Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!..

Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!..Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!.. Məşhurların yadigarı, müasirlərin qürur mənbəyi – doğma məktəb!..
ADİU-nun fəxri professoru
“Tərəqqi” medallı
Aysəba ƏLIZADƏ

Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar artıq onu gənclikdən toplamağa başlayırlar.
Artur Şopenhanepun.


23 mart 2016-cı ildə Gürcüstan Respublikası Marneuli rayonunun Lecbədin kəndində Ümumtəhsil Məktəbinin yaranmasının 95 illik yubileyi və onun təsisçisinin şərəfinə xatirə lövhəsinin qoyulması münasibətilə tədbir keçirilməsi planlaşdırılmışdı. Bu mərasimdə iştirak etmək üçün öncədən dəvətli olsam da, məktəbin keçmiş şagirdi kimi orada olmağımı özümə borc bilirdim. Təkcə bu deyil, bir sıra məqamlar da bu səfəri mənə zəruri edirdi.

...Tədbir elə açıq havada məktəbin həyətində keçirilirdi. Gözəl bahar günlərindən biri idi. Ləlvər dağının möhtəşəm zirvəsi bəmbəyaz qarla örtülsə də, ondan nisbətən kiçik olan Babakər dağının başında ala-tala qar görünürdü. Günəşin al şöləsi hər iki dağın başına sanki tac kimi qonmuş və öz ilıq şüalarını radiuslarla ətrafa yaymağa çalışırdı. Hər kəs sevinc içərisindəydi.
Mənim oxuduğum ibtidai məktəb binası kəndin şərq girəcəyində nisbətən hündür təpədə yerləşirdi. İndiki məktəb binasının coğrafi məkanı mənə qəribə gəldi və sanki təlaşlandım. Bu məktəbə birinci dəfə gəlişim, marağım və sevincim təlaşımı bəlkə də bir qədər də artırdı.

Mərasimdə Lecbədin Ümumtəhsil Məktəbinin direktoru Dursun İsmayılov, direktor müavini Əziz Aydəmirovla yanaşı, Novruz bayramı ərəfəsi olduğuna baxmayaraq bütün müəllim və şagird heyəti, Qaş Muğanlı Ümumtəhsil Məktəbinin 60 ildən çox direktor müavini və direktoru olmuş, şair, publisist və tədqiqatçı, çox hörmətli Yusif Yusifli, həmin məktəbin hazırki direktoru Musa Yusifli, Qaş Muğanlı kəndinin təcrübəli həkimi Əzəmət Yusifli, Lecbədin kənd orta məktəbinin qocaman müəllimi Lətif İbrahimxəlil oğlu, Bakıdan gəlmiş qonaqlar – Ə.Qarabağlının qızları Nəzifə, Gültəkin və Zemfira xanımlar və Ə.Qarabağlının qranitdən hazırlanmış 176 kq-lıq xatirə lövhəsini sanki sinəsində Lecbədin kənd məktəbinə çatdıran Ziya Borçalının oğlu Orxan Borçalı və b. iştirak edirdilər.

Mərasimdə, habelə, Lecbədin kəndinin yetişdirmələri, Ə.Qarabağlının qohumları, məktəbin fəaliyyəti və inkişafında əvəzsiz xidmətləri olmuş və bir sıra qonşu kənd məktəblərinə ziya saçmış Şəmsi müəllimin qızları Nadejda və Aysəba Əlizadələr, yazıçı-publisist Hidayət Bayramovun qızı Günəş xanım və b. iştirak edirdilər.

Mərasim iştirakçılarının çoxunu tanımasam da, onları seyr edə-edə gözüm kəndin uzunömürlü sakini, Lecbədin kənd məktəbinin rus dili müəllimi, həm də o məktəbin ilk şagirdlərindən olmuş 100 yaşlı Hafiz Osmanlını axtardı və onu görə bilmədim. Mərasimdən sonra ona baş çəkməyi özümə borc bildim.

HAŞİYƏ: Məktəbin yaranma tarixi. 1921-ci il! Hər yerdə bolşeviklərin qəddarcasına hakimliyinin və hökmranlığının amansız dövrləri! Onların gəlişi ilə kənd camaatının sakit həyat tərzi pozulmuş, varlıların var-dövləti qarət, malı-mülkü müsadirə edilmişdir. Qızlar-gəlinlər gizlədilmiş, igidlər at belində meşədə, dağlarda gizlənərək qaçaq düşmüşlər. Ələ keçənlər kəndlilərin gözü qarşısında güllələnmiş, bəziləri də ünvanı bilinməyən yerə sürgün edilmişlər.
Varlıların xalı-xalçaları, ziynət əşyaları əllərindən alınmış, mal-qara sürüləri, at ilxıları, əkin sahələri kolxoza təhvil verilmişdir. Malikanələri müsadirə edilərək kolxozun iclas zalına, məktəb binasına çevrilmişdir. Belə bir zərbə ən çox Məmmədalılar nəslindən olan Həsən bəyə və kəndxuda Qarabağlı Məhəmməd kişiyə dəymişdir. Onların var-dövlətləri kimi özləri də yox edilmişdirlər.
Həsən bəyin qırmızı kərpicdən olan çoxotaqlı ikimərtəbəli möhtəşəm binası kolxozun iclas zalına, Qarabağlı Məhəmmədin nisbətən kiçik ikimərtəbəli binasının bir hissəsi isə məktəb üçün ayrılmışdır. Binanın kiçik bir sahəsində isə ailə üzvləri yaşayırdılar.
Beləliklə, 1921-ci ildə Lecbədin kəndində ilk dünyavi məktəb açılıb. Onun ilk təşəbbüskarı və müəllimi 20 yaşlı gənc Qarabağlı Əliyar Məhəmməd oğlu olub. Dərslər ərəb dilində keçirilirmiş.
Məktəb açılışına qədər kəndin bir sıra imkanlı şəxsləri, o dövrdə ərəb dilində mükəmməl təhsilləri olmuş görkəmli şəxslərdən – Lecbədin kənd sakini Osman evinin Musa kişidən, II Kosalı kənd sakini, əslən Qazax ağalıqlarından olan Mustafayev Əhməd Ağanın oğlu Mədəd Ağadan, Böyük Muğanlı kənd sakinləri Axund Mir Yusifdən, Məşədi İbrahim Yusifdən, Molla Qurban Orucovdan və s. dərs alırlarmış. Ərəb dilində təkcə islamın tarixi və əhəmiyyətini deyil, eyni zamanda ədəbiyyatımızın qədim tarixi, təbiət hadisələri, hesab və s. fənnlər üzrə də təhsil alırlarmış.
O zaman ərəb dilini mənimsəyən və təhsilini Qori seminariyasının Qazax filialında davam etdirən Ə.Qarabağlı məktəbdə yeni canlanma yaradır və kənd uşaqlarında məktəbə həvəs yaratmağa çalışır.
Bu işdə onun köməyinə 17 yaşlı gənc, ərəb-fars dillərini mükəmməl bilən zadəgan nəsilli Şəmsi Əlizadə gəlir və 1923-cü ildən Ə.Qarabağlı ilə bərabər ərəb dilində dərs deməyə başlayırlar. Öz söhbətlərində Ə.Qarabağlı dostu və sirdaşı Ş.Əlizadə haqqında deyərdi: “Biz bir adamın iki qolları idik, əl-ələ verib elə çətin bir şəraitdə məktəbi inkişaf etdirə bildik”. Ə.Qarabağlı 1961-ci ildə həmyerlisi, ADU-nun dosenti Ömər Osmanlıgildə olarkən Şəmsi Əlizadə haqda xatirələrində onun zahiri görünüşü ilə daxili gözəlliyinin bir vəhdət təşkil etməsindən və bunun da nəinki məktəbyaşlıların, hətta nisbətən yaşlı uşaqların da məktəbə cəlb edilməsinə və onların sayının atrmasına köməkliyindən həvəslə danışırdı.

...Mərasimin açılışında Lecbədin Ümumtəhsil Məktəbinin direktoru Dursun İsmayılov tədbir iştirakçılarını salamladıqdan sonra Əliyar Qarabağlı haqqında ətraflı məlumat verdi: 1921-ci ildə ilk müəllim kimi fəaliyyətə başlayan Ə.Qarabağlı Qori Seminariyasını bitirdikdən sonra təhsilini davam etdirmək üçün 1926-cı ildə Bakıda pedaqoji təmayüllü məktəbə daxil olur və 1928-ci ildə Türk Pedaqoji Texnikumunu bitirir. O, bununla kifayətlənmir. Gənc müəllim Əliyar Qarabağlı təhsilini Azərbaycan Pedaqoji İnstitutunda – indiki ADPU-da davam etdirmiş və 1931-ci ildə oranı bitirdikdən sonra elmi fəaliyyətə başlamış, görkəmli pedaqoq Bakının 1 saylı məktəbində 1939-cu ilə kimi ədəbiyyat müəllimi işləmişdir.
1941-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikasından mühazirə oxumuş, Azərbaycanın müqtədir ədəbiyyat metodikası mütəxəssisi kimi istedadlı alim olmuşdur. 1967-ci ildə professor vəzifəsinə layiq görülmüşdür.
Ə. Qarabağlının 1946-cı ildə ibtidai məktəbin ikinci sinfi üçün yazmış olduğu “Ana dili” kitabı əsas dərslik kimi 1960-cı ilə qədər təkrar nəşr olunmuşdur.

Öz tədqiqatlarında və xüsusilə də “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi ensiklopediyası”nın II hissəsində mərhum Ə.Qarabağlının tarixi və yaradıcılığı haqda yazmış görkəmli maarif xadimi, 1952-1961-ci illərdə Böyük Muğanlı orta məktəbində direktor müavini, 1961-2005-ci illərdə həmin məktəbin direktoru olmuş, məktəb həyatında böyük pedaqoji təcrübəyə malik, 16 dəyərli kitabların müəllifi, xalqını, vətənini sevən qocaman şair, publisist Yusif Yusifli, Ə.Qarabağlı haqda öz təəssüratları ilə çıxış etdi. O, Ə.Qarabağlının pedaqoji fəaliyyətinə toxunaraq qeyd etdi ki, Lecbədin Ümumtəhsil Məktəbinin hörmətli direktoru Dursun İsmayılovun dediklərinə əlavə olaraq demək istəyirəm ki, onun 1941-ci illərdə “Orta məktəbdə rus ədəbiyyatı”, “Ədəbiyyat dərslərində vətənə məhəbbət və düşmənə nifrət hissinin tərbiyə edilməsi” kimi nəşr olunan kitabları o dövrün tələbləri üçün böyük əhəmiyyət kəsb edirdi.
Ə.Qarabağlı şagirdlərə dərs deyən müəllimlərə kömək məqsədi ilə 1952-ci ildə M.A.Quluzadə və S.Əfəndiyevlə birlikdə hazırladığı “Ədəbiyyat metodikası” adlı dərs kitabı, 1958-ci ildə özünün hazırlamış olduğu “Azərbaycan məktəblərində rus ədəbiyyatının tədrisinə dair”, “Məktəbdə şifahi xalq ədəbiyyatının tədrisi metodikası” kitabları bu gün də öz əhəmiyyətini saxlamış, müstəqil elm sahəsi kimi tədrisin inkişaf mənbəyinə çevrilmişdir.

Y.Yusifli öz çıxışında Ə.Qarabağlının nəinki Azərbaycanda, eləcə də Gürcüstandakı azərbaycan məktəblərində metodiki nöqteyi-nəzərindən dərslərin gedişi, ümumi vəziyyət və s. ilə daim maraqlandığını, yeri gələndə tövsiyyələr verdiyini söylədi.

Ə.Qarabağlı ilə yanaşı adı çəkilən Şəmsi Əlizadə haqqında da danışmaya bilmərəm.
Mən Şəmsi Əlizadənin şagirdi olmuşam. Onun gözəl siması, geyim tərzi, dərs demə metodikası hələ də gözlərimdən getmir.

Çıxışının sonunda Y.Yusifli Ə.Qarabağlı haqda yazmış olduğu tədqiqat əsərlərini, “Şəmsi Əlizadə” poema kitabını Ə.Qarabağlının qızlarına və məktəbə hədiyyə etdi.
Lecbədin kənd məktəbinin qocaman müəllimi, şair Lətif müəllim öz kövrək xatirələrini söylədi. Kənd məktəbinin keçmiş müəllimlərini xatırlatdı və onların gücü və səyləri nəticəsində adlı-sanlı şəxslərin ərsəyə gəlməsini vurğuladı. Çıxışının sonunda Aysəba Əlizadənin “Yurd yeri” kitabının dərin məna daşıdığını dedi və vətəndaşlarını yurdunu, vətənini sevməyə səslədi.
Həmin məktəbin 40 il direktor müavini işləmiş Əziz Aydəmirov gələn qonaqları salamladı və məktəbdə dərs-təlim haqqında, müəllim-şagird heyətinin sağlam təhsil mühitində olduqlarından, normal təlim-tərbiyə prosesinin tənzimlənməsindən danışdı.
Sonda Ə.Aydəmirov qonaqlara həsr etdiyi şeirini oxudu.
Məktəbin direktoru Dursun İsmayılov vaxtı ilə təkcə Lecbədin məktəbində deyil, qonşu kənd məktəblərində ədəbiyyat müəllimi və direktor işləmiş Şəmsi Əlizadənin qızı, o kəndin yetişdirməsi professor Aysəba Əlizadəyə söz verdi.

Aysəba Əlizadə öz çıxışında hamını – elini-obasını, mərasimdə iştirak edən müəllim-şagird heyətini salamladı və qeyd etdi ki, doğrudan da həyatdakı hər bir uğur təlim-tərbiyə ocağı olan və təhsilin məbədi sayılan məktəbdən başlayır.

Lecbədin kəndində dünyavi məktəbin açılışında və onun fəaliyyət göstərməsində Ə.Qarabağlının rolundan, onun ziyasından, bir mayak, məşəl kimi arxasınca gələnlərə yol göstərməsindən danışdı. O, məktəbdə fəaliyyət göstərmiş və dünyasını dəyişmiş müəllimləri xatırladı və hal-hazırda fəaliyyət göstərən müəllimlərə uğurlar arzuladı. Çıxışı ərəfəsində A.Əlizadə bacısı Nadejda Əlizadə ilə birlikdə nəfis şəkildə hazırladıqları hədiyyəni – “Lecbədin kəndinin yetişdirmələri və məşhurları” başlığı altında Əliyar Qarabağlının, Şəmsi Əlizadənin, Ömər Osmanlının, Xalid Əlizadənin, Vəli Osmanlının, Kamal İbrahimxəlil oğlunun, kəndin ilk ali təhsilli qızları Nadejda və Aysəba Əlizadələrin şəkillərini və qısa tərcümeyi-hallarını özündə ehtiva edən albomu məktəbin direktoruna təqdim etdi.
Tədbirdə yekun sözünü Zemfira Qarabağlı söylədi. O, atası haqda xoş təəssüratlarını danışdıqdan sonra özü və bacıları adından məktəb direktoru Dursun İsmayılova, çıxış edənlərə, tədbir iştirakçılarına dərin minnətdarlığını və təşəkkürünü bildirdi.

Mərasimin sonunda qonaqlar məktəbin həyəti, daxili quruluşu, sinif, kompüter və s. otaqları ilə tanış oldular. Gözəl təmir olunmuş və müasir tələblərə cavab verən Lecbədin Ümumtəhsil Məktəbi 1,5 ha ərazidə, Ləlvər və Babakər dağlarının təmiz havasını udan, yaşıllıqlar içərisində qərq olan xudmani bir binada yerləşir.
Məktəbdə 29 müəllim, 125 şagird çalışır. İsitmə sistemi ilə təmin olunmuş, işıqlı və səliqəli 12 sinif otağı vardır. Şagirdlərin və müəllimlərin məşğuliyyəti üçün kompüter otağı, kitabxana, müəllimlər otağı və direktor kabineti mövcuddur.

Həyətdə yaşıllıqlar içərisində qərq olmuş geniş idman meydançası məktəbə daha da gözəllik verir.
Məktəb binası sanki kənd qoynunda bir “şəhərciyə” bənzəyirdi.

Məhz bu gözəlliklərin müqabilində məktəb direktoru Dursun İsmayılov məktəbin müasir tələblərə cavab verən şəklə gətirilməsində deputat Dərziyev Mahirin səyi və təşəbbüskarlığı sayəsində neft şirkəti “Socar”ın maliyyəsi hesabına əldə edilməsini söylədi və Azərbaycan Respublikasının Prezidentinə, hər iki respublikanın Təhsil Nazirliyinə, “Socar”ın rəhbərliyinə və şəxsən Mahir Məmmədova öz adı və kənd sakinləri adından təşəkkürünü bildirdi.

Təməli möhkəm qoyulmuş bu məktəbin davamçıları da ləyaqətlə vəzifə borclarını yerinə yetirmiş, onların buraxdıqları müdavimlər özlərinə məxsus cəmiyyətdə yer almışlar. Məktəb öz qabaqcıl müəllimləri və şagirdləri ilə Gürcüstan və Azərbaycan Respublikalarının müvafiq tədbirlərində, yarışmalarında müvəffəqiyyətlə iştirak edir, adları qabaqcıllar sırasında çəkilir.

Məktəbin müəllim-şagird heyəti “Heydər Əliyevin anım günü”, “20 yanvar ”, “Xocalı faciəsi” və s. kimi tədbirlərdə fəal iştirak etmişlər. Heç təsadüfi deyildir ki, o qədər də böyük olmayan balaca bir kənd məktəbinin fəxr ediləsi nə qədər oğlan və qızları vardır! Onların arasında neçə-neçə elmlər namizədi, elmlər doktoru, müxtəlif nazirliklərdə, idarələrdə və təşkilatlarda yüksək vəzifələr tutan şəxslər kəndin fəxarətinə çevrilmişdir.

Məktəb direktoru Dursun İsmayılovun təhsildəki yeniliklərin tətbiqi ilə idarəetmə funksiyalarını dərinləşdirilməsi, cəmisi 320 evə xidmət edən müəllim-valideyn-şagird münasibətlərinin səmərəli şəkildə qurulması, valideynlərin pedaqoji proseslə sıx əməkdaşlıqlarının yaradılması məktəbin ümumi işinə müsbət təsir göstərmişdir.

Ədəbiyyat müəllimi Ənvər Bayramovun, fizika fənnini tədris edən Solmaz Aydəmirovanın, tarix fənni üzrə Kərəm Dərziyevin səyi və bacarığı nəticəsində şagirdlərin müvəffəqiyyəti daha çox olmuş, orta məktəbi bitirənlər Gürcüstan və Aərbaycan Respublikalarının, Türkiyənin, Rusiyanın ali məktəblərinin müxtəlif fakültələrinə daxil olmuş, öz peşələrinə yiyələnənlər iqtisadiyyatın müxtəlif sahələrində çalışmağa başlamışlar.

Uzun müddət doğma məktəbimizdə səylə çalışan idman müəllimi bəy nəsilli Məmmədalıyev Müzəffər (Tahir) bildiyi fəndləri bacarıqla şagirdlərə aşılamış və bir çox yarışmalardan qalibiyyətlə dönmüşlər.

Ə.Qarabağlı adına Lecbədin Ümumtəhsil Məktəbinə xatirə lövhəsinin qoyulması və məktəbin yaranmasının 95 illiyi münasibəti ilə gələn qonaqlar 1969-cu ilin may ayının 1-də Bakı şəhərində vəfat etmiş, əməlləri öz əsərlərində hələ də yaşayan Əliyar Qarabağlının, 1943-cü ildə Böyük Vətən Müharibəsi cəbhəsindən son məktubu gəlmiş, görkəmli ədəbiyyat müəllimi, şair, publisist Şəmsi Əlizadənin, ibtidai məktəbdə əvəzsiz xidmətləri olmuş mərhum Abdulla Səfərovun, İbrahimxəlil Alıyevin, Vəkil və Paşa Qarabağlı qardaşlarının, Hacı müəllimin, Pənah Pənahovun, Musa müəllimin, Mina müəllimənin, 1972-ci ilə indiki məktəb binasının bünövrəsini qoymuş Sədrəddin Süleymanovun, İsrafil müəllimin, Mələk müəllimənin və s. ibtidai və orta məktəb müəllimlərinin ruhu qarşısında baş əyərək, Ə.Qarabağlı adına Lecbədin Ümumtəhsil Məktəbinin müəllim-şagird heyətinə yeni-yeni uğurlar arzusu ilə yüksək və kövrək təəssüratlarla oranı tərk etdilər.

P.S.: Yuxarıda yazdığım kimi, mərasimdən sonra Hafiz Osmanlıya baş çəkməli oldum. Mənimlə bərabər bir neçə həmkarlarım da vardı. Onu yataqda uzanan gördük və bizi görən kimi cəld özünü düzəltdi, kef-əhval tutandan sonra gəlişimizin məqsədini öyrəndi və gur səslə məktəbin tarixi haqda danışmağa başladı. Çox qəribədir, olmuş hadisələri və şəxsləri, elə təfsilatı ilə qeyd edirdi ki, danışdıqları, sanki dünənin əhvalatları idi. Doğrusu, 100 yaşını haqlayan qocanın hafizəsinə, əsməyən və titrəməyən əllərinə və səsinə qibtə etməli olduq.

Hafiz Osmanlının çəkdiyi tarix mövcud sənədlərlə üst-üstə düşürdü. Tarixi mənbələrə və Hafiz müəllimdən aldığımız məlumatlara əsasən deyilənləri yazıram:

“Lecbədin kənd məktəbini Əliyar Qarabağlı açdı və ilk müəllimi də özü oldu. 1923-cü ildən - Əliyar Qarabağlıdan sonra məktəbə ərəb dilində dərs deyən Şəmsi Əlizadə olmuşdur. 1925-ci ildə Ə.Qarabağlı məktəbi Şəmsi Əlizadəyə təhvil verdi və özü isə Bakıya oxumağa getdi. 1928-ci ilin yanvar ayından məktəbdə dərslər latın əlifbasına keçirildi. Latın dilində dərsləri Qori Seminariyasının Qazax filialını bitirmiş Şəmsi Əlizadə aparırdı. O zamanlar məktəbdə Şəmsi müəllimdən başqa Sarvan kəndindən olan Əliyar oğlu Həsən də müəllimlik edirdi. 1928-ci ildə pedaqoji təhsil almış Ə.Qarabağlı məktəbdə əlavə olaraq ərəb dilində bir sinif açdı və həmin sinfi də özü aparırdı. Orada o, təkcə oğlanlara deyil, qızlara da dərs keçirdi. Sonralar Lecbədin kənd məktəbində Sarvandan 2-ci bir müəllim – Bayramov Seyfəddin də dərs deməyə başladı.
Şəmsi Əlizadə Qori Seminariyasını qurtardıqdan sonra müəllimliklə yanaşı 1934-cü ildə Bakı Ali Pedaqoji İnstitunun qiyabi şöbəsinə daxil olmuş və 1938-ci ildə yenidən təhsilini Tiflis Türk Pedaqoji İnstitutunun filologiya fakültəsində davam etdirmişdir. O zamanlar Şəmsi müəllim kimi savadlı şəxslərə böyük ehtiyac vardır. Bu səbəbdən də o, 1941-ci ildə Böyük Vətən Müharibəsinə gedənə qədər Lecbədinlə yanaşı Böyük Muğanlı, Baydar, Qaçağan, Ağməmmədli, Xutor Lecbədin və s. kənd məktəblərində həm dil-ədəbiyyat müəllimi, həm də orada direktor kimi işləmişdir.
Lecbədin və eləcə də yuxarıda adları çəkilən digər kənd məktəblərinin inkişafı və formalaşmasında Şəmsi Əlizadənin rolu böyük olub.
Lecbədin kənd məktəbində yuxarıda adlarını çəkdiyim Əliyar Qarabağlı, Şəmsi Əlizadə, Sarvanlı Əliyar oğlu Həsən, Bayramov Seyfəddindən sonra gələn müəllimləri siz tanıyırsınız”. Bu ifadələr H.Osmanlıya aiddir.

P.S. Təəssüratlarımı yazdıqdan sonra xeyli fikrə getdim. Uzun müddət savadlandırma, elm, təhsil sahəsində bir müddət yanaşı, çiyin-çiyinə işləyən, sonralar isə müxtəlif coğrafi məkanlarda fəaliyyət göstərən və dünyasını dəyişmiş olan bu nəhəng elm fədailərinin xatirələri təkcə Ə.Qarabağlının elmi əsərlərində, metodik göstərişlərində, Şəmsi Əlizadənin şeirlərində, oçerklərində, Böyük Vətən Müharibəsinin amansız səngərlərində və həm də hər ikisinin yetişdirmiş olduqları şagird, tələbə və s. deyildir. Onların fərəhli və kövrək xatirələri, eyni zamanda müəllifin və Lecbədin kənd sakinlərinin gözlərinə və ürəklərinə həkk olunmuş və zaman keçdikcə yaddan çıxmayan Ehram çayı boyunca Sınıq Körpüyə qədər uzanan meşədə qoşa bitmiş Ə.Qarabağlıya məxsus “Qara tut”, Şəmsi Əlizadəyə aid isə “Qomral tut” ağaclarında və kəndin şərq hissəsində - çökəkdə böyük bir sahəni əhatə edən, uşaqların sevinc və qida meydanı olan Omar oğlunun meyvə bağındakı iki əsrdən çox yaşa malik möhtəşəm Xan Çinarın sağa gərilmiş ağ budağında “Əliyar və Şəmsi” sözlərinin “qara ştrixlər”ə çevrilmiş acısındadır.

Nə yazıqlar ki, onların özləri kimi, tut ağacları ilə bərabər Xan Çinarın fərəhlə uzanmış ağ budağı da zaman-zaman təbiətin şıltaqlığına və amansızlığına tab gətirməmiş xırdalanaraq göz dağına çevrilmişdir.

Nə xoş ki, təməli Ə.Qarabağlı tərəfindən qoyulmuş və Ş.Əlizadə tərəfindən 1941-ci ilə kimi inkişaf etdirilmiş və təkmilləşdirilmiş, sonaralar bir çox müəllimlərin təşəbbüsü ilə müasirləşdirilmiş və təhsil məbədi kimi ətrafa daim ziya, şölə saçan Lecbədin Ümumtəhsil Məktəbi, onları yaşadanlar var!!!



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: