməkarları (zurnaçı, sazandar) bu bayrama toplaşırdılar. Bu müğənnilərin vasitəsi ilə gürcü ədəbiyyatının, az, istərsə də çox, görkəmli və arzu olunan nümunələri xalq arasına çıxırdı”.
Tiflis yaxınlığında ikonaıarı ilə Tiflisdən çoxlu camaatı özünə cəlb edən çoxlu kilsə vardır. Bolnisoba, Barbaroba, Şavnabatoba, Teletoba, Ğvtaeoba, Elioba, Tsinanauroba və sair.
Tifıisin ğaracoxeliləri (qaracuxalıları) klerikalizmə aludəçiliklə hər halda günahlandıra bilmərik. Köhnə vaxtlarda şəhərətrafında yalnız iki əyləncə yeri mövcud idi: Sadə camaat üçün Ortacala bağları və Avropa tərbiyəsini almışıar üçün Müştəhid bağı. Buna görə bu bayram günləri də Ğaracoxelilər ünün sağlam təbiət qoynunda bir yerə yığılmış duyğuya tamamilə sərbəstlik verdiyi və bütün üç gün ərzində ürəkdən sərxoşluq etdikləri əyləncəli yer idi.
Onlar kef çəkdikləri barədə olduğu qədər kilsə duaları barəsində düşünmürdülər.
“Qadın əgər xəstə olarsa,
Aparacaqlar yüyürtmə.
Hər halda bir dəfə atılıb düşərsə,
Nə istəyirsən, ola bilməz ki, ona xeyri dəyməyə”.
Əgər bu günlərdə qadın üçün atılıb düşmək, illah da xəsət qadın üçün bir növ müalicəvi idi. Aydındır ki, Tiflisli ğaraçoxelilər necə bir eşqlə bu kilsə bayram günlərini qarşılayırdılar.
Ailənin ixtiyar üzvləri və ailə, arvad-uşaq kilim sərilmiş arabalar ilə, imkanlı qaraçoxelilər isə irəlicədən kirayələnmiş faytonla yola çıxırdılar.
Getməmişdən öncə əvvəlcə bir çərək şərabdan vurur, sonra qəlyanı ağızlarına alır və beləcə yaxşıca həvəsə gəlmiş halda xoşhallanar və zümzümə edərək əhd olunan ibadətxanaya gedirdilər.
“Mənim qəlbim məhz elə isti təndirdir,
Dostluq etməyi mən də bilirəm.”
Şübhəsiz, üç atın qoşulmalı olduğu faytonlar fövqəladə şəkildə yaşıl budaqlarla bəzədilirdi. Atların boğazlarından zınqırovlar asılırdı, yalmanlarından isə Bağdad yaylığı dəstə-dəstə bağlanırdı.
Bəziləri öz atları ilə yola çıxırdılar, bəziləri isə ələlxüsus, “niyyət edən”qadınlar ayaq yalın da gedirdilər.
Havaların əlverişsiz keçməsi heç kimə mane olmurdu.
Bu kilsələrin barısında bəzi dükançı, xüsusilə, belə “xoşbəxt gün üçün” daimi mənzillər də inşa etmişdi.
Bildiyimiz kimi, bu əhli-keflər allahdan qorxan deyildilər. Onların başları müxtəlif sufi cır-cındırlarından azad idi, amma onlar dədə-baba adətlərinə əməl edirdilər və bu kilsə bayramında yalnız və yalnız allah yolunda qurban kəsməyə inanırdılar.
Bir tiflisili şair- Xəyal Qazaxlı öz hisslərini ifadə etmək üçün bu cür müqayisəyə müraciət edir:
“Mənə səni qucaqlamaq çətin oldu,
Eşqinlə məni alçaltdın, mənim qatilim oldun,
İbadədgahsan, qüdrətli ikonasan,
Mən sənin qapına qurban kimi gəldim.”
Aşıqlar bu cür şənliklərdə lazım olan kefi, əyləncəni verirdilər.
Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu.
Şəkillərdə:
1. Niko Pirosmani "Qaraçoxelilərin kef məclisi".
2. Qədim Tiflisin aşıqlarından biri Haziranın dəstəsi.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.