AVDALLI KƏNDİ

AVDALLI KƏNDİ ABDALLI (AVDALLI) - Qədim Borçalı mahalının Bağ bölgə­sinin Bolulus, indiki Bolnisi rayonunda Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, Tiflis-Bol­nis-İrəvan avtomobil yolunun kənarında, dəniz səviyyə­sin­dən 620 m yüksəklikdə yerləşən qədim türk kəndinin adı­dır.
Son il­lərdə, çox təəs­süflər olsun ki, Abdallının adı dəyiş­di­rilib, gür­cü dilində «Ca­vaxi» qoyulub.
Əhalisi 1000 nəfərə ya­xın­dır.
Kənd­­də Azərbaycan mək­təbi 1927-ci ildə yaradılıb.
Tanınmış ictimaiyətçilər Məmməd Məmmədov, İsvahan Şa­milov, Kamal Nəviyev və b. bu kəndin yetirmələridir.
Kən­din yaxınında qaya üstündəki qədim qalanı Koroğlu qa­lası adlandırırlar.

Ab­dallı kən­dinin adı «avdal» və ya «abdal» etnonimi ilə bağ­­­­lıdır. Azərbaycanda bu etnonim ilə bağlı bir sıra oy­ko­nim­­­­­lər vardır.
O cümlədən, Ağdam ra­yo­nunda Abdal və To­vuz ra­yon­unda Abdal, Oğuz rayo­nunda Abdallı, Xanlar rayo­nun­da Çoban Abdallı kəndləri vardır.
Qəbələ rayonunda Nis Av­dallı, Qubadlı rayonunda Abdalanlı, Qərbi Azərbaycanda (in­diki Er­mənistanda), xüsusilə sabiq İrəvan xanlığının Qə­rip­basar və Qırxbulaq mahallarında Av­dallar kənd­ləri vardır.
Həmçinin, Azərbaycanın qədim və dilbər guşələrindən olan və hazirda düşmən erməni qəsbkarlarının əsarətində olan La­çın şə­hə­ri də 1923-cü ilə qədər Av­dal­lar ad­lan­mışdır. (Mən­bələrin verdiyi məlu­mat­la­ra görə, Avdal qədim türk tayfa­larından biri olmuşdur.)
Bö­yük Qaf­qaz dağ­larının yamac­larında - Naxçıvan ərazisində Av­dal da­ğı (oro­nimi), Araz ça­yı vadi­sində və həmçinin, Azər­bay­­canın digər bölgələrində də bir ne­çə Av­dal yur­du, Avdal ocağı deyilən yerlər qeyd olun­muş­dur.
Həm­­­çinin, Türkiyədə, Əfqanıstanda, Qara­çay və Balkar­larda, İraqda Avdal etnonimi ilə bağlı bir çox abidə və kənd­lər möv­­cud­dur.
Bu isə, «avdal» tayfasının qədim zaman­larda əsr­­­­­lər boyu köçəri həyat keçirməsi və müx­təlif tayfalar tərə­findən sıxış­dırılması ilə əlaqədardır.
Avdal sözünün ümumi mə­nası «ovu qoruyan, ova arxa olan», türkdilli xalq­ların mi­fologiyasında deyildiyi kimi «ov tanrısı» deməkdir.
Klassik Azərbaycan şairlərindən NəsimiŞah İs­mayıl Xətayi də av­dal tayfa­sından olmuşlar.


AVDALLI KƏNDİ P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

M-Borcali@mail.ru

və ya:

info@zim.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: