İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndirİnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndirİnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir İyunun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və AMEA-nın birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilib.

ZiM.Az xəbər verir ki, 18 iyun – İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vergilər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.


Konfransda AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli təmsil etdiyi qurumun Konstitusiya Məhkəməsi ilə birgə müxtəlif tədbirlər keçirdiyini söyləyib. Bugünkü tədbirin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən olan insan hüquqlarının müdafiəsinə həsr edildiyini vurğulayan akademik ölkəmizdə insan, hüquq, söz, mətbuat azadlığının təmini sahəsində görülən işlərdən danışıb.

AMEA-nın vitse-prezidenti Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində dönüşün ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yarandığını söyləyib. O, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi və qorunması istiqamətində atılan addımlardan, bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Bildirilib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir. Ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılıb. Gündən-günə sürətlə inkişaf edən ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir.

Akademik İ.Həbibbəyli qeyd edib ki, müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.

Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova bildirib ki, müasir dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün geniş yol açılıb, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına, onların müdafiə mexanizmlərinə xüsusi yer verilib. Əsas Qanunun ən geniş fəsli məhz fundamental insan hüquq və azadlıqlarından bəhs edir. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu xüsusi vurğulanıb.

S.Salmanova qeyd edib ki, 2002-ci il avqustun 24-də Konstitusiyaya edilən əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının məzmununun genişləndirilməsinə xidmət edib. Həmin dəyişikliklərdən sonra Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi də əhəmiyyətli dərəcədə genişlənib. Bu məhkəmənin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etməklə hər kəsin əsas hüquq və azadlıqlarının müdafiəsidir. Konstitusiya Məhkəməsi Plenumunun bu günədək 321 qərarı var ki, onlardan 289-u bilavasitə insan hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədardır. Həmin qərarlarda vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, o cümlədən məhkəməyə müraciət, mülkiyyət hüquqlarının müdafiəsi, əmək, mənzil, sosial-təminat, cinayət hüququ və digər mühüm məsələlərə dair əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-sosial kursun prioritet istiqamətinin məhz insan hüquqlarının müdafiəsi olduğunu deyən S.Salmanova diqqətə çatdırıb ki, dünyada müşahidə edilən inteqrasiya prosesləri fonunda demokratik inkişaf yolu tutmuş hər bir dövlətin qarşısında insan hüquq və azadlıqlarının təmini, onların tam həcmdə həyata keçirilməsi vəzifəsi durur.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, yarandığı gündən Bilik Fondu bir sıra sahələr üzrə, eyni zamanda, əhalinin hüquqi maarifləndirilməsi ilə bağlı bir sıra işlər görüb. Bu istiqamətdə fond tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. 2016-cı ildə Bilik Fondu 16 yerli, regional, beynəlxalq konfrans keçirib ki, onlardan dördü hüquqi məsələlərə həsr olunub. Fondda 700-dən çox mühazirəçi var. Onlardan 32-si hüquqşünasdır. Qurum tərəfindən ölkənin müxtəlif rayonlarında yaradılan Bilik evlərində təşkil edilən mühazirələrin əksəriyyəti hüquq məsələlərinə həsr olunub.

Tədbirin digər təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirən O.Səmədov konfransın işinə uğurlar arzulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, ailə, qadın və uşaq mövzusu, onların hüquqlarının müdafiəsi bu gün cəmiyyətimizin ən aktual məsələlərindəndir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan haqlarının müdafiəsi dövlət siyasətinin ən vacib elementlərindən birinə çevrilib. Müvafiq istiqamətdə önəmli tədbirlərin həyata keçirilməsi dövlətimiz qarşısında duran bir nömrəli məsələ olub. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis olunması müzakirə etdiyimiz mövzunun ölkəmizdə hər zaman diqqət mərkəzində olmasından xəbər verir.

Bildirilib ki, Azərbaycanda ailə institutu siyasəti olduqca önəmli amildir. Cəmiyyətimizin təməli də, insan hüquqlarının pozulması halları da ailədən başlayır. Bu baxımdan ailə münasibətlərinin formalaşması və bu mövzunun dərindən araşdırılması, hər bir ailənin hüquqlarının qorunmasına fərdi yanaşma önəmli məsələlərdir. Kiçik dövlət olan ailədə qadının hüquqları qorunursa, onun təhsilinə, cəmiyyətdə fəal iştirakına şərait yaradılırsa gələcəkdə güclü nəslin yetişdirilməsində bu amil həlledici rola malik ola bilər. Azərbaycanda həyata keçirilən ailə institutu siyasəti bir çox digər dövlətlərə nümunədir. Beynəlxalq təşkilatların ölkəmizdə müvafiq istiqamətdə təcrübəni araşdırması artıq ailə anlayışına Azərbaycanda nə dərəcədə önəm verilməsindən xəbər verir.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “Azərbaycanda insan hüquqlarının təminatı hüquqi müstəvidə” mövzusunda məruzəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan və onun müddəalarından danışıb, müasir cəmiyyətimizdə beynəlxalq səviyyədə insan hüquqlarının təminatı, ölkəmizin bu sahədə inkişaf yoluna nəzarət və digər məsələlərə nəzər salıb.

Konfransda “Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarının müdafiəsi məsələsi və beynəlxalq standartlar”, “Konstitusiya nəzarəti insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərindən biri kimi”, “Milli qanunvericilik sistemində uşaq və qadın hüquqlarının müdafiəsinin inkişafı: nailiyyətlər və qarşıda duran vəzifələr” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: