keçirilib.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Türizm Nazirliyinin, TİKA-nın dəstəyi ilə Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin keçirdiyi Qurultayda dünyanın
4 qitəsindəki 40 ölkədən 320 alim, professor və bilik adamları dəvət olunub.
Qeyd edək ki, 2017-ci il Türkiyədə “Türk dili kimliyimdir” ili kimi
elan olunub.
Tədbirə dəvət olunan qonaqları Türkiyənin baş nazirinin yardımçısı Fikri İşık, Atatürk Mədəniyyət, Dil və Tarix Qurumunun rəhbəri professor Dərya Örs, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin rəhbəri Həsən Celal Güzel salamlayıb.
Türkiyə Baş nazirinin müavini Fikri İşık qurultay iştırakçılarına türk dünyasının tanınmış alimi və dilçisi İsmayıl bəy Qaspralının “İşdə, dildə, əməldə birlik” fikrini misal çəkərək, Qurultayın qayəsini anladıb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctiamiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü ZiM.Az-a bildirib ki, Ankaradakı Şeraton otelində başlayan qurultayın panel müzakirə və dinləmələri
Bilgə xaqan, Qaşqari Mamud, Əlişir Nəvai, Qaspralı İsmayıl, Əhməd Baytursunoğlu və Bəxtiyar Vahabzadə adına salonlarda keçirilib.
Türkiyə, Azərbaycan, Almaniya, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Krım, İran, Yaponiya, Rusiya, Türkmənistan, Bosnya Hersoqovinya, Monqolustan, Kosovo və digər türk dilli xalqalrın yaşadığı ölkələrin bilik adamları bu gün türk dilində danışan ölkələrin qarşısına çıxan bir sıra dil, əlifba, tarix məsələlərinə dair problemləri müzakirəyə çıxarılıb. Qurultayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, BDU, ADPU, BSU-nu təmsil edən 20-dən artıq professor və alim iştirak edib.
Qurultayda Nəsimi adına Dilçilik İnstitutunu akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, Tədris şöbəsinin müdiri Qətibə Quliyeva, Türkologiya jurnalının məsul katibi Elçin İbrahimov, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi Qətibə Mahmudova Qurultayda təmsil ediblər.
Akademik Möhsün Nağısoylu “Orta dövr Fars-Türk tərcümələrində dil uyğunluqları” mövzusunda məruzə ilə çıxış edib.
Dünyanın 5 qitəsində danışılan Türk dilinin alimləri və araşdırmaçıları tarixən qurulan mədəniyyətin yenidən canlanması üçün işbirliyinin artırılması, Türk dünyasının ortaq tarixi və Türkçülük şüuru ilə yoğrulması, gələcəkdə siyasi şüurun da bu istiqamətdə qərarlaşması üçün belə böyük miqyaslı qurultayın önəmindən isə tanınmış türkoloqlar Osman Fikri Sərtkaya, Karjaubay Sərtkojaoğlu, Timur Kocaoğlu, Bilgəhan Atsız Gökdağ, İqor Kormuşin, Tursunjan İmin, Melek Özyetgin, Oran Söyylmz kimi elm xadimləri Qurultayda Qazaxıstanın latın əlifbasına keçməsi məslələri, bu hadisənin regionda və dünyada doğurduğu əks səda , Beynəlxalq Türk Akademiyasının Ortaq türk dili və ortaq türk dili dərslikləri sahəsində apardığı islahatlar, eyni zamanda, Bosnya-Hersoqovinyadakı türk dilinin qorunması, Özbəkistanda əlifba və imla problemləri, latın qrafikasının bu günü, bir çox dövlətlərdəki türk əlifbası məsələsində qarşıya çıxan problemlərindən danışıblar.
Qurultay öz işinə 16 noyabrda yekun vurub.
Bağlanış mərasimindaə akademik Möhsün Nağısoylu çıxış edərək qurultayın yüksək səviyyədə təşkil olunmasını diqqətə çatdırıb.
Sonda Türk dili Qurultayının növbəti iclasının Azərbaycanda - Şuşada keçiriliməsi kimi arzular, şüarlar səslənib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.