Bu referendum aktı layihəsinin qəbul olunması, vitse-prezidentlik institutunun yaradılması ölkəmizdə qərbyönümlü idarəetmə sisteminə keçidin konstitusion əsaslarını yaradacaq.
Bu yazını yazmaqda əsas məqsədim Milli Məclisin və onun üzvü olan deputatların cəmiyyətin inkişafında rolunun artırılması mexanizminin yaradılmasına bir cəhddir. Hamıya məlumdur ki, bəzi deputatlarımız hələ də millət vəkili ola bilməyiblər. Milli Məclisdə çıxış edən bəzi deputatlarımız gah turandan danışırlar, gah da irandan. Yəni onlar unudurlar ki, Azərbaycan Respublikası Milli Məclisinin üzvləridilər. Onlar Prezident İlham Əliyevin bilavasitə başçılığıyla hazırlanmış və Milli Məclisə göndərdiyi qanunları qəbul edirlər. Bundan sonra deputatların demək olar ki, heç biri qəbul etdikləri qanunların işləyib-işləməməsi, icra olunub-olunamaması haqqında zərrə qədər də düşünmürlər. Bunanla da qanunların gələcək taleyinə biganəlik məhz Milli Məclisdən başlanır. Məhz Milli Məclisin özünün qəbul etdiyi qanunlara biganə münasibəti icra hakimiyyətinin bir çox üzvlərini də qanunları pozmağa sövq edir.
Mənim qəti fikrimcə Milli Məclisə qanunların icrasına nəzarət funksiyaları verilməlidir. Milli Məclisin Komitələri öz sahələrinə aid olan qanunların hansı dərəcədə icra olunmalarına, hansı dərəcədə işləyib-işləmədiyinə ciddi nəzarət etməlidilər. Milli Məclisin komitələri və deputatlar düzgün icra olmayan qanunlar haqqında daimi məsələ qaldırmalıdılar. Komitələr və deputatlar qanunlardakı ziddiyyətləri daima müzakirə etməlidilər. Onlar müəyyənləşdirməlidilər ki, hansı qanunlar daha çox pozulur. Müəyyən edilməlidir ki, bu pozuntular qanunların öz boşluqlarındanmı yararanır, yoxsa məmurlar bilərəkdənmi bu qanunları pozurlar.
Ona görə də təklif edirəm ki, Konstitusiya aktı layihəsində Milli Məclisə qanunların icrasına nəzarət imkanı verən bir maddə daxil edilsin.
Azərbaycan Respublikasının Prezidentinə qanunların icrasına zəif, yaxud pis nəzarət edən və yaxud nəzarət edə bilməyən Milli Məclisi buraxmaq səlahiyyəti verilsin və bu haqda Konstitusiya aktı layihəsinə uyğun maddə daxil edilsin.
Prof.Dr. Qüdrət İsaqov
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.