Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olunub

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olunub Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olunub Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olunub Bu günlərdə Tiflisdə Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə “Universal”nəşriyyatı tərəfindən gürcü dilində üç kitab: Azərbaycanın realist sənətkarı, məşhur yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, Azərbaycanın tanınmış alimlərindən biri, ədəbiyyata şeirlə gələn Məhərrəm Qasımlının (Orxan Paşanın) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” adlı romanı işıq üzü görmüşdür.

Bu kitabların gürcü dilinə tərcümə olunmasında, nəşrində böyük əməyi olan Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Məmmədoğlu “ZiM.Az”-ın müxbirinə demişdir:

-Bu kitabların nəşrini Tiflis ədəbi mühitində mühüm hadisə kimi dəyərləndirmək olar. Cəlil Məmmədquluzadənin dünyanın bir neçə dilində hekayələr kitabı işıq üzü görsə də, gürcü dilində ilk dəfə nəşr olunur. Onun “Poçt qutusu” adlı hekayəsi ilk dəfə görkəmli alim Əziz Şərif tərəfindən tərcümə olunub və bu hekayə 1934-cü ildə “Türk ədəbiyatı” toplusuna daxil edilib. Sonralar, daha doğrusu 1968-ci ildə Tiflis Dövlət Univerrsitetinin nəşr etdiyi Xaqanidən tutmuş Nəbi Xəzriyə qədər Azərbaycan şair və yazışılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına Cəlil Məmmədquluzadənin yenə “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri salınmışdır. “Poçt qutusu” hekayəsini Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya gürcü dilinə tərcümə etmişdir.
Onu da qeyd etmək lazımdır ki, eyni hekayənin tərcüməsində Əziz Şərifin tərcüməsi daha uğurludur.

Bu kitabın nərş olunması ideyası və "Ön söz"ü Millət vəkili, akademik İsa Həbibbəyliyə məxsusdir.

Kitaba Əziz Şərifin vaxtilə yazdıı ön sözün Cəlil Məmmədquluzadəyə aid olan hissəsi də daxil edilmişdir.
Kitabın redaktoru filologiya elmləri doktoru, professor, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratiani, Nəşriyyat redaktoru mən Mirzə Məmmədoğlu və tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvilidir.

Tərcümə Azərbaycanın və Gürcüstanın dövri mətbuatlarında çap olunan gənc yazıçı Almaz Mirzəoğluna məxsusdur.
Kitabda müəyyən sözlərin izahı da verilmişdir. Kitabda Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına, ailə üzvələrinə aid və sair şəkillər özünə yer tapmışdır.

Məhərrəm Qasəmlının “Yağmur qoxusu” adlı gürcü dilində şeirlər kitabında müxtəlif illərdə yazdığı müxtəlif səpkili şeirləri verilmişdır. Bundan öncə onun silsilə şeirləri “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan” )qəzetində və “Amer-İmer”( “Bu tərəf o tərəf”) ədəbi jurnalında dərc olunmuşdur. Şeirlərin sətri tərcüməsini mən, bədii tərcüməsini istedadlı gürcü şairi, bu yaxınlarda dünyasını dəyişən Avtio Çxaidze tərcümə etmişdir.

Sabir Rüstəmxanlının “Ölüm sirvəsi” romanını tanınmış gürcü yazıçısı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə etmişdir. Onu da qeyd etmək lazımdır ki, Avto Çxaidze və Aleko Qabeliya bir neçə il bundan əvvəl Məmməd Arazın gürcü və Azərbaycan dilində nəçr olunan kitabın da tərcüməçiləridir.

Kitablar gürcü oxucuları tərəfindən maraqla qarşılanıb.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: