Dekabrın 26-ı Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü və
Azərbaycan Aşıqlar Birliyinin katibi,
"Ozan dünyası" jurnalının baş redaktoru
Musa Nəbioğlunun Ad günü idi.
Dekabrın 30-da isə o,
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
"Əməkdar mədəniyyət işçisi"
fəxri adına layiq görülmüşdür.
Biz də Musa müəllimi
həm Ad Günü,
həm fəxri adla təltif olunması,
həm də 31 Dekabr - Dünya
Azərbaycanlılarının Həmrəyliyi günü
və Yeni il Bayramı münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında,
ictimai fəaliyyətində və
yaradıcılıq işlərində
yeni-yeni uğurlar
arzulayırıq!..
Müşfiq BORÇALI.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü və
Azərbaycan Aşıqlar Birliyinin katibi,
"Ozan dünyası" jurnalının baş redaktoru
Musa Nəbioğlunun Ad günü idi.
Dekabrın 30-da isə o,
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
"Əməkdar mədəniyyət işçisi"
fəxri adına layiq görülmüşdür.
Biz də Musa müəllimi
həm Ad Günü,
həm fəxri adla təltif olunması,
həm də 31 Dekabr - Dünya
Azərbaycanlılarının Həmrəyliyi günü
və Yeni il Bayramı münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında,
ictimai fəaliyyətində və
yaradıcılıq işlərində
yeni-yeni uğurlar
arzulayırıq!..
Müşfiq BORÇALI.
Həyatı:
Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov) 1958-ci il dekabrın 26-da[1] qədim Borçalı mahalının, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində anadan olub.
1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.
İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib.
1986-1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.[2]
Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur.
O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib,
Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb.
1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb.
2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin də üzvüdür.
Hazırda Azərbaycan Aşıqlar Birliyinin katibi və "Ozan dünyası" jurnalının baş redaktorudur.[3]
Əsərləri:
Lətifələr. Bakı: "Araz", 2001, 68 səh.
Ulu Borçalı: ömrə ömür calayanlar. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2002, 352 səh.
Borçalı (M.Sarvanla birlikdə). Bakı: "Nurlan", 2003, 660 səh.
Buta dünyası. Bakı: "Nurlan", 2004, 230 səh.
Ləkəsiz bir vicdan, böyük bir ürək (S.Məmmədovla birlkdə). Bakı: "Nurlan", 2005, 320 səh.
Rəfiq Sarıvəlli. Bakı: "Nurlan", 2005, 248 səh.
Dəniz qartalı. Bakı: "Nurlan", 2007, 208 səh.
Ömrümüzdən keçən qatar. Bakı: "Nurlan", 2008, 288 səh.
Alışmaqdı Səməndərin peşəsi. Bakı: "Nurlan", 2009, 188 səh.
Ozan-aşıq dünyası. Bakı: "Nurlan", 2010, 144 səh.(şəkilli), 1000 tiraj.
Sazımız-sazbəndimiz. Bakı: "Elm və təhsil", 2011, 140 səh.(şəkilli), 1200 tiraj.
"Sözün Zəlimxan zirvəsi". Bakı, "Vətən" nəşriyyatı, 2015, 174 səh. 500 tiraj.
İstinadlar:
1. Elbəyi Cəlaloğlu (13 Yanvar 2009). "Ömür qatarının tanrı vağzalı (Dostum Musa Nəbioğlunun 50 illik yubileyinə)" (az). borchali.net. İstifadə tarixi: 2015-01-30.
2. "Azərbaycan Aşıqlar Birliyi:Quruluş" (az). Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı. azab.az. 2009. İstifadə tarixi: 2015-01-30.
3. "Ozan dünyası" jurnalı" (az). Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı. azab.az. 2011. İstifadə tarixi: 2015-01-30.
4. az.wikipedia.org/wiki/Musa_Nəbioğlu.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.