Azərbaycan Texniki Universiteti
Aşıqlar şerdə sözləri həm həqiqi, həm də məcazi mənada ustalıqla işlətməyi bacarırlar. Yəni aşıqlar sözün leksik mənasını üslubi məqamlarda heyrət ediləcək dərəcədə dəyişdirməkdə mahirdirlər. Aşıq poeziyası nümunələri üzərində aparılan müşahidələr göstərir ki, yazılı ədəbiyyatımızda, xüsusilə onun lirik şerlərində bol - bol işlənmiş parlaq məcazi sözlər, obrazlı ifadələr işlənmə tezliyinə görə fərqlənir və onları əsl sənət örnəklərinə çevirir. Dil materialına həssas münasibət, sənətkarlıq problemlərinə qayğı aşıq şerinin ayrılmaz atributuna dönür və onun əbədiyaşarlığına səbəb olur. Klassik yazılı ədəbiyyatda olduğu kimi, aşıq şerlərində də alnın aya, üzün günəşə, qaşın kamana, kirpiyin oxa, dişin sədəfə, yanağın almaya - çiyələyə, boy-buxunun sərv ağacına bənzədilməsinə çox təsadüf olunur. Bunlarla bərabər aşıqlar fıkri obrazlı demək üçün bədii təsvir və ifadə vasitələrində: məcazlar, metonimiyalar təşbehlər (bənzətmə), bədii təyinlər (epitet), təkrar və təkrirlər, müraciət (xitab), sual, nida, təzad, kinayə, mübaliğə, atalar sözü, aforizm, ibarələr, sinonimlər, antonimlər, omonimlər, çoxmənalı sözlərdən gen-bol istifadə etmişlər.
Məs: Qurbaninin "Bənövşə" şerindən bir bəndə diqqət yetirək:
...Qurbani der; könlüm bundan sayrıdır,
Nə etmişəm yarım məndən ayrıdır,
Ayrılıqmı çəkib, boynu əyridir,
Heç yerdə görmədim düz bənövşəni.
Qurbaninin bu şeri təsvir obyektinə poetik abidədir. Bu əsər, eyni zamanda, aşıq və şairlər üçün olduqca gözəl nümunədir. Həyatı, varlığı poetik cəhətdən dolğun təcəssüm etdirmə timsalıdır. Şerdəki poetik ləyaqət Qurbanidən sonra gələn istər aşıq, istərsə də yazılı ədəbiyyat nümayəndələri həmişə ona qibtə etmiş, bənövşənin şairinə görkəmini ondan təsirli, ondan poetik dildə tərənnüm etməkdə çətinlik çəkmişlər.
Xalq danışıq dilinin gözəlliklərindən, bədii təsvir və ifadə vasitələrindən Tufarqanlı Abbas, Sarı Aşıq, Aşıq Abdulla və başqaları da ustalıqlä, edən sənətkarlardandır: Məs.:
Bu aşıq oda yandı,
Od düşdü, o da yandı.
Yar çəkdi, mən yeridim
Mən çəkdim, o dayandı...(S.A.)
Göstərilən misalda "Oda yandı", "yar çəkdi, mən yeridim", "mən çəkdim, yar dayandı" birləşmələrində işlənən sözlər məcazi məna kəsb etmişdir. Koroğluda da ifadə vasitələri şerin poetik gözəlliyini daha da artırır, hadisələrin canlı, təsirli obrazlı və emosional ifadə olunması üçün şərait yaradır.
Ümumiyyətlə, Koroğlu şerlərində xalq ifadələrinin zəngin olduğu daha çox hiss olunur.
Hər hansı bir hadisəni, əhvalatı və yaxud sorğunu daha təsirli vermək üçün təkrar və təkrirdən də aşıq poeziyasında istifadə edilmişdir. Məs.:
Fələk məni bağa bağman eylədi,
Bağlar ağlar, bağman ağlar, gül ağlar,
Dost bağının axmaz oldu suları,
Süsən ağlar, sünbül ağlar, sel ağlar...
Bu misalda "ağlar" sözü altı dəfə təkrar olunmuşdur. Kərəmin dərdli ağlamasını daha obrazlı və təsirli vermək üçün belə təkrarlardan istifadə edilmişdir.
Zərb - məsəllərə gəlincə demək olar ki, onlar atalar sözlərindən o qədər də fərqlənmir. Zərb - məsəllərdə də az sözlə geniş və dərin məna ifadə olunur. Məs.:
Sirr vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə.
Ot bitər kök üstə, əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.
Belə zərb-məsəllərin bir qismi get - gedə inkişaf edib atalar sözlərinə çevrilmişdir. Şifahi xalq ədəbiyyatmm ən işlək, ən kütləvi və oynaq forması olan atalar sözü və məsəllər hikmətli babalarımızın həyat təcrübəsində yaranan bədii təfəkkürün məhsuludur. İşlək dairəsi geniş olan bu janr cəmiyyətin ilk yaranma tarixi ilə bağlıdır.
Aşıq Ələsgər Axundovun “Komuna yolu” şerinə diqqət yetirək:
Dinlə bu sözümü, ay aşıq qardaş,
Mehriban bir evlad əziz, can kimi,
Əzəldən vurğunam uca Qafqaza
Dağları əlvandır, çıraqban kimi.
Bu nümunədəki “mehriban bir evlad”, “əziz can kimi dinə”, “Qafqazın dağları çıraq kimi əlvandır”-ifadələri təşbehdir. Şerin birinci beyti canlı şəxsə-aşıq qardaşa, ikinci beyti Qafqaz dağlarına aiddir. Lakin aşıq hər iki bənzətməni o qədər səlis, dəqiq ifadə edə bilmişdir ki, oxucu bu xitabların arasındakı “canlı, cansız” diqqət vermir. Bu nümunələrin “ay aşıq qardaş” işlənmə mənasına görə müraciət, “mehriban”, “əziz” sözləri epitetdir.
Poetik yaradıcılıq üçün vacib ifadə vasitəsi sayılan metafora haqqında hələ antik dövrdən məlumat vardır. Yunan alımləri bədii yaradıcılıqda metaforaya layiqli qiymət verərək onu məcazın digər növlərindən üstün tutmuşlar. Şübhəsiz, metafora bədii təfəkkürlə əlaqədar olduğundan, dilin lüğət tərkibini zənginləşdirir, ifadəliliyi artırır və poetik yaradıcılıqda emosionallıq yaradır.
Aşıq Məhəmməd Məcidovun “Oldu” rədifli qoşmasına diqqət etsək , görərik ki, aşıq fikrini yüksək poetik şəkildə ifadə etmək üçün zənngin metaforalardan yaratmışdır.
Güllü bağçalarda, barlı çöllərdə
Cəh-cəh vuran şux bülbüllər şad oldu
El aşıqlarının süni sazları
Nəğmələr oxudu, tellər şad oldu
Bu nümunədə “güllü “, “ballı” , və “şux” sözləri epitetdir, şerin bədiiliyində xüsusu rol oynayır.
Misralardakı “bülbüllərin şad olması”, simli sazın nəğmə oxuması”, “tellərin şad olması” kimi metaforalar daha böyük rola malikdir. Buradakı əlamət və keyfiyyətlər vüsala məxsus olduğu halda, cansız əşyala rüzərinə köçürülmüşdür. Əlamət və keyfiyyətin cansız əşyalar üzərinə bu cür köçürülməsi şerin məzmun və mündərəcəsini , forma gözəlliyini qat-qat artırmışdır.
Böyük vətən müharibəsi illərində xalqı ümumi düşmənə səsləməkdə, mübarizəyə qoşmaqda aşıq poeziyasında mübaliğələrə müraciət, onları şerin işlək məqamına salmaqda ustad aşıqlardan xüsusi sənətkarlıq tələb olunurdu. Yazılı ədəbiyyatda olduğu kimi, aşıq ədəbiyyatında da ustad aşıqlar onları əhatə edən maddi varlığı poetik dillə olduğu kimi verməklə bərabər , mübaliğlələrdən də yerli-yerində istifadə edirdilər:
Bütün dünya heyran olubdur bizə,
Dünyaya salmısan şövq, Qızıl Ordu.
(Aşıqla Vətən müharibəsi haqqında, Bakı 1942,s.25)
Bu nümunədəki “ bütün dünya heyran olubdur bizə” ifadəsi bir tərəfdən mübaliğə, diğər tərəfdən işlənmə yerinə görə metanimiyadır. Dəqiq desək, bu, mübaliğədir, ona görə ki, Qızıl Ordunun qəhrəmanlığı, şücaəti, yenilməzliyi, rəşadəti yer kürəsini heyran edə bilər., Aşıq isə yer kürəsinin solğun, cılız, dünya məfhumuna nisbətdə balaca səsləndiyinə görə onu “dünya “ sözü ilə əvəz etmiş, güclü mübaliğə yaratmışdır. İşlənmə yerinə görə, ona görə metonumiyadır ki, Qızıl Ordunun yenilməzliyinə heyran qalan dünya yox, qurub yaradan canlı insanlardır. Şerin ikinci misrasındakı “dünyaya salmısan şövq” ifadəsi də həm metafora, həm də mübaliğəyə misaldır. Yəni əslində “şövqü” Qızıl Ordu salmır. Bu nümunədə mübaliğə ilə metafora çox yaxşı harmoniya təşkil edir.
1941-45-ci illərdə xalqımızın azğın faşistlərlə apardığı ölüm-dirim mübarizəsində döyüşçülərimizin misilsiz şücaətini göstərmək üçün bu dövr aşıq yaradıcılığında təzadlardan yerli-yerində istifadə edilməsi də diqqəti cəlb edir:
Ana Vətənimin qəhrəman oğlu,
Yaşa bu dünyada çox, Qızıl Ordu!
Pozulmaz nizamın polad adın var,
Edirsən düşməni yox, Qızıl Ordu!
Müəllif burada iki zidd tərəfi şerin işlək məqamına çox ustalıql salıb, güclü təzad yaratmışdır.
Xain faşistlərin murdar qəbrini
Əlində bel, külüng qazıram bu gün!
Yaşasın ordumuz, durur ər kimi,
Vətən keşiyində şiri mər kimi!
(Vətən müharibəsi haqqında aşıq şerləri ,1942 , s.4.)
Burada şair faşistlərə qəbir qazılması, ordumuzun vətən keşiyində durması, ər kimiyaşaması kəskin təzaddır.
Aşıq Mirzə Bayramovun “ Moskva” şerində istənilən qədər metonimiya var:
Səni qoruyur mərd əllər,
Üstündən əsərmi yellər?!
Burada verilən fikirdə mərd əllərin Moskvanı qoruması məkana görə metonimiyadır. Ikinci misra sual cümləsi olmaqla həm də poetik məqamda məcazi məna daşıyır. Şübhəsiz, “üstündən əsərmi yellər” deyən aşıq burada poetik fikir çalarlığından moskvalıların üstündən “qara yellər əsməsini ,onların əmin-amanlığını” nəzərdə tutur:
Diş qıcatdı sənə düşmən,
Sən qurdlara vermə aman .
“Diş qıcatdı” ifadəsi metonimiyadır. Bu nümunədə təsvir olunan detal ilə canlı obyektin bir-birini tamamlaması sənətkar tərəfindən çox düzgün mənalandırılmışdır.
Aşıq şerlərində işlək dairəsi geniş olan metonimiyalar müasir Azərbaycan ədəbi dilində obrazlı leksikanın yaranmasında çox əhatəli yer tutur.
Kramlin ulduzları
İşıqlatsın hər diyarı
Ölkəmizin şah vüqarı,
Can Moskva, Can Moskva!
Üslubi imkanlardan məlumdu rki, perifraz həmişə istənilən kimipoetik məqamda dəqiq istifadə olunur. Çox vaxt belə hallarda üslubi perifrazlarda da rast gəlirik.
Bu nümunədə “Ölkəmizin şah vüqarı,”ifadəsi , sözsüz, üslubi perifrazdır.
Yaxud:
Sən ellərin ürəyisən,
İstəyisən, diləyirsən,
Mərd oğullar dirəyisən
Can Moskva, can Moskva!
Bu nümunədə birinci, ikinci, üçüncü misralar üslubi perifrazlardır. Aşıq poeziyasında epitetlər tamamilə yeni forma və məzmun kəsb edir. Vətənpərvərlik mövzusunda yazılan qoşmaların əksəriyyətində epitetlər vasitəsilə qəhrəmanları, yenilməz yenilməz Qızıl Ordunu və Vətəni tərənnüm etməyə xidmət edir.
Təsvir və ifadə vasitələrinin zənginliyinə görə aşıq poeziyası sevilir və hamı tərəfindən böyük ruh yüksəkliyi ilə oxunur.
Bildiyimiz kimi , bədii əsərin əsas və başlıca elementi sözdür. Sənətkarın sözdən məharətlə istifadə etməsi onun ustalığından asılıdır. Məhz buna görə də ustad el sənətkarları sözləri müxtəlif şəkildə əlaqələndirməklə zəngin bədii təsvir vasitələri yaratmışlar. Aşıqlar həyatı və varığı təsvir etmək üçün sözləri düzgün seçmiş, onları ehtiyat və ustalıqla istifadə etmişlər.
Qeyd olunan misallar ona görədir ki, geniş fıkrin konkret, təsirli
şəkildə oxucu - dinləyicilərə çatdırılmasında, təsvir olunan lirik fıkir və təsvir obyektinə sözsüz hüsn - rəğbət aşıq poeziyasında əsrlər boyu öz təravətini itirməmişdir.
Bədii təsvir vasitələri aşıq şerinin bütün varlığına nüfuz etmişdir. Aşıq şerinin əsas xüsusiyyətlərindən biri kimi poetik təkrarlar, lakonizm, dərin çoxmənalılıq, musiqililik diqqəti xüsusilə cəlb edir. Dərin məzmun yüksək xüsusiyyətlə, gözəl deyimlə vəhdət təşkil edir. Məcazi sözlərin işlənmə tezliyi aşıq şerinin üslubu və poetikası ilə əlaqədar meydana çıxır. Bu əlamətlər dil və üslub faktları olmaqdan daha çox sənət və sənətkarlıq, xüsusiyyətləridir. Aşıq şerində dərin məna, müdrik fıkir zahiri cəhətdən gözəl, formaca kamil biçimdə təqdim olunur. Danışıq dilindəki sözün məntiqi mənası bədii mətləbin tələbi ilə üslubi-emosional məziyyətlər kəsb edir.
İstifadə olunan ədəbiyyat.
Ədəbiyyat nəzəriyyəsi, Bakı, 1981
Azərbaycan Şifahi Xalq Ədəbiyyatı, Bakı, 1981
H. Araslı, Aşıq yaradıcılığı, Bakı, 1960
A. Dadaşzadə, ustad aşıqlar, Bakı, 1973
Ədəbiyyatşunaslığın əsasıarı, Bakı, 1972
Vətən müharibəsi haqqında aşıq şeirləri, Bakı, 1942.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.