İftixar: "Tənqidçi" - Şeyx Nəsrullah

İftixar: "Tənqidçi" - Şeyx NəsrullahİFTİXAR
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi.
iftihar-piriyev@mail.ru


“TƏNQİDÇİ” – ŞEYX NƏSRULLAH

Çağdaş dramaturgiyamız barədə guya təhlil, mülahizə və tənqid xarakterli, əyri güzgüdə əyiş-üyüş şəkildə görünən təsvir xarakterli bir yazıya rast gəldim. Öncə, əvvəllərdən də savadsız və istedadsız, eyni zamanda həyata və insanlara oqressiv nəzərlərlə baxan bir “samazvanets” kimi tanıdığım - “samazvaneç” dedikdə, yəni ki, hələ heç kəsin tənqidçi kimi tanımadığı, qəbul etmədiyi, öz yazdıqlarını özündən başqa bir kimsə oxumayan bir “tənqidçi”nin, (Aydın Dadaşov) “ÇAĞDAŞ PYESLƏR” adlı, oxuduqdan sonra gülməkdən qarnımda ət qalmayan eybəcər yazısına münasibətimi diqqətinizə təqdim edirəm.


Müxtəlif nəsilləri təmsil edən dramaturqların (Elçin “Arılar arasında”, A.Babayev “Xilaskar”, F.Mustafa “Su pərisi”, Ə.Quluzadə “Pənah evi”, Ç.Ələsgərli “Şəhidə çevrilən şəhid”, İftixar “Dan yeri söküləndə”, E.Hüseynbəyli “Adəm və Həvva”) fərqli janrlarda yazılmış, fərqli mövzuları əhatə edən, fərqli düşüncə sahiblərinin yaradıcılıq məhsulu olan bu pyeslərin hər birinə eyni cür yanaşma metodu, kasıbçılıqdan bənzər sözləri təkrarlamaqla çevirtatı-vur tatı ilə, sanki zökəm olmuş adamın eyni tonla, eyni səs effekti ilə asqırdığı kimi belə bəsit şəkildə analizini yalnız və yalnız dayaz düşüncə sahibi olan qeyri peşəkar "tənqidçi"nin (əlbəttə ki, bu cür analiz bizi məcbur edir deyək ki, tənqidçi sözü mütləq və nmütləq dırnaq içində yazılmalıdır!) və ya ədəbiyyatı oxuyub ədəbiyyatdan heç nə anlamayan, tənqidçilik iddialı naşı birinin mülahizələri kimi dəyərləndirmək olar. Öncə öz pyesim haqqındakı mülahizəni oxudum. Qərəzli olduğunu zənn etdim… Təmkinli oldum. Daha sonra digər müəlliflərin əsərləri haqqındakı mülahizələri oxuduqdum. Onları da oxuduqdan sonra belə qənaətə gəldim ki, məncə bu "tənqidçi" ən yaxşısı budur ki, qarpız əkməklə məşğul olsuna, məncə o işdə daha çox səmərəli nəticə əldə edə bilər. (Amma burası da var ki, istedadsız və korafəhim adam nə işlə məşğul olsa, elə korafəhimdir ki, korafəhimdi!) Və ya əlindəki diplomunu bayraq kimi onun-bunun gözünə dürtməklə, (həm də özünün kənardan necə göründüyünü sezmədən!) birtəhər böyük bir təhsil ocağında özünə yer tutubsa, getsin sakitcə "işləri" ilə məşğul olsun. Girilməz sərhədlərə daxil olmağa çalışmasın. Çünki, hər bir sərhəd öz partlayıcı maddələri ilə qorunmaqdadır.
Məlumat üçün deyim ki, mənim pyesimi tamaşaya hazırlayıblar. Haqqında da ən ünlü mütəxəssislər – İnqlab Kərimov, Məryəm Əlizadə, İlham Rəhimli, Vaqif İbrahimoğlu və s. hər biri ayrılıqda böyük resenziyalarla yüksək fikirlər söyləyiblər. Bu korafəhim hətta söylənilən fikirləri də başqa rəngə boyamağa çalışmışdır. Məncə belə mövqe savadsızlığın və istedadlı işlərə qarşı qısqanclıq xəstəliyinin bədbəxtçiliyidir.
Bilirsiniz, dsramaturgiyyanı bilməyən birisi dramaturgiyadan tənqidi yazı yazmamalıdır. Darmaturgiya ədəbiyyatın ən çətin, ən mürəkkəb və ən canlı qoludur. Onu təkcə oxumaqla anlamaq olmaz. Onu oxuduqca hiss etmək, bütün varlığınla duymaq, politrasında olan rəngləri aydın görmək, hər bir personajın taleyini öz tale süzgəcindən keçirmək, süjet xəttindəki dramatizmi dolğunluğu ilə anlamaq, süjet xəttinə qoşulan, onun inkişafına əlavə rənglər qatmaqla dinamizmini gücləndirən şaxələrin funksiyasını görə bilmək və onun əsərin fəlsəfəsi dərinliyini anlamaq vacibdir. Bu isə dərin qatları dərk edə bilənlərin, idrakı zəki olanların məfkurəsində özünə yer tuta bilir.
Teatr əsəri yaratmaq üçün yalnız ədəbiyyatı dərindən bilmək yetərli deyildir, həm də teatrı dərindən bilmək lazımdır. Teatı isə teatra gedib-gəlməklə yox, bütün varlığınla bu sənəti hisslərində, duyğularında yetginləşdirməklə və bu sənəti bütün varlığında yaşatmaqla dərindən öyrənə bilmək mümkündür. Tənqid də belədir. Ədəbiyyat və teatr tarixinə nəzər salsaq görərik ki, ən mükəmməl pyeslər (janrından asılı olmayaraq) teatrı dərindən bilən müəlliflər tərəfindən yazılmışdır. Həmin əsərlərin ən mükəmməl tənqidi də dramaturgiyanı dərindən bilənlər tərəfindən təhlil sücgəcindən keçirilmişdir.
Klassik formanı əzbərində yerləşdirən, burnunun ucundan bircə qarış ədəbiyyatın o tərəfini görə bilməyən dırnaqarası tənqidçilər yaxşı olar ki, öncə idrak anlamı barədə düşünsünlər və sonra yaradıcılıq sahəsinin analizi barədə yekəxanalıq etsinlər. Hətta harada və hansı ixtisas üzrə təhsil almaqlarından asılı olmayaraq.
Bu barədə polemikaya hər zaman hazıram və hesab edirəm ki, mənim, haqqında yanlış fikir söylənilən səhnə əsərimin dərki hər “tənqidçi kəs”in anlama qüdrətində deyildir. Ola ki, gözlərində heç bir hikmətli ifadə olmayan, gözlərində ancaq daxili dünyasının qəddarlığı təzahür olunan birisi olsun... beləsi nə anlaya bilər mənim zəngin personajlarla dolu olan, süjetin ana xəttinə qoşulmuş şoxşaxəli hadisələr parametrlərində cəmləşən dolğun, həm də həssas məsələni özündə ehtiva edən, bəşəri bir mövzuya - reallıqla irreallığın qovuşağında insan və torpaq, insan və həyat, insan və əbədiyyət probleminə həsr olunmuş, orijinal formada, orijinal üslubda yoğrulmuş dramaturgiyamdan?..
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: