FƏRQANƏ MƏHYƏDDİNQIZI: "Təlimdə şifahi nitq, bacarıq və vərdishlərin inkişaf etdirilməsi üçün texniki təlim vasitələrindən istifadəsi"

FƏRQANƏ MƏHYƏDDİNQIZI: "Təlimdə şifahi nitq, bacarıq və vərdishlərin inkişaf etdirilməsi üçün texniki təlim vasitələrindən istifadəsi"
Əhmədova Fərqanə Məhyəd­din qı­zı - 1979-cu il iyulun 5-də Go­ran­boy rayonunda ziyalı ailəsində ana­dan olub. Orta təhsilini Go­ran­boyda al­dıqdan sonra, M.F.Axun­dov adına Azərbaycan Dövlət Pedo­qoji Rus dili və Ədəbiyyatı İnsti­tu­tu­nun rus dili və ədəbiyyatı ixtisasına da­xil olub və hə­min institutun tam kur­su­nu bitirib.
3 il Gəncə şəhərindəki 5 nömrəli məktəbdə müəllim işlə­yib. Doğma ana dilimizə və ədəbiyyatımıza olan sonsuz sevgisi onu ye­ni­dən ali təhsil almağa sövq edib və o, Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin filologiya fakültəsində ikinci dəfə ali təhsil alıb və oranı ələ qiymətlərlə bitirib.
4 il vaxtı ilə təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnsti­tu­tun­da (indiki Bakı Slavyan Unversi­tetində) işlədikdən sonra, əmək fəa­liy­­yətini AzMIU-nun əvvəl­cə Azərbaycan və rus dili kafed­ra­sın­da davam etdirib. Hazırda Əcnəbi dillər kafedrasının müəllimidir.
Eyni za­manda “F-5” kanalının təsisçisi və rəhbəridir.
Bir övladı var.
Şeirləri, elmi və publisistik məqalə­lə­ri müxtəlif mətbuat or­qanlarında və ədəbi-bədii, elmi-pub­li­sis­tik məcmuələrdə dərc olu­­nub.

Biz də Fərqanə xanıma elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda də­yərli oxucularımıza böyük məmnuniyyətlə onun bir məqa­ləsini təqdim edirik.

ZiM.Az



Təlimdə şifahi nitq, bacarıq və vərdishlərin inkişaf etdirilməsi üçün
texniki təlim vasitələrindən istifadəsi


Müasir dövrdə cəmiyyətin inkişafı ilə əlagədər olaraq insan­ların fəallığı, öz həyat fəaliyyətini təşkil etmək bacarığı artır. Bu­nunla bağlı olaraq kommunikativ bacarıqların inkişafı prob­lemi üzə çı­xır. Belə ki, bu problemin yüksək səviyyədə ol­ma­sı onun təh­sildə, professional, incəsənət və digər iş fəaliy­yətlə­rin­də uğur qa­za­na­ca­ğına təminat verməsə də, əsasını qoy­mağa im­kan ve­rir.
Şifahi nitqin təlimi haqqinda suali nəzərdən keçirərkən, nə­zərə almaq lazımdır ki, şifahi nitq özündə ikitərəfli prosesi cəm­­­ləşdirir: ingilis dilində danışmaq bacarığı nəzərindən (nit­qin ekspressiv tə­rə­fi) və başqa insanları anlamaq bacarığı (re­sep­tiv şifahi nitq).
Şifahi nitq müəyyən şərtlər ona təsir edərək davam edir. Bu şərt­lər (ekstralinqvistik) dildən xaricdir. Bunlara situasiya,nitq fəa­liy­yə­ti, danışanın yaşı və inkişaf səviyyəsi,söhbətin möv­zu­su, din­lə­yə­nin nitqi qəbul etmə hazırlığı,mimika, jestlər aiddir. Bütün bu faktorlar iki və ya daha artıq həmsöhbət arasında müm­kündür. Həm­­söhbətlər replikalar deyir, biri o birinin de­dik­­lərinə rəy söylə­yir.
Monoloq - daha açıq formada öz fikirlərini deyən, niyyətini, ha­disələri qiymətləndirən və s. bir nəfərin nitqidir. Monoloji nitq­­də ardıcıllıq, səliqəlilik, rəvanlıq daha çoxdur. Dialoqda isə bir sual­dan digər suala, bir mövzudan digər mövzuya keçid, həm­­söh­bətin dediyi replikalara cavab vermək əvvəl deyilənlərə qayıdış çox­dur.
Dialoji nitq monoloji nitqdən fərqli olaraq əvvəldən hazır­lan­mır. Monoloji nitq (məlumat, hesabat) adətən əvvəldən ha­zır­­­lanır. Həmçinin hazirlanmamış monoloji nitq də mümkün­dür.
Təbii şərtlərdə bəzən monoloji nitqi dialoji nitqdən ayirmaq çətin olur. Dialoji nitq hər an monoloji nitqə çevrilə bilir, həm­söhbətin biri sual verir, digəri isə ona geniş şəkildə cavab verir. Təlim zamanı belə bölgü mümkündür. Tələbələrə şifahi nitqi öy­rədərkən,nəzərə almaq lazımdır ki,monoloji nitq kimi dialoji nitq də özünəməxsus spesifikası, özünəuyğun çalışmalar sis­te­mi və təlim metodu var.
Dialoji nitq monoloji nitqə nisbətən bir sıra əlavə çətinlikləri olduğu üçün monoloji şifahi nitq dialoji şifahi nitqin təlimini xeyli qabaqlamalıdır. Şifahi monoloji nitqin inkişafı üçün əsas mate­riallar kitabdakı mətnlər hesab olunur. Dialoji nitq üçün isə kiçik dialoqlar (4-5 fraza) kifayət edər. Belə dialoqları öy­rən­­dik­dən son­ra tələbələr onların elementlərini (salam­lama, nə­za­kət qayda­ları, nidalar) ekpressiv şifahi nitqdə istifadə edə biləcəklər.
Xarici dilin tədrisi zamanı müasir təhsil sistemində müxtəlif texniki vasitələrdən istifadə olunur: videomaqnitafonlar, mul­tim­edia proyektorları, kompyuterlər, bunların vasitəsilə müx­təlif informasiyalar təqdim olunur və bir sıra funksiyalar real­laşır: motivasiya, tədris, tərbiyə, inkişaf, estetika və s.
Səsli texniki avadanlığı (maqnitafon) xarici dilin tədrisində çox­dan istifadə olunur, onlar tələffüzün tədrisində bütün səs növ­lərinin səsləndirilməsinə imkan verir, eşitmə və danışmanın tədrisi zamanı tədris prosesinin intensifıkasiyasına imkan yara­dır.
Ekranlı texniki avadanlıqlar (televizorlar, videomaq­ni­ta­fon­lar, DVD) səslə bərabər hərəkətli şəkillər, verilən materialın da­ha yaxşı mənimsəməsinə didaktikanın əyanilik prinsipinin ta­ma­milə realizə olunmasına kömək edir.Bu texniki vasitələr (da­ha əyləncəli formada) xarici dili mənimsəyənlərə ölkəşü­naslığa aid geniş materialı öyrənməyə imkan verir.
Təlimdə texniki vasitələrin istifadəsinin müasir mərhələ­sin­də kompüter əsasında hazirlanan avadanlıqlar göstərilir. On­la­rın yaranması ilə müxtəlif hadisə və prosesləri modelləşdirmək mümkün olub.Ən əsas üstünlüklərdən biri isə bunlar vasitəsilə eyni zamanda şox saylı tələbələrlə təlim keşməsindən ibarətdir. Texniki təlim vasitələrinin köməyi ilə müəllim iştirakçıları la­zımi tədrisə aid informasiya jüə təmin edir,alınan bilikləri mə­nimsəmə və yadda saxlama prosesini yaxşılaşdırır,təcrübədə onu istifadə etmək,təhsilin nəticələrini idarə etmək imkanı əldə edir.Təlimin texniki vasitələri xüsusi texniki bloklarla təchiz olunmuşdur. Bu bloklar informasiya ilə təmin olunan xüsusi proqramları yadda saxlamaq və işə salmaq imkanı yaradir.
İnformasiyanı ötürmək üçün hal-hazırda texniki və audio­vi­zual təlim vasitələri mövcuddur.
1. Multimedia proyektorları;
2. Diaproyektorlar;
3. Epiproyektorlar;
4. Qrafoproyektorlar;
5. Kinoproyektorlar;
6. Multimedia lövhələri;
7. Audiosistemlər (maqnitafonlar);
8. Televizorlar,videomaqnitafonlar;
9. Kompyuterlər.
Bu texniki avadanlıqlar informasiyana daha aydın, rahat şə­kil­də anlaşılmasına imkan yaradır.
Texniki təlim vasitələrinin istifadəsi zamanı müəyyən bilik mən­bəyi kimi psixoloji proseslər durur. Dərs zamanı bu vasitə­lərdən birindən istifadə edərkən tələbənin hissiyyat orqanlarına güclü təsir edir,onların psixoloji funksiyaları dəyişir. Görmə və eşitmə analizatorlarh tələbələrə öyrənilən dərs haqqinda aydın və tam təsəvvür əldə etmək imkanı verir.
Texniki vasitələri daha yaxşı mənimsəmək üçün eşitmə de­yil, daha çox görmə analizatoru yüksək keçirtmə bacarığına ma­likdir. Lakin əsas informasiyanı tələbələr siqnallar vasitəsilə alirlar. Burada belə nəticə çıxarmaq olar ki, görmə analizatorlar daha böyük potensial ehtiyata malikdir. Onun köməyi ilə veri­lən mövzunu mənimsəmə effekti daha yüksək olur.
Təlim zamanı müəllimin sözləri ilə tələbənin təqdim etdiyi təsvir arasında yaranan vasitəsiz uzlaşma yüksək keyfiyyət əldə etməyə imkan verir. Bu əvvəlki mərhələdə-bilik və bacarığın qə­bulu tədrisin ilkin mərhələsində - hissetmə və mənimsəməyə böyük təsir göstərir.Hissiyyat orqanları tərəfindən qəbul olunan siqnallar məntiqi təkmilləşməyə məruz qalır,abstrakt təxəyyül bölməsinə keçir. Nəticədə, hissedici obrazlar beyində müzaki­rəyə qoyulur və nəticə əldə olunur.Beləliklə,görmə və eşitmə analizatorunun tam istifadəsi növbəti mərhələyə keçmək üçün imkan yaradır.Bu proses başa düşmə anlamadır.
Ən inkişaf edən və daim təkmilləşən texniki vasitələrdən bi­ri, xarici dilin tədrisində istifadə olunan videodur. Dərslərdə vi­deonun nümayişi İngilis dilinin tədrisində əyani olaraq tələ­bələri, xüsusilə şifahi nitqi,dilin tipik modelləri, into­na­si­ya­lar və s. ilə tanış etməyə imkan yaradır.
”Bu və ya digər informasiyanı görmə vasitəsilə daha dəqiq və daha ekonomik üsulla ötürmək, nitq ünsiyyətinə aid situa­si­yanı, nitq kommunikasiyasının reallıqda analoqunu yaratmaq, onun effektiv mənimsəməsini təmin etməkdir. Müəyyən nitq situasiyası ilə dil materialının uyğunlaşması onun daha möh­kəm yadda qalmasına imkan yaradır.”
Təlim videosu əlavə dil mühiti, dinləmə və eşitmə vasitəsilə nitq situasiyası yaradır və dərs zamanı əvvəlcədən hazırlan­ma­mış nitq situasiyasını mənimsəməsi üçün əlavə şərait yaradır.
Auditoriyanı tərk etmədən,tələbələr xarici dilə dair biliklə­ri­ni daha da genişləndirir və baş verən hadisələrin tamaşaçı kimi iştirakçısına çevrilirlər. Təlim filmi tələbələri dilini öyrəndikləri ölkə haqqinda yeni informasiya ilə tanış edir.
Başqa texniki təlim vasitələrini müqayisə edərkən videonun aydın üstünlükləri var:müəyyən vaxt anında tələbə daha çox in­for­­masiya ahr, belə ki,bu iki kanal vasitəsilə daxil olur:-eşitmə və görmə.
Xarici dilin təlimində əsas məqsəd - danışma bacarıqlarının in­kişafidır. Bu bacarıqların mənimsənilməsi çox böyük çətin­lik­­lərlə bağhdır. Təlim prosesində xarici dildə ünsiyyət ya­rat­maq üçün situasiyadan istifadə etmək lazımdır.Danışamn düş­dü­yü şərait, onu danışmağa vadar edir. Dərs zamanı videofilm­lə­rə xarici dildə baxmaq elə bir şərait yaradır ki, tələbə o dildə da­­­nışır, müzakirə edir. Bundan əlavə, onlar dildaşıyıcısının nit­qini eşidir, ölkənin ta­rixi, mədəniyyəti, coğrafiyasını yaxından öy­rə­nir. Bütün tələbələr eyni səviyyədə dili öyrənə bilmir,lakin buna baxmayaraq, bu fənnə marağı artırmaq, tələbələrin dün­ya­görüşünü genişlən­dir­mək üçün videofilmlərə baxmaq çox fay­dalıdır.
Xarici dil tədrisinin orta mərhələsində ilk və orta səviyyənin əsası qoyulur. Bu da sonrakı mərhələlərdə tələbələr söz birləş­mə­lərini daha tez öyrənir və mətnləri daha asan anlayıb danışa bilirlər. Çahşmalardan əlavə, bu mərhələdə müxtəlif mədəni və sosiomədəni hadisələri öyrənmək üçün videolardan istifadə et­mək olar. Müxtəlif tematikalı filmlər,tarixi-mədəni dəyəri olan tikililər və heykəlləri anlamaq üçün müasir və keçmiş məhşur xadimlərin portretlərini, həmçinin bədii və sənədli filmlərdən hissələr, müxtəlif qeyri-verbal ünsiyyətin növlərinin interpre­ta­siyası üçün - mimikajestlər, geyim formaları və s. əksər hallar­da videokliplərin verbal hissəsi böyük rol oynayır.
Elmi-metodiki ədəbiyyatın bu mövzu üzrə öyrənilməsi belə nəticəyə gəlməyə imkan verir ki.texniki təlim vasitələri xarici dil dərslərində materialın əyani surətdə verilməsinə,tədris za­manı tələbələrin yorulmamasına və təlimin keyfiyyətinin yük­sək olmasına imkan yaradır. Texniki təlim vasitələri materialın yüksək templə tələbələrə çatdırılmasına və onların suallanna cavab verməsinə müəllimə imkan yaradır.
Videomaterialların istifadəsi əyani olaraq informasiyanın mə­­nimsəməsinə, xarici dil mühiti yaratmasına,öyrənilən dilin öl­kəsində olmasına baxmayaraq xarici dildə kommunikativ kom­petensiyanı mənimsəməsinə kömək edir.

Biz XXI əsrdə yaşayırıq. Müəllimlər video və audio mate­rial­­­lar­dan daha çox istifadə etməlidirlər. Bununla, onlar tədrisin keyfiyyətini daha da yüksəldəcək,söz ehtiyatını artiracaq və tə­lə­bələrin diqqətini inkişaf etdirəcək,həmçinin tələbələrdə fənnə qar­şı maraq oyadacaq.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: