və ya
Dünyanın görünməyən reallıqları…
Məqsədimiz heç də məhz koronavirusdan bəhs etmək deyil... Koronavirus daha böyük təhlükələr şəbəkəsindən sadəcə biridir.
Biz bu virusun bioloji müharibə perspektivləri yönündə aparılan tədqiqat və təcrübələrin kontroldan çıxan bir sıçrantısı olma ehtimalını istisna etmirirk.
Bu hadisə dünyaya ağalıq etmək istəyən böyük güclərə bir ibrətdirmi - yoxsa nə qədər riskli və təhlükəli oyunlara girdiklərinin heç fərqində də deyildilər?!
Bu həm də yeni dünya müharibəsinin vasitələrindən biri kimi böyükmiqyaslı fənd/qurğu və ya hətta düzgün hesablanmamış təxribat da ola bilər. Və ya iqtisadi müharibənin qlobal taktiki vasitələrindən biri…
Hal-hazırda durum necədir?
Koronavirusdan dünya üzrə gündə 300 adam ölür.
Bütövlükdə isə dünyada ölənlərin sayı gündə 110 min adamdır.
Statistik baxımdan böyük deyil.
Deməli, qorxu daha çox kütləvi yayılma və nəzarətdən çıxma ehtimalına görədir. Amma bu qorxu sadəcə fərdi miqyasda deyil, ölkələr, xalqlar miqyasında bir təşviş/panik doğurur.
Bu virüs əhvalatını sadəcə bioloji-tibbi müstəvidə dəyərləndirmək sadəlövhlük olardı. Çünki ən böyük ziyanlar son yüz ildə qloballaşma istiqamətində əldə edilmiş yeni dəyərlər sisteminə yönəlidir. Bütövlükdə sivilizasiya zərbə alır. Təhsil sistemi, mədəniyyət, ticarət, istehsal və istehlak sahələri…
Deməli, “yeni dünya düzəni” dediyimiz qlobal və sivil sistemlər dağılır. Və bəşəriyyət ənənəvi həyat tərzindən əl çəkərək tamamilə yeni, hələ ölçülüb-biçilməmiş, sanaqdan çıxmamış münasibətlər sisteminə qədəm qoymaq zorunda qalır - əlbəttə, bu təhdidə qarşı təcili və səmərəli mübarizə vasitələri tapılmasa…
Səlahəddin XƏLİLOV,
AMEA-nın müxbir üzvü
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.