“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib “Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib “Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib Tarixin qan yaddaşına yazılmış Xocalı xəcaləti

Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib.


ZiM.Az xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Tarixin Xocalı xəcaləti” mövzusunda məruzə ilə çıxış edib.
O, Xocalı faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açıb. Qeyd edib ki, keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə erməni qəsbkarlarının həyata keçirdikləri bu soyqırımı, misli görünməmiş vəhşilik aktı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə düşüb. Xocalıda yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın görünməmiş amansızlıqla qətlə yetirilib, evlər yandırılıb, şəhər yerlə-yeksan edilib.

Akademik hər il dünyanın bir çox müxtəlif ölkəsində Xocalı soyqırımının anılmasını Azərbaycan xalqının uzun illər boyu məruz qaldığı təcavüzlərin dünya ictimaiyyətinə duyurulması və erməni yalanlarının ifşa edilməsi məqsədi daşıdığını söyləyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işləri yüksək dəyərləndirən R.Hüseynov bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söyləyib, artıq bir sıra xarici ölkələrdə Xocalı faciənin geniş işıqlandırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Akademik Xocalı faciəsinin acı nəticələri barədə məlumat verib, Azərbaycanın bu qədim şəhərində dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsinin və bəşəriyyətə qarşı bu cinayəti törədən cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Akademik R.Hüseynov Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarını alacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edib.

Sonda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 28 il əvvələ Şuşa şəhərində fəaliyyətə başlamış X.Natəvan adına Qarabağ filialının əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib.
Müraciətdə Ermənistan dövlətinin Azərbaycana qarşı işğalına son qoyması, zəbt edilmiş torpaqlarımızın azad edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün dünya muzeylərinə çağırış əks olunub.

Tədbir çərçivəsində Xocalı faciəsinin dəhşətlərini əks etdirən stendlər nümayiş olunub.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: