Tam 79 ildir ki,
Özbəkistanda
hər il Əlişir Nəvainin
doğulduğu gün -
fevral ayının 9-u
(və ya fevralın
ilk ongünlüyü)
milli bayram kimi
qeyd edilir.
Bütün ölkə
“Əlişir Nəvai
bayramı”nın
sevincinə
bürünür.
Özbəkistanda
hər il Əlişir Nəvainin
doğulduğu gün -
fevral ayının 9-u
(və ya fevralın
ilk ongünlüyü)
milli bayram kimi
qeyd edilir.
Bütün ölkə
“Əlişir Nəvai
bayramı”nın
sevincinə
bürünür.
Artıq 11 ildir ki, mən də Əlişir Nəvai yubileyinə - bu möhtəşəm el bayramına dəvət alıram (2008-ci ildən Daşkənddə türk dünyasının mütəfəkkiri Əlişir Nəvainin 567-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransa dəvət alıram).
Əlişir Nəvai ədəbi şəxsiyyətini və irsini əhatə edən məruzələrlə Nəvai şərəfinə keçirilən elmi məclislərdə iştirak etməyimdən məmnun oluram. Əslində, bir tədqiqatçı kimi, bu konfranslarda iştirak edərək (2-3 günlük olsa da), dünya nəvaişünasları ilə görüşür, tanış olur və yeni elmi əlaqələr yaradırıq. Nəvaişünaslar məclisində Azərbaycanın bütün nəvaişünasları, Azərbaycan-özbək ədəbiyatı tədqiqatçıları, onların araşdırmaları xatırlanır, əsərlərindən örnəklər səslənir.
Ötən ildən Əlişir Nəvai yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans şairin adını daşıyan Nəvai şəhərində keçirilir.
Beləliklə, 2018-ci il 6-7 fevralda Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı ilə əlaqədar “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda II beynəlxalq konfrans keçirildi.
Artıq ənənə halını almış
II beynəlxalq konfransa Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın, Rusiyanın, Əfqanıstanın, Pakistanın və digər ölkələrin nəvaişünas alimləri qatılmışdırlar.
Xatırlatmaq istəyirəm ki, 2017 – ci ildə keçirilən I Büynəlxalq elmi konfransda Azərbaycan nümayəndə heyəti olaraq yalnız mən iştirak etsəm də, İnstitutumuzdan beş nəfərin – akademik İsa Həbibbəylinin, klassik irsin tanınmış tədqiqatçıları Mahirə Quliyeva, Ataəmi Mirzəyev, Zəhra Allahverdiyevanın Əlişir Nəvainin yaradıcılığı haqqında məqalələri dərc edilmişdir.
Konfransda məruzə etdiyim “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” adlı araşdırma yazım da həmin kitabda yer almışdır.
2018-ci ildə keçirilən
II Beynəlxalq konfransa isə Azərbaycandan beş nəfər dəvət alsa da, doqquz alimin məqaləsi dərc edilmişdir. Dəvət olunan alimlər - Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik
Möhsün Nağısoylu “Nəvai və klassik Azərbaycan ədəbiyyatı”, Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər “Nəvainin Azərbaycanda öyrənilməsi, nəşri və tədrisi məsələləri”, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva “Nəvai irsinin Kişvəri yaradıcılığına təsiri”, “Türkologiya” dərgisinin məsul katibi Elçin İbrahimov “Əlişir Nəvai və türk dünyası” və AMEA Nizami Gəncəvi adına ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Baburnamə”də Əlişir Nəvainin portreti” mövzularında məruzələr etdilər.
Hər il olduğu kimi, bu ildə konfransın materiallar kitabı nəfis tərtibatda nəşr edilib iştirakçılara paylandı (müxtəlif hədiyyələrlə birlikdə).
Həmin kitabda Azərbaycan alimlərindən BDU-nun professoru Rəbiyyət Aslanovanın “Əlişir Nəvainin fəlsəfi görüşləri”, AMEA Folklor İnstitutunun elmi işçisi, fil.ü.f.d. Aynur Cəlilovanın “Əlişir Nəvainin “Xəmsə”sində ov motivləri”, Gəncə Dövlət Universitetindən Bəsirə Abbasovanın “Əlişir Nəvai yaradıcılığında pedaqoji tərbiyə” və Bakıdakı 162 saylı orta məktəbin tarix müəllimi Gülbəniz Abbasovanın “Görkəmli dövlət xadimi və şairi Əlişir Nəvainin mənəvi irsi” araşdırma məqalələri öz əksini tapmışdır.
430 səhifəlik bu kitabda Azərbaycan adına 9 tədqiqat məqaləsinin yer almasını uğurlu hesab edə bilərik.
Tədbirdə Əlişir Nəvainin irsi ilə bağlı digər ölkələrdən gələn alimlərin də məruzələri dinlənildi.
Axşam isə konfrans iştirakçılarının şərəfinə böyük konsert proqramı təşkil edilmişdir.
Konfransın səhəri günü Azərbaycan nümayəndə heyəti üçün qədim Buxara şəhərində gəzinti keçirilmişdi.
Almaz Ülvi
filologiya elmləri doktoru,
Beynəlxalq Babur Fondunun Bakı filialının sədri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.