Kadrlar şöbəsinin keçmiş rəisi Ağayev Əlibala Eldar oğlu
müxtəlif kütləvi informasiya vasitələrində
Polimer Materialları İnstitutunun və AMEA-nın rəhbərliyinə qarşı
heç bir əsası olmayan, böhtan xarakterli məlumatlar yaymışdır.
Həqiqəti əks etdirməyən, tamamilə əsassız məlumatlardan ibarət
yazıların institutumuzun, eləcə də AMEA-nın nüfuzuna və
müsbət işgüzar imicinə xələl gətirdiyi üçün bu açıqlamanı
vermək məcburiyyətində qaldım."
- Bu sözlər Polimer Materialları İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, k.ü.e.d., professor Bəxtiyar Məmmədovun
ZiM.Az-a ünvanladığı açıqladamandır.
Açıqlamada da daha sonra qeyd edilir ki, "2014-cü ildə Əlibala Ağayev
müvafiq sahədə təcrübəsi olmadığı halda keçmiş rəhbərlik tərəfindən
Laçın rayonundan məcburi köçkünlüyü, dörd övlad atası olması
nəzərə alınaraq Kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir.
Əlibala Eldar oğlu Ağayev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını və məhkumluq həyatı keçirməsini işə qəbul olunan zaman kadrlar uçotunun şəxsi qeydiyyat vərəqəsində və tərcümeyi-halında göstərməmişdir.
Polimer Materialları İnstitutu aidiyyatı qurumların araşdırmasından sonra aşağıdakı məzmunda məlumat almışdır: “Daxil olmuş məlumatlar görə Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin rəisi, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuş Əlibala Ağayev qulluq mövqeyindən sui-istifadə etməklə işə yeni qəbul olunan, əmək müqavilələri uzadılan şəxslərdən müəyyən təmənna gözləmiş, qeyri qanuni sənədləşmə aparmış, eləcə də qadın əməkdaşlara qarşı münasibətdə etik davranış qaydalarına riayət etməmişdir ki, bu hallar sosial narazılığın yaranmasına zəmin yaratmışdır.”
Ağayev Əlibala Eldar oğlu işlədiyi müddətdə də “dələduzluq” fəaliyyətindən əl çəkməmiş, vətəndaşları aldadaraq "borc" pul almış, borcu ödəməkdən imtina etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57saylı, 16.12.2015-ci il icra sənədi ilə həmin borcun onun əmək haqqından tutulması qət olunmuşdur. Laçın Rayon Məhkəməsi yaranmış məhkəmə zərurəti ilə əlaqədar Ağayev Əlibala Eldar oğlu haqqında məlumat (17.10.2016 tarixli 1/96 saylı müraciət məktubu) istəmişdir. Bundan əlavə, vətəndaşların belə səpgidə qeydiyyata alınmayan çoxsaylı şifahi müraciətləri olmuşdur.
İşlərində yol verdiyi ciddi nöqsanlara görə Ağayev Əlibala Eldar oğluna PMİ-nin Elmi Şurası tərəfindən xəbərdarlıq edilmiş (30.03.2017 tarixli iclasın qərarı ilə) və AMEA prezidentinin sərəncamı ilə (№191, 07.04.2017) töhmət verilmişdir.
Bütün bu qeyd edilənlərlə əlaqədar olaraq, Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin rəisi Ağayev Əlibala Eldar oğlu ilə bağlanmış 10 may 2016-cı il tarixli əmək müqaviləsinə, müqavilənin müddətinin qurtarması ilə əlaqədar 30 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) yarımbəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir, yəni o, qanuni əsaslarla işdən azad edilmişdir. Lakin Əlibala Ağayev iddia edir ki, o bəzi şəxslərin qərəzli münasibətinə görə işini itirib və guya ona deyilib ki, işdən çıxarılmasına dair tapşırıq AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevdən alınıb. Bildirirəm ki, Əlibala Ağayevin işdən çıxarılması ilə bağlı Fətəli müəllimdən heç bir “tapşırıq” gəlməmişdir. İddiasının Ali Məhkəmədə baxılmasına qərar verildiyinə baxmayaraq, Ağayev Əlibala Eldar oğlu AMEA-nın və Polimer Materialları İnstitutunun rəhbər işçiləri barədə əsassız ittihamları internetdə müxtəlif saytlarda yerləşdirmiş, dövrü mətbuatda “ictimailəşdirmiş” və bu yönümdə Polimer Materialları İnstitutunun direktoruna “xəbərdarlıq” və müəyyən mənada “hədə” məktubu ilə müraciət etmişdir ( Lazım gələrsə, müvafiq sənədlərin surətləri, qanunvericiliyə uyğun şəkildə, təqdim oluna bilər).
Bundan başqa, Əlibala Ağayev Polimer Materialları İnstitutunun təmiri üçün üç milyon manat ayrıldığına və vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair yalan məlumat yayıb. Bu da onun ictimai rəyi çaşdırmağa yönəlmiş növbəti cəhdindən başqa bir şey deyil. Beləki, 2013-cü ildən, yəni Fətəli Abdullayevin AMEA-da çalışdığı müddətdə instituta əsaslı təmir üçün heç bir vəsait ayrılmamışdır.
“Sumqayıt” Mənzil Tikinti Kooperativindən mənzil alınması məsələsinə gəldikdə isə onu ictimaiyyətin nəzərinə çatdırırıq ki, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA Polimer Materialları İnstitutunun rəhbərliyi, AMEA-nın və Polimer Materialları İnstitunun mənafeyinə ziyan gətirə biləcək qanun pozuntusuna yol verməmişdir."
Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, k.ü.e.d., professor
Bəxtiyar Məmmədov ZiM.Az-a ünvanladığı açıqlamanın sonunda bildirib ki,
"AMEA Polimer Materialları İnstitutu nüfuzlu dövlət müəssisəsidir və 52 ildir ki, fəaliyyət göstərir.
İnstitutda 89 elmi işçi, o cümlədən 12 elmlər doktoru, 40 kimya üzrə fəlsəfə doktoru və
AMEA-nın 5 müxbir üzvü çalışır. Polimer Materialları İnstitutunun rəhbərliyi institutun nüfuzuna
xələl gətirilməsinə, institut alimlərinin, eləcə də AMEA-nın rəhbər işçilərinin ünvanına yalan və
böhtan xarakterli əsassız ittihamlar irəli sürülməsinə yol verə bilməz. Bununla əlaqədar olaraq,
yaxın zamanlarda AMEA Polimer Materialları İnstitutunun rəhbərliyi vətəndaş Əlibala Ağayev haqqında
lazımi ölçü götürülməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət edəcəkdir."
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.