Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasında 24 mövzu təsdiq olunub

Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasında 24 mövzu təsdiq olunub Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasında 24 mövzu təsdiq olunub Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasında 24 mövzu təsdiq olunub Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasında 24 mövzu təsdiq olunubFilologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasında 24 mövzu təsdiq olunub Akademik Rafael Hüseynovun sədrliyi ilə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının 8-ci iclası keçirilib.

ZiM.Az xəbər verir ki, bu dəfəki iclasda 5-i elmlər doktorluğu hazırlığı, 33-ü fəlsəfə doktorluğu hazırlığı üzrə 38 nəfər sənəd tədqim etmiş iddiaçının mövzusu müzakirə olunub, dissertant və doktorantlara müvafiq tövsiyələr verilib.

Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin doktorantı Gülgün Əliyevanın “Türk xalqları ədəbiyyatında İmadəddin Nəsiminin bədii obrazı”, Naxçıvan Bölməsinin doktorantı Fatimə Vəliyevanın “Azərbaycan dilində aforizmlər, onların linqvostruktur təhlili və lüğətlərdə istifadə formaları”, Dilçilik İnstitutunun dissertantı Nağdəli Zamanovun “Heydər Əliyev nitqinin arxitektonikası, ekspressivliyi və üslubi-qrammatik xüsusiyyəti” mövzuları olduğu kimi, Əlyazmalar İnstitutunun dissertantı Qətibə Quliyevanın “Qədim türk-uyğur abidələrinin linqvo-tekstoloji tədqiqi” mövzusu isə “VI-X əsrlər türk-uyğur hüquq sənədlərinin linqvo-tekstoloji tədqiqi” şəklində təsdiq edilib.

Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı kafedrasının doktorantı Tofiq Yusifovun “Nazim Hikmətin əsərlərinin Rusiyada tərcüməsi və resepsiyası məsələsi” mövzusu onun doktorantura üzrə ixtisasına uyğun gəlmədiyinə və ümumiyyətlə bu mövzunun elmlər doktorluğu pilləsi üçün yetərincə miqyaslı olmaması səbəbindən təsdiq edilməyib.

Tədbirdə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə “İngilis və Azərbaycan dillərində “Vətən” konsepti”, “Azərbaycan mətbuatı tarixində “İqbal” qəzetinin yeri və rolu” , “XX əsr Türkiyə ədəbiyyatında Azərbaycan mövzusu”, “Müasir Azərbaycan ədəbi dilində turizm terminologiyasının formalaşması və inkişafı”,“Təhsil diskursunda ingilis dili vasitəsi ilə qloballaşma”, “Əzizə Cəfərzadənin yaradıcılığında tarixilik və müasirlik”, “Qlobal informasiya cəmiyyətinin formalaşması prosesinə Azərbaycanın inteqrasiyasında KİV-in iştirakı” və digər dissertasiya mövzuları ətrafında müzakirələr geniş elmi diskussiyaya çevrilib.

Beləliklə, iclasda müzakirəsi aparılan 38 mövzudan 6-sının adında dəyişiklik edilməklə 24-ü təsdiq edilib.

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları, professorlar Atamoğlan Həsənov, Aida Qasımova, Bədirxan Əhmədov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qulu Məhərrəmli, Məmməd Qocayev, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini bildiriblər.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: