Jurnalist,
Varşava Universitetinin Şərqşunas üzrə magistrı,
Polşa Elmlər Akademiyasında doktorluq elmi dərəcəsinə namizəd,
Polşada «Qafqaz Evi»nin prezidenti.
«Qafqaz Evi»-nin əsas məqsədi Qafqazda maraq oyatmaqdır. Biz bu regionun bütün nümayəndələri üçün onların öz fikir və düşüncələrini sərbəst şəkildə ifadə edə biləcəkləri açıq bir forum yaratmaqla Qafqaz xalqlarının bir-birlərindən təcrid olunmasını dayandırmaq istəyirik. Biz, effektiv ünsiyyət şəbəkəsi yaratmaq üçün müxtəlif nöqteyi-nəzərləri nümayiş etdirmək arzusundayıq. İnformasiya siyasəti mövzusunda yazdığım doktorluq dissertasiyasında da rastlaşdığım kimi, təkrar səylər dialoq əldə etməyin yalnız bir yoludur. Şübhəsiz, Polşada «Qafqaz Evi»nin yaradılması bizim bu dialoqun baş tutması istiqamətində ilk addımımızdır.
24 August 2007.
Qafqaz ölkələrin nümayəndələri Tadeuş Mazoveski ilə (1989 -1991 illərdə lll RP-nın baş naziri).
Foto "R. Schuman paradından" (Varşava, may 2006), müəllif: V. Hebanovski.
Ön söz
Canablar və Xanımlar!
Ana Vətənlərimiz və Ölkələrimiz naminə 2007-ci il martın 26-da Polşada, Varşavada “Qafqaz Evi” yaradıldı və həmçinin burada qeydiyyatdan keçdi.
“Qafqaz Evi” müstəqil qeyri-hökumət təşkilatıdır. Bizim assosiasiya Cənubi Qafqazdan, daha dəqiqi – Azərbaycan, Ermənistan və Gürcüstandan olan nümayəndələrdən təşkil olunacaq. Bununla belə bizim “Ev”in qapıları bütün Qafqaz xalqlarının nümayəndələrinin üzünə açıqdır.
“Qafqaz Evi”nin yaradılmasının bir sıra əsaslı səbəb və məqsədləri var. Amma bu məsələyə keçməzdən öncə qeyd etmək istərdim ki, bizim əsas məqsədimiz əsrlərlə yaşı olan gözəl və zəngin mədəniyyətimiz və adətlərimiz barədə bilikləri digər xalqlara ötürməyə çalışmaqdır. Bu mədəniyyətlərin tarixi zamanın dərinliklərinə gedib çıxır. Elə dərinliklər ki, o zaman Avropa belə mövcud deyildi.
Şübhə etmirik ki bu, başqa ölkələrdə yaşayan həmjaşlarımiza bizim haqqımızda məlumat əldə etmək imkanı vermək üçün doğru yoldur. Həmçinin biz də onların zəngin təcrübəsindən yararlana bilərik.
“Qafqaz Evi” heç şübhəsiz bizim üçün – Qafqazın uşaqları – oğulları və qızları üçün yaradılıb. Buna görə də biz aşağıdakı məqsədlərə nail olmaq niyyətindəyik:
- Xalqlarımız və ölkələrimiz haqqında bilgilər yaratmaq. Xüsusən də bu, “Azəri evi”, “Gürcü Evi” və ya “Erməni Evi” deyil, ümumi “Qafqaz Evi”dir.
- Informasiya mübadiləsi üçün ümumi platforma yaratmaq. Ümid edirik ki, bu Qafqazlıların inteqrasiyasına kömək edəcək və digər tərəfdən bizim regionda informasiya sahəsindəki boşluğu dolduracaq.
- Biz devizə riayət etmək üçün əlimizdən gələni edəcəyik: harmoniya yaradıcı, düşmənçilik isə dağıdıcıdır. Beləliklə, bizim informasiya siyasətimiz bu sözlərin üçlüyü kimi müəyyən ediləcək:
MƏLUMATLILIQ – DİALOQ - ANLAŞMA
Biz bunun geniş imkanlar olduğunu bilirik. Bununla belə, biz təsəvvürə arzuladığımız kimi sərbəst özünüidarə verə bilmirik. Hər şey bizim maliyyə və insan mənbələrimizdən asılıdır. Hal-hazırda bunlar məhduddur.
Biz nəyə gorə “Qafqaz Evi”ni Polşada yaratdıq?
Qafqazlıların əksəriyyəti üçün “Qafqaz Evi”nin, hazırki bu bizim yox, həqiqi siyasi qurum kimi teşkilatın təxminən 100 il öncə, iki dünya müharibəsi arasında Polşada, Varşavada yaradılması təəccüblü görünür.
“Qafqaz Evi” 123 illik əsarətdən qurtulmuş Polşada polyak qonaqpərvərliyini dadmaq şansı olan Qafqaz emiqrantları tərəfindən yaradılıb. Qorxuruq ki, bizim Bani Əcdadlarımızın adları indi unudulub. Birlikdə fəalliyyət göstərməyə tərəddüd etməyən insanların adları.
Unutmamalıyıq ki, bizim həmvətənlər ölkələrinə xidmət etmək üçün ailələrini tərk etməyə məcbur olaraq təxminən 3000 km yol qət etmişlər. Marşal Yozef Pilsudski (böyük polyak dövlət xadimi, Polşanın milli azadlıq mübarizəsinin lideri) onları qonaqpərvərliklə qarşıladı. O, Polşada etnik və mədəni cəhətdən rəngarəng cəmiyyət konsepsiyasının böyük tərəfdarı idi.
Əsrlər boyu polyaklar “bizim və sizin azadlıq” uğrunda mübarizə aparmağa hazır olublar. Indi də onlar dünyanın müxtəlif yerlərində sülh missiyalarında aktiv iştirak edirlər.
“Qafqaz Evi” Polşanın zəngin mədəni həyatına, gənclərin fəaliyyətinə, tələbələrin həyatının çiçəklənməsinə, bir sözlə ictimai həyatın iştirak etmək istədiyimiz bütün sahələrinə aktiv qoşulmaq istəyərdi.
Bİz nə üçün üzərimizə belə bir məsuliyyət götürürük? Bəzi insanlar soruşa bilər.
Biz inanırıq ki, hər bir nəslin dünyanı daha da yaxşılaışdırmaq kimi bir vəzifəsi var. Biz sadəcə dayanıb bütün bu ağrı-acı, bədbəxtlikləri ata-babalarımızın üzərinə ata bilmərik. Biz Qafqaz ölkələrinin gələcəyi üçün məsuliyyət daşıyırıq.
Əziz dostlar, bu ülvi məqsədlərə çatmaq üçün görün artıq bizim nə qədər böyük imkanlarımız var. Belə isə regionumuz və xalqlarımız naminə işə başlayaq!
Hicran Aliyeva İslam
"Polşada Qafqaz Evi"nin prezidenti.
Azərbaycan-Polşa (mədəniyyətlərarası və ədəbiyyat əlaqələri)
Azərbaycan və Polşa mədəniyyətlərarası və ədəbiyyat münasibətlərinin tarixi 19-cu əsrin birinci yarısına aiddir. Onlar əsasən Peterburq, Varşava və Qafqazda inkişaf etməyə başlamışdır. Polşa şərqşünası Yozef Sepkovski bu sahənin sələfi idi. O 1825-ci ildə Peterburqda Azərbaycan ədəbiyyatı xalq tamaşasının rus dilinə tərcüməsini “Polarnaya zviezda” jurnalında çap etdirdi. Sonra, 1825-ci ildə B.Romanoviç Bakı və onun memarlığı haqqında məqalələri dövri "Literaturnaya qazeta"da çap etdirdi.
O dövrdə azərbaycanlı ziyalıların kiçik qrupu oyanmağa başladı. 19-cu əsrin birinci yarısında Azərbaycan mədəniyyətinin əsas mərkəzləri Peterburq və Tbilisi idi. Mədəni oyanışın öncülləri Mirzə Qafar Topçubaşov, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınski, Abbasqulu Ağa Bakıxanov idilər.
1819-cu ildə Peterburqda polşalı və azərbaycanlı alim və yazıçılar əlaqələri inkişaf etdirməyə başladılar. Birinci yer Azərbaycan ziyalılarının öndə gedən nümayəndəsi, Peterburq Universitetinin Fars dili və ədəbiyyatı bölməsinin direktoru, professor Topçubaşova verilməlidir. O 1820-ci illərdə aralarında Ludviq Vladislav Spitznagel və Aleksandr Çodzkonun da olduğu şərq məşğələlərinə qatılan az miqdarda polşalı tələbəyə dərs deyirdi.
Gənc şərqşünas Vladislav Spitznagel öz məşğələləri dövründə Nizaminin "İsgəndərnamə" klasik şerinin bir hissəsini Fransız dilinə tərcümə etmişdi. 12-ci əsr şairi Nizami Gəncəvi tanınmış şərq qəhrəmanı Böyük İsgəndərin əfsanəvi tarixini təsvir etmişdir.
1824-cü ildə Topçubaşov şəxsən Adam Miskieviç ilə görüşdü və azərbaycanlı alim və tanınmış polşalı yazıçı arasında dostluq başladı. A. Miskieviç Topçubaşovun nəzarəti altında Fars dilini öyrənməyə başladı. 1826-cı ildə Miskieviç Rusiyanın cənubuna olan səfərdən təsirlənərək "Krım şer"ini yazdı. (Polyak dilinidə: "Soneti Krimskie"). Şair şerdə həmçinin bəzi fars ifadələrini işlətməklə şərq mühitini və ruhunu, şərq əzəmətinin ayinlərini təsvir etmişdir. Topçubaşov "Krım şer" lərindən birini tərcümə etməyi qərara aldı və polyak dilini bilmədiyi üçün Aleksandr Çodzko əvvəlcə şeri rus dilinə tərcümə etdi və sonra Topçubaşov fars versiyasını əmələ gətirdi. Bu birinci dəfə idi ki, böyük polyak şairinin əsəri şərq dilinə tərcümə olunurdu.
1830-cu illərin ikinci yarısındakı Polşa-Azərbaycan münasibətlərinin tarixində birinci yer Topçubaşov tərəfindən təsirlənərək Azərbaycan dilini öyrənməklə Azərbaycanın dərin mədəniyyət maraqlarını inkişaf etdirmiş Aleksandr Çodzkoya aiddir. O 1889-cu ildə 16-cı əsr şairi Nəsiminin poeziyasını Polşa dilinə tərcümə etmişdir. Burada onun Azərbaycan epik xalq ədəbiyyatı nümunəsi "Koroğlu" barəsində işini qeyd etməyə dəyər. Bu Azərbaycan folklorunu Qərbi Avropaya təqdim edən ilk kitablardan biri idi.
Hərbi xidmət zabiti, istedadlı şair, çoxsaylı ədəbiyyat əsərlərinin müəllifi və alim Abasqulu Ağa Bakıxanov 1833-cü ildə özünün köhnə başçı generalı İ.Paşkeviçi Varşavada ziyarət etdi. O Polşada altı ayını keçirdi. Bu vaxt ərzində o polyak dilini öyrəndi və çoxlu Polşalı ziyalı ilə görüşdü. O, Varşavada Mikolay Kopernik haqqında planlaşdırdığı monoqrafiya üçün latın mətnlərini və digər materialları bir yerə toplamağa başladı. Şərqi Qafqazın “Gülüstani İrəm” (İngilis dilində: Cənnət qızılgül bağı ) adlı tarixi onun ən mühüm əsəri kimi tanınır.
A.Bakıxanov "Cənnət qızılgül bağı" hissələrini tərcümə etmiş digər Polşa şairi Tadeus Lada-Zabloski ilə dost idi. Şair həmçinin Azərbaycan folklorunun müxtəlif aspektləri ilə bağlı bir sıra mətnlərlə yanaşı "Koroğlu" dastanının bəzi epizodlarını da tərcümə etmişdir. O ilk dəfə Polşalı oxucuya təqdim olunan Azərbaycan folklorunun mini-antalogiyası kimi bir şey yaratmışdı. O həmçinin 17-ci əsr Azərbaycan şairi, Qarabağ xanlığının vəziri M.Pənah Vaqifin əsərlərini də tərcümə etmişdir.
Azərbaycan mədəni oyanışının önəmli nümayəndələrindən digəri 42 yaşında generallığa yüksəldilmiş, Rusiya ordusunun zabiti İsmayıl Bəy Qutqaşınlı (1808-1861) idi. Onun ən yaxşı əsərlərindən biri "Rəşid bəy və Səadət xanım" romanı 1835-ci ildə Varşavada fransız dilində çap olunmuşdur.
Azərbaycan dramının atası, şair və nasir Mirzə Fətəli Axundov (1812-1878) iki Polşalı şair, Tadeuş Lada-Zabloski və Tiflisi ziyarət etmiş Vladislav Strelniski ilə çox yaxşı münasibətlər saxlayırdı. O özünün poeziyasını Polşalı qız Vandaya həsr etmişdi.
Daha bir Polşalı müəllif Hippolit Yarovski (1812-1877) Azərbaycan haqqında yazmışdır. 1858-1859-cu illərdə o Varşavanın "Gündəlik xəbərlərində" Bakı və Azərbaycanın digər şəhərləri barəsində xatirələrini çap etdirmişdi. Bundan əlavə, şərq ədəbiyyatı sahəsində tanınmış mütəxəssis olmuş Stanislava Plaskoviçka-Rumkieviç adını qeyd etmək vacibdir. O 15-ci əsr şairi M.Füzulinin (1489-1556) əsərlərini Polşa dilinə tərcümə etmişdir.
19-cu əsrin 40-50-ci illərində Azərbaycanda təxminən bir neçə min polyak yaşayırdı. Polşa ictimaiyyəti əsasən yüksək təhsilli insanlardan təşkil olunur. Əvvəlcə, Polşa mədəni həyatının mərkəzi kiçik Katolik kilsəsi idi, bir qədər sonralar isə 1909-1912-ci illərdə tikilmiş Santa Mariya kilsəsi oldu.
20-ci əsrin əvvəllərində rusdilli mətbuat Polşa mədəniyyətinin azərbaycanlı oxuculara təqdim olunmasında çox mühüm rol oynayırdı. Xüsusilə digər Bakı jurnalları ilə birlikdə dövri "Kaspi" jurnalı Polşa ədəbiyyatından və Polşalı yazıçılarının əsərləri barəsində məqalələrdən bəzi tərcümələri çap edirdi. 1907-ci ildə Polşa dilində Qafqaz barəsində sorğu kitabçası çıxdı.
Eliza Oreşkova, Boleslav Prus, Stefan Zeromski, Adam Asnik, Qabriyela Zapolska və xüsusilə bütün Qafqaz ölkələrində məşhur müəllif, Nobel mükafatı laureatı Henrik Sienkieviçin ədəbiyyatını xalqa tanıtmaq üçün cəhd göstərən redaktor İ.Voyniloviçin rəhbərliyi altında Polşa dilində "Faris" jurnalı 1907-1908-ci illərdə Bakıda yayıldı. 1917-ci il yanvarın 24-də Azərbaycan jurnalı "Açıq söz"də Polşa mədəniyyətinin və Henrik Sienkieviçin əsərlərinin xüsusi bir şövqlə təqdim olunduğu məqaləyə ayrıca diqqət yetirilməlidir.
19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində Polşa memarları müasir Azərbaycan memarlığına çox böyük xidmətlər göstərmişlər.
Skibinski, Qoçlavski, Skureviç, Ploşko, Kriştaloviç, Zaleski, Koşinski və digərlərinə xüsusi diqqət yetirilməlidir. Koşinski və Zaleski kimi memarlar 19-cu əsrin 80-ci illərində Bakının inkişafında mühüm rol oynamışlar.
Memar Euqeniuş Skibinski 1900-cü ilə kimi 250 binanın, xüsusilə iqamətgahların, villaların və şərq üslublu dəmir yolu binası kimi dövlət binalarının və 19-cu əsrin 90-cı illərində Tağıyev Teatrının layihələrini hazırlamışdır.
1892-ci ildə memar Yozef Qoçlavski (1865-1904) Bakı şəhərinin baş memarı vəzifəsinə yüksəldildi. 1891-ci ildə ona Müqəddəs Aleksandr Nevski Kilsəsini tikmək tapşırıldı, o həmçinin Bakı Bələdiyyə Şurası "Baksovet" in və multimilyoner Tağıyevin sarayının da layihəsini çəkmişdir. Digər Polşalı memar Kazimier Skureviç (1866-1950) çoxsayl ictimai binaların, o cümlədən iqamətgah binalarının, xüsusilə Milli Bankın binasının (1897-1899), Tağıyevin Rotschild bureau de change pasajının müəllifi idi. Memar Yozef Ploşko yanğın idarəsinin (1899), Venesiya üslublu Azərbaycan Milli Elmlər Akademiyası (1908), Yeni Avropa mehmanxanası, milyoner M.Muxtarovun çoxmərtəbəli evləri və Müqəddəs Mariya Katolik Kilsəsi (1909-1912) binalarının layihəsini çəkmiş və həyata keçirmişdir.
20-ci əsrin son illərində Azərbaycanda mədəniyyətlər arası əlaqələr tarixində araşdırmalar çiçəklənməyə başladı. 19-cu əsrin birinci yarısı ədəbi əlaqələr üzrə mütəxəssis M. Sadıxovun işlərinə və Gülər Əbdülbəyovun 1920-1979-cu illərin ədəbi əlaqələrinə aid əsərlərinə xüsusi yer verilməlidir.
Polşa və Azərbaycan Mədəniyyət Assosiasiyasının
Prezidenti:
KƏRİM HACIYEV
Qdansk 12.03.2005
Ədəbiyyat:
1. Bohda Baranovski, Kriştof Baranovski ‘’Historia Azerbejdzanu’’, Ossolineum 1987
2. Andrey Çodubski ‘’Aktivnost kulturalna polakuv v Azerbejdzanie v XIX i na poçatku XX v’’, Qdansk 1986
3. Şamil Fətullayev - Fiqarov ‘’Qradostroitelstva Baku XIX - naçala XX vekov’’ Sankt-Peterburq 1978
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.