YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZAHİD MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZAHİD MÜƏLLİM!..Bu gün dostum, qardaşım Zahid Nəsibovun
65 yaşı tamam olur.


Bu münasibət ilə qos-qoca Tiflisdən Zahid müəllimi təbrik edir, ona həyat yoldaşı ilə, oğulları ilə, bir qızı ilə və nəvələri ilə mehriban ailə şəraitində həyat sürməyi, həyatda ən başlıcası olan can sağlığı və uzun ömür arzulayıram. Zahid müəllimlə mənim uşaqlığım bir keçib. Köhnə yurdda da, təzə yurdda da qonşu olmuşuq. Bu gün mənim ədəbiyyat sahəsində mühüm mövqe tutmağımın əsas səbəbi onun atası rəhmətlik Rəhman müəllimin başçılıq etdiyi ailə olub. Bu yeddu qardaşın əlavə qardaşı da mən hesab olunurdum. Rəhmətlik anam mənim təkliyimi nəzərə alaraq bunu el adəti ilə yoluna salmışdı.Onun qardaşlarından biri olan və mətkəbdə bərabər oxuduğum Sabit ilə qardaşlıq olmuşdum. Ataları Rəhman müəllim gözəl şeirlər də yazırdı. Aşıqlar məclislərdə onun sözləri üstündə öz mahnıları oxuyardılar. Görünür, bu yöndən Zahid müəllim, eləcə də mən o vaxtlar qəbul olunması çox çətin olan Bakı Dövlət Universitetin filologiya fakultəsini seçdik. Zahid müəllim beş dəfə bu elm ocağına imtahan verib, amma müsabiqədən keşməyib, Bir iki dəfə də mən vermişəm. Mən də onu kimi. Nəhayət, bu universitetdə o əyaniyə, mən də qiyabiyə qəbul olundum. Yataqxanada indi Azərbaycan ədəbiyyatında xidmətləri olan Məhərrəm Qasımlı, Məti Osman oğlu, rəhmətlik Arif Əmrahoğlu və başqaları ilə qalırdılar. Arada sessiyalara gedəndə onların yanında qalırdım.
Professorlardan Səlim Cəfərov, Muxtar Hüseynzadə, Pənah Xəlilov, Mir Cəlal, Bəxtiyar Bahabzadə, Əlövsət Abdullayev, Həsrət Həsənov, Ağamusa Axundov, Musa Adilov, Şamil Qurbanov, Cəlal Abdullayev, Tofiq Hacıyev və sair kimi müəllimlərdən dərs alıb. Onların bəziləri mənə də dərs deyib. Universiteti bitirən kimi, vətənə qayıdıb. Məncə, orda qalsa idi, şübhəsiz, bu görkəmli alimlərin sırasını artırardı. Nə isə. Elinə-obasına qayıtdı. Həmin vaxtlar belə bir ənənə var idi, əsil ziyalıar yurduna qayıdırdı. Məsələn, Səyyad Xəliliv.
Zahid müəllim 1981-ci ildə Marneuli Kitabsevərlər cəmiyyətini məsul katibi, sonralar Marneuli rayon partiya komitəsinin məsləyətçisi, 1986-1989-cu illərdə partiya kabinetinin müdiri işləyib. Sonra fəaliyyətini maarif şöbəsində davam etdirb.
Ailəlidir, iki oğli, bir qızı və 5 nəvəsi vardır.
Zahid müəllimi qos-qoca Tiflisdən bu yubiley münasibəti ilə bir daha təbrik edirəm!

Hörmətlə qardaşın: Mirzə Məmmədoğlu


P.S. Onu da qeyd etməyi özümə börc bilirəm ki, Zahid müəllim Gürcüstanda dövri mətbuatı, nəşrləri yığıb saxlanc edən yeganə şəxsdir. Qəzet və jurnallarımızın “canlı katoloqu” olan Zahid müəllim böyük erudisiyaya malikdir. Tarixə, ədəbiyyata aid fikirləri insanı valeh edir. Zahid müəllimin bu səviyyəyə çatmasında əməksevərliyi və yaddaşı mühün rol ouynayır. Məhz elə bu məziyyətlərinə görə Zahid müəllim hamımızın sevimlisidir! Bir daha təbriklər və uğurlar!!!

REDAKSİYADAN:


Biz də hörmətli Mirzə Məmmədoğlunun bu səmimi təbrikinə və xoş arzularına qoşularaq,
Zahid Nəsibovu ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və
şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: