Seminara Emil Kələyev start verərək ilk öncə təşkilatın məqsədləri ilə auditorianı tanış etdi. Sonra E.Kələyev ATİ-nin virtual yarışmalarının qalibi olan Şahuseyn Əlhuseynova Nodar Dumbadzenin əsəri olan “Me vxedav mzes” kitabını təqdim etdikdən sonra İvane Cavaxişvili Universitetinin doktorantura tələbəsi Oktay Kazımovu dəvət etdi.
Oktay Kazımov auditorianı salamladıqdan sonra seminara bu cür başladı: Gürcü ədəbiyyatında azərbaycanlı obrazlar (hal-hazırda rast gəldiklərimizə görə) XIX əsrin ortalarından görünməyə başlayır. Bu gürcü dramaturqu Zurab Antovun Çənlibel və ümumə “Koroğlu” dastanı motivləri üzərində yazdığı bir əsərdir. O dövrlərdə “Koroğlu” dastanı Qafqazda da çox məhşur idi və İlya Çavçavadze “Qaçaq Kako” poemasının bir variantında “Koroğlu kimi olmaq, onun atı kimi atımın olmasını arzulayırdım” dedizdirir qaçağa. Azərbaycanlı obrazlar ən geniş və ən tam şəkildə Mixeil Cavaxişvilinin yaradıcılığında verilmişdir. Onun “Doğruçu Abdullah” və “Ləmbəli və Ğaşa” novellaları gürcü ədəbiyyatında şahəsərlər hesab olunur. Yazıçı burda istər Borçalı, istər də Cənubi Azərbaycanlıların mərdliyindən, cəsurluluğundan, təmizqəlbliliyindən, səmimiliyindən, habelə ədalətsizliklərə görə tapdaq altında qalmalarından və buna susmalarından bəhs edir, onların halına acıyır.
“Arsena marabdeli” (Marabdalı Arsena) romanında dəli Həsən obrazını təqdim etməklə Mixail Cavaxişvili “Koroğlu” dastanına hörmət bəsləmiş, onun qəhrəmanlarının nümunəvi olduğunu bir daha vurğulamışdır. Mixeil Cavaxişvilidən sonra Azərbaycanlı obrazlara gürcü ədəbiyyatında bu günə kimi tək-tük şəkildə rast gəlinir. Məsələn: K. Qamsaxurdianın “Qadın, südü” Quram Pancikidzenin “Raşida” (Rəşid), N. Dumbadzenin “Kukaraça”, N. Şataidzenin yaradıcılığında və Quram Meqrelişvilinin “Ekskluziv” novellasında təsvir olunmuşlar.
Elvir HƏSƏNOV,
Tbilisi.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.