"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi sessiya keçirilib

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi sessiya keçirilib"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi sessiya keçirilib "Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi sessiya keçirilib AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi sessiya keçirilib.

Tədbir 12 dekabr -
ümummilli lider
Heydər Əliyevin
anım gününə həsr olunub.


AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən
Nərgiz Qəhrəmanova
ZiM.Az
-a bildirib ki,
Sessiyanı muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq Azərbaycanda dövlətçilik ənənələrinin
XX əsrin sonlarında zənginləşdirilməsi, respublikanın müstəqilliyinin, iqtisadiyyatının möhləmləndirilməsi, əbədi xarakter almasının ulu öndərin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn zaman respublikamız SSRİ ölkələri sırasında öz inkişafına görə xeyli geridə qalırdı.

Akademik ölkəmizin gələcək inkişafı üçün həmin tarixdən etibarən güclü təməllərin atıldığını, qısa müddətdə iqtisadi, hərbi, mədəni və digər sahələrdə bir çox uğurların əldə olunduğunu bildirib.

Ümummilli liderin təşəbbüsü ilə SSRİ-də ilk kondisioner zavodunun 70-ci illərdə Bakıda tikildiyini və istehsal olunan məhsulların bütün ittifaq ölkələrinə göndərildiyini deyən R.Hüseynov bununla Azərbaycanın sənaye həyatında köklü dəyişikliklərin baş verdiyini vurğulayıb.

Alim, həmçinin yüksəkixtisaslı hərbçilərin yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin açıldığını və Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra burada hazırlanmış kadrlardan ibarət ordunun qurulduğunu diqqətə çatdırıb.

Respublikamızın ədəbi, mədəni və tarixi şəxsiyyətlərinin də daima H.Əliyevin diqqət mərkəzində olduğunu xatırladan akademik bildirib ki, ulu öndərin qətiyyəti sayəsində hələ SSRİ dövründə YUNESKO ilə birgə Nəsiminin 600 illik yubileyi keçirilib. Bundan əlavə, Nizami Gəncəvinin əsərləri 100 min tirajla çap olunaraq bütün ittifaq ölkələrinə göndərilib.

R.Hüseynov SSRİ rəhbərliyinin "milli özünüdərki boğma" siyasəti apardığını, lakin ümummilli liderin siyasi təfəkkürü nəticəsində milli mədəniyyətimizin qorunub saxlanıldığını, Azərbaycanın görkəmli şəxsiyyətlərinə filmlərin çəkildiyini, abidələrin ucaldıldığını bildirib.

Muzey direktoru H.Əliyevin SSRİ rəhbərliyinə gələn zaman da respublikanın inkişafı istiqamətində mühüm işlər gördüyünü qeyd edib.

Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada hərc-mərcliyin hökm sürdüyünü deyən akademik ulu öndərin Azərbaycanı bu çətin situasiyadan çıxardığını, ölkənin müstəqilliyini qoruyaraq təhlükəsizliyini təmin etdiyini söyləyib. O, ölkənin gələcək iqtisadi inkişafı üçün güclü təməllərin atıldığını, Əsrin müqaviləsinin imzalandığını, nəticədə büdcə gəlirlərinin artdığını vurğulayıb.

Alim ümummilli liderin xaricdə yaşayan azərbaycanlıların birləşməsi uğrunda da mühüm işlər gördüyünü, diaspor nümayəndələrini bir araya toplayaraq pərakəndəliyi aradan qaldırdığını deyib.

R.Hüseynov çıxışının sonunda əsası ulu öndər tərəfindən qoyulan güclü iqtisadi dövlət siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin beynəlxalq arenada söz sahibi olan dövlətlərdən birinə çevrildiyini bildirib.

Aygül ÇOBANOVA,
AMEA-nın dissertantı

ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: